Mövzu 13. Maliyyə bazarında qiymətin əmələ gəlməsi



Yüklə 23,91 Kb.
səhifə1/3
tarix31.12.2021
ölçüsü23,91 Kb.
#113392
  1   2   3
UNEC 1638797246


Mövzu 13. Maliyyə bazarında qiymətin əmələ gəlməsi

1. Qiymətlərlə pul dövriyyəsinin qarşılıqlı asılılığı

2. Qiymətlərlə kredit arasında qarşılıqlı əlaqə
1. Qiymətlərlə pul dövriyyəsinin qarşılıqlı asılılığı

Qiymətlər pul dövriyyəsi ilə vergilərlə olduğu kimi sıx əlaqədardır. Pul dövriyyəsi dedikdə pulun öz hərəkəti zamanı tədavül və tədiyyə vasitəsi, pul ehtiyatlarının və əmanətin yaradılması kimi funksiyaları yerinə yetirməsi başa düşülür.

Dövriyyədə olan pul nişanlarında göstərilən pul vahidlərinin məbləği pul kütləsi və yaxud dövriyyədə olan pulun kəmiyyəti adlanır.

Pul kütləsi üç əsas elementdən – dövriyyədə olan nağd pul, tələb olunanadək depozitlər və hesablaşmalarda olan vəsaitlərdən ibarətdir.

Qiymətəmələgəlmənin dövriyyədə olan pul kəmiyyətinin dəyişməsindən asılılığı dəyər və pul tədavülü qanunları əsasında üzə çıxır. Belə ki, əmtəənin qiyməti dəyər əsasında müəyyən olunmalıdır. Dövriyyədə olan pulun kəmiyyəti isə fəaliyyətdə olan qiymət sistemindən asılı olaraq istehsal edilən əmtəə və xidmətlərin həcminə uyğun olmalıdır. Ona görə də faktiki olaraq bir çox bazar amillərinin təsiri altında əmtəənin qiyməti onun dəyərindən kənarlaşır. Dövriyyədə olan pul kəmiyyəti isə informasiya prosesləri ilə bağlı olan ödəniş qabiliyyətli tələbin ödənilməsi dərəcəsi ilə tənzimlənir.

Bazarda əmtəələrə tələb və təklif nisbətlərində hər hansı bir uyğunsuzluq qiymətlərin hərəkətində əks olunur. Artıq təklif onların nisbətən aşağı düşməsinə, tələb edilən əmtəə və xidmətlərin çatışmazlığı isə qiymətlərin artmasına səbəb olur və bununla pul qeyri-balanslılığını gücləndirir.

Təcrübədə kapitalların sahələrarası axını baş verir və burada dayanıqlı (sabit tarazlıq ola bilməz. Ancaq bununla belə iqtisadiyyatın ayrı-ayrı sahələrinin nisbətən balanslaşdırılması daim təmin edilməlidir. Bu zaman tələb və təklif nisbəti vahidə yaxınlaşmalıdır. Tələb və təklif nisbətən vahidə nə qədər yaxın olarsa, sahə səviyyəsində yenidən bölüşdürmə proseslərinin miqyası bir o qədər az olar və qiymət bir o qədər sabit qalar. Əgər bu nisbət vahiddən az olarsa, onda verilən əmtəəni istehsal edən sferada və yaxud sahədə yaradılan dəyərin bir hissəsi qiymətlər vasitəsilə daha qıt əmtəə istehsal edən sahələrə ötürülür. Əgər nisbət vahiddən çox olarsa, onda əmtəənin qiyməti artır və digər sahələrdə yaradılan milli gəlirin bir hissəsinin yeni əmtəə istehsal edən istehsalın və yaxud sahənin xeyrinə yenidən bölüşdürülməsi baş verir.

Pula olan tələbin səviyyəsi reallaşdırılmış əmtəələrin fiziki həcminin onların qiymətinə vurulması yolu ilə dövriyyəyə faktiki daxil olan pulun kəmiyyəti isə ödəmə vəsaitləri kütləsinin onların dövriyyə surətinə vurulması yolu ilə hesablanır. Onda tarazlıq bərabərliyi aşağıdakı şəkildə olur:

D x S = Q x O (13.1.)

Burada, D – müəyyən vaxt dövründə dövriyyədə olan pul kütləsi; S – pulun dövriyyə sürəti;Q – verilən əmtəə növünün qiyməti;O – bazarda olan əmtəənin kəmiyyəti.

Bərabərliyin sol tərəfi pul təklifinin səviyyəsini, sağ tərəfi isə pula olan tələbin kəmiyyətini əks etdirir.

Sabit qiymətlərdə pul kütləsinin və yaxud onun dövriyyə sürətinin artımı da həmçinin təklif edilən əmtəə və xidmətlərin artımı ilə müşayiət olunmalıdır.

İqtisadi sistemi kəskin iymət dəyişmələrindən müdafiə edən və beləliklə iqtisadi artımın yüksək sabitliyinə nail olmaqla kömək edən pul kütləsinin təklifinin mərkəzləşdirilmiş tənzimlənməsi təcrübədə çox vaxt gözlənilən nəticələri vermir. Pul emissiyasının müəyyən edilməsi zamanı adətən pul kütləsinə olan tələbin proqnozları nəzərə alınır.

Pulun dövriyyəyə buraxılması ilə məşğul olan Mərkəzi Bank dolayı göstəricilərin istehsalın artım sürəti, əmtəə dövriyyəsi, qiymət və s. dinamikasını proqnozlaşdırır. Məsələn, əgər qiymət artımı gözlənilirsə, onda cari dövrdə dövriyyədə olan pul kütləsinin təklifinin məhdudlaşdırılması üzrə tədbirləri həyata keçirilir. Nəticədə sonrakı dövrdə Mərkəzi Bank pul emissiyasını aşağı salır ki, bu da inflyasiyaya müəyyən təsir göstərmiş olur.

Dövriyyədə olan pul kütləsinin dinamikasının qiymət dəyişməsindən asılılığını bir sıra iqtisadi göstəricilərə istinad etməklə izləmək olar. Bu zaman pul kütləsinin yuxarıda göstərilən strukturunu nəzərə almaq lazımdır. Onun əsas elementi dövriyyədə olan nağd pulun kəmiyyətidir. Onlara pulu xidmət sferasına və əmtəə dövriyyəsinə xidmət edən nağd pul, fərdi şəkildə yaşayış evlərinin tikintisi və tələb-təklif üçün verilən bank ssudalarının ödənilməsi üçün vəsaitlər, qiymətli kağızların alınması və istehlak krediti üzrə öhdəçiliklərin ödənilməsi üçün vəsaitlər, müəssisə və təşkilatların ödənişlərini (işçilərə əmək haqqının ödənilməsi, təqaüdlərin və s.) həyata keçirmək üçün vəsaitlərə, həmçinin ayrı-ayrı şəxslərin mənzilə, kommunal xidmətlərə görə ödədikləri və əmlakın həyatın, avtonəqliyyatın dövlət sığortası üçün zəruri olan nağd pul kütləsi aiddir.

Dövriyyədə olan pulun kəmiyyətini müəyyənləşdirən amillərə həmçinin məişət xidməti, nəqliyyat, tamaşa və digər müvafiq müəssisə və təşkilatlar tərəfindən göstərilən pullu xidmətlərin dəyəri də aiddir. Xidmət tariflərinin və qiymətlərin kəskin artması pullu xidmət sferasının, xüsusən də əhaliyə məişət xidməti sahəsinin tənəzzülünə gətirib çıxarır.



Yüklə 23,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin