Mövzu Azərbaycan III-XI əsrlərdə



Yüklə 14,64 Kb.
tarix02.06.2018
ölçüsü14,64 Kb.
#52423


Ad

Soyad

Qrup

Kurs

Fakültə

Fənn Azərbaycan tarixi

Mövzu Azərbaycan III-XI əsrlərdə


Qafqazda feodal münasibətlərinə keçid. Feodal münasibətləri Qafqazda III-V əsrlərdə meydana çıxdı. IIIəsrdə quldarlar, yerli tayfa başçıları əkin yerlərini, otlaqları, suvarma kanallarını ələ keçirdikdən sonra feodal mülkiyyəti yarandı, feodal və asılı kəndli zümrələri meydana gəldi. Albaniyada iri feodallara patriklər, xırda feodallara azatlar, Gürcüstanda iri feodallara aznaurlar, xırda feodallara uazno deyilirdi. Albaniyada iri irsi torpaq sahibliyi dastakert,şərti torpaq sahibliyi xostaqadlanırdı. Qafqazda asılı olmayan kəndlilər azad kəndlilər idilər. Qafqazda feodal münasibətləri Avropa ölkələrindən tez meydana çıxmış, lakin gec inkişaf etmişdi.

Erkən orta əsrlərin əvvəlində Qafqazda Lazika (Kolxida), Kartli (İberiya), Albaniya kimi müstəqil dövlətlər var idi. 260- cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianıdöyüşdə əsir aldı. IIIəsrdə Cənubi Qafqaz Sasanilərin əlinə keçdi. 262- ci ildə Albaniya Sasanilərin tərkibinə qatıldı.298-ci il Nisbin sülhünə görə, Kolxida və İberiya Sasanilərin təsiri altına düşdü. 387- ci ildə Ermənistan və Gürcüstan sasanilər və romalılar tərəfindən bölüşdürüldü.Xosrovun dövründə Albaniya, Atropatena, İberiya imperiyanın şimal kustakına (canişinliyinə) daxil edildi. 481-484-cü illərdə Cənubi Qafqaz xalqları Sasanilərə qarşı üsyan qaldırdılar. Sasani şahı Balaş bəzi güzəştlər edərək 485-ci ildə Nvarsak sülhünü bağladı. Sülhə görə, Cənubi Qafqaz ölkələri özünüidarə hüququ aldı. Albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi.

571-591-ci illərdə Qafqaz uğrunda Sasanilərlə Bizans arasında 20 illik müharibə getmişdi. 591-ci ildə bağlanmış müqaviləyə əsasən, Azərbaycan torpaqları və Karth Sasanilərə, Lazika Bizansa çatdı.

Qafqazda xristianlığın qəbul edilməsi. Xristian dini 313-cü ildə Ermənistanda, IV əsrin ikinci yarısında Kartlidə, VI əsrin əvvəllərində Lazikada rəsmi dövlət dini oldu.Albaniyada xristianlıq IVəsrin əvvəllərində dövlət dini olmuşdur. Sasanilər Qafqazda xristianlığın yayılmasına əvvəllər mane olmadılar, lakin onun vasitəsilə Bizansın burada nüfuzunun artmasından ehtiyat edərək xristianlığa münasibət dəyişdi. II Yezdəgerd (439-457) dövründə Sasanilərin xristian vilayətlərinin başçılarını, o cümlədən Albaniya hökmdarı II Vaçeni Mədainə dəvət etdi və onlar Sasani hökmdarının tələbi ilə atəşpərəstliyi qəbul etdilər.

Beləliklə, erkən orta əsrlərdə Azərbaycanda mani, məzdək, atəşpərəstlik, bütpərəstlik geniş yayılmışdı. Xristianlığı ancaq Qarabağın Dağlıq hissəsində albanlar qəbul etmişdilər.

Ərəblərin Qafqazı tutması. Tiflis əmirliyi. Ərəblərin hücumları nəticəsində Cənubi Qafqaz Ərəb xilafətinin tərkibinə qatıldı. Ərəb xilafətinin zəiflədiyi dövrdə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldi. VIII əsrin sonu IX əsrdə Gürcüstan ərazisində Abxaziya, Tao-KIarçeti, Kartli-Kaxetiya dövlətləri yarandı. Tao-Klarçeti knyazlığının əsası IX əsrin əvvəllərində Kartli knyazı Aşot Baqrationi tərəfindən qoyulmuşdu.Baqrationi ərəblərlə mübarizədə məğlub olmuş, Aranuçiniözünə iqamətgah seçmiş, ətraf əraziləri ələ keçirmişdi. IX əsrin sonlarında TaoKlarçeti knyazları «Kartvelinamene» («Gürcüstanın çarı») adını qazanmağa başladılar. X əsrin 80-ci illərində III Baqrat bütün Gürcüstanınbirləşdirilməsini başa çatdırdı.Bu dövlət III Davidin dövründə yüksək inkişaf dövrü keçirdi, tikinti işləri, kilsə, monastır şəbəkəsi genişləndi.

HələVIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələnəndən sonra Mərkəzi Tiflis olan Ərəb canişinliyi yaratdılar.Ərəb xilafətinin dağılması ilə Tiflis əmirliyi meydana gəldi.Onun əhalisinin əksəriyyəti Azərbaycan türkləri idi. IX əsrdə Kartli ondan ayrıldı, əmirliyin ərazisi Tiflis şəhəri və onun ətrafı ilə məhdudlaşdı. Erməni və gürcü feodalları Azərbaycanın qərb torpaqlarını tutmaqla Bizansa arxalanırdılar. Əmirlik uzun müddət gürcülərə, ermənilərə və Bizansa qarşı mübarizə aparmışdı. Bu mübarizədə Azərbaycan türkləri, xüsusilə Şəddadilər onlara yaxından kömək etmişdilər. İslam-türk birliyi Tiflis əmirliyinin və Azərbaycanın qorunub saxlanmasında böyük rol oynadı, lakin 1122-ci ildə Tiflis əmirliyi ləğv edildi.

Qafqaz xalqlarının mədəniyyəti. Sasanilər və Xilafət dövründə Cənubi Qafqaz xalqları başqa xalqlarla əlaqə saxlamışdılar. Bu dövrdə Azərbaycanda elm-mədəniyyət mərkəzinə çevrilmiş Şəhərlər yaranmışdı. Mollaxana və mədrəsələrdə «Quran», şəriət, şərq dilləri ilə yanaşı, riyaziyyat və təbabət də öyrənilirdi. Azərbaycanda Torpaqqala, Ləkit məbədi, Girdiman qalası, Dərbənd Səddi erkən orta əsrlərdə tikilmiş gözəl memarlıq abidələridir.

Cənubi Qafqaz ərəb xilafətinə daxil olandan sonra Xilafətə daxil olan xalqların mədəniyyəti bir-birini zənginləşdirdi. Məktəb və mədrəsələrdə ərəb dili öyrədilirdi. İslam dinində insan və heyvan şəkli çəkmək yasaq olduğu üçün rəssamlıq və heykəltəraşlıq zəiflədi və incəsənətin xəttatlıq sahəsi inkişaf etdi.

Gürcüstanda yazının V əsrdə meydana gəlməsi haqqında məlumat verilir. Təhsil əsasən kilsə məktəblərində verilirdi. Kilsə ədəbiyyatı «müqəddəslər»ə həsr olunsa da, orada gürcü xalqının həyatından da bəhs olunurdu. Xalqın səadəti uğrunda mübarizəyə həsr olunmuş «Amirani haqqında əfsanə» bunu sübut edir. Əsərin qəhrəmanı Amirani allahlara qarşı çıxır, xalqa od verir, ona metaldan istifadə etməyi öyrədir. Burada «Zəncirlənmiş Prometey» əfsanəsinin təsiri aydın görünür.



Erkən Orta əsrlərdə yaranmış dastanlar içərisində «Kitabı Dədə Qorqud» dastanı xüsusi yer tutur. Dastanda təsvir edilən hadisələr Azərbaycan ərazisində cərəyan edir.




Yüklə 14,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin