Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Essenin əsas əlamətləri aşağıdakılardır



Yüklə 1,33 Mb.
səhifə12/12
tarix16.07.2020
ölçüsü1,33 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Essenin əsas əlamətləri aşağıdakılardır:


1. Kiçik həcm. Uzun-uzadı izahların verilməsi esse yazıya xarakterik deyildir.

2. Konkretlik. Esse mövzusunda yalnız bir məsələ qoyulur və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür (Zəruri məqamlarda mövzu ilə bağlı qısa haşiyələrə çıxmaq olar);

3. Kompozisiya sərbəstliyi. Şagird mövzudan yayınmamaq və məntiqi ardıcıllığa əməl etmək şərtilə kompozisiyanı istədiyi formada qura bilər;

4. Üslub aydınlığı. Essedə hədsiz mürəkkəb cümlələrə, dolaşıq fikirlərə, eyni sözlərin tez-tez təkrarlanmasına, yersiz rəsmiyyətə, təmtəraqlı, pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol vermək olmaz. Ədəbi dilin normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində qoyulmalıdır.

Müəllimlər esse yazdırarkən şagirdlərə bəzi tövsiyələr verə bilərlər:

– Qısa və aydın yazın;

– Qazanmış olduğunuz bilikləri nümayiş etdirməklə sərbəst düşüncə tərzinizi ortaya qoyun;

– Mövzudakı problemə və onun həlli yollarına öz münasibətiniz olsun.



Bütün bu sadalananlar esse yazını inşadan fərqləndirməkdə müəllimlərə yardımçı ola bilər.

“Esse” əslən latın sözüdür, oradan fransız dilinə, fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin mənası “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.
Şagirdlər mövzu ilə tanış olduqdan sonra xəyalında yazının planını qurur.

Təxminən 3-5 cümlədən ibarət giriş hissədə şagirdlər mövzuda “gizlənmiş” problemin mahiyyətini, onun açıqlanma yönlərini müəyyənləşdirir, fikrin cövlanı üçün sanki qapı açır. Məsələn, “soyqırım” sözünün mənasını açmaqla: “Soyqırım hər hansı milləti, etnik, irqi və ya dini qrupu ya bütövlükdə, ya da qismən məhv etmək niyyəti ilə həyata keçirılən qanlı əməliyyatdır. Misal olaraq II Dünya müharibəsi illərində faşist Almaniyasının yəhudiləri, qaraçıları, serbləri kütləvi surətdə qirmasını, 1995-ci ildə Bosniya serblərinin Bosniya müsəlmanlarını öldürmələrini göstərmək olar. XX əsrin ən dəhşətli soyqırımlarından biri də 1918-ci il martın 31-də erməni daşnaklarının Bakıda, Şamaxıda, Qubada, Qarabağda və Azərbaycanın başqa yerlərində türk-müsəlman əhalisinə qarşı törətdikləri qanlı aksiyalar olmuşdur”. 
Essenin əsas hissəsi tezis-arqument formasında qurulur. Tezis fikrin bir, yaxud iki cümlə ilə ifadəsi, hansısa müddəanın irəli sürülməsidir. Arqument isə irəli sürülən tezisin gerçək hadisələrlə, faktlarla, tanınmış şəxsiyyətlərin fikirləri ilə əsaslandırılmasıdır. İki arqumentdən istifadə etmək daha yaxşıdır: bir arqument oxucunu inandırmaya bilər, üç və daha çox arqument isə üslubu ağırlaşdırar. Hər tezis və onun arqumentlərlə əsaslandırılması bir abzas təşkil edir.
Essenin əsas əlamətləri bunlardır:
1. Kiçik həcm (əlyazma ilə 3-4 səhifə);
2. Konkretlik. Esse mövzusunda yalnız bir məsələ qoyulur və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür (Zəruri məqamlarda mövzu ilə bağlı qısa haşiyələr çıxmaq olar);
3. Kompozisiya sərbəstliyi. Abituriyent mövzudan yayınmamaq və məntiqi ardıcıllığa əməl etmək şərtilə kompozisiyanı istədiyi formada qura bilər;
4. Üslub aydınlığı. Essedə hədsiz mürəkkəb cümlələrə, dolaşıq fikirlərə, eyni sözlərin tez-tez təkrarlanmasına, yersiz rəsmiyyətə, təmtəraqlı, pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol vermək olmaz. Ədəbi dilin normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində qoyulmalıdır.
Tövsiyələr:
- Qısa və aydın yazın;
- Qazanmış olduğunuz bilikləri nümayiş etdirməklə sərbəst düşüncə tərzinizi ortaya qoyun;
- Mövzudakı problemə və onun həlli yollarına öz münasibətiniz olsun.
Mübarizləri olan Vətən basılmaz!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı dillər əzbəridir. Haqqında kitablar, şeirlər, mahnılar yazılır, filmlər çəkilir. Bu cəsur insanın yüksəldiyi zirvə Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. Bu zirvəyə gedən yol isə Biləsuvar rayonunun Əliabad kəndindən başlanıb. Mübariz 1988-ci il fevralın 7-də bu ünvanda dünyaya göz açmışdı. Məhz həmin ildə, həmin ayda erməni işğalçıları Azərbaycanımızın əzəli və əbədi hissəsi olan Qarabağ bölgəsində ərazi iddiası ilə çıxış etməyə başlamışdılar. Bəlkə də, İlahi Mübarizi bu yağılarla mübarizə aparacaq bir oğul kimi dünyaya gətirmişdi.

Mətbuatdan aldığım məlumata görə, hələ orta məktəbdə ikən Mübariz dərslərini əla oxumaqla yanaşı, fiziki gücünü artırmaq, sağlam və dözümlü olmaq üçün boksla da məşğul olarmış. Dostlarının və müəllimlərinin xatirələrində oxumuşam ki, Mübarizin daxilində həmişə bir narahatlıq, bir nisgil olarmış. Torpaqlarımızın düşmən tapdağı altında qalması nisgili. Erməni işğalçılarının atəşkəsi tez-tez pozmaları, mövqelərimizi atəşə tutmaları ona bir an belə rahatlıq verməzmiş. Onun qəlbində daim düşmənə qarşı intiqam hissi alovlanarmış. İllərdən bəri işğal altında inləyən torpaqlarımızın harayı, doğma yurd-yuvasından didərgin düşmüş minlərlə soydaşımızın və bu savaşda şəhid olmuş oğullarımızın ruhları ona dinclik verməzmiş. Bu hisslərə görə də o, hərbçi peşəsini seçərək düşməndən qisas almağa and içibmiş. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra o, müqəddəs arzusunu gerçəkləşdirmək üçün könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirirdi...

Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-a keçən gecə düşmənlə təmas xəttinin kənarında əsgər pencəyini çıxarıb bir qədər əvvəl yazdığı sonuncu məktubu və əl telefonunu onun cibinə qoyur. Silahını çiyninə alaraq təmas xəttinin o tərəfinə keçir. Cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl cəngavər kimi düşmənin bağrını yarır. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən ağır itkilər verir və Mübariz özü də canından artıq sevdiyi Vətən uğrunda qəhrəmancasına həlak olur. 

Həmin gün təmas xəttinin kənarından Mübarizin əsgər pencəyi tapılır, cibindən isə bu məktub çıxır: "Atama və anama məktub.

Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür. Vətən sağ olsun.

Oğlunuz Mübariz. Haqqınızı halal edin”. 
Bəli, Mübariz İbrahimov şərəfli ölümü ilə, qəhrəmanlığı ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bu şücaəti ilə o biz Azərbaycan gənclərinə nümunə göstərdi, başucalığı gətirdi. 
Respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görülmüşdür. Ölkəmizdə Mübariz tək deyil. Biz gənclərin hər birinin ürəyində Vətən eşqi alovlanır. Qarabağ probleminin dinc yolla həlli variantları baş tutmazsa, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə biz hamımız yumruq kimi birləşərək torpaqlarımızı quduz düşməndən azad edərək qaçqınlarımızın və məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtmalarına imkan yaradacağıq. Mübarizləri olan Vətən heç zaman basılmayacaq. Mübarizin yüksəldiyi şəhidlik zirvəsi, Milli Qəhrəman adı həmişə uca tutulacaq, Xankəndində, Şuşada üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, Mübariz İbrahimovun da əzəmətli heykəli ucalacaqdır.


1Ə.Dəmirçizadə. Orfoqrafiyanın mahiyyəti. Müasir Azərbaycan dili. Bakı, 1972, səh. 266

2Ə.Əfəndizadə. Düzgün yazı təliminin elmi əsasları. “Maarif”, 1975, səh. 33

3A.Abdullayev. Azərbaycan dilinin tədrisi tarixindən. “Maarif” yəşriyyatı, Bakı – 1966, səh. 305.

4Ə.Əfəndizadə. Düzgün yazı təliminin elmi əsasları. “Maarif”, Bakı, 1975, səh. 33

5Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1960, cəh. 581.Bakı 1975, səh. 6

6Azərbaycan Milli Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. “Azərbaycan Dilinin orfoqrafiya lüğəti”, “Lider” nəşriyyatı – 2004, səh 4

7Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı – 1997, səh. 351.

8Ə.Əfəndizadə. Yazılışı çətin sözlər və onların öyrədilməsi yolları. Bakı – 1964. səh. 9

9Y.Kərimov. İbt.siniflərdə yazılışı çətin sözlər üzərində iş. Bakı – 1964. səh. 9

10Y.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi emtodikası. Bakı -1997. səh. 345.

11Y.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi emtodikası. Bakı -1997. səh. 345-346

Каталог: wp-content -> uploads -> 2020
uploads -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
uploads -> Amerikalılarda Azərbaycan haqqında daha geniş təsəvvür yaratmağa çalışacağam
uploads -> Mühazirə1:İqtisadi informatikanın əsas anlayışları İnformatika haqqında ümumi məlumat
uploads -> Frankfurt məktəbi
uploads -> İxtisasın (proqramın) şifri və adı: 040545 Kompyuter şəbəkələrinin və hesablama texnikasının
uploads -> Onlayn jurnaliSTİka fənninin
uploads -> Mühazirə mətinləri. Matrislər və onlar üzərində əməllər
uploads -> İxtisasın (proqramın) şifri və adı 040529 – Nəqliyyatda daşımaların təşkili baki – 2014
uploads -> Multimedia Mərkəzi Ali təhsil müəssisələrinin jurnalistika fakültələri üçün multimedia jurnaliSTİkasi fənninin
2020 -> Kiçik summativ qiymətləndirmə №-1

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə