Mövcud naqilli rəqəm rabitə veriliş sistemləri yüksək-sü



Yüklə 292,33 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix19.01.2023
ölçüsü292,33 Kb.
#122353
  1   2   3   4
WiMAX texnologiyası



9.5. W iM AX texnologiyası barədə ümumi məlumat
Mövcud naqilli rəqəm rabitə veriliş sistemləri yüksək-sü- 
rətli genişzolaqlı daxilolmanın artan tələbatlarını tam ödəyə 
bilmirlər. Onların əsas çatışmayan cəhətləri: qurulma müddət­
lərinin çox olması, genişləndirilmə imkanlarının mürəkkəb ol­
ması, xərclərin yüksək olması və “sonuncu mil” probleminin 
olmasıdır. Bu problemlərdən ən vacibi “sonuncu m il” problem 
hesab olunur. Yüksəksürətli rəqəmli birləşdirici DSL (Digital 
Subscriber Line) xətləri bu problemi aradan qaldıra bilmir. 
WiMAX texnologiyası bu problemi qısa müddət ərzində həll 
etməyə imkan verir, çünki bu texnologiya binalara birləşdirici 
xətlər çəkilməsini tələb etmir. Şəhər üzrə baza stansiyalarının 
qurulması daha münasibdir. Hər bir baza stansiyası nümunəvi 
variantda radius 6 - 8 km olan zonanı örtməyə imkan verir 
(hətta 30 - 50 km radius variantı da mümkündür). Bu zonada 
hər bir BS “nöqtə - çoxnöqtə” sxemi üzrə, istifadəçilərin tele­
kommunikasiya avadanlığı yerləşdirilmiş binalara siqnalı ötür- 
mək/qəbul etmək xüsusiyyətinə malik olur. Bu binalarda qəbul- 
edici-ötürücü antenalar quraşdırılır ki, bu antenalara müştəri­
lərin stansiyaları SS (Subscriber Station) qoşulur. Ethernet, İP, 
DECT, E l (T l) üzrə istifadəçi avadanlıqları binamn daxilində 
SS-ə qoşulur. Ona həmçinin İEEE802.11 standartını dəstəklə­
yən avadanlıqlar da qoşulur. Baza stansiyaları elektrorabitə şə­
bəkələri vasitəsilə milli, beynəlxalq və internet-şəbəkələrinə 
çıxış əldə edirlər.
WiMAX - bu yüksək servis keyfiyyətinə malik olan ope­
rator sinifli texnologiyadır. Multiservislik, tezliklərin səlist
548
paylanılması, müxtəlif növ trafıklərə prioritetlərin (üstünlük 
dərəcəsi) verilməsi, müxtəlif səviyyəli keyfiyyət (QoS) təmin 
edə bilmək imkanı, İP, TDM E l/T l interfeyslərini dəstəkləyə 
bilmək kimi xüsusiyyətlərə malikdir. Bu texnologiya paralel 
olaraq səsi ötürməyə, multimedia informasiyasını və rəqəm 
verilənlərini bir rabitə kanalı ilə ötürməyə imkan verir. Ən 
vacib üstünlüyü isə rabitə ərazisini az bir vaxt ərzində geniş­
ləndirmək və tutumu çoxalda bilmək imkanının olmasıdır. Bu­
rada tətbiq olunan BS-lər hündürlüyü yüksək olan qüllələr tələb 
etmir, onların antenalarını hündür binalarda və yaxud hün­
dürlüyü 50 metr tərtibində olan mövcud qüllələrdə quraşdırmaq 
mümkündür. Elə bir layihə də mövcuddur ki, BS-nı aerostatda 
qeyd olunmuş vəziyyətdə yerləşdirmək də mümkündür və bu 

Yüklə 292,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin