Mövzu 10. Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi Plan



Yüklə 55,48 Kb.
səhifə1/9
tarix24.11.2022
ölçüsü55,48 Kb.
#119854
  1   2   3   4   5   6   7   8   9
Mövzu 10 -Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi - Korp İd 10 sehife

Mövzu 10. Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi
Plan:

  1. Korporativ etika və onun mahiyyəti

  2. Korporativ Etika Məcəlləsi

  3. Azərbaycanda korporativ mədəniyyətin inkişaf istiqamətləri



  1. Korporativ etika və onun mahiyyəti

Biznesdə etikanın ən çox tədqiq olunan problemləri aşa­ğıdakılardır: kor­po­rativ və universal etikalar arasındakı qarşı­lıqlı əlaqələr; biznesin sosial məsuliyyəti; ümumi etik prinsip­lərdən konkret qərarların qəbul edilməsində istifadə; təşkilatın etik səviyyəsinın yüksəldilməsi qaydalrı; dini və mədəni dəyər­lərin iqtisadi fəaliyyətə və biznes etikasına təsiri .
Biznes etikası ənənəvi olaraq makroetika və mikroetikaya bölünür. Makroetika dedikdə cəmiyyətin sosial və iqtisadi makrosubyektlərinin: korporasiyaların, dövlətin və cəmiyyətin bütünlükdə, o cümlədən ayrı-ayrı hissələri ilə birlikdə qarşılıqlı mənəvi münasibətlərinin xüsusiyyətlərini əks etdirən biznes etikası başa düşülür; mikroetika isə mənəvi subyekt kimi kor­po­rasiyadaxili, korporasiyalararası və onların işçiləri, o cümlə­dən səhmdarlar arasındakı mənəvi münasibətlərin tədqiqidir.
Biznes etikası iqtisadi institutların formalaşmasına, peşə­karların biznesdə fəaliyyətinə bilavasitə təsir edir. Cəmiyyətin iqtisadi institutları birbaşa mənəviyyata müdaxilə edir və bu nöqteyi-nəzərdən də biznes etikasının makrosəviyyəsinin əhəmiy­yətini dəyərləndirmək çətindir.
Tədqiqatlar göstərir ki, bir çox insanlar sahibi olduqları mənəvı dəyərləri işlədik­ləri təşkilatda mövcud olan şəraitin təsiri altında güzəştə gedirlər. Bu zaman həmin təşkilatda etik münasibətləri tənzimləyən dəyərlər sistemi – (onu korporativ etika da adlandırırlar) mühüm rol oynayır.
Korporativ etika universal etikadan fərqli olaraq təşkilatın fəaliyyət xüsusiyyətləri və məqsədləri ilə, həmçinin həmin ida­rədə tarixən formalaşmış stereotip tərzlə şərtlənir. Müəssisə ayrıca insan kimi müxtəlif hərəkətverici qüvvələr tərəfindən idarə edilir, həmçinin müəyyən qorxu, tabu, bəzən də irrasional fəaliyyət mexanizmi də mövcuddur ki, bu haqda çox vaxt danışılmır.
İşgüzar ünsiyyətdə «yuxarıdan-aşağı», daha doğrusu, rəh­bərliklə tabeçilikdəkilər arasındakı münasibətləri, etikanın qızıl qaydasını aşağıdakı kimi ifadə etmək olar: «Ça­lışın tabeçiliyi­niz­dəkilərlə qurduğunuz münasibət, rəisinizdən gözlədiyiniz müna­sibətə bənzəsin». İşgüzar ünsiyyət mədəniyyəti və uğuru çox hallarda rəhbərin öz işçilərinə qarşı istifadə etdiyi etik norma və prinsiplərdən asılıdır. Norma və prin­siplər dedikdə xıdmət zamanı hansı hərəkətlərin etik cəhətdən məqbul, hansının isə qeyri-məqbul olduğu nəzərdə tutulur. Bu normalar, ilk növbədə idarəetmə prosesində qəbul olunan sərəncamların nəyin əsasında verilməsinə, işgüzar ünsiyyəti müəyyən edən xidməti intizamın necə təzahür etməsinə aiddir.
Rəhbər və tabeçilikdəkilər arasında işgüzar ünsiyyət eti­kası pozulduqda insanların əksəriyyəti kollek­tivdə özlərini na­rahat, mənəvi cəhətdən müdafiəsiz hesab edir­lər. Rəhbərin işçiyə münasibəti işgüzar ünsiyyətin bütün xarakterinə təsir gös­tərir, çox hal­da isə onun əxlaqi-psixoloji iqlimini müəyy­ən­ləş­dirir. İlk növbədə, məhz bu səviyyədə əxlaq etalonları və davranış qaydaları formalaşır.
Müasir biznes təşkilatının rəhbərliyi qəbul etdikləri sərən­cam­ların formasına eti­ka nöqteyi-nəzərindən diqqət yetir­mə­lidirlər. Sərəncamların forması aşağıdakı ki­midir: əmr, xahiş, sual. Əmrlərdən, adətən fövqəladə hallarda və yaramaz işçilərin tən­behində xahişlərdən isə sıravi vəziyyətlərdə, yəni cari işlərin yerinə yeti­rilməsində istifadə olunur. Bu halda rəhbər və işçinin münasibətləri qarşılıqlı eti­bar və ehtirama əsaslanır. Suallar isə konkret cari məsələlərin icrası zamanı şəffaflıq məqamları ilə bağlı olur. Bu zaman da nəzakət qaydalarına diqqət yetirmək vacibdir.
Korporativ etika dəyəndə çox zaman hər hansı bir şirkətin fəaliyyəti üçün hazırlanmış müəyyən etik norma və davranış qaydalarına riayət edilməsi başa düşülür. Halbuki, bu məsələnin ikinci mühüm bir tərəfi də var. Bu isə şirkətin istənilən əməkdaşının işlədiyi təşkilatın bir parçası kimi, əslində böyük bir ailə olan həmin təşkilatın bir ailə üzvü kimi hiss etməsini təmin edən qaydalardan ibarətdir. Korporativ etikanın məhz bu qaydalarından istifadə etməklə şirkətin rəqabətqabiliyyətliyinin və əmək məhsuldarlığının yüksəldilməsinə, əməkdaşların faydalı iş əmsalının artırılmasına və işin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq mümkündür.

Yüklə 55,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə