Mövzu: orqanogenez, ekto- və endoderma məNŞƏli orqanlarin inkişafi plan



Yüklə 28,09 Kb.
səhifə4/6
tarix31.12.2021
ölçüsü28,09 Kb.
#112061
1   2   3   4   5   6
Mövzu 5.
Eşitmə orqanının inkişafı

Eşitmə orqanı hələ buğumayaqlılarda müşahidə edilir. Lakin qulaq ilk dəfə onurğalı heyvanlarda meydana çıxmışdır. O, dəyrimiağızlılarda, balıqlarda 1 şöbədən-daxili qukaqdan, amfibilərdə və sürünənlərdə 2 şöbədən daxili və orta qulaqdan, quşlarda və məməlilərdə 3 şöbədən-daxili, orta və xarici qulaqdan təşkil olunmuşdur.

Rüşeymin inkişafının ilk mərhələsində (insanda üç həftəliyində) narxa beyin nahiyyəsində ektodermadan qalınlaşma meydana çıxır. Arxa beyin induksiyaedici təsir göstərir. Həmin qalınlaşma eşitmə lövhəsinə çevrilir. Sonra lövhənin mərkəzi hissəsi daxilə doğru basılır və eşitmə qovuğunu əmələ gətirir. Eşitmə qovuğu eşitmə və müvazinət orqanlartının mayasını təşkil edir. Eşitmə qovuğu ektodermadan ayrılır və embrional inkişaf zamanı daxili qulağı əmələ gətirir.

Eşitmə qovuğu əvvəlkcə armudvari formada olur. Onun yuxarı hissəsindən endolimfatik axacağın başlanğıcı, aşağı hissəsindən isə ilbiz axacağının başlanğıcı inkişaf edir. Ilbiz axacağı uzanaraq spiralvari burulub ilbizi əmələ gətirir.

Demək olar ki, endolimfatik axacağın yaranması ilə eyni vaxtda qovuğun yuxarı hissəsində üç yarımdairəvi kanallar formalaşmağa başlayır. Sonra eşitmə qovuğundan endolimfatik axacaq, oval və dairəvi kisələr əmələ gəlir. Bu proseslər nəticəsində qovuq zarlı labirintə çevrilir. Zarlı labirint xaricdən mezoderma mənşəli mezenxim hüceyrələri ilə əhatə olunur. Həmin hüceyrələrin bir qismi zarlı labirintin ətrafında perilimfa mayesinə çevrilir, yəni zarlı labirint ətrafında perilimfa mayesi ilə dolu perilimfatik sahə yaranır. Mezenxim hüceyrələrinin digər qismi isə bərkiyərək əvvəlcə qığırdaq kapsulaya, sonra isə sümükləşərək sümük labirintə çevrilir. Zarlı labirint sümük labirintin içərisində yerləşir və onların arasında perilimfa olur. Zarlı labirintin içərisi isə endolimfa adlanan maye ilə dolu olur. Hər iki labirint formaca bir-birinə oxşayır.

Orta qulaq boşluğu daxili qəlsəmə cibi (udlaq cibi) boşluğundan əmələ gəlir. Orta qulaq, eşitmə borusu və qulaq pərdəsi birinci udlaq cibindən inkişaf edir.

Eşitmə sümüklərindən çəkic və zindan birinci visseral qövsdən, üzəngi isə ikinci visseral qövsdən inkişaf edir. Orta qulaq boşluğu udlaq boşluğundan ayrılır, lakin eşitmə borusu (yevstax borusu) vasitəsilə onunla əlaqədar olur.

Sonra xarici qulaq inkişaf edir. Xarici qulaq (xarici qulaq keşəcəyi və qulaq seyvanı) xarici qəlsəmə cibindən əmələ gəlir. Qəlsəmə yarığından xarici qulaq keçəcəyi, qəlsəmə yarığının ətrafındakı qabarcıqlardan və büküşdən qulaq seyvanı formalaşır.


ENTODERMAL MƏNŞƏLİ ORQANLARIN İNKİŞAFI

Entodermadan aşağıdakı orqanlar inkişaf esir:



  1. Xorda (ox orqanı)

  2. Həzm orqanları

  3. Qara ciyər, öd kisəsi və mədəaltı vəzi

  4. Tənəffüs orqanları



Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə