Mövzu 10. Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi Plan


Mükəmməl tərtib edilmiş korporativ etika qaydalarının mövcud olmaması



Yüklə 55,48 Kb.
səhifə2/9
tarix24.11.2022
ölçüsü55,48 Kb.
#119854
1   2   3   4   5   6   7   8   9
Mövzu 10 -Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi - Korp İd 10 sehife

Mükəmməl tərtib edilmiş korporativ etika qaydalarının mövcud olmaması insanların öz iş yerinə müəyyən mənada bağlılığının azalmasına gətirib çıxarır ki, bu da əməkdaşların işində və ümumilikdə şirkətin gəlirində öz mənfi təsirini biruzə verir. Məsələn, bu halda şirkətin kommersiya sirrinin yayılması normal hal hesab olunur. Özünü şirkətin mühüm bir üzvü hesab etməyən əməkdaşı bu tip məsələlər o qədər də maraqlandırmır. Beləliklə, məhz korporativ etika qaydalarının tətbiqi əməkdaşın özünü istehsalat maşınının bir hissəciyi kimi yox, kiminsə pul qazanmaqdan ötrü istifadə etdiyi bir alət kimi yox, kollektivin tam hüquqlu üzvü, demək olar ki, bir ailə üzvü kimi hiss etməsinə şərait yaradır.
Korporativ etika kollektiv davranış prinsiplərini müəyyən edir. Məsələn: şirkətin ümumi və hər bir əməkdaşın fərdi maraqlarını düşünmək, şirkətin dəyərinin yüksəldilməsini təmin etmək, işgüzar ünsiyyət normalarına riayət etmək, şirkətin işgüzar imicinin və sağlam etibarının qorunması, şirkətin ümumi strategiya və prioritetlərinin dəstəklənməsi, şirkətin imicindən şəxsi məqsədləri üçün istifadə etməmək, əldə olunmuş məlumatların məxfiliyinin qorunması və s.
Korporativ etika həmçinin xidməti münasibətlərin etik normalarını müəyyən edir. Məsələn, şirkətin əməkdaşları hər kəsə qarşı hörmətlə yanaşmalı, başqalarının şəxsi həyatlarına onun icazəsi olmadan qarışmamalı (şirkətlərdə əməyin effektivliyinə ciddi şəkildə mənfi təsir göstərən mobbinq (Mobbinq - adətən hər hansı əməkdaşın işdən çıxması (çıxardılması) məqsədilə istifadə olunan psixoloji təzyiq vasitəsidir.) hallarının qarşısının alınmasını nəzərdə tutur), digərlərinin fikirlərinə hörmət etməli, nəzakət və düzgünlüyə riayət etməlidir və s.
Bundan əlavə, bu qaydalar arasında şirkətin özü üçün də maddələr müəyyən edilir. Məsələn: müştəri və partnyorlarla yalnız hüquqi çərçivədə (yəni, qanunverici normaları pozmamaq, kiməsə şəxsi münasibətlərə görə üstünlük verməmək və s.) münasibət qurulması, öz məhsulunun keyfiyyətinə və müqavilədə nəzərdə tutulmuş öhdəçiliklərin yerinə yetirilməsinə zəmanət verilməsi, təchizatçı və istehlakçılarla qarşılıqlı fayda gətirən münasibətlərin qurulması və davam etdirilməsi, əməkdaşların ədalətli prinsiplərlə mükafatlandırılması və onların sosial zəmanətlərinin təmin olunması və s.
Göründüyü kimi, sadalanan prinsiplər çox sadə və anlaşıqlıdır. Yalnız bu prinsip və qaydaların dəqiq şəkildə ifadə edilməsi, hər bir əməkdaşın diqqətinə çatdırılması, həmçinin onlara qeyd-şərtsiz riayət edilməsi halında müsbət nəticələr əldə etmək olar. Bu müsbət nəticələr təkcə mədəni, işgüzar əməkdaşların formalaşması ilə məhdudlaşmır, həmçinin şirkətin gəlirlərində də nəzərəçarpacaq artımla müşahidə olunur. Korporativ etika qaydalarının tətbiqi nəticəsində öz əməkdaşları üçün bir ailəyə çevrilməsinə nail olan şirkət ciddi şəkildə rəqabət üstünlüyü qazanmış olur.




  1. Yüklə 55,48 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin