Mübariz Ağakərim oğlu İbrahimov. (1988-2010) Biblioqrafik vəsait Bakı 2018



Yüklə 84,08 Kb.
tarix10.01.2022
ölçüsü84,08 Kb.
#106215



Mübariz Ağakərim oğlu İbrahimov.

(1988-2010)

Biblioqrafik vəsait

Bakı - 2018

Mübariz Ağakərim oğlu İbrahimov 1988 ci il fevral ayının 7-də biləsuvar rayonu əliabad kəndində anadan olmuşdur.

1994- 2005 ci-illərdə şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbində təhsil almışdır.

2005 ci ildə hərbi xidmətə çağırılmış , xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.

Xidməti zamanı çavuş rütbəsi almışdır. 2010 cu ildə aprel ayından Tərtər rayonundakı N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. Ermənilərin Azərbaycan torpaqlarını İşğal etməsi və Xocalıda törətdikləri soyqırım Mübarizin qəlbini göynətmiş və düşmənə qarşı nifrətini artırmışdır. Nəhayət, ömrünü ən gənc çağında 22 yaşında 18 iyin 2010 cu il tarixində gecə saat 23:30 – radələrində M. İbrahimov əməliyyata başlamışdır. 22 yaşlı bu mərd oğul 1 km–lik neytral məsafəni tək keçmiş və mənfur düşmənlərimizin çoxlu sayda əsgər və zabitini elə birinci həmlədə məhv etmiş , Sonra isə düşmənin öz silahlarını özünə istifadə 5 saat tək döyüşmüşdür. Düşmən ağır itkilərə məruz qalmışdır İgid vətən oğlu bu döyüşdə 19 iyun 2010 –cu il tarixində qəhrəmancasına həlak olmuşdur.

Bakı şəhərindəki 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.



Azərbaycan Respublikası Prezdentinin 22 iyul 2010 cu-il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərimoğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ fəxri adına layiq görülmüşdür.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və “Ans” çirkətlər qrupu Azərbaycanın ərazi bütovlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peçəkarlığa, Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına çəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə görə Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010 cu ilin adamı “ elan etmişdir.

Mustafa Çəmənli , fəridə Ləman , Canıyar Yəhya , Həsənli Asif və bir sıra şair və yazıçılarımız Mübariz İbrahimovun keçdiyi döyüş yolunu qələmə almış onun igidliyinindən mərdliyindən . vətənə sədaqətindən bəhs edən şeirlər, esselər, poemalar sənədli romanlar yazmışlar.

Mustafa Çəmənlinin yazdığı “Mübariz” povesti orta məktəb dərsliklərinə də salınmışdır. Qaradaş Türkiyənin “İST Film “ şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film “Qızıl elma” serialının bir bölümünü milli qəhrəmana həsr etmişdir.

2011 ci ildə Almaniyanın Maqdeburq şəhəridə “Mübariz İbrahimov “ poçt markası dövriyyəyə buraxılmışdır.







Məqalə və sərəncamlar.

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir “Mübariz Ağakərim oğlu İbrahimova “ Azərbaycanın Milli Qəhrəmanı “ adı verilsin .

Azərbaycan respublikası Prezdentinin Sərəncamı . (mətn) // Azərbaycan .-22 iyul .- 2010 .- S.1 (ölümündən sonra) .

Azərbaycan Milli Qəhrəmanı M,A ,İbrahimovovun xatirəsinin əbədiləş dirilməsi haqqında Azərbaycan respublikası Prezdentinin sərəncamı .22 iyul 2010 ci il (mətn) // Azərbaycan .-22 iyul .-2010.- S 1

Əliyev, E.

Böyük qəhrəmanlıq haqqında yığcam teletarixçə : Milli Qəhrəman Mübariz İbrahimovun haqqında ilk sənədli film uğurlu alınıb .(mətn) / E. Əliyev // Azərbaycan işıqları .-2010 .-27 avqust .-S4

Canıyar, Y.

Turan mübarizi (mətn) : 2 cilddə / Y. Canıyar .- Bakı Ozan , 2011 .- 2011.- 400s

Çəmənli, M.

Mübariz haqqında povest /M, Çəməmli .- Bakı : Təhsil , 2-10 .- 79(1) s.

Leman, F.

Mübarizim bir dünya Azerbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov // F.Leman ; .-Eskişehir : Özkağıtçılar,2015.-113s




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin