Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə3/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1654327859

Bitməmiş istehsal, artıq qeyd olunduğu kimi, bir sıra əmə­liy­yatlara məruz qalmış, lakin bə­zi­­lərindən hələ keçməmiş, istehsal prosesinin bütün mərhə­lə­lə­rin­dəki bitiril­mə­miş, ta­mam­lanmamış «məhsulların» dəyəridir. Müəssisənin özü­nün istehsalı olan ya­rım­fabrikatların dəyəri də bitməmiş is­teh­salın dəyərinə daxil edilir.
Gələcək dövrün xərcləri isə, artıq qeyd edildiyi kimi, cari xərc­lər kimi nəzərdə tutul­muş və müasir dövrdə sərf olunan, lakin gələ­cək­də xərc kimi məh­su­lun maya də­yərinə daxil edilməklə geri qay­ta­rılan xərclərdir. Başqa sözlə, gələcək dövrün xərcləri dövriyyə fond­la­­rının əşya formasında olmayan – qeyri-maddi ünsürü olmaqla – ye­ni texnoloji istehsal üsulunun işlənib hazırlanması, yeni növ məh­su­lun mənimsənilməsi ilə bağlı çəkilən, lakin gələcəkdə məh­sulun ma­ya dəyəri vasitəsilə istehsal xərci kimi uçota alınan pul vəsaitidir. Ya­xud, mə­sələn, icarə­yə götürülmüş binanın illik icarə haqqı əvvəl­cə­dən ödənirsə, bu məb­ləğ gələcək dövrün xərclərinə aiddir. Bu məblə­ğin hər aya dü­şən his­sə­si maya dəyərinə daxil edilməklə, ilboyu hissə-hissə ge­ri qaytarılır.
Artıq qeyd olunduğu kimi, müəssisənin dövriyyə fondları tər­­kibinə gö­rə istehsal ehtiyatları, bitməmiş istehsal və özünün is­teh­salı olan yarım­fab­ri­katlar və bir də onun qeyri-maddi ün­sü­rü olan gələcək dövrün xərc­lərin­dən ibarətdir. Dövriyyə fond­­­la­rı­nın quruluşuna gə­lincə, onun təqribən 70 faizi istehsal ehti­yat­la­rı­nın, 25 faizi bitməmiş istehsal və özünün istehsalı olan yarım­fab­ri­kat­ların və cəmisi 5 faizi isə gələcək dövrün xərclərinin pa­yına düşür.
Dövriyyə fondları öz əşya tərkibinə görə sənaye sahələrinin müəs­­sisələrində texnologiyanın xüsusiyyəti və istehsalın təşkilinin xa­rakterinə görə formalaşır. Müvafiq olaraq dövriyyə fondlarının də­yər strukturu da fərqlənir.
Müxtəlif sənaye müəssisələrində dövriyyə fondlarının ümu­mi də­yə­rində bitməmiş is­teh­salın payı da müxtəlif olur. Bu fərq istehsal tsiklərinin müxtəlif orta dava­miy­yəti, is­teh­salın fasiləli və fasiləsiz­liyi, avadanlıqların növbəlilik əm­salı, isteh­sal ti­pi, əmək prosesinə təbii amillərin təsiri ilə və başqa amillərlə əla­qədardır.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə