Mövzu 14. XİDMƏt və qeyri-kommersiya marketiNQİ



Yüklə 171,5 Kb.
səhifə1/14
tarix10.01.2022
ölçüsü171,5 Kb.
#108929
  1   2   3   4   5   6   7   8   9   ...   14

MÖVZU 14. XİDMƏT VƏ QEYRİ-KOMMERSİYA MARKETİNQİ
14.1.Xidmət anlayışı və onun spesifik xüsisyyətləri

14.2.Xidmətlərin təsnifləşdirilməsi, məqsədi və əhəmiyyəti

14.3.Xidmət marketinqinin beynəlxalq modelləri

14.4.Xidmət sferasında müasir marketinq konsepsiyaları

14.5.Xidmət marketinqi kompleksinin elementləri
14.1. Xidmət anlayışı və onun spesifik xüsisyyətləri

Xidmət (ingiliscə «service» sözündən götürülmüşdür) – faydalı effektə malik olan və insanın hər hansı bir tələbatını ödəyən əmək fəaliyyətinin nəticəsi kimi xarakterizə edilir. Marketinq sahəsində tanınmış tədqiqatçıların bəzilərinin fikrincə, xidmət – bir tərəfin digər tərəfə təklif etdiyi hər hansı bir fəa­liyyət, nəyəsə sahiblənməklə nəticələnməyən hissolunmaz hərəkət, bə­zi­lərinin fikrinə görə, dəyər yaradan və xidmətlərin alıcısına və ya onun əm­lakına yönəldilmiş hissolunan və hissolunmayan hərəkətlər nəticəsində müəy­yən məqamda və müəyyən məkanda istehlakçılar üçün müəyyən üstünlükləri təmin edən iqtisadi fəaliyyət, bəzilərinin fikrincə isə, xidmət – alıcılarla müəs­sisənin xidmətedici heyəti, fiziki resursları və sistemləri arasında qarşılıqlı əlaqələr nəticəsində baş verən bir sıra hissolunmayan hərəkətləri birləşdirən proses kimi səciyyələndirilir.

Xidmət bazarı – qeyri-istehsal sferanın müəssisələrinin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sahəsi kimi çıxış edir. Bu bazarın bir sıra özünə-məxsus xüsusiyyətləri vardır ki, bunların da əsasında xidmətlərin xüsu­siyyətləri dayanır. Məsələn, xidmət təklif olunana qədər mövcud olmur, bu isə onun qiymətləndirilməsini və təklif olunana qədər dəyərləndirilməsini çətin­ləşdirir. Xidmətlərə yüksək dərəcədə qeyri-müəyyənlik məxsusdur ki, bu da müştərini əlverişsiz vəziyyətdə qoyur, satıcılara isə xidmətlərin bazara irəlilə­dilməsində müəyyən çətinliklər törədir.

Bazar iqtisadiyyatı qanunlarına uyğun inkişaf edən xidmət bazarı əmtəə bazarının bir növü olmaqla yanaşı, eyni zamanda, bir sıra spesifik xüsu­siy­yət­lərə malikdir, bu isə sahibkarlıq və marketinq fəaliyyətinə xüsusi yanaşmanı tələb edir.

Ümumiyyətlə, xidmət bazarı aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:

-bazar proseslərinin yüksək dinamikliyi;

-ərazi üzrə seqmentləşdirmə;

-kapital tədavülünün yüksək sürəti;

-bazar konyunkturunun dəyişməsinə yüksək həssaslıq;

-xidmətlərin istehsalının təşkilinin spesifikliyi;

-xidmətlərin təbəqələşməsinin yüksək səviyyəsi;

-xidmət fəaliyyətinin nəticələrinin qeyri-müəyyənliyi.

Xidmətlər təbiətcə əsasən hissolunmaz və duyulmazdır və nəyəsə sahib olmağa gətirib çıxarmır (yəni əmtəəni alaraq, biz onun sahibi oluruq, bunu xidmət haqqında demək olmaz). Xidmətlər məhsul istehsalı ilə əlaqədar ola (məsələn, mal satılarkən göstərilən xidmətlər) və olmaya da bilər.

Xidmət növləri geniş spektrlidir: xidmətlər sənaye xarakterli və fərdi tələbatları ödəməyə yönəlmiş olmaqla yerinə yetirilməsi üçün yüksək peşəkarlıq tələb edir.

Xidmət sferası ticarət, nəqliyyat və rabitəni, maliyyə və sığortanı, müx­təlif növ vasitəçilik fəaliyyətlərini, o cümlədən məşğulluq və işə düzəlt­mə­yə­dək çox geniş fəaliyyət dairəsini əhatə edir.

Xidmət sferası maddi istehsal sahəsi ilə müqayisədə bir sıra özü­nə­məxsus xüsusiyyətlərə malikdir.

Birincisi, əmtəəlik məhsuldan fərqli olaraq xidmətlər eyni zamanda həm istehsal, həm də istehlak olunur, onların saxlanılmaq zərurəti yoxdur. Bu isə xidmətlərə tələb və təklifin dəqiq tənzimlənməsi problemini yaradır, xid­mət­lərlə ticarəti əmtəə (mal) ticarətindən köklü surətdə ayırır. Məlumdur ki, əmtəə satışında bir çox əməliyyatlar ticarət vasitəçiliyinə və malların müəyyən müddət saxlanıl-masına əsaslanır. Xidmətlərin çoxu istehsalçı və istehlakçı arasında birbaşa kon-taktlara əsaslandığından bir çox hallarda, xidmətləri digər bazarlarda satmaq üçün şirkətin müxtəlif regionlarda filiallarını yaratmaq lazım gəlir.

İkincisi, xidmətlər çox vaxt məhsulda əks qoyulur, halbuki sənayedə xidmətin rolu artır, buraya avadanlığın təmiri, təmirdən sonrakı xidmət və malın satılması ilə bağlı digər növ xidmətlər daxil olur. Demək olar ki, bir çox hallarda, xidmətdə məhsul elementi, eynilə bu cür məhsulu satarkən burada da xid­mət elementi iştirak edir. Məhsul satışı və xidmət göstərilməsinin bir-biri ilə belə sıx qovuşması xidmətin əlahiddə ayrılmasını və deməli, uçotunu çətinləşdirir.

Üçüncüsü, xidmət sferası, adətən, xarici rəqabətdən maddi istehsal sahə­sinə nisbətən daha çox müdafiə olunur. Bundan başqa, bir çox ölkələrdə nəqliyyat və rabitə, maliyyə və sığorta xidmətləri, elm, təhsil, səhiyyə və kom­munal xidmət sahələri ənənəvi olaraq tam və ya qismən dövlətin inhisarında qalır, başqa sözlə, bu sahələrə dövlət tərəfindən ciddi nəzarət edilir və tən­zim­lənir. Xidmətlərin idxalı və ixracı, bir çox ölkələrin hökumətlərinin fikrincə, milli təhlükəsizlik və müstəqilliyə təhdid ola bilər. Odur ki, xidmətlər bazarı əmtəə (məhsul, mal) ticarətinə nisbətən daha sərt normativ-hüquqi qayda-qanunlarla tənzimlənir.

Qeyri-maddi istehsal sahəsində xidmətlər çox müxtəlifdir: avto­mo­billərin, məişət texnikasının təmiri, sərnişin və yüklərin daşınması, təlim və məsləhətlər, tibbi xidmət, əmanətlərin saxlanılması, qiymətli kağızlar və əm­lak­la əməliyyatlar, sığorta və digər fəaliyyət növləri buraya daxildir.

Qeyri-istehsal sahəsində xidmətlərin belə spesifik müxtəlifliyinə baxmaya-raq onların hamısı ən azı dörd ümumi xarakteristikaya malikdir (şəkil 1.1). Bunlar xidmət sahəsinin məhsulunu (xidməti) hər hansı digər məhsul növündən ayırır. Bu xüsusiyyətlər aşağıdakılardır:



  • xidmətlərin ələkeçməzlik, duyulmazlıq və qeyri-maddi xarakteri;

  • xidmətlərin istehsalı və istehlakının fasiləsizliyi;

  • xidmətlərin keyfiyyətinin qeyri-bircinsliyi və ya dəyişkənliyi;

  • xidmətlərin saxlanmağa qadir olmaması (tələbatın dəyişməsi, dəbdən düşməsi, tez sıradan çıxması və s.).


Kataloq: application -> uploads -> 2015
2015 -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
2015 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> «Maliyyə və maliyyə institutlari» kafedrası «Valyuta ehtiyatları və xarici borc siyasəti» fənninin proqrami
2015 -> Бакалавр щazırlыьы цчцн “marketinq təDQİqatlari” фяннинин т я д р и с п р о г р а м ы
2015 -> Маэистр щazırlыьы цчцн “тятбиги маркетинг тядгигатлары” фяннинин т я д р и с п р о г р а м ы
2015 -> Ali məktəb pedaqogikası
2015 -> Mühazirə ali məktəbdə təlimin əsas təşkili forması kimi. Mühazirənin strukturu. Mühazirəyə verilən tələblər

Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə