Mühazirə konspekti



Yüklə 0,7 Mb.
səhifə1/30
tarix16.04.2022
ölçüsü0,7 Mb.
#115338
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   30
Yeralti hidravlika muhazire


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ


X.İ.Dadaş-zadə
YERALTI HİDRAVLİKA”
fənnindən mühazirə konspekti



GİRİŞ

“Yeraltı hidravlika” neft,qaz və qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsi və istismarı üzrə “ neft və qaz mühəndisi” və “ geologiya mühəndisi” hazırlanmasında tədris planı üzrə keçilən sənət fənlərinin nəzəri əsasını təşkil edir .

“Yeraltı hidravlika” neft yə qaz yataqlarını təşkil edən məsaməli mühitdə maye, qaz və onların müxtəlif komponentlərlə qarışığından yaranan sistemlərin hərəkət qanunlarını öyrənir.

Neft ,qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı dedikdə, layın enerjisini tənzimləməklə , neft ,qaz və kondensatın quyulara hərəkətini təmın və idarə etməklə onların yer üzərinə çıxarılması posesı başa düşülür. Neft və qaz yataqlarının işlənməsi maye , qazın və onların qarışıqlarının məsaməli mühitdə fasiləsiz hərəkəti ilə əlaqədardır.

Yataqların işlənməsi və istismarı posesinin düzgün idarə olunması üçün lay boyunca məsaməli mühitdə hərəkəti xarakterizə edən amillərin – təzyiq,sürət,temperatur,maye,qaz,kondensat komponentlərinin miqdarı , onların fazalarda paylanma dərəcələri və s. öyrənilməsində “Yeraltı hidravlika fənninin rolu əvəzsizdir.

Süzülmə nəzəriyyəsinin, məsaməli mühitdə maye ,qaz və qazlı mayelərin qərarlaşmış və qərarlaşmamış hərəkətlərinin öyrənilməsində , neftin layda su ilə sıxışdırılmasında , mayenin və layın eıastikliyinin , eləcə də yataqlarin daban və tavanında yerləşən layların keçiriciliyinin nəzərə alınmasında və s. şəraitlərdə quyular sisteminə neftin və qazın axmasında bu fənnin neftçi mühəndis tərəfindən öyrənilməsi çox vacibdir.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin