Mühasibat sisteminin qurulması



Yüklə 34,77 Kb.
tarix21.10.2017
ölçüsü34,77 Kb.
#9016

Mühasibat sisteminin qurulması

Mühasibat uçotunun qurulması xidmətimiz əsasən bunları əhatə edir:



  1. Aparılacaq mühasibat uçotu siyasətinin müəyyən edilməsi

  2. İstifadə ediləcək sənədlərin müəyyən edilməsi və ya şirkətin fəaliyyəti ilə əlaqədar

yeni sənəd formalarının hazırlanması

-     sənədlərin siyahasının müəyyən edilməsi

-     yeni sənəd formalarının hazırlanması


  1. Sənəd dövriyyəsinin istiqamətlərinin və müddətlərinin müəyyənləşdirilməsi

  • ilkin sənədlərin və doldurma qaydalarının

müəyyən edilməsi

şəxslərin müəyyən edilməsi

  • sənəd dövriyyəsinin istiqamətlərinin

müəyyən edilməsi

  • sənəd dövriyyəsinin müddətlərinin

müəyyən edilməsi

4. Rəhbərliyin və ya mühasibat məlumatlarında maraqlı olan bölmələrin və ya şəxslərin tələblərinə uyğun hesabat formalarının və həmin hesabatlarda əhatə olunacaq məlumatların dəqiqləşdirilməsi

-     ümumi hesabat formalarının müəyyən edilməsi

-     rəhbərliyin tələb edəcəyi əlavə hesabat formalarinin hazırlanması

-     digər bölmələrin tələb və istəklərinə uyğun hesabat formalarının hazırlanması

-     hər bir hesabat formasında əks olunacaq məlumatlar siyahısını müəyyən edilməsi.

5.   Maya dəyərinin müəyyənləşdirilməsi metodlarının seçilməsi və qiymətqoyma siyasəti

-     maya dəyərinin formalaşdırılması prinsipi

-     güzəştlərin müəyyən edilməsi

-     qiymətqoyma siyasəti

6.   Mühasibat hesabatlarının hazırlanması

-     Müəssisə balansının hazırlanması

-     Mənfəət və zərər hesabatının hazırlanması və s.

7.   Mühasibat sisteminin yenidən qurulması

8.   Digər mühasibat məsələlərinin həlli.

Audit


Bilindiyi kimi auditin əsas məqsədi şirkətin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünü və onların apardıqları fəaliyyətlərin  qanunvericiliyə uyğunluğunun yoxlanılmasıdır. Bizim tərəfimizdən aparılacaq audit əsasən aşağıdakıları əhatə edir:

1.   Hesabatların düzgünlüyünün müəyyən edilməsi

2.   Xərclərin, gəlirlərin və maliyyə nəticəsinin uçotda və hesabatda dolğun və dəqiq əks etdirilməsinin yoxlanılması

3.   Uçotun aparılması və hesabatların tərtibi qaydalarınının qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi

4.   Aktivlərin, Öhdəliklərin və Xüsusi kapitalın qiymətləndirilməsi metodologiyasına əməl olunmasına nəzarət

5.  Əsas və dövriyyə vəsaitlərindən, maliyyə ehtiyatlarından və borc mənbələrindən istifadənin yaxşılaşdirma imkanlarının üzə çıxarılması

6.    Digər məsləhətlərin verilməsi.

Daxili audui sisteminin qurulması

Hazırda şirkətlərin fəaliyyətinin genişlənməsi ilə əlaqədar daxili audit sisteminin qurulması ehtiyacı meydana gəlmişdir. Daxili auditin aşagıdakı funksiyaları var:

1.   Daxili yoxlamaların aparılması

2.   Aktivlərin saxlanılmasına nəzarət

3.   Menecmentə daxili nəzarət sisteminin qurulmasında köməklik göstərmək

4.   Menecmentə idarəetmə sisteminin qurulmasında məsləhətlər vermək

5.   Firildaqlıqların və ogurluğuqların tədqiq edilməsi

6.   Risk-menecmentdə iştirak, maliyyə risklərinin müəyyən edilməsi və aradan qaldırılması.

           Daxili audit sisteminin qurulmasından öncə şirkətnin mühasibat (əsasən idarəetmə uçotu) sisteminin düzgün qurulması vacibdir.

Daxili audit sistemi sahəsində sizə aşağıdakı xidmətləri təklif  edirik :

1.   Şirkətnin maliyyə-iqtisadi quruluşunun müəyyən edilməsi

2.   Sənədlərin doldurulmasının düzgünlüyünün seçmə üsulla yoxlanılması

3.   Sənəd dövriyyəsinin istiqamətlərinin dəqiqliyinin yoxlanılması

4.   Hesabatların kameral yoxlanılması (Yəni müxtəlif hesabatlardakı məlumatların uygunlugunun yoxlanılması)

5.   İlkin sənədlərin düzgünlüyünün yoxlanılması

6.   Büdcədən kənarlaşmaların müəyyən edilməsi

7.   Malların hərəkəti və qaliğinin müəyyən edilməsi

8.   Pul vəsaitinin hərəkəti və qalığının yoxlanılması

9.   Debitor və kreditor borclarının düzgünlüyünün yoxlanılması

10. Təhtəlhesablarla hesablaşmaların yoxlanılması

11. Əmək haqqının hesablanmasının və ödənilməsinin düzgünlüyünün yoxlanılması

12. Satış əməliyyatlarının uçotunun yoxlanılması

13. Xərclərin dəqiqliyinin müəyyən edilməsi

14. Vergilərin hesablanmasının və ödənilməsinin düzgünlüyünün yoxlanılması

15. Kənardan qaldırılan iddiaların tədqiq edilməsi

16. Son maliyyə nəticəsinin dəqiqliyinin yoxlanılması

17. Menecmentə idarəetmə sahəsində tövsiyyələrin verilməsi və s.

Vergi məsləhətləri


Şirkət apardığı istənilən təsərrüfat əməliyyatı vergi qanunvericiliyə ilə bağlı olur. Aparılan bu əməliyyatlarda dolayı və ya birbaşa şəkildə şirkətin vergi öhdəliyi meydana gəlir. Bu zaman öhdəliyin qabaqcadan və ya əməliyyat anında qiymətləndirilməsi lazımdır. Vergi öhdəliklərinin həcmi şirkət üçün ciddi xərc ola bilər. Ona görə də bunun düzgün qiymətləndirlməsi və eyni zamanda qanunauyğunluğu müəyyən edilməlidir. Biz sizi qanuna uyğun olaraq vergilərin düzgün hesablanması və qanuni vasitələrlə vergi öhdəliklərinin  azaldılması sxemlərini təklif edirik. Eyni zamanda yoxlamalar zamanı sizin mənafeyinizin qorunmasını təmin edirik.

          Bundan əlavə olaraq müxtəlif vergi bəyannamələrinin (ƏDV bəyannaməsi, Mənfəət bəyannaməsi və s.) düzgün hazırlanması üçün sizə köməklik göstərilə bilər.


Budcə sisteminin qurulması

Fəaliyyətin effektivliyini təmin etmək və xərclərə daha yaxşı nəzarət etmək üçün şirkətlərdə büdcə sisteminin qurulması vacibdir. Əsasən əməliyyat, maliyyə və investisiya büdcələrini fərqləndirirlər. Bu üçünün məlumatlarının yekun ifadə olunduğu büdcəyə isə master-büdcə deyilir.

Hazırda praktikada daha fərqli büdcə modellərinə də rast gəlinir. Məsələn ZBB (Zero Based Budgeting), ABB (Activity Based Budgeting) və s.

Lakin bir çox analitiklərin bildirdiklərinə görə büdcə sistemi hər bir şirkət üçün unikaldır və onun fəaliyyət spesifikasından çox asılıdır. Şirkətin konkret tələbatlarına uyğun büdcə modelinin seçilməsi və büdcə modelinin qurulması zamanı nəzərə alınacaq amillərin müəyyən edilməsi şirkət üçün vacib məsələdir.

Büdcə sisteminin qurulması xidmətimiz əsasən aşağıdakıları əhatə edir:

1.   Fəaliyyətə uyğun konkret büdcə sisteminin seçilməsi

2.   Nəzərə alınacaq amillərin müəyyən edilməsi

3.   Büdcə növlərinin (Satış büdcəsi, Nəğd pulun hərəkəti büdcəsi və s.) hazırlanması

4.   Büdcənin yerinə yetirilməsinə nəzarət sisteminin qurulması

5.   Büdcənin yerinə yetirilməsinin yoxlanılması

6.   Büdcədən kənarlaşmaların və kənarlaşma səbəblərinin müəyyən edilməsi və s.

Avtomatlaşdırılmış biznes həllər

Hazırda şirkətin fəaliyyətinin avtomatlaşdırılması üçün müxtəlif proqramlar təklif edilir. Belə şəraitdə proqramalrın düzgün seçilməsi və quraşdırılması müəyyən çətinlik və xərc tələb edir. Proqram seçiminə şirkətin sistemsiz yanaşması texniki və funksional cəhətdən standartlara uyğun gəlməyən proqramların seçilməsinə səbəb ola bilər ki, bunun nəticəsində şirkət külli maliyyə vəsaiti itirə bilər. Lakin bunun qarşısını avtomatlaşdırma strategiyası hazırlamaqla almaq olar. Sizin fəaliyyətinizin müxtəlif sahələrinin ‒ mühasibat və vergi, ambar və satış, maliyyə planlaşdırılması və analizi, kadrlar uçotu, sənəd dövriyyəsi və s., avtomatlaşdırılmasını həyata keçirə bilərik.

Fəaliyyətin avtomatlaşdırılması sahəsində sizə aşağıdakı xidmətləri təklif edirik:



  1. Avtomatlaşdırma strategiyasının hazırlanması

  2. Proqram seçilməsində köməklik

  3. Texniki tapşırıqların düzgün yazılması

  4. Avtomatlaşdırma prosesinin birdəfəlik və kompleks auditi

  5. ″QALAKTİKA″ (Rusiya), ″ETA″ (Türkiyə) proqramlarının quraşdırılması

  6. Bu sahədə kadrların hazırlanması və texniki dəstək

  7. Fəaliyyət spesifikasına uyğun yeni proqramların hazırlanması və s.

Bundan əlavə olaraq xüsusi palmların və terminalların və s. quraşdırılması da həyata keçirilə bilər.

Maliyyə hesablarını İAS (İFRS) vəGAAP üzrə hazırlanması


Hazırda xarici bazara çıxmaq, yeni investisiya cəlb etmək üçün maliyyə hesabatlarının beynəlxalq aləmdə ümumi başa düşüləcək şəkildə hazırlamaq bir tələbdir.

          Bilindiyi kimi hər bir ölkənin mühasibat haqqında qanunvericiliyi fərqlənir. Bu isə ümumi qəbul olunmuş normaların olmasını tələb edir. Hazırda bir çox ölkələr, beynalxalq təşkilatlar, korporasiyalar və investisiya fondları və s. tərəfindən qəbul olunmuş hesabatların hazırlanmasının əsas iki növü vardır. Bunlar İAS (İFRS) və GAAP'dir.

Bir çox ölkələr  artıq öz mühasibat uçotu qanunvericliyini İAS (İFRS) tələblərinə uyğun hazırlayırlar.

Biz sizə beynəlxalq aləmdə qəbul olunmuş ümumi prinsiplər əsasında hesabatlarınızın hazırlanması sahəsində öz xidmətimizi təklif edirik.

Idarəetmə sisteminin təşkili


Mühasibat uçotu (Maliyyə uçotu) şirkətin fəaliyyətində maraqlı olan kənar istifadəçilər hesabatların hazırlanmasını təmin edir. Lakin şirkətin fəaliyyətini həyata keçirmək üçün lazımı qərarların qəbul olunmasına ehtiyac vardır. Belə qərarların qəbul olunması üçün menecerlərə gündəlik məlumat lazımdır. Bu cür məlumatların alınması isə şirkətin fəaliyyət spesifikasından və menecerlərin tələblərindən  çox asılıdır. Ona görə də idarəetmə uçotu hər bir şirkət üçün unikal xüsusiyyətlərə malikdir. Bütün bu xüsusiyyətləri nəzərə alaraq şirkətdə idarəetmə uçotunun və onun müxtəlif metodlarının tətbiqi həyata keçirilə bilər. İdarəetmə uçotu şirkətdə qərarların düzgün və vaxtında qəbul olunması üçün, xərclərə daha yaxşı nəzarət etmək üçün, şirkətin əmlakının düzgün idarəedilməsi və s. üçün çox lazımdır.

Risk menecmenti və İnvestisiyaninqiymətləndirilməsi

İstənilən şirkət öz fəaliyyətini həyata keçirərkən müxtəlif risklərlə qarşılaşır. Ələlxüsus bu cür risklər investisiya fəaliyyətini həyata keçirirkən daha aktual olur. Bizim bu sahədəki xidmətimiz aşağıdakılarə əhatə edir:

1.   Sizin şirkətdə risk menecment diaqnostikasının aparılması

2.   Əsas biznes-risklərin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi  

3.   Uyğun risk-menecment strategiyasının hazırlanması və s.

4.   İnvestisiya layihələrinin alternativ metodlarla qiymətləndirilməsi



5.   İnvestisiya layihələrinə aid olacaq risklərin müəyyən edilməsi

6.   İnvestisiya risklərinin aradan qaldırılması üçün məsləhətlər və s.
Yüklə 34,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin