Mövzu 1. İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)
Plan
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
2. İqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi.
3. İqtisadi qavrama və iqtisadi təfəkkür.
4. İqtisadi qanunlar və kateqoriyalar.
5. İqtisadi nəzəriyyənin tədqiqat metodları.
1.Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti.
Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi hamıya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məşğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mənzilə və başqa nemətlərə malik olmaq lazımdır. Buradan aydın olur ki, yaşamaq üçün ən zəruri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. Lakin bu nemətlər insanlara hazır halda verilmir. Onları in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbətək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar mövcud təbii və maddi ehtiyatlardan–mineral xammal ehtiyatları, işçi qüvvəsi, idarəetmə bacarığı, maşın və avadanlıqlar, torpaq və s.istifadə edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mənada nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Dostları ilə paylaş: |