Mühazirə 4 Kapitalizmin inkişafı dövründə Azərbaycan türk millətinin yaranması məsələsi



Yüklə 23,64 Kb.
səhifə1/2
tarix07.06.2022
ölçüsü23,64 Kb.
#116695
növüMühazirə
  1   2
S-F(XIX-XX əsr Azərbaycan tarixinin aktual problemləri)-6166-Mövzu 4


Mühazirə 4
Kapitalizmin inkişafı dövründə Azərbaycan türk millətinin yaranması məsələsi
I hissə
XIX əsrin ikinci yarısı Azərbaycanı..Ölkənin sosial-iqtisadi həyatı burjua dəyişikliklərinə məruz qalıb..Bu isə ölkə tarixində mühüm tarixi dəyişikliyə – Azərbaycan millətinin formalaşmasına şərait yaratdı.. Bəs dediyimiz “millət“ anlayışı nədir?
Millət insanların elə birliyinə deyilir ki,burada ümumi tarixi ənənələrin daşıyıcısı olan insanlar eyni irqə və ya eyni etnosa mənsub olmaqla yanaşı, dil, ərazi, mədəniyyət birliyinə və ümumi iqtisadi həyat birliyinə də malik olmalıdır. Bəs millət formalaşmasında hansı amillər rol oynayır? Millətin formalaşmasında əsas amillərdən biri və birincisi davamlı iqtisadi birliyin olmasıdır. Xalqın iradəsinə tabe olan vahid siyasi hakimiyyət siyahıda ikincidir. Ümumiyyətlə, həm millətin, həm də dövlətin formalaşması üçün iqtisadi baza siyasi bazadan daha vacibdir. Üçüncü pillədə isə insan hüquqlarına hörmətlə yanaşan cəmiyyətin mövcudluğu qərar tutub.
XIX əsrin 2-ci yarısında cəmiyyətimizin strukturunda baş vermiş ən mühüm dəyişikliklərdən biri yeni bir burjua zümrəsinin yaranması oldu. Hələ formalaşmaqda olan burjuaziyamızın tərkibinə neft sənayeçiləri, dağ, mədən, yüngül və yeyinti sənaye müəssisələri sahibləri və ticarət kapitalının nümayəndələri daxil idi. Milli burjuaziyamızın özünəməxsus cəhəti də var idi. O çoxmillətli idi. Azərbaycan milli burjuaziyasını əlbəttə ki, ilk olaraq “millətin atası“ ləqəbini almış H.Z.Tağıyev, daha sonra Ş.Əsədullayev, M.Nağıyev və başqaları təmsil edirdilər. Azərbaycan kapitalı yüngül və yeyinti sənayesi sahəsində daha geniş şəkildə təmsil edilirdik.
Cəmiyyətin sosial strukturunda baş vermiş ən böyük dəyişikliklərdən biri də muzdlu işçilərdən ibarət olan fəhlə zümrəsinin təşəkkül tapması idi. Bu zümrə də digər zümrə kimi çoxmillətliyi ilə fərqlənirdi. Azərbaycan-türk fəhlələri ilə yanaşı, bu zümrənin sıraları Cənubi Azərbaycandan gələn kəsbkarlar və Bakıda sənayenin coşqun inkişafı ilə əlaqədar Rusiyanın müxtəlif bölgələrindən ölkəmizə axışan rus və s. xalqların nümayəndələri hesabına xeyli artdı.
Beləliklə, kapitalist sənayesinin formalaşması və Şimali Azərbaycanda iqtisadi münasibətlərin genişləndiyi şəraitdə iqtisadi həyat birliyinin yaranması üçün müəyyən şərtlərin yetişməsi Azərbaycan xalqının millətə çevrilməsi prosesinə təkan verdi. Lakin, millətimizin formalaşması özünəməxsus xüsusiyyətlərin mövcudluğu şəraitində gedirdi. Həmin dövr Azərbaycanını gözümüzün önünə gətirək. Vətənimiz iki yerə bölünmüş, xalqımızın ərazi vahidliyi pozulmuş, elə Şimali Azərbaycanın özü də müxtəlif quberniyalara parçalanmışdı. Bundan əlavə, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi.
Bu cür çətin şəraitdə xalqımız öz etnik türk kimliyini və dilini qoruyub saxlamağa çalışırdı. H.B.Zərdabi, M.F.Axundov, Ə.Ağayev, Ə.Hüseynzadə, Ə.Topçubaşov kimi vətənpərəvər maarifçi ziyalılarımız “Azərbaycan“ və “Azərbaycan milləti” ideyasını geniş təbliğ etməyə başladılar. Çar höküməti isə bizi gah müsəlman, gah türk, gah tatar adlandırırdı. Belə bir vəziyyətdə M.F.Axundzadə ilk dəfə “millət” anlayışını irəli sürmüş, Tiflisdə Azərbaycan türkcəsində 1883-cü ildən nəşrə başlayan “Kəşkül” qəzetində “Azərbaycan milləti” ifadəsini işlətmişdir.
Bu dövrdə Azərbaycan vətənpərvər-maarifçi ziyalılarının fəaliyyətində 3 mühüm məsələ aparıcı idi. Bunlardan ən başlıcası xalqı maarifləndirmək, daha sonra milli şüuru oyatmaq və milli dili inkişaf etdirmək idi.


Yüklə 23,64 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin