Mövzu 10. Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi Plan



Yüklə 55,48 Kb.
səhifə3/9
tarix24.11.2022
ölçüsü55,48 Kb.
#119854
1   2   3   4   5   6   7   8   9
Mövzu 10 -Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi - Korp İd 10 sehife
Korporativ Etika Məcəlləsi

Etika məcəlləsi fərd və ya kollektiv üçün nəzərdə tutulan davranış qaydaları və normalarıdır. Bu məcəllə vasitəsi ilə davranış modelləri, həmçinin qarşılıqlı münasibətlər və birgə fəaliyyətin vahid standartları müəyyən olunur. Hal-hazırda iki növ - peşə və korporativ etika məcəlləsi daha geniş yayılmışdır.
Peşə etik məcəlləsi xarakterik xüsusiyyətləri daha qabarıq olan sahələr (vəkil, həkim, sosioloq və s.) üçün nəzərdə tutulur. İlk peşə etika məcəllələrindən biri Hippokrat andı - tibb işçilərinin etika məcəlləsi hesab edilir.
Korporativ etika məcəlləsi üç funksiyanı həyata keçirmək imkanına malikdir:
1. Nüfuz
2. İdarəetmə
3. Korporativ mədəniyyətin inkişafı
Birinci funksiya ictimai etimadın formalaşdırılmasını nəzərdə tutur (müştəri, podratçı, təchizatçı və s.-ə münasibətdə qurulmuş siyasətin beynəlxalq təcrübədə təsbit edilmiş şəkildə açıqlanması). Beləliklə, məcəllə korporativ PR aləti olmaqla, şirkətin investisiya cəlbediciliyini yüksəldir. Korporativ etika məcəlləsinin mövcudluğu artıq biznes aləmində ümumdünya standartına çevrilməkdədir.
İkinci funksiya mürəkkəb etik şəraitlərdə davranışların reqlamentləşdirilməsini (tənzimlənməsini) nəzərdə tutur. Əməkdaşların fəaliyyətinin səmərəliyinin yüksəldilməsi aşağıdakı yollarla həyata keçirilir:
- Qarşılıqlı münasibətlərdə prioritetlərin müəyyən edilməsi;
- Mürəkkəb etik şəraitlərdə qərarların qəbul edilmə ardıcıllığının müəyyən edilməsi;
- Qeyri-məqbul davranış qaydaları üzrə tövsiyələr (göstərişlər).
Bundan əlavə, korporativ etika korporativ mədəniyyətin bir hissəsidir. Korporativ etika məcəlləsi - korporativ mədəniyyətin inkişafının əhəmiyyətli amillərindəndir. Bu məcəllə şirkətin dəyərlərini bütün əməkdaşlar ötürə, onları vahid korporativ məqsədlərə yönəldə bilər və bununla da korporativ mədəniyyətin inkişafını təmin olunar.
Məcəllənin məzmunu hər şeydən əvvəl şirkətin xüsusiyyətləri, strukturu, inkişaf məqsədləri, rəhbərliyin göstərişləri ilə müəyyən edilir. Adətən, məcəllə iki hissədən ibarət olur:
- ideoloji (məqsəd, hədəf, dəyər və s.)
- normativ (işgüzar davranış normaları)
Bununla belə, ideoloji bölmə məcəllədə nəzərdə tutulmaya da bilər.
Korporativ Etik Məcəllənin quruluş və məzmununa nəzər yetirək.
I.Giriş
Bizim məqsədimiz cəmiyyət və hər bir əməkdaş üçün fayda verən, gəlirlə fəaliyyət göstərən şirkət olmaqdır. Bununla bağlı, şirkətin fəaliyyəti aşağıdakı mənəvi dəyərlər üzərində qurulmuşdur:
─ Əməkdaşlarımızın, tərəf müqabillərimizin və bütövlükdə cəmiyyətin hüquq və qanuni mənafelərinə hörmət;
─ Ədalət, yəni hər bir əməkdaşın öz əməyinə mütənasib olaraq şirkətin gəlirindən istifadə etmə imkanının yaradılması;
Bərabərlik, hər kəs üçün bərabər əmək şəraiti, o cümlədən istirahət hüququ və ixtisasartırma hüququnun təminatı;
─ Şirkətin əməkdaşlarının şirkətin fəaliyyətindən irəli gələn mənfi fəsadlardan qorunması;
─ Şirkətin əməkdaşlarının peşəkarlıq, təcrübə və şirkətin inkişafında sərf etdikləri zəhmət meyarları əsasında irəli çəkilməsi.
Qeyd edilən mənəvi dəyərləri öz fəaliyyətində rəhbər tutaraq, şirkət özünün inkişafı və cəmiyyətə faydalı olması üçün zəruri olan korporativ mədəniyyətinin yaradılmasına səy göstərəcəkdir. Həmin dəyərlər şirkətin hər bir əməkdaşı üçün məcburidir. Bununla yanaşı şirkət öz tərəf müqabilləri ilə də əlaqələri bu dəyərlərə əsasən qurur.
Bu dəyərlərə əsaslanaraq şirkət onun fəaliyyətinin ayrı-ayrı tərəflərini tənzimləyən etik prinsipləri öz işində rəhbər tutur.

Yüklə 55,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə