Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Dünya təcrübəsində amortizasiya ayırmalarının aşağıdakı növ­lərinin olduğu məlumdur



Yüklə 2,24 Mb.
səhifə13/30
tarix08.02.2020
ölçüsü2,24 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

Dünya təcrübəsində amortizasiya ayırmalarının aşağıdakı növ­lərinin olduğu məlumdur: 1) Tezləşdirilən xətti və ya mütənasib amorti­za­siya ayırmaları; 2) «Silinən» obyektin ilk dəyərindən çox olan əlavə amortizasiya ayırmaları; 3) Xüsusi amortizasiya ayırmaları. Dövlət təsərrüfat fəaliyyətini canlandırmaq məqsədilə amortiza-siya normala­rı­nı artırmağa müvəqqəti icazə verir; 4) Ilkin amortizasiya ayırmaları. Bu o deməkdir ki, amortizasiya ayırmaları avadanlıq fəaliy­yətə başlayana qədər həyata keçirilir; 5) Amortizasiyanın azalan qa­lıqdan hesablan­ma­sı. Bu zaman amortizasiya ayırmaları əsas kapitalın ilk də­yərindən deyil, qalıq dəyərindən hesablanır. Amortizasi­ya­nın bu növündən Av­ro­pa birliyinə daxil olan ölkələrdə və ABŞ-da geniş istifadə olunur.

Tezləşdirilən xətti və ya mütənasib amortizasiya ayırmaları maliyyə nazirliyinin icazəsi ilə fiziki və mənəvi köhnəlmənin həqiqi müddəti uzadılmaqla, mənəvi köhnəl-mə nəzərə alınmadan hesablanır.

Müasir dövrdə amortizasiya ayırmaları kapital qo-yuluşunun maliyyələşdirilməsinin başlıca mənbəyidir. Inki-şaf etmiş ölkələrdə ümu­mi investisiyaların 2/3 hissəsi onun payına düşür.

Bunlarla yanaşı, amortizasiya ayırmalarının hesab-laşmasının başqa variantları da vardır. Bunlar amortiza-siyanın bərabər, bərabərsürətli və sürətli hesablanması metodlarıdır.

Amortizasiya ayırmalarının müəyyən edilməsinin bə-rabər metodu əsas kapitalın bərabər fiziki və mənəvi köh-nəlməsinə yönəldilmişdir. Bunun, əsas kapitalın fiziki aşın-masına münasibətdə qəbul edilməsi mümkündür. Lakin mə-nəvi köhnəlmə ilə əlaqədar bu sözləri demək olmaz. Çünki elm, texnika, istehsal texnologiyası qeyri-bərabər inkişaf edir. Əsas kapitalın mənəvi köhnəlməsi əksəriyyət hallarda bərabər sürətlə getmir. Lakin amortizasiya ayırmaları nor-malarında bu, belə nəzərdə tutulur. Ona görə də amor-tizasiya normaları elə müəyyən olunmalıdır ki, əsas kapi-talın mənəvi köhnəlməsi sürətlə getdiyi halda, bu sahibkara əsas kapitalı başqası ilə əvəz etmək imkanı versin. Bu problemi əsas kapitaldan sürətli metodlarla amortizasiya ayırmaları hesablanmaqla həll etmək olar. Bu zaman deyək ki, ilk üç ildə əsas kapitalın ilk dəyərinin 2/3 hissəsinin məhsulların istehsal xərclərinə daxil edilməsinə imkan verən yüksək normalardan istifadə olunur. Bundan sonra yerdə qalan məbləğ eyni (sabit) amortizasiya normaları ilə sonrakı xidmət illərində «silinir».

Hazırda qeyri-bərabər amortizasiya ayırmaları hesab-lanması qaydası da inkişaf edir. Bu zaman avadanlıqların dəyərinin böyük bir hissəsi ilk illərdə istehsal xərclərinə daxil edilir. Məsələn, avadanlığın dəyərinin birinci il 50%-i, ikinci il 30%-i, üçüncü il isə 20%-i istehsal xərclərinə daxil edilə bilər. Bu, inflyasiya şəraitində müəssisəyə qoydüğu xərci tez bir zamanda «çıxarmaq» və onu avadanlıq parkının daha da yeniləşdirilməsinə yönəltmək imkanı verir. Müəssisələr amortizasiya ayırmalarından müstəqil istifadə edir, onu elmi-texniki tərəqqiyə, istehsalın inkişaf etdirilmə-sinə, əsas kapitalın təkrar istehsalı və təkmilləşdirilməsinə yönəldirlər.


4. Dövriyyə kapitalının mahiyyəti və ondan istifadə göstəriciləri.
Istehsalı təşkil etmək üçün təkcə əsas kapital ün-sürləri deyil, həm də xammal, material, yanacaq, enerji, ya-rımfabrikat və s. lazımdır. Bunlar dövriyyə kapitalını əmələ gətirir. Dövriyyə kapitalı ünsürlərinin satın alınmasına sərf edilən vəsaitin dövriyyəsi isə başqa cür olur. Is­teh­sal prosesində emal olunan xammal və materiallar özlərinin əvvəlki is­tehlak dəyərlərini itirir və yeni forma alırlar. Yanacaq, elektrik enerjisi isə xammal və materiallardan fərqli olaraq istehlak edildikcə yox olur­lar. Dövriyyə kapitalı, kapitalın dövranı hər dəfə başa çatarkən tama­milə istehlak olunur və öz dəyərini yeni yaradılan əmtəələrin üzərinə keçirir.

Kapitalın istehsal prosesində tamamilə istehlak olu-nan və öz dəyərini istehsal edilən əmtəələrin üzərinə birdən-birə keçirən, kapitalın bir dövranı ərzində istehsal olunmuş məhsulların satışından sonra pul formasında sahibinə qayıdan hissəsinə dövriyyə kapitalı deyilir.

Dövriyyə kapitalı natural formada istehsalat ehti-yatlarına (an­barda olan xammallar, əsas və köməkçi mate-riallar, yanacaq, satın alınmış yarımfabrikat və i. a.); az- qiymətli, tez xarab olan inventarlara və gələcək dövr xərc-lərinə (yeni məmulat növlərinin istehsalına hazırlıq, şaxta-ların, neft quyularının və s. obyektlərin gələcəkdə istismarı ilə əla­qədar olan xərclər) bölünür.

Dövriyyə kapitalına qənaət olunması, onlardan istifa-də edil­məsinin yaxşılaşdırılması istehsalın səmərəlili­yi­ni yüksəltməyin başlıca amillərindəndir.

Müasir dövrdə dövriyyə kapitalına qənaət edilməsinin iqtisadi əhəmiyyəti öz ifadəsini aşağıdakılarda tapır:

-Xammal, material və yanacaq sərfinin azaldılması istehsalda çox böyük iqtisadi səmərə əldə olunmasını təmin edir. Bu, hər şeydən əvvəl eyni miqdarda maddi ehtiyat-lardan daha çox hazır məhsul istehsal olunmasına imkan verir və istehsalın miqyasının genişləndirilməsi üçün ilkin şərait yaradır;

-Maddi ehtiyatlara qənaət olunması və yeni, iqtisadi cəhətdən ən sərfəli materialların istehsalata tətbiq edilməsi təkrar istehsal prosesində ayrı-ayrı sahələr arasında daha mütərəqqi proporsiyaların formalaşmasına və istehsalın sahə strukturunun təkmilləşdirilməsinə imkan verir;

-Maddi ehtiyatlara qənaət olunmasına cəhd göstəril-məsi ən yeni texnikadan istifadə olunması və texnoloji pro-seslərin təkmilləşdirilməsi üçün stimul yaradır;

-Maddi ehtiyatların istehlakı zamanı onlara qənaət edilməsi istehsal güclərindən istifadə olunmasının yaxşılaş-ması və içtimai əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Başqa sözlə, keçmiş, maddiləşmiş əməyə qənaət olun-ması içtimai əmək məhsuldarlığının yüksəlməsi deməkdir. Digər tərəfdən, maddi ehtiyatlara qənaət edilməsi həm də canlı əməyə qənaət edilməsi deməkdir. Çünki bu zaman ma-terialların yüklənməsi, daşınması, boşaldılması, saxlanıl-ması ilə əlaqədar olan xərclər azalır;

-Maddi ehtiyatlara qənaət olunması xeyli dərəcədə istehsal xərclərinin azaldılmasına və məhsul vahidinə çəki-lən xərcin aşağı salınmasına təsir edir. Hazırda bütün isteh-sal xərclərinin 3/4 hissəsi maddi xərclərin payına düşür. Gələcəkdə, istehsalın texniki səviyyəsi yüksəldikcə məhsulun istehsalına sərf olunan ümumi xərclərin tərkibində maddi-ləşmiş əməyin xüsusi çəkisi artmaqda davam edəcəkdir. Deməli, əmək vasitələri və əmək cisimlərindən istifadənin yaxşılaşdırılması gələcəkdə içtimai istehsal xərclərinə qənaət olunmasının əsas istiqaməti olacaqdır;

-Maddi ehtiyatlara qənaət olunması istehsal xərcləri-nin azaldılmasına əhəmiyyətli dərəcədə təsir etməklə, həm də bazar iqtisadiyyatı subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olur.

Beləliklə, dövriyyə kapitalından istifadənin yaxşılaş-dırılması və onlara qənaət edilməsi iqtisadi səmərəliliyin yüksəldilməsində çox böyük rol oynayır.Odur ki, dövriyyə kapitalından istifadəni ifadə edən bir sıra göstəricilər hesab­lanır. Bunlara material, enerji, metal tutumu göstəriciləri misal ola bilər.

Material tutumu dedikdə sərf olunan xammalların, yanacağın, enerjinin, materialların və dövriyyə kapitalının digər ünsürlərinin, enerji tutumu dedikdə yalnız sərf olunan yanacaq və enerjinin (bir çox hal­larda natural vahidlərlə), metal tutumu dedikdə isə sərf olunan metalın (adətən natural vahidlərlə) istehsal edilən məhsullara olan nisbəti nə­zərdə tutulur.

Material tutumu aşağıdakı düsturla hesablanır:


μ = M : Q 100
Burada: μ – material tutumu (%-lə), M – istifadə olunmuş xammalların, materialların, yanacağın, enerjinin və s. dəyərini (manat), Q – istehsal edilmiş məhsulun dəyərini göstərir.

«Enerji tutumu» və «metal tutumu» göstəriciləri, material tutu­mu göstəricisinin variantları ola bilər. Yəni kəsrin surətində «M»-in yerinə sərf olunan «enerji» və ya «metal» qoyulur, kəsrin məxrəci isə olduğu kimi saxlanılır.

Firmalarda xammal, material, yanacaq, enerji və s. yanaşı reallaşdırılmamış hazır məhsullar, hesablaşmalarda və kassada pul vəsaiti və əmək haqqı üzrə xərclər də olur. Bunları «tədavül fondları» adlandırırlar. Kapitalın dövranı prosesində dövriyyə kapitalı ilə tədavül fondları arasında sıx əlaqə mövcuddur. Belə ki, kapitalın döv­ranı hər dəfə başa çatdıqdan sonra onların biri digərinə çevrilir və ta­mamilə bərpa olunur. Dövriyyə kapitalı ilə tədavül fondları ikisi birlik­də «dövriyyə vəsaitini» əmələ gətirir.

Dövriyyə kapitalından istifadənin səmərəliliyini təh-lil edərkən başqa göstəricilərdən də istifadə olunur. Bunlar-dan biri dövriyyə kapi­talının (dövriyyə vəsaitinin) dövret-mə sürətidir.

Dövriyyə sürəti il ərzində satılmış məhsulların dəyə-rini dövriy­yə vəsaitlərinin orta illik dəyərinə bölmək yolu ilə, aşağıdakı düsturla hesablanır:
Əd.k.d.s. = Qp : Kd
Burada: Əd.k.d.s. – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətini (əmsalını) (dəfə); Qp – satılmış məhsulların dəyərini; Kd – dövriyyə kapitalının (dövriyyə vəsaitinin) orta illik dəyərini gös­tərir.

Dövriyyə kapitalının (dövriyyə vəsaitinin) dövriyyə sürətinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, satılmış məh­sulların dəyəri 150 mln. manata, dövriyyə kapitalının (dövriyyə vəsaiti­nin) orta illik dəyəri isə 50 mln. manata bərabərdir. Bu, onu göstərir ki, dövriy-yə vəsaitləri il ərzində 3 dəfə tam dövr etmişdir – (150 mln. manat: 50 mln. manat = 3 dəfə). Bir dövriyyənin müddəti (günlə) gös­tə­ri­cisi isə bir ildəki təqvim günlərinin sayını dövriyyələrin sayına bölmək yolu ilə müəyyən edilir. Həmin misaldakı rəqəmlərdən istifadə etdikdə dövriyyələrin müd-dəti 120 günə (360 gün : 3 dəfə = 120 gün)1 bərabər olur.

Bu göstəricilər sahələr üzrə bir-birindən kəskin surətdə fərqlən­sə­lər də, onlar firmada iqtisadi dövriyyənin bir ildə neçə dəfə və neçə gündən bir baş verdiyini göstərir.

Dövriyyə kapitalından (dövriyyə vəsaitindən) isti-fadəni səciy­yə­ləndirməyə imkan verən göstəricilərdən biri də cari satılma (satı­la­bil­mə, pula çevriləbilmə) göstəri-cisidir. Bunu hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

C S ə = K d : F q. ö.
Burada: CSə – cari satılabilmə əmsalını, K.d. – döv-riyyə kapi­talının (dövriyyə vəsaitinin) orta illik dəyərini; Fq.ö. – firmanın qısa müddətli öhdəliyini göstərir.

Bu göstərici firma tərəfindən götürülmüş öhdəlik-lərin (qısa müd­dətli borc və kreditlər, kreditor borcları) növbəti ildə yerinə yetirilə bilməsi üçün istifadə oluna biləcək vəsaitin kifayət qədər olub-olma­ması haqqında mühakimə yürütməyə imkan verir.


II mühazirə

Plan


1. Kapitalın qiymətləndirilməsi metodları.

2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.

3. Firmanın idarə edilməsi.
1. Kapitalın qiymətləndirilməsi metodları.
Təcrübədə hər bir sahibkarın qarşısına, onun mül­kiyyətində olan kapitalın real bazar qiymətinin müəyyən edilməsi zəruriliyi çıxır. Buna peşəkarların dili ilə «biznesin qiymətləndirilməsi» deyilir. Bu za­man «əsaslandırılmış bazar dəyəri» anlayışından istifadə olunur. Əsas­lan­dırılmış bazar dəyəri dedikdə satıcının öz əmlakını kiməsə satdığı qiymət nəzərdə tutulur. Firmalar (müəssisələr) özlərinə məxsus olan əm­lakı satarkən, onların qiymətləndirilmə-sinin aşağıdakı metod­ların­dan istifadə edirlər: 1) Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə; 2) Ba­zar konyukturası nəzərə alınmaqla qiymətləndirmə; 3) Xərclər nəzərə alınmaqla qiymətləndirmə.

Birinci metodun mahiyyəti ondan ibarətdir ki, əm-laka qiymət qoyularkən, gələcəkdə əldə edilməsi mümkün olan gəlirlər nəzərə alınır. Ikinci metodda isə eyni obyekt-lərin satılması həyata keçirilərkən müqa­yisəetmədən istifa-də olunur. Başqa sözlə, eyni təyinatlı hər hansı bir ob­yektin satış qiymətinə istinad olunur. Xərclər nəzərə alınmaqla qiymət­ləndirmə metodunda isə əvvəlcə əmlakın işlənmə müddətində məhsulun üzərinə keçirdiyi dəyər müəyyən edilir, sonra isə təkrar istehsalı və ya dəyişdirilməsi üçün zəruri olan xərclər təhlil olunmaqla ona qiymət qo­yulur.



Gəlirlər nəzərə alınmaqla qiymətləndirmə metodu daha geniş yayılmışdır. Burada əsas etibarilə iki üsuldan istifadə edilir. Bunlardan birinə gəlirlərin kapitallaşdırıl­ması, digərinə isə gələcəkdə əldə edilməsi mümkün olan gəlirlərin (pul axınının) uçotu (diskont edilməsi)1 deyilir. Gəlirlərin kapitallaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, obyektin bazar dəyəri pul gəlirləri ilə düz, gözlənilən pul gəlirləri ilə isə tərs mütə­nasibdir. Yəni:
B D = R : r
Burada: BD – bazar dəyərini, R – illik gəliri, “r” isə gözlənilən gəliri göstərir.

Gəlirlərin kapitallaşdırılması obyektin faizlə ifadə olunan gə­lir­lilik səviyyəsi, başqa sözlə, mənaca diskont də-rəcəsinə yaxın, lakin ona bərabər olmayan göstəricidir. Bu metod bir neçə il ərzində sabit və dəyişməz məbləğdə gəlir götürüldükdə müəyyən məna kəsb edir. Bu me­toddan da-şınmaz əmlakın qiymətləndirilməsində daha geniş istifadə edilir. Məsələn, tutaq ki, Bakı şəhərində ayda 300 dollar kirayə alın­maqla 3 otaqlı mənzil 5 il müddətinə kirayə verilmişdir. Gözlənilən illik gəlir dərəcəsi 10%-ə bərabərdir. Bu o deməkdir ki, illik gəlir 3600 dollar olmaqla, həmin mənzilin bazar dəyəri 36 min dollara bərabərdir.

Pul axınının uçotu (diskont edilməsi) metodu, ob-yekti (müəs­si­səni) satın alan investor tərəfindən gələcəkdə əldə ediləcək pul gəliri haqqında proqnoza əsaslanır. Bu hesablamada bankın faiz dərəcəsi müəyyənedici rol oynayır. Onun əsasında investisiya layihələrindən gələcək-də əldə ediləcək gəlir (%-lə) hesablanır. Bu zaman aşağıda-kı düsturdan istifadə olunur:

D = Dt : (1+r)

Burada: D – kapital aktivinin diskont edilmiş cari dəyərini, Dt – t qədər ilə bərabər olan dövr üzrə qoyulmuş investisiya vəsaitindən gə­ləcəkdə əldə edilməsi nəzərdə tutulan gəliri; “r” – bank faizi norma­sını göstərir.

Sənayeyə və digər sahələrə qoyulan investisiyalara görə əldə edilən illik gəlir banka qoyulan depozitə (əmanətə) görə verilən bank faizindən çox olduqda iqtisadi məna kəsb edir. Investisiya haqqında qərarlar qəbul edilərkən cari məqamda bazarda satın alınan investisiya əmtəələrinin qiymətləri, faiz norması, bu əmtəələrin istifa-dəsindən əldə edilən illik gəlir, xidmətetmə müddəti başa çatdıqda onların qalıq də­yə­ri ilə satılması imkanları kimi parametrlər əsas götürülür. Bu metodun üstünlüyü ondadır ki, o, diskont dərəcəsi vasitəsilə bazarın gələcək kon­yuktu-rasını nəzərə alır. Onun çatışmazlığı isə proqnozun hazır-lanma­sındakı çətinliklərlə əlaqədardır.



Bazar konyukturası nəzərə alınmaqla qiymətləndir­mədə aşağı­dakı üç üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Söv­də­ləş­mə üsulu; 3) Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymət-ləndirmə zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın alındığı qiymətlər əsas götürülür. Bu üsul­dan istifadə etmək üçün müqayisə olunan firmaların maliyyə vəziyyət­lə­ri və qiymətlər haqqında dəqiq və ətraflı informasiya olmalıdır. Bu za­man müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.

Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiy­mət təhlil olunur. Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; in­ves­tisiya kapitalı/mənfəət göstərici-lərindən istifadə edilir.

Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələr­də sabitləş­miş göstəricilərə əsaslanır. Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə əldə etdiyi mənfəə-tin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür. Avtomobillərin icarəyə verilməsi sahə-sində ixtisaslaşmış agentlik satılarkən hər avtomobilin qiy-məti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000-ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır. Bu üsulun üstünlüyü ondadır ki, o, bazar qiymətlərinə əsas-lanır. Onun çatışmazlığı isə özünü müqayisə olu­nan şirkət-lər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə aid məlumatların) əldə edilməsindəki çətinliklərdə və dəyi-şən bazar kon­yukturasının nəzərə alınmamasında göstərir.

Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı mövcud aktivlər qiymətləndirilir. Bu zaman müxtəlif cür təs­hihetmələr (köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsa­sında müəssisənin maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikili­lər, maşın­lar, avadanlıqlar) və qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir. Bu metodun üs-tünlüyü on­da­dır ki, o, mövcud aktivlərə əsaslanır. Onun ça-tışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı çətinlik­lərlə əlaqədardır.

Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların hamısından eyni vaxtda istifadə oluna bilər və olunur. Bəzi hallarda bu işə təcrübəli eks-pertləri də cəlb edirlər.

Əsas kapitalın istehsal prosesində uzun müddət isti-fadə edilməsi, tədriclə aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə olunur. Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi üsullarıdır.

Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alın-ması (və ya hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur.

Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir.

Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə köhnəlmə məbləği arasındakı fərq nəzər-də tutulur.

2. Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri.
Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik gös­təricilərindən istifadə olunur. Bunların seçil-məsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki məqsəd; 3) Planlaş­dırma vəzifələri; 4) Digər məqsədlər.

Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəri­cilərdən istifadə olunmaqla firmanın fəaliyyətinin nəticə-ləri, onun rəqiblərinin, yaxud da onunla əlaqədə olan fir-maların nəticələri ilə müqayisə edilir.

Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliy­yə­tinə nəza­rət etməsi nəzərdə tutulur. Və bu məqsədlə, hər hansı bir məhsulun istehsalı ilə əlaqədar səmərəlilik göstəriciləri hesablanır.

Planlaşdırma sahəsində qarşıda duran vəzifələri mü-əyyən edər­kən firmaların fəaliyyətində gələcəkdə edilməsi mümkün olan dəyişik­likləri həyata keçirmək üçün hər hansı bir dövr üzrə müxtəlif ehtiyat­lardan istifadə olunmasının və ya onların əlaqələndirilməsinin sərfəliliyi müqayisə edilir.

Digər məqsədlərə isə firma rəhbərliyinin kollektiv müqavilə­lərin bağlanması üçün həmkarlar ittifaqı komitəsi ilə apardığı danışıq­lar, dövlət tərəfindən müəyyən olunan, gözlənilən məhdudiyyətlərin qiymətləndirilməsi və s. daxildir.

Istehsala investisiya qoyulması və məhsulların real­laşdırılması mərhələlərində sahibkarları iqtisadi amillərdən istifadə olunmasının müxtəlif cəhətləri maraqlandırır və bununla əlaqədar olaraq iqtisadi səmərəliliyi ifadə edən aşağıdakı göstəricilər hesablanır:

1) Firmanın bütün kapitalının (aktivlərinin) rentabelliyi:
R a = M : K
Burada: M – mənfəət, K – firmanın bütün vəsaitlə-rinin (aktiv­lərinin) cəmi və ya kapitalının dəyəri deməkdir.

2) Firmanın bütün kapitalının (aktivlərinin) dövriyyəsi:


R d = Q : K
Burada: Q – satılmış məhsulların dəyərini göstərir.

3) Satılmış məhsul vahidinə düşən xərclər:


S = T C : Q
Burada: TC – ümumi xərcləri göstərir.

4) Istehsalın rentabelliyi:


R = M : (K ə + K d)
Burada: Kə – əsas kapitalın, Kd – dövriyyə kapi-talının (dövriy­yə vəsaitinin) orta illik dəyəri deməkdir.

Bunların içərisində ən ümumiləşdirici göstərici bü-tün kapitalın rentabelliyidir.Beləliklə, firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra ümu­mi və xüsusi göstəricilərdən istifadə olunur.


3. Firmaların idarə edilməsi.

Inzibati, daha dəqiq desək, inzibati-amirlik metodu cəmiyyətdə hakimiyyət və idarəetmə strukturlarına xas olan üsulların toplu­sudur.

Inzibati-amirlik metodlarından ilk dəfə 1916-cı ildə Almani­yada istifadə edilmiş, keçmiş Sovet Ittifaqında əslində onun mövcud­luğunun lap ilk günlərindən istifadə olunmağa başlanmış, sonralar bu, getdikcə yeni-yeni me-todlarla «zənginləşdirilmiş» və demək olar ki, keçən əsrin 80-ci illərində özünün «ən yüksək zirvəsinə» çatmışdı.

Bazar iqtisadiyyatı şəraitində isə idarəetmənin iqtisadi metod­larına üstünlük verilir. Lakin idarəetmədə inzibati-amirlik və iqtisadi metodlardan istifadə edərkən onları bir-birinə qarşı qoymaq olmaz. Sosial-psixoloji metodlar başlıca olaraq həyatın mənası­nın, cəmiyyətin inkişaf istiqamətlərinin, orada insanların rolu və yerini müəy­yən edən problemlərin həll edilməsi ilə əlaqə-dardır. Burada kütləvi infor­masiya vasitələrinin (radio, te-leviziya, mətbuat və s.) əvəzsiz rolu vardır.

Idarəetmə müxtəlif səviyyələrdə təşkil edilir və həya-ta keçirilir. Mikroiqtisadi səviyyədə idarəetmənin başlıca tərkib hissələri marketinq və menecmentdir.

Marketinq bazarın mövcud və perspektiv tələbatını öyrənmək məqsədilə əmtəələrin istehsalı üçün texnologiya­nın hazırlanmasından tutmuş onların istehlakçılara çatdı­rılmasına qədər olan dövrdə firma­ların bütün işgüzar fəaliy­yətlərinin əmtəələrin, xidmətlərin satılması vəzi­fələrinə tabe edilməsi ilə əlaqədar görülən təşkilati işlər sistemidir. Başqa sözlə, marketinq o deməkdir ki, firmalar məhsulları yalnız isteh­sal etməklə kifayətlənmirlər, onlar həm də hazırladıqları əmtəələrə olan tələbatın öyrənilməsi ilə özləri məşğul olurlar.

Firmaların idarə olunmasının marketinq forması ABŞ-da XX əsrin əvvəllərində məhsulların reallaşdırılma­sı­nın kəskinləşdiyi dövrdə meydana gəlmişdir. Marketinq sisteminə aşağıdakılar daxildir: firmada istehsal edilmiş məhsullara olan tələbatın cari vəziyyəti və tədiyə qabi­liyyətli tələbin dinamikasını öyrənmək; ayrı-ayrı məhsul-ların, onların «əvəzedicilərinin», habelə eyni növdən olan «əcnəbi» məhsul­ların qiy­mətlərinin dəyişməsi səbəblərini təhlil etmək; yeni tələbatları proqnoz­laşdırmaq; rəqabət aparılan firmalarla mübarizədə reklamdan geniş istifadə etmək; müəyyən imtiyazlar vermək, istehlakçıya verilən hüquq­ları genişləndirmək, lotoreyalar buraxmaq, satış sər-giləri təşkil etmək, bir sıra şərtlər yerinə yetirildikdə müka-fat vermək yolu ilə alıcıları özü­nə cəlb etməklə məhsulların satışını stimullaşdırmaq; «alıcı əmtəələri yox, əmtəələr alı-cıları tapmalıdır» prinsipini həyata keçirmək; rə­qiblər haqqında material toplamaq və onu qiymətləndir­mək; ba-zar haqqın­da­kı informasiyaları işləmək üçün EHM-dən istifadə etmək; ayrı-ayrı əmtəələrin satışı üçün bazarları düzgün seçmək və s. və i. a.

Təcrübədə marketinqin prinsipləri ardıcıl olaraq aşağıdakı mər­hələlərdə yerinə yetirilir: 1) Bazarı hərtərəfli öyrənmək əsasında fir­manın müxtəlif çeşiddə istehsal etdiyi məhsulların siyahısını (o cümlə­dən rəqiblər haqqında planı) tərtib etmək; 2) Nəzərdə tutulmuş istehsal proqramlarını (mal göndərənləri seçmək və onlarla əlaqə saxlamaq, məh-sulların çeşidi və keyfiyyəti üzərində nəzarət etmək) ciddi surətdə yerinə yetirmək; 3) Marketinq proqramlarını – məhsulların satış bazar­larını ələ keçirməyə dair planları – həyata keçirmək.

.

Firmalar miqyasında kommersiya fəaliyyətinin sə­mərəli idarə edilməsi təcrübəsinin ümumiləşdirilmiş forması menecmentdir.Meneçment mikrososial idarəetmənin prinsiplərini həyata ke­çi­rir. Bu prinsiplər aşağıdakılardır: hər bir işçinin fərdi imkanlarının maksimum nəzərə alınmasını tələb edən «iqtisadi münasibətlərin huma­nistləşdirilməsi», firmanın tərəqqisi naminə müxtəlif işçi qruplarının həmrəyliyini nəzərdə tutan «işgüzar tərəfdaşlıq»; firmanın hər bir struk­tur pilləsində qərarların müstəqil qəbul olunmasına əsas­la­nan «mərkəzi orqanların bəzi iqtisadi vəzifələrinin» menecerlərə verilməsi.



Menecment, firmaları istehsalın texnoloji pilləsi deyil, bazar iqtisadiyyatının sosial sistemi hesab edir. Menecmentin əsas istiqa­mət­ləri məhz bununla müəyyən edilir. Bunlar aşağıdakılardır: firmaların və onların arasın­dakı münasibətlərin mikrososial strukturunun (sosial-peşə, mədəni-təhsil, ixtisas və demoqrafiya) aşkara çıxarılması; kol­lek­tiv səyin səfərbərliyə alınmasının başlıca şərti olan kiçik qrupların («sə­lahiyyətli işçi briqadaları», «məqsədli qruplar», o cümlədən mütəxəs­sis­lər arasında) yaradılması.


Kataloq: 2017

Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə