Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə2/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
az dili
1, 3.




“Reklam” latın sözü olub «qışqırmaq» mənasını verir. Bu söz daşıdığı mənaya görə bir neçə anlamda işlənilir:


  1. Bir adama və ya bir şeyə şöhrət qazandırmaq, yaxud istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədilə görülən tədbirlər.

  2. Məşhurlaşdırmaq, kütləviləşdirmək məqsədilə bir adam və ya bir şey haqqında məlumat yaymaq.

  3. Bir adam və ya bir şey haqqında məlumat verilən, diqqəti cəlb edən elan, plakat.

Reklam tərtib edən, reklam düzəldən şəxs “reklamçı” adlanır.

Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq, reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə ehtiva edir. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehsalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdi.



Tarixi. Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları hazırlamaq üçün istifadə edirdilər. Kommersiya və siyasi təşviqat xarakterli məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinmişdir. Günümüzədək Asiya, Afrika və Cənubi Amerikanın bir çox hissələrində rast gəlinən divar və qaya üzərindəki ticari reklam xarakterli rəsmlər qədim reklam formalarına dəlalət edir. Tarixi mənbələrə əsasən, bilbord ən qədim reklam formalarından olmuşdur. Orta əsrlərdə şəhərlərin böyüməyə başlaması və əhalinin böyük bir hissəsinin savadsız olduğu səbəbindən insanlar öz ticarətləriylə əlaqəli bu gün çəkməçi, dəyirmançı, dərzi və dəmirçini təmsil edə biləcək ayaqqabı, kostyum, papaq, saat, brilyant, nal, şam və hətta un torbası kimi simvollardan istifadə edirdilər. Meyvə və tərəvəz adətən şəhər meydanlarında arabaların arxasında və ya furqonlarda satılırdı və satıcılar alıcıların rahatlığı üçün onların harada olduqlarını elan edən küçə carçılarından istifadə edirdilər.

Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə