Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə1/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   58

PEDAQOJİ ETİKA”

fənni üzrə mühazirə mətnləri

I MÖVZU: PEDAQOJİ ETİKANIN PREDMETİ VƏ VƏZİFƏLƏRİ

Plan

  1. “Etika”, “mənəviyyat”, “əxlaq”, “etiket” anlayışlarının yaranması və qarşılıqlı əlaqəsi.

  2. Pedaqoji etika elm sahəsi kimi.

  3. Pedaqoji etikanın inkişaf tarixi.

  4. Pedaqoji etikanın əsas kateqoriyaları.

Ədəbiyyat

  1. Abbasova Q.Y. Etika: tarix, nəzəriyyə və təcrübə. Bakı, 2016

  2. Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, 1992

  3. Nağıyeva L. Pedaqoji etika. Bakı, 2013

  4. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2012

  5. Sadıqov F. Pedaqogika. Bakı, 2008

  6. Şahhüseynova. Etika. Bakı, 2009

  7. Лаврентьева Н.Б., Нечаева А.В. Педагогическая этика. Барнаул, 2010

  1. Etika”, “mənəviyyat”, “əxlaq”, “etiket” anlayışlarının yaranması və qarşılıqlı əlaqəsi.

“Etika” – mənəviyyat (əxlaq) haqqında elm olub, fəlsəfənin ən qədim sahələrindən biridir. “Etika” sözü yunanca “etnos” sözündən yaranıb, xasiyyət, “adət”, “məkan” və s. mənalarını ifadə edir.

Etikanın formalaşma prosesi b.e.ə. I minilliyin ortalarında Qədim Yunanıstan, Hindistan və Çində başlayıb. Sonralar Aristotel (b.e.ə 384-322) “Nikomaxov etikası”, “Böyük etika” və s. əsərlərində “etika”, “etik” anlayışlarını elmə gətirdi. O, bu ifadələrlə insan xarakterinin comərdlik, qeyrət, inam, səxavət kimi cəhətlərini göstərən məziyyətlər qrupunu təqdim edirdi. İnsan şəxsiyyətinin bu keyfiyyətlərini öyrənən elmi Aristotel “Etika” adlandırmışdı. Aristotelə qədər isə b.e.ə V əsrdən başlayaraq Platon (b.e.ə. 428-348), Sokrat (b.e.ə. 469-399) və başqaları insanların mənəvi mədəniyyətində etik məsələlərdən bəhs edirdilər.

Orta əsrlərdə etika antik mədəniyyətin davamı kimi meydana gəlsə də dinin çox böyük təsiri altında olduğundan xristian doqmaları, müsəlman aləmində isə islam ehkamları və əxlaq fəlsəfəsi mahiyyəti daşıyırdı.

Yalnız XVIII əsrin sonlarına yaxın etika nisbətən müstəqil elm sahəsi kimi formalaşmağa başladı. Bunun bir səbəbi də bilavasitə insanı, onun mənəvi keyfiyyətlərini öyrənən psixologiya, pedaqogika, sosiologiya, tarix və ədəbiyyatşünaslıq elmlərinin inkişafı idi.

Etikaya müxtəlif təriflər verilmişdir:


  1. Etika - əxlaq (mənəviyyat), onun yaranması və inkişafı, insanların davranış normaları və qaydaları, insanların bir-birinə, cəmiyyətə, dövlətə münasibətdə vəzifələri haqda təlimdir.

  2. Etika - əxlaqın yaranması və təbiəti, quruluşu və sosial funksiyalarını aydınlaşdıran fəlsəfi təlimdir.

Bütün tərifləri ümumiləşdirərək demək olar ki, etika insan həyatının əxlaqi problemlərini öyrənir, xeyir və şərin nə olduğunu müəyyən edir, insanlararası münasibətlərin və insanın cəmiyyətdə davranışını müxtəlif modellərini təhlil edir.


Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə