Mövzu 7 beynəlxalq hava xəTLƏRİNDƏ aviakompaniyalarin kommersiya əMƏkdaşLIĞI



Yüklə 76,55 Kb.
tarix21.10.2017
ölçüsü76,55 Kb.
#8705

Mövzu 7

BEYNƏLXALQ HAVA XƏTLƏRİNDƏ

AVİAKOMPANİYALARIN KOMMERSİYA

ƏMƏKDAŞLIĞI

BHX-də kommersiya əməkdaşlığmın əsas formaları aşağıdakılardır:

1. aviaxətlərin ayrıca istismarı zamanı əməkdaşlıq;

2.«pul» əməkdaşlığı;

3.birgə istismar zamanı əməkdaşlıq.

Ayrıca istismar zamanı aviakompaniyaların əməkdaşlığında rəqabət elementləri daha çoxdur. Bu zaman rəqabət həm «məhdudlaşdırılmamış» və ya «azad» olur, həm də yanaşı avia-xətləri istismar edən aviakompaniyalar arasmda kommersiya sa-zişləri və razılaşmalarla məhdudlaşdırılmış olur.

Burada kommersiya əməkdaşlığmın formalan müxtəlifdir. Kommersiya əməkdaşhğı haqqında sazişlərdən başqa reyslərin qovuşduğu məntəqələrdə kommersiya yüklənməsinin ötürül-məsi praktikası geniş yayılmışdır və bu ötürmələr həm formal, həra də qeyri formal razılaşmalar əsasında aparılır, o şərtlə ki, gəlirlər qarşılıqlı fayda ilə bölüşdürülür. Bundan əlavə «qovşaq məntəqələrdə əməkdaşlıq» da həyata keçirilir. Özünün aviaxətlər şəbəkəsini möhkəmləndirmək və genişləndirmək məqsədilə aviakompaniya əsas qovşaq məntəqələrə gündəlik reyslər təşkil edir. Hər qovşaq məntəqədə bir aviakompaniya seçilir və sərni-şinlər onun reyslərinə ötürülür.

Hava əlaqələrinin qovşaq məntəqəsi aşağıdakı xüsusiyyətlə fərqlənir:



  • ildə 750000 yerli sərnişinlərin olması;

  • bir daşıyıcmm aviaxətləri ilə ildə 400000 və daha çox daşınan sərnişin;

  • 30-dan çox şəhərlə bilavasitə (arahq məntəqədə enmədən) əlaqə;

  • əsas reyslərin kodlaşdınlması ilə eyni kodlaşdırılmış əlavə avianəqliyyat;

  • gündə 6 qovuşma əlaqəsi;

  • 16 və daha çox dayanacaq.

BHX-in birgə istismarı həm bir partnyorun, həm də hər ikisinin təyyarələri üə aparıla bilər.

Bir partnyorun HG istifadəsilə birgə istismarda əməkdaşlığın tipik şərtləri aşağıdakıdır:

1) faktiki alınmış valyutalarda əldə edilmiş gəlir bərabər bölüşdürülür;

2) hər tərəf öz ərazisində yanacaqdoldurma, texniki və kommersiya xidməti, bort qidası və digər xidmətləri üzrə bütün xərcləri üzərinə götürür.

Digər istismar xərclərinin 50% daşıyıcı aviamüəssisəyə ödənilir və onlar 1 uçuş saatının razılaşdırılmış stavkası ilə hesablanır.

Gediş və qayıdışda doldurulmuş yanacağm dəyərində fərq olarsa o kompensasiya edilir.

Təcrübə göstərir ki, bu şərtlər HG kommersiya yüklənməsi əmsalım və digər göstəricilərini xeyli artırmağa imkan verir.



İki partnyorun HG-dən istifadə ediləndə əsas şərtlər aşağıdakıdır:

1) birgə istismar xətlərində uçuşlar proqramı bərabər şərtlərlə təyin edilir. Hər xəttə uçuşların tezliyi və daşıyıcı həcmləri aviadaşımalara olan tələbata əsasən təyin edilir.

2) ümumi hesaba daxil olmuş gəlirlər, güzəştlər, proreyt və satış üzrə agentlərə komissionlar ödəniləndən sonra tərəflər arasında bərabər bölünür.

3) mövcud kreslo-küometrlə proqramların bərabərliyində xərclər üzrə qarşılıqlı hesablaşmalar aparılmır. Hər tərəf reyslərin yerinə yetirilməsi ilə bağlı olan bütün xərcləri üzərinə götürür. Reyslərin ləğv edilməsi, müxtəlif tipli HG-nin istifadəsi, əlavə reyslərin müxtəlif sayda olması hesabına əmələ gələn fərq (kreslo-kilomctrlə) 1 kreslo-km üçün razüaşdırılmış stavka ilə tərəflər arasmda bərabər bölüşdürülür.

Aviaxətlərin birgə istismarmdan başqa, birgə marketinq, bi-rgə xidmət, qovuşan reyslərin birgə istismarı («kod-şerinq») və s. kimi razılaşmalar geniş vüsat almışdır.

Daşıyıcılann sıx birliyini yaradanda aviakompaniyaların fəaliyyətləri çoxtərəfli əhatə edilir, bu da çox vaxtı səhmlərin qarşılıqlı dəyişdirilməsi ilə müşahidə edilir.

Bir qayda kimi, razüığa gələn tərəflər özlərinin zəyif tərəflərini tamamlayan partnyorları axtarır. Məsələn, «Delta» ABŞ bazarmda güclü mövqelərə malikdir, lakin Avropa, Afrika və Yaxm Şərqdə, yəni «Svisser» güclü olan bazarda rəqiblərinə məğlub olur. Bu vəziyyət isə ikitərəfli razılaşmam labüd etdi. SAS («Svisseyr») 55 mln., «Teksas Eyr» kompaniyasma və 50 mln. beynəlxalq aeroportun avadanlığına istifadə etdikdən sonra transatlantik marşrutlarda onun dövriyyəsi 28 % artmışdır.

Beynəlxalq hava xətlərinin birgə istismarı və əməkdaşhğın digər formaları bir çox hallarda birgə müəssisələrin və ya beynəlxalq birliklərin yaranmasına gətirir. Bu həm yük aviasiya-sında, həm də biznesin diversifikasiyasında baş verir: məsələn mehmanxanalarm tikilməsi və istismarı, aerovokzalların, bort qidası sexlərinin, texniki xidmət stansiyalarmm, turizm və s.

Müxtəlif qrup ölkələrin inteqrasiyada məqsəd və məsələlə-ri müxtəlifdir. Sənayecə inkişaf etmiş ölkələrdə onlar milli mo-nopoliyalann məqsədlərinə bənzərdir, ancaq o fərqlə ki, milli sərhədlərdən kənara çıxır. İnkişaf etməkdə olan ölkələrdə isə bu xarici investisiyaları və müasir təcrübəni infrastrukturaya cəlb edüməsi və bununla servisin səviyyəsini artırmaq, milli HN-ın rəqabət qabiliyyətini yüksəltmək üsuludur.

MÖVZU 9

«PUL» AVİAXƏTTLƏRİN KOMMERSİYA İSTİSMARI

«Pul» - rəqabəti aradan qaldırmaq məqsədilə sahibkarlar arasında assosiasiyadır. «Pul» assosiasiyasının ümumit prinsipi ondan ibarətdir ki, hər partnyor «pul»a hamı üçün eyni olan və məhsulun vahidi ilə müəyyənləşən normanı (stavkanı) ödəyir. Bu ödəmələrdən ehtiyat «pul» fondu yaradıhr və müəyyən müddətdən sonra o iştirakçılar arasmda əvvəlcədən müəyyən edilmiş tənasüblə (nisbətlə) bölüşdürülür.

Bu anlayış XİX əsrin axırında əmələ gəlib. «Pul» assosia-siyaları sənayedə, dəmir yolunda, dəniz və hava nəqliyyatmda geniş vüsat almışdır.

Aviakompaniyalar arasmda bağlanan «pul» sazişləri mahiyyəti və formasma görə fərqlənir. Lakin onlar hamısı aşağı-dakı ümumi prinsipləri elan edir:

- partnyorlar arasmda rəqabətin aradan qaldırılması (daha çox formal olaraq);

- partnyorların kommersiya əməkdaşlığı (reyslərin saymın, uçuşlar cədvəlinin razılaşdırılması, reyslərə yüklənmənin bölüşdürülməsi və sair).

«Pul» sazişlərin çoxu nəzərdə tutur ki, partnyorlann hər birisi digər partnyorun reyslərinə xidmət, kliyentlərə təqdim etmə və yüklənmənin cəlb edilməsi mənasmda öz reyslərindən fərqlənməyən münasibət göstərməlidir;

- sazişlərin könüllü bağlanması. Hər partnyor sazişdə müəyyən edilmiş qaydada istənilən zaman müqaviləni birtərəfli denonsasiya (imtina və ya pozma) edə bilər;

- asıh olmamaq, qarşılıqh xeyir və gəlir əldə etməkdə eyni imkanlar: partnyorlar daşımanın hər bir vahidindən özləri tərəfindən təyin edilmiş gəlir stavkalarına əsasən «pul»a öz gəlirlə-rinin bir hissəsini keçirir və bundan asılı olaraq «pul»dan müxtəlif miqdarda gəlir alırlar. Buna görə də hər partnyor bütün mümkün olan imkanlarla çalışır ki, «pul»a keçirdiyi gəlirin hissəsini artırsın.

«Pul» sazişində aviakompaniyalar özlərinin iqtisadi və hüquqi mustəqilliyini saxlayır. «Pul»a rəhbərliyi müəyyən edilmiş müddət ərzində növbə ilə partnyorların hamısı edir.

«Pul» sazişlərin bağlanması üçün əsas şərtlər aşağıdakılardır:

1) hava ələqələri haqqında dövlətlərarası sazişin olması;

2) müqavilə xəttlərin istisman üçün dövlət tərəfindən təyin edilmiş aviakompaniyalarm arasmda kommersiya sazişinin olması;

3) «pul» sazişin bütün partnyorları tərəfindən aviaxattin heç olmasa bir hissəsinin birgə istismar edilməsi.

Sazişlər həm açıq, həm də konfidensial (məxfi) ola bilər.

«Pul» aviaxattlərində kommersiya işi formal olaraq rəqabətdən imtinanı nəzərdə tutur. Reallığda isə aviakompaniyalann fəaliyyət miqyası və təcrübəsindən asılı olaraq hər partnyor müqavilənin şərtlərini özünün xeyrinə dəyişməyə çahşır. Hər «pul» müddətindən sonra, sazişin nəticələrini müəyyən edərkən, uduzmuş partnyorlar sonrakı dövr üçün şərtləri özlərinin xeyrinə dəyişməyə çalışır. Xüsusən kəskin mübarizə «pul» stavkaların və yüklənmə kateqoriyaların təyin edilməsi üzərin-də gedir.

İş vaxtı da müqavilə şərtlərinin pozulması hallan baş verir və növbəti turda münasibətlər o qədər kəskinləşir ki, hətta «pul»un dağılması ilə nəticələnir.

«Pul» razılaşmaları ilə bağlı olan bəzi anlayışlara nəzər salaq.



«Pul» məntəqəsi - aviaxəttin muəyyən hissəsidir ki, bu aviaxəttdə uçuş həyata keçirən iki və daha çox aviakompaniya arasmda «pul» şərti ilə istismar olunur.

«Pul» reysləri - «pul» sazişinə əlavə olaraq reyslərin sayı, nömrələri, klaslar üzrə yerlərin sayı, təyyarənin tipi müəyyən edilir.

Təyyarənin «pul» tutumluğu - təyyarədə müəyyən edil-miş sernişin yeridir ki, onlardan əldə edilmiş gəlir «pula» ödənilməlidir. Çox vaxtı bu «pul» məntəqəsində partnyorların biri-nin təklif etdiyi ən az olan yerlərin sayıdır. Məsələn, əgər bk partnyor 80 yerlik təyyarə istismar edir, digəri isə 72 yerlik, onda «pul» tutumluğu 72 qəbul edilir.Əgər bu məntəqədə partnyorların biri həftədə 2 reys edir, digəri isə bir, onda birincinin təyyarəsinin «pul» tutumluğu 36 bərabərdir, ikincisinin isə 72.

Yuxanda qeyd olunduğu kimi, «pul» birliklərin müxtəlif formaları mövcuddur və hər bir forma özünəməxsus şərtlərə malikdir. Bunlan aşağıdakı sxem kimi göstərmək olar:

«Pul» fondunun təşkil edilməsi iki metodla həyata keçirilir. Birinci üsula əsasən müəyyən müddət ərzində orta gəlir faktiki gəlir kimi qəbul edilir.

Bir qayda kimi, saziş bağlanarkan «pula» daxil olunmah oldan gəlirin hissəsi 60-80% qəbul edilir. Sonrakı "pul" dövlərində bu faiz "pul"dakı işdən asılı olaraq 80% və daha yüksək ola bilər.

Bu metodda partnyorlar biri birinin gəlirlərinə nəzarət etməlidir. Məhz bu səbəbdən daha çox "pul" stavkalan metodu istifadə olunur.

"Pul stavkası" - "pula" razılıq əsasında daxil edilməli olan daşıma yüklənməsinin vahidindən hesablanan gəlirin hissəsidir.

"Pula" daxil edilməli olan gəlir müvafiq kateqoriyaların "pul" stavkasmın həmin kateqoriyaların yüklənməsinə hasilinin cəmi kimi təyin edilir.

Yüklənmə kateqoriyasmdan asılı olaraq «pul» stavkaları 1-ci klas «pul» stavkası, ekonom klasın «pul» stavkası, inklyüzivturun «pul» stavkası, yük və ya pullu baqajın «pul» stavkalarına ayrılır.

Birinci klasın «pul» stavkası 1-ci klasın baza tarifindən cüzi- (5-10%) fərqlənir. Ekonom klasm «pul» stavkası həmin klas tarifindən 30-40% aşağıdır (ekonom klasın müxtəlif imtiy-az ve endirimlərini nəzərə alaraq). Bu stavka «pul» sazişi üçün əsasdır.

«İnklyüziv-tur» üzrə «pul» stavkası təyin edilərkən həmin məntəqədə və ya aviaxəttin hissəsində ekskursiya tariflərin orta səviyyəsindən istifadə edilir.Yük və pullu baqaj üzrə gəlirlər ya faktiki qazanc ya da ki, sərnişin daşımalarm gəlirlərindən müəyyən faiz kimi (məsələn 1,6%) hesablana bilər.

Bir çox hallarda «pul» stavkaları hər yay və qış mövsümu üçün hər partnyorun keçmiş ildə həmin mövsümlərdə əldə etdikləri ən aşağı orta gəlirlərə əsasən müəyyən edilir. Eyni vaxtı gələcək dövr üçün ən aşağı orta gəlir də nəzərə alınrr. Ən aşağı orta gəlir proqnozu aviadaşımalar bazarımn konyükturasının təhlili, həmin və yanaşı aviaxəttləri istismar edən aviakompaniyaların sayı, rəsmi tariflər, aviakompaniyaların tarif siyasəti, əvvəlki dövrdə daşımalar dinamikası və güman edilən tarif endirmələrinə əsasən edilir. Eyni üsulla «pul» xəttində səmişinlərin orta gözlənilən sayı da müəyyən edilə bilər.

«Pul» daxilində əldə edilmiş gəlirlərin bölüşdürülməsinin 5 üsulu mövcuddur:



Dməhsuldarlıq əmsahna əsasən

Bu üsul partnyorlar arasuıda reyslərinin qeyri bərabər ol-duğu halda istifadə olunur. Hər səmişinin daşmmasma görə məhsuldarlıq əmsalı təyyin edili, məsələn 0,02. Deməli 100 sərnişinin daşımasma görə əmsal 2-yə bərabərdir. Hər 100 kq daşınmış yük də 0,02 bərabərdir.

Bu üsulda partnyorlar üçün «pulun» həftəlik tutumluğu bə-rabər olmalıdır.

2) «pul» vahidləri ilə

«Pul» vahidi müəyyən edilmiş şərti kəmiyyətdir ki, müəyyən yük ilə və ya onsuz yerinə yetirilmiş reys onunla tu-tuşdurulur. Gəlirlərin bölüşdürülməsinin meyyan reysin yerinə yetirilməsi faktıdır, yəni «pul» müddəti ərzində daşmmış yüklənmədən asılı olmayaraq hər partnyor tərəfindən müəyyən tutumlu təyyarə ilə yerinə yetirilmiş reyslərin miqdarı. «Bərabər imkanlar» prinsipinə riayət etmək üçün «pul» vahidi kimi teyin edilmiş səviyyəyə qədər yüklənmiş reys qəbul edilir.

Bölgü «pul» tutumluğuna proporsional olaraq aparılır. Burada ancaq səraişin tutumluğu nəzərə alınır. Hər «pul» dövrü üçün HG-in bütün tipləri üzrə «pul» tutumluğu mütləq müəyyən edilməlidir.



5) «pul» məhsuldarlığı üzrə bölgü

«Pul» məhsuldarlığı - «pul» aviaxəttin nəqliyyat məhsulu-dur ki, onu təyyarənin «pul» tutumluğunun «pul» məsafəsinə hasili ilə müəyyən edirlər və sərnişin-km. üə ifadə edirlər.

«Pul» sazişlərində ödənilməyən gəlir anlayışı mövcuddur.

Gəlirləri proqnozlaşdırarkən nəzərə alınmalıdır ki, faktiki gəlirlər plan göstəricilərinə nisbətən daha yüksək olduğu halda ödənişlərin məhdudlaşdıriasını nəzərdə tuturlar. Əgər partnyor məhdudlaşdırmaya razı deyilsə, onda ümumi razıhqla «pul» stavkasının aşağı salmmasına nail olmaq olar. Bu halda «pul» stavkası ilə faktiki orta gəlir stavkasının arasındakı fərq Ad = ds - Sp daha yüksək olar və deməli «pul»a daxil edilməli olmayan əlavə gəlir əldə etmək olar.

Ödənilməyən gəlir, həmçinin o zaman əmələ gəlır kı, «pula» daxil edilməli olan yüklənməyə məhdudiyyət qoyulur. Normadan artıq yüklənmədən alımnış gəlirlər «pul»a ödənilmir.

Bundan əlavə, «pul»da nəzərdə tutulmuş həddən aşağı tariflərdə də ödənilməmiş gəlir əmələ gəlir. Məsələn, əgər bu sazişdə nəzərdə tutulubsa, normal tarifdən 51% yüksək güzəştlə daşımalar «pula» daxil edilmir.

Odənilməmiş gəlirin əmələ gəlməsi imkanı partnyorları dilemma (ikili vəziyyət) qarşısında qoyur, nə daha sərfəlidir -«pul» stavkalarınm artırması hesabına «pul» gəlirinin artırılması,və ya «pul» sazişinin xüsusiyyətindən istifadə edilməsi və «pul» stavkalarmın azaldılması hesabına ödənilməmiş gəlirin xüsusi çəkisinin artırılması. Bu problem «pul» üzrə partnyorlar arasındakı rəqabət mübarizəsində əsas problemlərdəndir.

MÖVZU 11

AVİAKOMPANİYANIN XARİCİ NÜMAYƏNDƏLİYİNİN KOMMERSİYA FƏALİYYƏTİ.

Aviakompaniyanın xaricdə yerləşən nümayəndəlikləri xa-rici ölkələr ərazisində həyata keçirilən reyslərə yüklənmənin cəlb edilməsi üzrə kommersiya işinin təşkilində əsas hissədir. Xarici nümayəndəliklər öz işlərində «AZAL»ın nümayəndəliklərin fəaliyyəti ilə bağh olan normativ sənədlər, Azərbaycan Respublikasının Hava Məcəlləsi, yerləşdiyi ölkələrin qanunları, hökümətlərarası, idarələrarası və kommersiya razılaşmalan və digər sənədlərə əsaslamr.

«AZAL»ın nümayəndəlikləri aviakompaniyanın yerinə ye-tirdiyi beynəlxalq müntəzəm uçuşların ölkələrinin hamısmda var. Bəzi vaxtı nümayəndəliklər o ölkələrdə açılır ki, oraya hə-lə uçuşlar edilmir. Bu hallarda nümayəndəliklər regionun yaxm məntəqələrindən uçuş edən aviakompaniyanm təyyarələrinə kommersiya yüklənməni təmin etmək məqsədilə reklam- məlumat işini aparır.

Nümayəndəliklərin əsas məsələləri müvafıq ölkə və regionlarda aviakompaniyanın maraqlarmı təmin etməkdir. Müvafiq bölmələrə rəhbərlik edən aviakompaniyanm xaricdəki nümayəndələri, regional və baş nümayəndələrdən başqa nümayəndə-liklərdə kommersiya işini aparırlar: kommersiya məsələləri üzrə, daşımalar üzrə numayəndələr, reklam inforrnasiya agentliklərin rəhbərləri və aeroportlardaki nümayəndələr. Bundan ələavə satışm təşkili məsələləri, bronlaşdırma, daşımalarm tə-mini ilə nümayəndəliklərin digər işçiləri də məşqul olur: satış və bronlaşdırma üzrə dispetçerlər, daşımalar iizrə dispetçerlar, agentlər və s.

Nümayəndəliklər kommersiya hüqüqların həyata keçirilməsi və kommersiya istismarının müxtəlif məsələlərinin həlli üçün aviasiya idarələri, aviakompaniyalar, turistik firmalar və digər təşkilatlarla əlaqə saxlayırlar, yerlərin bronlaşdırmasını, daşımaların satışım təşkil edir, uçuşlarm müntəzəmliyi və təhlükəsizliyinin təmin edilməsi, servisin yaxşılaşdırması üçün səmərəli tədbirlər görür, sazişlərin şərtlərinin yerinə yetirilməsinə, istehsalat və maliyyə planlara nəzarət edir.

Kommersiya işləri sahəsində xarici nümayəndəliklər aşağıdakı funksiyaları yerinə yetirir:

- aviakompaniyaya verilmiş kommersiya hüquqlarını həyata keçirir; həmçinin hökümətlərarası, idarələrarası və kommersiya sazişlərin baş agentlər və MA idarələri tərəfindən yerinə yetirilməsinə nəzarət edir. Nümayəndəliklərin müqavile - hüquqi kommersiya işi xarici aviakompaniyalar, agentlər və biznes üzrə digər partnyorlarla kommersiya əməkdaşlığmm genişləndirmə-sinə yönəldilmişdir. Kommersiya işi üçün əlverişli şəraitin əldə edilməsi, məsələn sərbəst satış və kommersiya hüquqlarm tə-qdim edilməsi, hökümətlərarası sazişlər və idarələrarası sənəd-lərdən bilavasitə asüıdır. Bu səbəbdən nümayəndəliklərin işi satış üzrə agentlərin fəaliyyətinə nəzarətin səmərəsini artırmaq üçün sənəd və təlimatların işlənib hazırlanmasına, yeni sazişlə-rin bağlanmasına, kifayət qədər fəal olmayan agentlərlə sazişlə-rin pozulması və ya yenidən baxılmasına yönəlir. Bazarın konyukturasmın öyrənməsi üçün lazım olan məlumatın təmin edilməsi üzrə iş də böyük rol oynayır. Qeyd olunmahdır ki, tə-labatm öyrənilməsi həm yerli, həm də regional əsasda aparılmalıdır.

- aviadaşımaladın satışı və bronlaşdırmasını təşkil edib həyata keçirir, həmçinin baş agent-aviakompaniyalar tərəfındən apanlan satış, bronlaşdırma və reyslərə yüklənmənin komplektləşdirməsinə nəzarət edir. Aviakompaniyanm xaricdəki nümay-əndələri aviadaşımaları sərbəst satış hüquqlara malik olduğu ölkələrdə apanr. Bundan əlavə, xüsusi satış məntəqələr şəbəkəsi o regionlarda yaradılır ki, burada kompaniya daşımalar həcminin böyük miqdarına ümid edə bilər.

Xarici ölkələrin ərazisində sərbəst satış hüququnun istifadəsi aviakompaniyanın nümayəndələrinə BHX-də daşımalar həcminin artmlmasına, agentlərə komissionlar vermədən daha yüksək qazanc əldə etməyə, özünün kommersiya siyasətini həyata keçirməyə imkan verir. Bununla belə qeyd olunmalıdır ki, xaricdə xüsusi satış həmin nümayəndəlik tərəfmdən göndə-rilən reyslərin kommersiya yüklənməsinə nəzarət və yaxşı qurulmuş bronlaşdırma sisteminin mövcudluğunu tələb edir.

Bundan əlavə daşımaların satışı üzrə xəttənkanar (of- lain) agentliklərin açılması praktikası vardır. Bu aviakompaniya hələ uçuş etmədiyi ölkələrdə və ya uçuş etdiyi ölkənin digər şəhər-lərində apanlır.Xüsusi satışın bu kimi metodla genişləndirməsi-ni dünyanm bütün böyük aviakompaniyaları həyata keçirir.

- təyyarələrə, sərnişinlərə və yüklərə göstərilən kommer-siya xidmətinə nəzarət edir;

- təyyarələrin kommersiya yüklənməsinin artınlmasma yönəldilmiş reklam- məlumat işini və digər tədbirləri təşkil edib həyata keçirir; Müvafiq ölkələr və regionlarda nümayəndəliklər öz kompaniyalannın daşımalarına əlavə təlabatın təşkil edilməsi üçün reklam-məlumat tədbirlər kompleksini işləyib hazırlayır. Bu cür tədbirlər iki fimksiyam yerinə yetirir-kompaniyanı ictimayətə təqdim etmək və aviakompaniyanın imecini yaratmaq.

Reklamın müxtəlif növlərinin birləşməsi, reklam kompaniyasmın yeri və vaxtı, onun istiqamətlənməsi bir qayda kimi həmin aviakompaniyanm kommersiya fəaliyyətinin strategiyası ilə koordinasiya edilir. Aviakompaniyanm nüfiızunun artmasına yönəldilmiş reklam tədbirləri özlərində həmçinin PR-public rilaions (cəmiyyətlə münasibətlər) sistemini cəmləşdirir. Bu sistem kompaniyanın həm ictimaiyyətlə, yəni potensial sərnişin və kliyentlərlə, həm də əməkdaşlıq edən və rəqib olan kompaniya və firmaların işgüzar və rəsmi dairələrinin nümayəndələri ilə münasibətlərini yaxşılaşdırır.

İntensiv işgüzar əlaqələr, kompaniya üçün maraqlı olan dai-rələri özünün nəqliyyat xidmətlərinin sahə və coğrafiyası, xit-dmətin səviyyəsi, tətbiq olunan imtiyazlar sistemi və s. ilə tanış etməyə imkan yaradır. Xarici nümayəndəliklərin iş təcrübəsində sərgilər, mətbuat konfransları və seminarlar, müxtəlif məlumat materiallarm nəşr edilməsi və geniş kütləyə çatdırılması geniş vüsat almışdır;

- turistik və digər firmalarla sərnişinlərin və yüklərin da-şınması üçün çarter reyslərin yerinə yetirilməsi üçün kontraktlar bağlayırlar.

Daşımaların həcmindən asılı olaraq aviakompaniyanın xarici nümayəndəlikləri regional, baş və sadəcə nümayəndəliklərə ayrıla bilər. Regional nümayəndəliklər regionlara daxil olan ölkələrdə yerləşən nümayəndəliklərə nəzarət və işini koordinasiya edir.

Baş nümayəndəliklər o ölkələrdə təşkil edilir ki, aviakompaniya bu ölkənin bir neçə məntəqələrinə uçuşlar edir, və yaxud bu ölkələr komersiya nöqteyi nəzərdən xüsusən vacibdir, və ya daşımaların həcmi böyükdür. Adi nümayəndəliklər daşıma həcmi çox olmayan ölkələrdə fəaliyyət göstərir.

Xarici nümayəndəliklərin saxlanmasma sərf olunan xərclər beynəlxalq reyslərin istismar xərclərinə daxil edilir. Bu xərclər özlərində binalarm icarəsi və saxlanması, ştat və ştatdat kanar heyytin əmək haqqı, avtonəqliyyatın saxlanması və icarəsi, rabitə xərcləri və s. cəmləşdirir.

Xarici nümayəndəliklərin smetası üzrə istismar xərcləri özlərində sərnişinlərin və uçuş heyyətinin bort qidası, səmişinlərə xidmət, sərnişinlərin və uçuş heyyətinin mehmanxana xərclərini (uçuş gecikdikdə), uçuş heyyətinin estafetasma (dəyişdiril-məsinə), uçuş heyyətinin günlük xarclərini, reklama sərf olunan xərcləri və s. cəmləşdirir.

Nümayəndəliklərin işi aviakompaniyanm tarif siyasətinin işlənilməsi və həyata keçirilməsində mühüm rol oynayır. Onlar xarici aviakompaniyalarm tarif siyasətini təhlil edir, həmçinin yerli rəhbərlikdən xüsusi birbaşa tariflərin (bu cür tariflər milli və ya partnyor aviakompaniyalarm sərnişinləri üçün daha sərfəlidir), ikitərfli və çoxtərəfli razılaşdırılmış imtiyazlı tariflrin tətbiqi üçün icazə almağa çalışmalıdırlar.

Hal hazırda daşımalarm satışı, bu kimi satışları reqlamentlaşdıran beynəlxalq qaydalar, Dövlət Konserninin sənədləri və sazişlərinə əsasən, ycrli aviakompaniya ilə razılaşdınlmış və dərc edilmiş tariflərə əsasən həyata keçirilir.

Dövlət Konserninin qeyri rəsmi imtiyazlı tariflərlə daşımaların satışı nümayəndəliklər tərəfindən rəsmi və qeyri rəsmi ag-entlər vasitəsi ilə həyata keçirilir.

Müstəsna hallarda, yerli şəraiti nəzərə alaraq, nümayəndənin şəxsi məsuliyyəti ilə ayrı-ayrı vətəndaşlarla qeyri rəsmi tariflərlə satış aparıla bilər.

Rəsmi agent-Dövlət Konserni tərəfındən imzalanmış daşımaların (sərnişin və yük) rəsmiləşdirüməsi haqqında sazişə əsasən daşımalarm satışım həyata keçirən agentdir.

Qeyri rəsmi agent-yuxandakı tərifə cavab vennəyən və Dövlət Konserninin nümayndəsinin şərtlərinə əsasən fəaliyyət göstərən agentdir.

«AZAL»ın xətlərinin valyuta səmərəliyinin artınlması məqsədi ilə başqa məntəqələrdə başlanan daşımalara satışa icazə verilir. Bu zaman uçuş başlanan ölkədəki nümayəndənin icazəsi lazımdır, həmçinin bu zaman tətbiq olunan imtiyazlı tariflər həmin nümayəndəliyin tariflərindən aşağı olmamalıdır.



Nümayəndəliklər satış üzrə rəsmi agentlərin işinə ciddi nəzarət edir, o cümlədən: hesabatların vaxtında verilməsi, satışdan əldə edilmiş qazancın vaxtmda və tam keçirilməsi, komissionla-rın düzgün tutulması, bütün kuponlarda ştampın olması və s.
Yüklə 76,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin