Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə6/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
az dili
1, 3.

Mağazadaxili reklam


Mağazadaxili reklam hər hansı pərakəndə satış mağazası daxilindəki reklamdır. Buraya kassanın yanı və ya keçidlərin sonu kimi yerlərdə məhsulların yerləşdirilməsi, müəyyən bir məhsulun diqqətçəkici nümayişi, alış-veriş kartındakı reklamlar və mağazadaxili video nümayişlər aiddir.

Gizli reklam


Gizli reklam marketinqin bir növü hesab olunmaqla, məhsul və ya brendin mediada və ya əyləncə xarakterli hər hansı bir yerdə yerləşdirilməsidir. Məsələn, “Minority Report” filmində Tom Kruzun canlandırdığı filmin baş qəhrəmanı Jon Andersonun açıq-aydın görünən  Nokia logolu telefon istifadə etməsi və üzərində Bulgari  yazılı saat taxmasında olduğu kimi, hər hansı bir filmdə baş rol oyunçusu hər hansı bir əşyanı və ya brendi istifadə edə bilər. Filmlərdəki reklamın başqa bir nümunəsi “I,Robot” filmində Uill Smitin oynadığı baş qəhrəmanın Converse ayaqqabısını bir neçə dəfə xatırladaraq, onları “klassika”  adlandırmasıdır. “I,Robot” və “Spaceballs” filmləri də həmçinin, ön hissələrində logoları açıq seçilən Audi və Mercedes-Benz avtomobilləri üçün vitrin olmuşdur. “Cadillac” firması reklam üçün Cadillac markalı avtomobillərin bir çox səhnələrdə istifadə olunduğu “Matrix Reloaded” filmini seçmişdir. Analoji olaraqOmega WatchesFordVAIOBMW və AstonMartin kimi avtomobillər sonuncu Jeyms Bond filmlərində, daha qabarıq şəkildə isə “Casino Royale “ filmində göstərilmişdir. “Blade Runner” filmi reklamın ən bariz nümunələrindən biri olmuşdur. Belə ki, bütün film koka-kola reklam lövhəsini göstərmək üçün dondurulmuşdur.

Nümunələr

R E K L A M

İngilis dilində sərbəst yazıb, oxuya bilirsiniz? Bəs danışıq zamanı çətinlik çəkirsinizmi? İngilis dilini mükəmməl öyrənmək istəyirsiniz? Elə isə EF English First ingilis dili hazırlıq kurslarına müraciət edin. Burada sizinlə peşəkar müəllimlər işləyəcək və siz 10 ay ərzində ingilis dilini mükəmməl öyrənəcəksiniz. İyul ayında isə İngiltərənin Bringta şəhərinə səyahət etməyə şans əldə edəcəksiniz! Tələsin!

Ünvan: Bakı şəhəri, Təbriz küç.89, EF English First hazırlıq kursları.

Telefon: (+994 12) 453 95 82, 496 93 21

Email: of baku.com.

REKLAM

Tez, sərfəli və etibarlı!

Pulunuzu Kanadadan Azərbaycana köçürərik. Bir bank günü ərzində pullar sizin hesabınızdadır.


Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə