Mövzu 16 İşgüzar kommunikasiyada elan xarakterli sənədlər. XVI mühazirənin plani



Yüklə 56,62 Kb.
səhifə7/23
tarix31.12.2021
ölçüsü56,62 Kb.
#113061
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   23
az dili
1, 3.
Müraciət edin! Telefonlar:

Ünvan: Bakı şəhəri,

Vidadi küçəsi, 3

BİLDİRİŞ

Bildiriş – Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında əvvəlcədən verilən məlumatdır.

A. Bildirişin mahiyyətiElmi, bədii tədbir haqqında kollektiv və ya ictimaiyyətə məlumat vermək məqsədilə yazılır.

B. Bildirişin məzmunuBildirişdə tədbirin xarakteri, keçiriləcəyi yer və vaxt, iştirak edənlər, onların kimliyi haqqında məlumat verilir. Tədbirin gündəliyi də bildirişdə göstərilir.

C. Bildirişin forması – Vərəqin və ya lövhənin ortasında “BİLDİRİŞ” sözü yazılır. Ondan sonra ayın tarixi və saatı göstərilməklə, tədbirin xarakteri haqqında məlumat verilir, tədbirdə iştirak edənlərin adı və soyadı, habelə kimliyi və titulları göstərilir. Sonda isə tədbirin keçiriləcəyi yer, nəhayət, tədbiri keçirən qurumun adı verilir. Başqa formada da bildiriş vermək olar. Yenə ilk cümlədə tədbirin keçiriləcəyi tarixdən sonra keçiriləcəyi yer göstərilir. Bildiriş qəzetdə, televiziyada, radioda və afişa şəklində verilə bilər.

Ç. Bildirişin dil xüsusiyyəti – Bildirişin dili səlis, fikri aydın olmalıdır. Dolaşıq ifadələrə yol vermək olmaz. Elmi konfrans, qurultay, elmi şura və s. haqqında bildirişlər rəsmi ədəbi dillə yazılmalıdır. Burada bədii və emosional ifadələrə yer vermək olmaz. Təntənəli gecə, yubiley gecəsi, habelə konsert haqqındakı bildirişlərdə bədiiliyə və emosional ifadələrə yol verilə bilər.

Nümunə

Yüklə 56,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə