Mövzu: Müstəqil Azərbaycan Standart: , Məqsəd: Müstəqil Respublikamız haqqında biliklərini şərh edir



Yüklə 10,97 Kb.
tarix22.10.2017
ölçüsü10,97 Kb.
#11500



Fənn: Həyat bilgisi.


Mövzu: Müstəqil Azərbaycan

Standart: 2.3.1, 2.3.2

Məqsəd: 1. Müstəqil Respublikamız haqqında biliklərini şərh edir.

2.Dövlət rəmzlərinin yaranması barədə biliklərini izah edir.

İş forması: Kollektiv və qruplarla iş.

İş üsulu: Anlayışın çıxarılması, müzakirə, təqdimat və s.

İnteqrasiya: Azərbaycan dili 3.1.4, Təsviri incəsənət 2.2.1

Dərsin gedişi:

Motivasiya: Şagirdlərə video göstərilir və bu videoda nə izlədikləri barədə soruşulur, qeyd olunur.

Sonra şagirdlərə 3 rəngdə (göy, qırmızı, yaşıl) səkkizguşəli ulduzlar təqdim olunur və bu ulduzlara baxanda nəyi xatırladıqları soruşulur. Şagirdlərdən bayraq, gerb, himn cavabı alındıqdan sonra bu anlayışları ümumiləşdirmək tapşırılır. Şagirdlərdən “Dövlət rəmzləri” cavabı alındıqdan sonra onlar haqqında nələr bildikləri soruşulur və qeyd olunur.

Tədqiqat sualı: -Bəs, dövlət rəmzləri haqqında nələri bilirsiniz?



Tədqiqatı aparmaq üçün şagirdlər qruplara bölünür və onlara tapşırıqlar verilir.

  1. Bayraq qrupu:

Dövlət bayrağımız haqqında nə bilirsiniz?



2.Gerb qrupu:

Dövlət gerbimiz nə vaxt yaranıb və hansı sənədlərdə rast gəlirsiniz?



3.Himn qrupu: Himnin müəllifləri kimdir və hansı tədbirlərdə səsləndirilir?



Qruplar işlərini təqdim edirlər və müzakirə olunur.

Yaradıcı tətbiqetmə: Şagirdlərə PHOTOPEACH da yığılmış testlər təqdim olunur, müəyyən vaxt ərzində cavab vermək tapşırılır. http://photopeach.com/album/5gtx7m

Şagirdlərə düşünmək və bir az dincəlmək üçün krosvord təqdim olunur. Onlara krosvordu həll etməklə “Bir kərə yüksələn bayraq, bir daha enməz” aforizmini müəllifinin soyadını tapmaq tapşırılır.



Fərziyyələr, təqdimatlar, şagirdlərin cavabları ümumiləşdirilərək nəticə çıxarılır.



Möhkəmləndirmə mərhələsində şagirdlərə mövzu ilə bağlı suallar təqdim olunur.



Ev tapşırığı: “Azərbaycan Respublikası AXC-nin varisidir” adlı

təqdimat hazırlayın.



Sonra müşahidə, şagirdlərin dərs boyu verdikləri cavablar və qrupların təqdimatı əsasında qiymətləndirmə aparılır.





Yüklə 10,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin