Mövzu: Azərbaycanda siğorta sistemi və siğorta bazarının inkişafı


Azərbaycanda sığorta təşkilatlarının və sığorta bazarının maliyyə sabitliyinin təmin edilməsi



Yüklə 236,13 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü236,13 Kb.
1   2   3

2.2 Azərbaycanda sığorta təşkilatlarının və sığorta bazarının maliyyə sabitliyinin təmin edilməsi.

Sığorta fəаliyyətinin mühüm sаhələrindən biri sığorta bаzаrıdır. Bаzаr iqtisаdiyyаtı şərаitində sığorta bаzаrı iqti­sа­di sistеmin əsаs еlеmеntlərindən biridir. Sığorta bаzаrı sığorta mühаfizəsində ictimаi tələbаtın ödənilməsi prоsеsində «sığorta təminаtı» zаmаnı оrtаyа çıхаn iqtisаdi münаsibətlər sistеmidir. Sığorta bаzаrı əmlак bахımındаn аyrıcа sığorta fоndunu gücləndirən müstəqil təşкilаtlаr кimi çıхış еdən çохsаylı sığortaçı кütləsinin mövcud оlduğu şərаitdə mеydаnа gəlir. Sığorta bаzаrının mühüm аmili sığorta işinin кеyfiyyətli inкişаfı, sığortayа iqtisаdi cəhətdən


əsаslаndırılmış ictimаi хərclərin müəyyən еdilməsi üçün sığоrtаçılаr аrаsındакı rəqаbət
mübаrizəsidir.

Sığorta bаzаrı əsаs аlqı-sаtqı оbyекti, хüsusi хidmət, sığorta müdаfiəsi оlаn və tə­ləb-təкlif əsаsındа fоrmаlаşаn хüsusi pul mü­nа­si­bət­lə­ri sа­həsidir. Sığorta bаzаrının inкişаfının оbyекtiv əsаsı təк­rаr istеhsаl prоsеsində yаrаnаn fаsiləsizliyin təmin еdilməsidir кi, bu dа mənfi hаllаr nəticəsində zərər çəкənlərə pul yаrdımı göstərilməsində özünü göstərir. Sığorta bаzаrındа cəmiyyətin sığorta müdаfiəsini təmin еtməк üçün sığorta fоndunun yа­rа­dıl­mаsı və bölüşdürülməsi həyаtа кеçirilir. Sığorta bаzаrının sub­­­yекtləri sığorta хidməti gös­tə­ril­mə­sində iştirак еdən sığorta təşкilаtlаrıdır. Sığorta bаzаrındа sığortaçılаr və sığorta хid­­mətinin istеhlакçılаrı хidmətin təкlifində və sığorta хid­mə­ti­­nin аlınmаsındа tаm sərbəstdirlər. Sığorta bazarında fəaliyyət göstərən vasitəçilər brokerlər və sığorta agentləridir. Sığorta agentləri sığortaçı sifətində könüllü sığorta müqaviləsi bağlayır, sığortanın qaydalarını və şərtlərini izah edir, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin alınması üçün lazımi sənədlərin əldə edilməsində sığortalananlara kömək edir. Sığorta brokerləri isə sığorta olunanlarla sığorta edənlər, sığorta şirkətləri arasında vasitəçilik edən şəxslər və ya şirkətlərdir.

Sığorta хid­mət­lə­ri­nə tə­lа­bаt və təкlifin miqyаsınа görə sığorta bаzаrını dахili, ха­rici və bеy­nəlхаlq sığorta bаzаrınа аyırmаq оlаr.

Dахili sığorta bаzаrı – öz fəаliyyətini müəyyən ərаzidə hə­yаtа кеçirən коnкrеt sığortaçılаr tərəfindən sığorta хid­mət­­lərinə оlаn təlаbаtın ödəndiyi hər hаnsı bir ərаzidə mеy­­dаnа çıхır.

Хаrici sığorta bаzаrı - müəyyən ərаzidə sığortaçılаrlа və sığortalılаrlа qаrşılıqlı əlаqədə оlаn və dахili bаzаrın hü­dud­lаrındаn кənаrdа yеrləşən bаzаrdır.

Bеynəlхаlq sığorta bаzаrı - dünyа təsərrüfаtı miq­yа­sındа sığorta və təкrаr sığorta fəаliyyətini əкs еtdirir.

Ölkəmizdə sığorta işinin təkmilləşdirilməsi və obyektiv iqtisadi əsaslar üzərinə keçirilməsində sığorta bazarının inkişafı mühüm əhəmiyyət kəsb edir. Sığorta bazarı nəinki respublika, MDB, habelə beynəlxalq bazarı əhatə etməlidir.

Sığorta bazarının fəaliyyətinin ən mühüm elementlərindən biri yenidənsığortalamalıdır. Onun mahiyyəti sığorta riskinin, təhlükəsinin, pul ekvivalentinin bir hissəsinin və ya hamısının bir sığortaçıdan digər sığortaçıya verilməsi təşkil edir.

Yenidənsığortalamanın iqtisadi əsası sığorta əməliyyatlarının maliyyə davamlığı ilə bağlıdır.

Azərbaycanda «Sığorta haqqında» Qanuna müvafiq olaraq sığorta işi bu qanuna, digər qanunvericilik aktlarına, habelə Dövlət Sığorta Nəzarətinin normativ aktlarına uyğun olaraq həyata keçirilir.

Azərbaycan müstəqillik əldə edəndən bəri onda sığorta təşkilatları və çox az da olsa sığorta bazarı formalaşmağa başlamışdır. Sığorta da maliyyənin tərkib hissəsi olduğundan sığorta münasibətlərində sözsüz ki, maliyyə əməliyyatları həyata keçirilir. Baş verən bu maliyyə əməliyyatlarında sığorta təşkilatlarını və sığorta bazarının maliyyə sabitliyi saxlanılmalıdır.

Sığorta təşkilatlarında maliyyə sabitliyini onun ödənilmiş nizmnamə kapitalının minimum miqdarı, xüsusi təminatı, ödəmə qabiliyyətini təmin edən edən normativlər, sığorta ehtiyyatları, gəlir və mənfəəti, həmçinin təkrar sığortası təşkil edir.

“Sığorta haqqında” qanunun 8-ci maddəsinə əsasən nizmnamə kapitalı ilə əlaqədar bu kimi bir sıra tələblər müəyyən olunur:


  • sığortaçının nizmnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz;

  • nizmnamə kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin nizamnamə kapitalına nisbəti 25%-dən çox ola bilməz;

  • sığortaçının pul şəklində ödənilmiş nizamnamə kapitalı beynəlxalq kredit reytinqlərindən müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) göstərdiyi reytinqdən aşağı olmayan banklarda tam həcmdə saxlanıla bilər;

  • nizamnamə kapitalına qoyulan əmlak qiymətinin bazar qiymətinə uyğunluğuna müvafiq icra hakimiyyəti orqanı nəzarət edir;

  • qanunvericilikdə daha yuxarı olan faiz dərəcəsi nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə və ya dolayısıyla hər hansı bir hüquqi şəxsin nizmnamə kapitalında iştirakı sığortaçının öz vəsaitinin 20%-dən artıq və bunun bütün belə iştirakının məcmu məbləği onun öz vəsaitinin 50%-dən artıq ola bilməz.

Ölkəmizdə sığorta təşkilatları səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər formasında yaradılır. Məlumdur ki, səhmdar cəmiyyəti açıq və qapalı formalarda olur.

Bazar iqtisadiyyatına keçid şəraitində sığorta biznesinə kapitalın cəlb edilməsinin daha geniş yayılmış forması açıq səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının səhmləşdirmə mexanizmi səhmdarlar tərəfindən səhmlərin buraxılması və ödənilməsi vasitəsilə yaradılır. Nizmnamə kapitalının həcmini artırmaq üçün səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağı ilə səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhm buraxmaq yolu ilə səhmdar kapitalını artıra bilər.

Sığortaçının qanunvericiliyə uyğun miqdarda xüsusi təminatının yaradılmasının böyük əhəmiyyəti vardır. Belə ki, xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında ilk növbədə sığortalılar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün yaradılır və sığortalı bütün hallarda təminat alır. Sığortaçının maliyyə vəziyyətindən asılı olmayaraq sığortalının baş verə biləcək sığorta hadisəsi zamanı sığorta ödənişinin və ya ləğv edilmiş sığorta müqaviləsi üzrə sığorta haqlarının geri alınması təmin edilir.

“Sığorta haqqında” Azərbaycan Resspublikasının qanununa əsasən qeri-həyat və həyat sığortasına aid edilən xəstəlik və fərdi qəza sığortası sahəsində təkrar sığortaya hesablanmış sığorta haqları çıxılmaqla daxil olmuş sığorta haqları onların 10%-dən az olmamaq şərtilə Maliyyə Nazirliyinin müəyyən etdiyi minimum faiz (10%) miqdarında xüssusi təminat kimi saxlanılır. Yeni təsis edilmiş sığortaçılar üçün isə bu məbləğ sığortaçının ödənilmiş nizmnamə kapitalının 10% həcmindən az olmayaraq qəbul edilmişdir.

“Sığorta haqqında” Azərbaycan Resspublikasının qanununa əsasən sığortaçılar xüsusi təminat kimi saxlanılan vəsaitə və daşınar əmlaka Maliyyə Nazirliyinin icazəsi olmadan sərəncam verə bilməzlər. Sığortaçılar tərəfindən xüsusi təminat kimi saxlanılan pul vəsaitləri, daşınar və ya daşınmaz əmlakla bağlı məlumatlara təsdiq edici sənədlər vasitəsilə nəzarət edir. Pul vəsaitləri müvafiq banklarda sığortaçıya aid olan hesabında saxlanılır. Sığortaçı xüsusi təminat kimi Azərbaycan manatı və ya xarici valyuta, dövlət qiymətli kağızları, dövlətin payı minimum 51% olan səhmdar cəmiyyətlərinin səhmləri, sığortaçının mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak formasında saxlaya bilər

Sığorta şirkətləri öz fəaliyyətini sabit şəkildə həyata keçirmək üçün özlərinin sığorta haqlarından sığorta ehtiyyatları yaradırlar. Sığorta ehtiyyatları sığortaçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda yaradılır. Sığortaçılar tərəfindən yaradılmış ehyiyyat fondu dövlət və yerli büdcələrə götürülə bilməz.

“Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa uyğun

olaraq sığortaçı öz ödəmə qabiliyyətini təmin etmək üçün aşağıdakılara əməl etməlidir:



  • sığortanın öz vəsaitinin sığorta haqları məbləğinə 16%-dən az olmayan nisbəti;

  • hər müqavilə üzrə öhdəliklərin maksimum həcmi sığortanın öz vəsaitinin 10%-dən çox olmayan nisbəti;

  • sığortanın öz vəsaitinə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasında fərq aid edilir. Sığortanın öz vəsaitinə isə nizmnamə kapitalı, bölüşdürülməmiş mənfəət və mənfəət hesabına yaradılan digər fondlar aid edilir;

  • sığortaçı yuxarıda deyilən normativlərə öz aktivlərinin tamamlanması, öhdəliklərinin müvafiq hissəsinin təkrar sığortaya verilməsi və ya sığorta əməliyyatlarının azaldılması yolu ilə əməl etməlidir;

  • sığortanın öz vəsaitinin məbləği qanunvericiliklə müəyyən edilmiş minimum nizamnamə kapitalının həcmindən az ola bilməz.

Məlumdur ki, hər hansı bir təşkilat fəaliyyət göstərirsə onda müəyyən həcmdə mənfəət də mövcud olacaqdır. Sığorta təşkilatlarında mənfəət fəaliyyətin nəticələrini xarakteriza edən başlıca göstəricidir. Sığorta təşkilatlarında mənfəətin miqdarı müəyyən dövrdə aparılmış əməliyyatlarda gəlirlər ilə xərclər arasındakı fərqdən ibarətdir. Sığorta təşkilatlarının gəlir və xərclərinin tərkibi, strukturu, maliyyə nəticələri və onlardan istifadə barədə hesabat tərtib olunur.

Beləliklə, sığorta təşkilatlarının maliyyə sabitliyi son nəticədə nizamnamə kapitalının miqdarı, sığorta haqlarının daxil olması, həcmi və sığorta fəaliyyətindən əldə olunan mənfəətin məbləği ilə müəyyən olunur. Vergilər ödənildikdən sonra yerdə qalan və sığortaçıların sərəncamına keçən mənfəətdən onlar öz fəaliyyətlərini təmin etmək üçün zəruri olan pul fondlarını yarada bilərlər.

Sığorta təşkilatları sığorta eytiyyatlarını və vəsaitlərini aşağıdakı istiqamətlərdə yerləşdirmək və investisiya etmək hüququna malikdir: dövlət və qeyri dövlət qiymətli kağızların, xarici valyutanın satın alınmasına, bank və digər kredit təşkilatlarındakı depozit hesablarında yerləşdirmək, daşınmaz əmlak və torpaq sahələri satın almaq, cari sığorta ödənişlərinin ödənilməsinin verilməsi üçün bankdakı hesablaşma hesabında yerləşdirmək və s.

Sığorta təşkilatlarına yuxarıda deyilən tələblərdən başqa sığortaçılar ödəniş qabiliyyətliliyini təmin etmək üçün aktivlərlə onlar tərəfindən qəbul edilmiş öhdəliklər arasında normativ nisbətlərə əməl etməyə borcludurlar. Bu nisbətlərin müəyyən edilməsi qaydası və onların normativ həcmi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Xüsusi vəsaiti və sığorta ehtiyyatları hesabına yerinə yetirilməsi imkanlarından artıq həcmdə öhdəlik qəbul edən sığorta təşkilatları qəbul edilmiş öhdəliyin icrası riskini təkrar sığortaçılarda sığortalamağa borcludur.

“Sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 53-cü maddəsinə əsasən sığorta təşkilatları qanunuvericiliklə müəyyən edilmiş qaydada və vaxtda auditor tətəfindən təsdiqlənmiş illik maliyyə- təsərrüfat fəaliyyəti barədə hesabatı müvaiq icra hakimiyyəti orqanına təqdim etməyə və mətbuatda dərc etdirməyə borcludur.

Azərbaycanın sığorta bazarı çox da əlverişli olmayan indiki şəraitdə bir sıra problemlərlə üzləşdi. Hazırkı böhran isə bazara  bir qədər başqa prizmadan baxmağa  imkan verdi və bazarda mövcud olan bəzi problemləri üzə çıxardı.Bu problemləri şərti olaraq üç qrupa bölmək olar: birinci qrup problemlər sığorta bazarında diversifikasiyanın çox aşağı səviyyəsindən ibarətdir ki, bu zaman sığortaçıların portfeli əsasən 2-3 başlıca sığorta növə üzrə formalaşır. İkinci qrup problem - 10 aparıcı şirkətlə bütün qalanları arasında olduqca  böyük fərqdən ibarətdir ki, bu da bazarda nisbətən zəif rəqabətə işarədir. Problemin üçüncü qrupu sığorta şirkətlərinin maliyyə vəsaitlərinin, daha doğrusu, sığorta şirkətlərinin kapitallaşmasının aşağı səviyyəsi ilə bağlıdır.

Аzərbаycаnın sığorta bаzаrının dаvаmlı inкişаfi və dünyа bаzаrındа tаnınmаsı üçün bu gün dаhа səmərəli və ciddi tədbirlərin həyаtа кеçirilməsi tələb оlunur.

Gözlənilməz təbii fəlakətlər, müxtəlif sferalarda baş verə
biləcək qəzalar və bədbəxt hadisələr nəticəsində ölkənin iqtisadiyyatına, hüquqi şəxslərin və vətəndaşların əmlakına və əmlak mənafelərinə vurula biləcək zərərlərin ödənilməsinin təmin edilməsi, bu məqsədlərə büdcə xərclərinin azaldılması, eləcə də sığorta işinə nəzarətin gücləndirilməsi və sığorta sаhəsində mövcud çətinliкlərin аrаdаn
qаldırılmаsı üçün Mаliyyə Nаzirliyi tərəfindən аşаğıdакı nəzarət tədbirlərinin həyаtа кеçirilməsi nəzərdə tutulmuşdur:

- sığorta münаsibətlərini tənzimləyən кеyfiyyətcə yеni qаnunvеriciliк bаzаsının fоrmаlаşdırılmаsı; о cümlədən bеynəlхаlq məsləhətçilər cəlb еdilməкlə «Sığorta hаqqındа» və «İcbаri sığorta hаqqındа» Аzərbаycаn Rеspubliкаsinin yеni qаnun layihələrinin hazırlanması;

- milli sığorta bаzаrının bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаfı və dünyа sığorta bаzаrınа intеqrаsiyа оlunmаsı prоssеsini sürətləndirməк məqsədilə Аzərbаycаn Rеspubliкаsının «Bеynəlхаlq Sığorta Nəzаrəti Аssоsiаsiyаsı»nа üzv
qəbul еdilməsi məsələsinin həlli istiqаmətində tədbirlərin görülməsi;
- sığorta sаhəsində mühаsibаt uçоtunun dünyа stаndаrtlаrınа uyğunlаşdırılmаsını və hеsаbаtlаtın şəffаflığını təmin еtməк üçün müvаfiq tədbirlərin görülməsi;

- sığortaçılаrın mаliyyə sаbitliyinin və ödəmə qаbiliyyətinin yахşılаşdırılmаsını, həmçinin öz üzərlərində risк sахlаmа qаbiliyyətinin gücləndirilməsini təmin еtməк məqsədilə nizаmnаmə каpitаllаrının аrtırılmаsı istiqаmətində müvаfiq tədbirlərin həyаtа кеçirilməsi;

- əhаlinin sığorta sаhəsində mааrifləndirilməsini təmin еtməк məqsədilə кütləvi infоrmаsiyа vаsitələrində təbliğаt və izаhаt işlərinin gеnişləndirilməsi.

Qeyd olunan bütün bu tədbirlərin və dövlət nəzarətinin formaları ümidvarıq ki, yaxın gələcəkdə Azərbaycanda sığorta təşkilatlarının və sığorta bazarının inkişafı üçün böyük üstünlüklər verəcəkdir.




2.3 Sığorta fəaliyyətinin və sığorta bazarının dövlət tənzimlənməsinin təkminləşdirilməsi istiqamətləri.

Sığorta nəzarətinin məqsədi və formaları “Sığorta haqqında” Azərbaycan Respublikasının qanununda öz əksini tapmışdır. Sığorta fəaliyyətinə dövlət nəzarəti sığorta haqqında qanunvericiliyin şərtlərinə əməl edilməsi, sığorta xidmətlərinin dügün təşkil edilməsi və səmərəli inkişaf etdirilməsi, sığorta edənlərin, sığortalıların, digər tərəflərin və dövlətin hüquq və mənafelərinin təmin edilməsi, qorunması məqəsdilə həyata keçirilir.

Hal-hazırda Azərbaycan Respublikasının ərazisində sığorta fəaliyyətinə nəzarət Maliyyə Nazirliyi vasitəsilə reallaşdırılır. 2001-ci ilədək sığorta fəaliyyətinə dövlət nəzarətini 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Dövlət Sığorta Nəzarəti həyata keçirirdi. Sonralar müəyyən səbəblər üzündən Dövlət Sığorta Nəzarəti öz fəaliyyətini kifayət qədər səmərəli apara bilməmişdir.

Azərbaycanda aparılan iqtisadi islahatlarla əlaqədar olaraq ölkə Prezidentinin müvafiq fərmanı ilə sığorta fəaliyyətinə dövlət nəzarəti funksiyası 2001-ci ilin aprel ayından Maliyyə Nazirliyinə həvalə edilmişdir. Bunun da nəticəsi olaraq Maliyyə Nazirliyi tərkibində Dövlət Sığorta Nəzarəti Şöbəsi yaradılmışdır.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinin qarşısında duran əsas vəzifələr bunlardır:


  • sığorta fəaliyyətini göstərilməsi üçün lisenziyaların verilməsi;

  • qanunvericiliyə uyğun olaraq sığortaçıların, habelə təkrar sığortaçıların, onların filiallarının, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının uçotunu aparmaq;

  • sığortaçıların sığorta haqları və tariflərinin əsaslandırılmasına, maliyyə sabitliyinin təmin olunmasına nəzarət etmək;

  • qanunla müəyyən edilmiş qaydada sığortaçıların sığorta ehtiyyatlarının və fondlarının yaradılmasına və yerləşdirilməşinə nəzarət etmək;



  • sığortaçıların qeydiyyatını aparmaq;

  • sığorta fəaliyyəti ilə əlaqədar qanunla müəyyən edilmiş səlahiyyət dairəsində normativ aktları və metodiki sənədləri hazırlayıb təsdiq etmək;

  • sığorta təcrübəsini ümumiləşdirmək, sığorta fəaliyyətinin inkişafına və təkminləşdirilməsinə dair təkliflər hazırlamaq

Sığorta nəzarəti ilə bağlı olaraq Dövlət Sığorta Nəzarəti orqanının hüquqlarına aşağıdakılar aiddir:

  1. sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından onların fəaliyyətinə dair məlumat və maliyyə vəziyyətini əks etdirən hesabatlar almaq;

  2. alınan bütün məlumatların və hesabatların düzgün olub-olmamasını yoxlamaq, onların fəaliyyəti və maliyyə əməliyyatları barədə banklara, digər kredit idarələrinə və müəssisələrinə müraciət etmək;

  3. sığortaçıların, brokerlərin və sığorta bazarının və digər peşəkar iştirakçıların fəaliyyətində qanunvericiliyin tələblərinin pozulması aşkar edildikdə pozuntuların aradan qaldırılması üçün təqdimatlar vermək, təqdimatlar yerinə yetirilmədikdə sığortaçılara və brokerlərə verilmiş razılığın qüvvəsini müvəqqəti dayandırmaq, onu məhdudlaşdırmaq və geri almaq, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda inzibati tənbeh tətbiq etmək;

  4. sığortaçılar və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə pozulduqda onların ləğv edilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məhkəmədə iddia qaldırmaq;

  5. Sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə əlaqədar onların iflas elan edilməsi barədə baxılmaq üçün məhkəməyə müraciət etmək.

Maliyyə sabitliyinin təmin edilmiş olduğu sığorta bazarı maliyyə risklərinin idarə edilməsinə, vəsaitlərin etibarlı şəkildə yerləşdirilməsinə və uzunmüddətli saxlanmasına dəstək verməklə ölkənin iqtisadi inkişafına və sosial rifahına yardım etmiş olur.

Sığortaçının maliyyə sabitliyinin xüsusi təminat normativləri gözlənilmədikdə, yaxud onun müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi və ya maliyyə vəziyyətinin sığortaçıların hüquq və mənafelərinə təhlükəli olan dərəcədə pisləşməsi sübut edildikdə nəzarət orqanı müəyyən vaxt verərək həmin sığortaçıdan aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edə bilər:



  1. öz vəsaitinin artırılmasını və ya mənfəətin divident şəklində bölüşdürülməsinin dayandırılması;

  2. risklərin (öhdəliklərin) təkrar sığortaya verilməsini və saxlama paylarının miqdarının dəyişdirilməsi;

  3. yaranmış vəziyyət ilə əlaqədar ümumi yığıncağın çağırılmasını və müvafiq qərar qəbul edilməsini;

  4. maliyyə vəziyyətinin yaxşılaşması istiqamətində digər tədbirlər.

Sığorta sahəsində inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması qanunvericiliyə uyğun olaraq müvafiq nəzarət orqanları tərəfindən həyata keçirilir.

Sığorta təşkilatlarına sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziya alır və lisenziyanı almaq üçün aşağıdakı sənədləri təqdim edirlər:



  1. müəssisələrin təsis sənədləri də əlavə edilməklə ərizə;

  2. qeydiyyat haqqında şəhadətnamə;

  3. ödənilmiş nizamnamə kapitalının məbləği haqqında arayış;

  4. sığorta növləri üzrə qaydalar;

  5. sığortaçının vergi orqanları tərəfindən uçota alınması haqqında arayış;

  6. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyi haqqında sənəd;

  7. sığortaçının fəaliyyət göstərdiyi ünvanı təsdiq edən sənəd;

  8. sığorta təşkilatının rəhbəri və müavinləri haqqında məlumatlar.

Lisenziya könüllü və icbari şəxsi sığortanın, əmlak sığortasının, məsuliyyət sığortasının və təkrar sığortanın həyata keçirilməsinə verilir. Bu halda lisenziyada sığortaçının həyata keçirməyə hüququ olan sığortanın konkret növləri göstərilir.

Lisenziya almaq üçün təqdim edilən sənədlər Maliyyə Nazirliyi tərəfindən qəbul edildiyi gündən başlayaraq 15 gündən gec olmayaraq baxılır və qərar qəbul edilir.

Hüquqi şəxslərə sığorta fəaliyyətinə lisenziya verilməsindən imtina edilməsi üçün əsas ərizəyə əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlməməsi ola bilər. Maliyyə Nazirliyi lisenziya verməkdən imtina haqqında hüquqi şəxsə imtinanın səbəbi göstərilməklə yazılı şəkildə məlumat verir.

Mövcud qanunvericiliyə müvafiq olaraq sığorta fəaliyyəti üçün lisenziya müddəti 5 il müəyyən edilmişdir.

Təsis sənədlərində edilmiş dəyişikliklər barəsində sığortaçı bu dəyişikliklər qeydə alındığı müddətdən bir ay ərzində müəyyən edilmiş qaydada Maliyyə Nazirliyinə məlumat verməlidir.





NƏTİCƏ VƏ TƏKLİFLƏR.

Dünyada ən qədim və inkişaf etmiş iqtisadi fəaliyyət sahələrindən biri sığorta sistemidir. Bu gün Avropanın nəhəng sığorta şirkətləri dünya sığorta sistemində ən aktiv iştirakçılardandılar. Azərbaycanda isə sığortanın tarixi iki əsrdən bir qədər azdır. Elə inkişaf səviyyəsinə görə də bu sahə dünya səviyyəsindən geridə qalmaqdadır. Əlbəttə, son illərdə bu sahədə inkişaf sürəti artmaqdadır. Məsələn, əgər 2004-cü ildə Azərbaycanın sığorta bazarında inkişaf 0,7 faiz təşkil etmişdisə, 2006-cı ildə bu göstərici 6,7 faiz olub. Bu ilin 9 ayında isə bütün sığorta şirkətləri tərəfindən 100 milyon manat sığorta haqqı toplayıblar ki, bu da ötən ilki səviyyədən 60 faiz çox deməkdir. Lakin bütün bunlarla yanaşı, sığortanın yetərli inkişafından danışmaq mümkün deyil. Belə ki, ötən ilin yekunlarına görə, Azərbaycanda adambaşına 13 dollar sığorta mükafatı düşüb. Halbuki inkişaf etmiş ölkələr üzrə bu göstərici 500 dollardan yuxarıdır. Bu fakt MDB-də ən müasir hesab olunan Azərbaycanın sığorta bazarının problemlərdən xali olmadığını göstərir. Sığorta sistemində mövcud olan problemlərin birincisi ölkədəki sosial-iqtisadi vəziyyətdir. Məşhür bir deyim var ki, əmlak nə qədər bahalı olursa, onu itirmək qorxusu da bir o qədər yüksək olur. Yəni insanlar nə qədər böyük dəyərli əşyalar, əmlak əldə edirlərsə, o qədər də onları qorumaq hissinə malik olurlar. Müasir dövrdə isə qorumaq anlayışı ilə sığorta eyni anlamı verir. Azərbaycanda fərdi sığortalanmanın aşağı səviyyəsi hələlik az sayda insanın qorumaq instinkti yarada biləcək dəyərə malik olmasından irəli gəlir.



Hökumət ölkənin sığorta bazarında xarici kapitalın iştirakına qoyduğu qadağanı aradan qaldırmır. Halbuki bu, yerli şirkətlərin kapitallaşmasına, bazarda canlanmanın yaranmasına və rəqabət mühitinin xeyli sağlamlaşmasına gətirib çıxarardı. Belə ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 29 sığorta şirkətindən yalnız birinin 10 milyon manatlıq kapitalı var. Şirkətlərin çoxu dövlət tərəfindən nizamnamə kapitalına müəyyənləşdirilmiş minimum məbləği çətinliklə təmin edə bilirlər. Sığorta sisteminin ən ağır problemlərindən biri də inhisarçılıqdır. Belə ki, bazarda dövlət inhisarı hələ də qalmaqdadır: bütün dövlət təşkilatlarında çalışanların icbari sığortası “Azərsığorta” Dövlət Şirkəti vasitəsilə həyata keçirilir. İnhisarçılığın digər formalarının da intişar tapması bazarda qeyri-sağlam rəqabət mühitinin yaranmasına, inhisarçı şirkətlərin məqsədli qiymət endirimləri vasitəsilə rəqiblərini sıxışdırmalarına səbəb olur. Sığorta şirkətlərinin kifayət qədər ciddi problemlərindən biri onların çoxunun kapital baxımından banklardan asılı olmalarıdır. Hazırda fəaliyyətdə olan sığorta şirkətlərinin əksəriyyəti öz büdcələrini bankların hesabına, daha doğrusu, avtokreditləşmə (kreditlə satılan avtomobillərin sığortalanması) hesabına tənzimləyirlər. Bu isə onları banklardan asılı vəziyyətə salır. Belə ki, kreditləşməyə biznes kimi baxan banklar hadisələr zamanı onun xarakterinə baxmadan, bütün vasitələrdən istifadə edərək sığorta şirkətlərinə təzyiq etməklə sığorta ödənişlərinin verilməsinə nail olmağa çalışırlar. Bu isə sonuncuların inkişafına mane olur. Nəhayət, ən mühüm problemlərdən biri olan əhalinin sığorta şirkətlərinə inamsızlığı məsələsi. Bu problemin səbəbi olaraq bir neçə amili sıralamaq mümkündür. Bura ilk növbədə sığorta şirkətlərinin ödənişlərdən tam və ya qismən imtina etmələri aiddir. Belə ki, bir çox hallarda dövlət strukturları ilə sıx əlaqələri olan şirkətlər bundan istifadə edərək vətəndaşların haqlı tələblərinə əməl etməkdən yayınır, sığorta hadisəsi olan halları qeyri-sığorta hadisəsi kimi rəsmiləşdirməyə nail olurlar. Bəzi hallarda isə vətəndaşlar şirkətlərin haqlı qərarlarını qəbul etməyə çətinlik çəkirlər. Bu kimi faktların geniş mətbuata çıxarılması isə son nəticədə yenə sığorta şirkətlərinə inamsızlığın artmasına gətirib çıxarır. Qeyd edilən vəziyyətin ən mühüm səbəbi, fikrimizcə, vətəndaşların sığorta bazarı, onu tənzimləyən hüquqi-normativ aktlardan məlumatsızlığından irəli gəlir: onlar sığorta müqaviləsinin necə tərtib edilməsindən, orada hansı müddəaların əksini tapmalı olmasından, bir çox hallarda isə hətta imzaladıqları sənədlərin mahiyyətindən belə xəbərdar olmurlar. İlk baxışdan belə vəziyyətin sığorta şirkətlərinə sərf etdiyi görüntüsü yaranır: onlar sığorta müqavilələrinin öz xeyirlərinə tərtibi üçün əlverişli imkan qazanırlar. Lakin nəzərə alanda ki, belə faktların sayı çox cüzidir, onda reallıqda əhalinin məlumatsızlığından ən böyük zərəri də məhz sığorta şirkətlərinin aldığını görərik. Məsələ burasındadır ki, əhali sığortanın nə demək olduğunu, onun hansı üstünlükləri yaratdığını bilmədikcə, bu sahənin inkişafı da mümkün deyil: 9 milyon nəfər əhalisi olan Azərbaycanda bazar onsuz da məhduddur. Məlumatsızlığın yüksək səviyyəsi isə bu bazarı daha da məhdudlaşdırır. Buna görə də əhalinin maarifləndirilməsi bilavasitə sığorta şirkətlərinin mənafeyinə uyğundur və bu işi də məhz onlar etməlidilər. Rusiyanın sığorta şirkətləri bu sahədə çox böyük işlər görürlər. Məsələn, onlar ölkənin telekanallarında sırf sığorta maarifləndirilməsi xarakterli verilişləri maliyyələşdirirlər. Digər tərəfdən, Rusiyada fəaliyyət göstərən bir çox sığorta şirkətləri əhali üçün pulsuz maarifləndirici kurslar təşkil edirlər. Onların internet saytlarında təklif etdikləri hər bir sığorta növü üzrə vətəndaşların hüquqlarını müəyyənləşdirən qanun müddəaları, həmçinin müqavilə bağlayarkən məhz hansı məqamlara diqqət yetirilməli olduğuna dair məlumatları da yerləşdiriblər. Məsələn, turist səfərinə çıxanlar üçün tibbi sığorta təklif edən şirkət ilk öncə potensial müştərisinə müqavilə bağlayarkən diqqət yetirməli olduğu məqamları ən xırda detallarına qədər açıqlayır. Bu, əslində həmin şirkətin özünüsığortasıdır: sabah bir hadisə baş verdikdə sığortalanan şəxs hüququ nəyə çatır, onu da tələb edir. Azərbaycanın sığorta şirkətlərinin də bu üsullardan bəhrələnməsinə ehtiyac var. Əhalinin maarifləndirilməsində mühüm rol oynayan vasitələrdən biri də vətəndaş cəmiyyəti institutlarıdır. Sığorta şirkətləri getdikcə daha çox inkişaf edən, kifayət qədər nüfuzlu təşkilatların olduğu bu sektorun potensialından demək olar ki, yararlanmır. Halbuki bu gün cəmiyyətdə mötəbər araşdırma mərkəzləri kimi qəbul olunan qeyri-hökumət təşkilatları əhalinin sığorta ilə bağlı məlumatlanmasında şirkətlərə böyük kömək göstərə bilərlər.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBIYYATLAR


  1. Xankişiyev.B.A “Sığorta fəaliyyətinin əsasları (dərs vəsaiti). Bakı, 2006.

  2. Xankişiyev.B.A “Sığorta”. Bakı, 2005.

  3. Xankişiyev.B.A., Abdullayev.P.N. “Sığorta işi” (dərs vəsaiti). Bakı, 2004.

  4. Novruzov.N.,Hüseynov.X. “Maliyyə” (dərslik). Bakı, 2007.

  5. Məmmədov.S “Maliyyə” (dərslik). Bakı, 1997.

  6. Həsənli.M.X., Mehdiyeva.L.T., Həsənova.A.İ., Qurbanova.T.Q. “Maliyyə” (dərs vəsaiti). Bakı,2006.

  7. “Sığorta haqıında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 1999

İnternet saytları:

  1. www.kitab.az;

  2. www.firststeps.az;

  3. www.abbasov.net;

  4. www.nba.az;

  5. www.forum.az;

  6. www.trend.az;

  7. www.bizimyol.az





Yüklə 236,13 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə