Mühazirə "Dünya dinləri"



Yüklə 36,9 Kb.
səhifə1/5
tarix02.12.2023
ölçüsü36,9 Kb.
#137592
növüMühazirə
  1   2   3   4   5
Multikulturalizmə giriş Mühazirə 3


Mühazirə 3. “Dünya dinləri”
PLAN
1.Buddizm
2. Xristianlıq
3.Islam
1.Buddizm. Buddizm dünyada yayılmış üç ümumbəşəri dinin (Buddizm, Xristianlıq və İslam) ən qədimidir. Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450-500 milyon mənsubu vardır və onlar əsasən, Cənub-Şərqi və Şərqi Asiya ölkələrində (Butan, Vyetnam, Hindistan, Kamboca, Çin, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Tibet, Şrilanka, Yaponiya, eləcə də Sinqapur və Malayziyada) yaşayırlar. Həmçinin Rusiya Federasiyasının subyektləri olan Buryatiya, Kalmıkiya, Tıva, Saxa (Yakutiya) və Xakasiya respublikalarında Buddizmə sitayiş olunur.
“Buddizm” termini də XIX əsrdə avropalılar tərəfindən bu dinə verilən addır. “Budda” sözü isə sanskrit və pali dillərində - “aydınlanmış”, yaxud “oyanmış şəxs” mənasını verir.
Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın şimal-şərqində yaranmışdır. Banisi “Budda” adı ilə məşhurlaşan Siddhartha Qautama idi.
Buddizmin mahiyyətini anlamaq üçün ilk növbədə Qautamanın ənənəvi həyat hekayəsini bilmək olduqca vacibdir. Gələcək Budda hökmdar Suddhodananın ailəsində şahzadə olaraq dünyaya gəlmişdir.“Siddhartha” – “məqsədinə tam nail olmuş şəxs” mənasını verir. “Qautama” isə onun mənsub olduğu sülalənin adıdır.
Suddhodana oğlunun gələcəkdə zahid deyil, hökmdar olmasını arzulayırdı. Bu məqsədlə o, övladının ömrü boyu həyatın mənası, əzab və ölüm haqqında fəlsəfi düşüncələrə meyllənərək zahid olmaması üçün onu xarici aləmdən təcrid edir, gözəl sarayda zənginlik və firavanlıq içində yaşamasını təmin edir.
Hər şey atasının istədiyi kimi getdiyi halda 29 yaşlı Siddhartha ova getmək üçün ilk dəfə icazəsiz saraydan kənara çıxır və bu onun həyatını tamamilə dəyişir.
Yolda şahzadə Siddharthanın qarşılaşdığı dörd hadisədən - dəfn mərasimi, xəstəlik, dilənçilik və müdrik qoca ilə söhbətdən sonra artıq dəbdəbəli sarayda rahat yaşaya bilmir və bir gün gecə yarı xidmətçisinin müşayiəti ilə sarayı tərk edir.Dünya həyatından əl çəkir, uzun saçlarını kəsdirib sadə geyim geyinir və meşəyə yollanır. Bununla da Siddhartha mənəvi axtarış yoluna – zahidliyə qədəm qoyur.
Otuz beş yaşı olanda bir gün Neranjara çayının sahilində agac altında oturur və and içir ki, həyatın, ölümün, əzab və əziyyətin həqiqi mahiyyətini və səbəbini dərk etməyənə qədər yerindən durmayacaqdır. O, meditasiya icra edir və dərin düşüncələrə dalır. Siddhartha düçüncənin ən dərin qatlarına enəndə artıq ona əzab, əzabın səbəbləri, əzabın qurtarması və onun sona çatmasına aparan yollar barədə Dörd nəcib həqiqət aşkar olur. Nəhayət, Siddharthanın dərrakəsi dördüncü mərhələyə çatır. Bu vaxt o, trans (samadhi) vəziyyətinə düşür və artıq şahzadə Siddhartha Qautama şəxsiyyət kimi əriyib yox olur, əvəzində dünyaya aydınlanmış, oyanmış müdrik – Budda qayıdır.
Mənbələrə görə, o, 80 yaşında Nayrancani çayının sahilində, Kuşinaqara adlanan yerdə tələbələri ilə vidalaşır, onlara son məsləhətlərini verir. Daha sonra sağ tərəfi üstündə uzanır, üzünü şərqə çevirir, sağ əlini başının altına qoyaraq meditasiyaya qərq olur və əbədi nirvanaya qovuşur (parinirvana).
Buddizmin təliminin əsas məqsədi insanı həyatın məşəqqət, əzab və iztirabından xilas edib mütləq mənəvi xoşbəxtlik, səadət hissinə - Nirvanaya çatdırmaqdır .
Buddizmin təliminin əsasında Dörd nəcib həqiqət haqqında ideya dayanır: 1-ci həqiqət dünyada hər şeyin əzab, iztirab, narahatlıq, qeyri-məmnunluq, həyəcan, qorxu olduğunu ifadə edir. Buna “dukkha” deyilir. Yəni doğum, qocalıq, xəstəlik, bir sözlə ötəri olan hər şey əzab və iztirabdır; 2-ci həqiqət dukkhanın səbəbini göstərir. Yəni əzab və iztirabın mənbəyi arzu və istəkdir; 3-cü həqiqət dukkhadan azad olmağın, onun səbəblərinin aradan qaldırılmasının mümkünlüyünü açıqlayır; 4-cü həqiqət isə dukkhanın yox edilməsinin yeganə yolunu göstərir və bunun nirvanaya çatmaq olduğunu bildirir.
Bu dinin mənsublarının praktik əxlaq və ehkam normaları baxımından minimum aşağıdakı beş öhdəliyə riayət etmələri vacibdir:
1. Canlı varlıqlara heç bir ziyan yetirməmək;
2. Əgər könüllü bəxş etmirsə, heç kimdən heç nə almamaq;
3. Ər-arvad sədaqətini pozmamaq;
4. Yalan danışmamaq;
5. Sərxoşedici içki və digər vasitələrdən uzaq durmaq.
Rahibliyə hazırlaşanlar isə bundan əlavə beş öhdəliyə də əməl etməlidirlər:
1. Qarınqululuqdan imtina etmək və az yemək;
2. Rəqs, musiqi, mahnı oxumaqdan uzaq olmaq, həmçinin tamaşaya baxmamaq;
3. Ətir vurmamaq və bər-bəzək taxmamaq;
4. Hündür oturacaq və yataqlardan istifadə etməmək;
5. Heç kimdən qızıl və gümüş almamaq.
Rahiblik yolunu seçənlər saçlarını dibindən kəsdirməli, sarı rəngdə sadə geyim geyinməlidirlər. İki ayda bir dəfə oruc tutmalı və oruclu olanda günahlarını etiraf etməlidirlər.
Buddizmin məbədləri “paqoda” adlanır. Bu məbədlərdə Buddanın bütü yerləşdirilir. Büddanın sözləri ilk dəfə eradan əvvəl I əsrdə Seylon adasında (Şri-Lanka) pali dilində yazıya köçürülmüş və bununla da Buddizmin dini mətnləri – “Tripitaka” formalaşmışdır. “Tripitaka” “üç səbət” mənasını verir.
Tripitaka” üç hissədən ibarətdir:
1. Vinaya-pitaka (Nizam-intizam səbəti)
2. Sutra-pitaka (Təlqin səbəti)
3. Abhidharma-pitaka (fəlsəfi və psixoloji izahlar səbəti)
. Hazırda Buddizmin üç əsas qolu mövcuddur – Hinayana (“dar yol”, yaxud “kiçik döyüş arabası”), Mahayana (“geniş yol”, yaxud “böyük döyüş arabası”) və Vajrayana (“almaz yol”).

Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin