MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Azərbaycanda sahibkarlığın formalaşması



Yüklə 1,96 Mb.
səhifə7/23
tarix08.02.2020
ölçüsü1,96 Mb.
#101996
1   2   3   4   5   6   7   8   9   10   ...   23

4. Azərbaycanda sahibkarlığın formalaşması

Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişaf etdirilməsidir. Bu məqsədlə dövlət mülkiyyətinin özəlləşdirilməsi və iqtisadiyyatın liberallaşdırılması ilə yanaşı “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanıınu” da qəbul edilmişdir. Bu qanunda sahibkarlığın mahiyyəti, prinsipləri, sahibkarlıq subyektlərinin hüquq və vəzifələri, sahibkarlığın dövlət tərəfindən müdafiə də təqdir olunmasının forma və üsulları, sahibkarlığın dövlət orqanları ilə qarşılıqlı münasibətləri və s. müəyyən edilmişdir. Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə özlərinin cavabdehliyi və ya əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin hə­yata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

Qanunun birinci bölməsində sahibkarlıq fəaliyyəti, sahibkarlıq haqqında qanunvericilik, sahibkarlığın subyektləri və sahibkarlıq hüdudlarının hüquqi nizamlanması məsələləri açıqlanır. Qanunun ikinci bölməsində sahibkarın hüquq və vəzifələri, üçüncü bölməsində isə sahibkarlığın dövlət tənzimlənməsi məslələri nəzərdən keçirilir.

Qanunun dördüncü bölməsində isə sahibkarlıq fəaliyyətinin dayandırılması və ona xitam verilməsi məslələrindən bəhs olunur. Qanunda göstərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı adətən sahibkarın özü qəbul edə bilər. Dövlət orqanları, o cümlədən antiinhisar fəaliyyəti, vergi, ekologiya, sanitariya, memarlıq, texniki təhlükəsizlik, yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar isə sahibkarlıq fəaliyyətinin dayandırlması haqqında təqdimat vermək hüququna malikdirlər. Mübahisələr yalnız məhkəmə yolu ilə həll edilirlər. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə qərarı da sahibkarın özü tərəfindən və ya məhkəmə tərəfindən qəbul edilir.

Bu qanunla yanaşı, sahibkarlığın hüquqi bazasını möhkəmlətmək üçün çoxlu miqdarda qanun və normativ hüquqi sənəd qəbul edilmişdir. Bunlara dövlət mülkiyyətinin özəlləşdirlməsi, kiçik və orta sahibkarlığa dövlət yardım regionların sosial-iqtisadi inkişaf proqramları və s. göstərmək olar. Sahibkarlığa kömək məqsədilə “Sahibkarlığa Kömək Milli Fondü’da yaradılmışdır. Sahibkarlığa kömək məqsədilə ilə informasiya mərkəzləri, lizinq firmaları və şairələr də yaradılmışdır. Özəlləşdirmənin həyata keçirilməsi nəticəsində 40 mindən çox kiçik müəssisə və obyekt, 1600-ə yaxın iri obyekt özəl mülkiyyətə çevrilmişdir. Bunun nəticəsində ÜDM-da özəl bölmənin payı 2008-ci ildə 84,5% təşkil etmişdir. Kənd təsərrüfatı və digər sahələrdə özəl bölmənin payı daha yüksəkdir.


5. Firma (müəssisə) və onun fəaliyyət mexanizmi

Firma bazar iqtisadiyyatının əsas təşkılati-iqtısadi halqası hesab olunur. O, öz-özünə hər bir ölkənin milli təsərrüfatının iş fəallığını müəyyən edir. Bu baxımdan dövlət qanunları və normativ aktlar sistemi vasitəsi ilə firmaların səmərəli işləməsinə hər cür şərait yaratmalı olur.

Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma (italyanca - “'firma” sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə kommersantın “ticarət adı” mənasmı verirdi. İndi bu termin resurslardan məhsul istehsal edən mikroiqtisadi özəyi ifadə edir.

İqtisadi ədəbiyyatda firmaya istehsal fəaliyyətilə məşğul olan, nə, necə, kim üçün istehsal etmək və harada, kimə və hansı qiymətə satmaq məsələlərinin həllində təsərrüfat müstəqilliyinə malik olan iqtisadi və hüquqi subyekt, müəyyən təşkilat kimi baxılır.

Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində firma (müəssisə) sahibkarlıq və biznes fəaliyyətinin subyekti, əsas struktur vahididir.

Əvvəla biznes fəaliyyəti bazar təsərrüfat sistemində meydana çıxır və onun əsas halqasını təşkil edir. Biznes və bazar vəhdətdədir, ayrılmazdır, onlar birlikdə mövcud olur və inkişaf edirlər. Aydındır ki, inzibati-amirlik təsərrüfat sistemi şəraitində mövcud olan müəssisələr biznes fəaliyyəti ilə deyil, təsərrüfat fəaliyyəti ilə məşğul olmuşlar.

Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə əlaqədar olaraq biznes fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir. Hər şeydən əvvəl, dövlətin və ictimai təşkilatlarm iqtisadi rolunun güclənməsilə əlaqədar olaraq sosial sifarişlərin xarakteri dəyişir. Dövlət yalnız sifarişçi kimi deyil, həm də biznes fəaliyyətinin tənzimləyicisi kimi çıxış edir. İkinci, maliyyə-kredit sisteminin inkişafı ilə əlaqədar olaraq, biznes fəaliyyəti borc vasitələrindən daha çox istifadə edir və onlardan asılı olur. Bank sistemi biznes fəaliyyətinin təşkili prosesində mülkiyyət münasibətlərində dəyişiklik baş verir. İdarəetmənin mülkiyyətdən ayrılması nəticəsində biznes fəaliyyətinin bilavasitə subyekti ixtisaslı idarəedicilər - menecerlər olur, ümumi nəzarət funksiyasını isə mülkiyyətçi özü yerinə yetirir.

Ümumiyyətlə, bu gün biznes fəaliyyəti dedikdə, həmin fəaliy­yətin daxili və xarici mühitini təşkil edən şəxslər, təşkilatlar və bilavasitə istehsalın təşkilatçıları arasındakı münasibətlər sistemi başa düşül­məlidir.

Biznes fəaliyyətinin daxili mühiti kaptal sahibləri, menecerlər və muzdlu işçilər arasındakı münasibətlərlə, xarici mühiti isə biznes fəaliy­yətin təşkilatçısı ilə dövlət və cəmiyyət, mal göndərənlər, kreditorlar və istehlakçılar arasındakı qarşılıqlı əlaqə ilə xarakterizə olunur.

Firmanın (müəssisənin) iqtisadi məzmununun təhlilində sahib­karlıq və biznes fəaliyyətilə yanaşı kommersiya fəaliyyətinə də nəzər yetirmək lazımdır. Kommersiya fəaliyyəti biznes fəaliyyəti ilə əlaqədardır. O, bilavasitə istehsal edilmiş məhsulların reallaşdırılması ilə məşğul olan ticarət sahəsini - alqı-satqı münasibətlərini əks etdirir.

Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətini təkcə bir ticarət sferası ilə əlaqələndirmək iqtisadi fəaliyyətin bu formasının rolunu və əhəmiyyətini tam əks etdirmir və onu xeyli məhdudlaşdırır. Məhz buna görə də kommersiya fəaliyyətinin əhəmiyyətinə qiymət verən iqtisadçılar problemə daha düzgün yanaşmış olurlar. Hazırda kom­mersiya fəaliyyətinə aşağıdakılar daxil edilir: sənaye, kənd təsərrüfatı, tikinti və s. müəssisələrin istehsal fəaliyyətindən törəyən ticarət əməliyyatları; ticarət, bank və digər müəssisələrin əmtəə və pulların dövriyyəsinə aid edilən ticarət əməliyyatları; əmtəələrin alıcıya doğru hərəkəti ilə bağlı onların daşınması, sığortası, qorunub saxlanılması ilə əlaqədar olan nəqliyyat, sığorta və s. müəssisələrin ticarət əməliyyatları; ticarət fəaliyyətinin müxtəlif növ icarə, informasiya, injinirinq və s. xarakterli xidmətlərlə təmin edilməsi üzrə əməliyyatlar və s.

Bazar iqtisadiyyatı şəraitində firmalar kommersiya təşkilatları və ya sahibkarlıq bölməsi kimi nəzərdən keçirilirlər.

Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma (müəssisə), ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal amillərini birləşdirməklə məhsul istehsal edib-satan, işlər görüb xidmətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir.

Müasir firmalar əsasən çoxprofilli istehsal özəkləridir. Belə istehsal yönümlü firmalar iqtisadi durğunluq dövründə daha dözümlü olurlar. İstehsal olunan məhsulun biri ilə əlaqədar əlverişsiz konyuktura həmin məhsuldan alınan gəlirin azalmasına səbəb olduğu halda, digər məhsullardan gələn gəlirin səviyyəsinə təsir etməz. Belə halda firma ziyalı digər məhsul və xidmətlərdən gələn gəlir hesabına ödəyə bilər.

Firmanın əsas fınksiyası istehlakçıların tələbatını ödəmək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalın təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mənfəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və strateji məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir:


  • satışın həcminin artırılması;

  • daha yüksək artım sürətinə nail olmaq;

  • bazarda payın artırılması;

  • qoyulmuş kapitala nisbətən mənfəətin artırılması;

  • kompaniyanın səhmlərinə görə gəlirlərinin artırılması;

  • kapitalın quruluşunun dəyişdirilməsi.

Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiyyatın vəziyyəti ilə, həmin müəssisənin fəaliyyət göstərdiyi sahənin inkişaf meyli ilə, eləcə də onun həyat tsiklinin mərhələsi ilə müəyyən olunur.

Həyat tsiklləri nəzəriyyəsinə görə firmaların həyatı üç mərhələdən ibarətdir. Birinci mərhələ aktiv fəaliyyət və artım sürətinin genişləndirilməsilə xarakterizə olunur. Yığılmış vəsait istehsal güclərinin yaradılmasına, yeni bazarların tutulmasına yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapital sahələrinin gəlirlərinin çoxalması səciyyəvidir. Firma bazardakı mövqeyini qoruyub saxlamaq uğnında mübarizə aparır, istehsal güclərinin genişləndirilməsinə nisbətən xərclərin azaldılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin və bununla birlikdə mənfəətin azalması baş verir, bu isə kapitalın müəyyən hissəsinin həmin sahədən geri götürülməsinə səbəb olur. Bu mərhələdə yeganə məqsəd - həyat qabiliyyətini - mövcudluğunu qoru­yub saxlamaqdır. Həmin dövrdə firmanın fəaliyyətinin əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyam minimuma endirməyə yönəldilir. Belə ki, perspektivdə yüksək nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət müəyyən dövrdə, qısa müddətdə uğursuzluğa da aparıb çıxara bilər.

Firma qarşısında duran məqsədlər onun cari (qısa) və perspektiv (uzun) fəaliyyət dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya firmanın fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə almaqla müəyyən edilir.

Strategiya, hər şeydən əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə xarakterli strategiyada elmi- texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, bir növ rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli strategiya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəzarət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planları daxil edilə bilər.

Hücum xarakterli strategiyaya aşağıdakı dörd istiqamət daxil edilir:


  • Yeniləşdirmə strategiyası - burada yeniliklərin həyata keçirilməsi üçün resursların artırılması nəzərdə tutulur.

  • Kvotanın diferensiasiyası (fərqləndirilməsi) strategiyası. Bu, yüksək mənfəəti təmin etməklə bazarın əsas hissəsinin firma üçün qorunması, saxlanılması məqsədinə xidmət edir.

  • İnnovasiya strategiyası məhsul, xidmət və eləcə də əsas kapitalın istehsalının təzələnməsini, yeni texnologiyanın mənimsə­nilməsini nəzərdə tutur. İnnovasiya məhsul və texnologiya ilə bağlı olub iki yerə ayrılır. Məhsul innovasiyası yeni məhsul vahidinin qiymətini artırmaqla mənfəəti maksimumlaşdırmağa imkan verir. Texnoloji innovasiya isə buraxılan məhsulun istehsal xərclərini aşağı salmaqla mənfəəti artırmağa kömək edir.

  • Yeniliyin öyrənilməsi və bazar boşluğunun doldurulması strategiyası. Bu istiqamətin reallaşdırılması elmi-tədqiqat işlərinə çəkilən böyük xərclərlə və işgüzar risklə bağlıdır.


6. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiy­yətləri

Məlum olduğu kimi, Azərbaycan XIX əsrin əvvəllərində Rusiya- İran və Rusiya-Türkiyə müharibələri nəticəsində Rusiya tərəfindən istila edilmişdi və burada müstəmləkə rejimi yaradılmışdı. Lakin XIX əsrin 60-70-ci illərində çarizmin həyata keçirdiyi burjua islahatları nəticə etibarilə sərbəst kapitalrdan və iş qüvvəsindən istifadə üçün, işgüzar adamların təşəbbüskarlığı üçün yeni imkanlar yaradırdı. Azərbaycanda ticarətin və sənayenin inkişafı müxtəlif zümrələrin nümayəndələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə müşayiət olunurdu. Bu dövrdə milli sahibkarların ən ali təbəqəsi iqtisadi cəhətdən güclü olan neft sənayesi burjuaziyasının tərkibinə daxil idi. İnkişafın ilk dövrlərində Azərbaycan neft sənayesinin inkişafına kapital qoyuluş­larının ən əsas mənbələrindən biri məhz milli sahibkarlar olmuşlar. Nəticədə, XEX əsrin 90-cı illərinin ortalarında Bakıda çıxarılan neftin 15%-dən çoxu H.Z.Tağıyev və Ş.Əsədullayevin iki neft firmasının payına düşürdü. XX əsrin əvvəllərində isə milli kapitalın əhəmiyyəti daha da artdı. 1908-1910-cu illərdə 60-dan çox azərbaycanlı sahibkara 80-dan çox firma mənsub idi. Özü də onlardan səkkizi ildə bir milyon puddan çox neft çıxaran sahibkarlar qrupuna daxil idi. 1913-1914-cü illərdə 165 neftçıxarma şirkətindən 48-i milli kapitalın nümayəndələrinə mənsub idi. Birinci Dünya müharibəsinin başlanğıcında 35 azərbaycanlı sahibkarın müxtəlif dərəcələrdən olan 90-a yaxın gəmisi vardı və onlar Xəzər Neft Gəmiləri Donanmasında birinci yer tuturdular. Nəqliyyat vasitələrinin olması onlara nəinki böyük miqdarda neft məhsullarını daşımağa, həmçinin Rusiyanın və digər ölkələrin bazarlarında müvəffəqiyyətlə ticarət etməyə imkan verirdi.

Neft sənayesindən əldə olunan məbləğdə vəsait milli sahibkarlara təsənüfatın digər sahələrində: toxuculuqda, elektrik, yeyinti və balıq sənayelərində, gəmi təmiri sahəsində və s. mühüm mövqelər tutmaq verirdi.

Azərbaycanda köhnə çar üsul-idarəsi yıxıldıqdan sonra yaradılmış Azərbaycan Demokratik Respublikasının (28 may 1918 - 27 aprel 1920) Parlament tərəfindən qəbul olunmuş bir sıra qərarlar kapitalist münasibətləri əsasında formalaşmış firmaların, şirkətlərin sürətli inkişafına imkan verdi. Lakin sosialist inqilabı adı (pərdəsi) altında Azərbaycanın Rusiya tərəfindən yenidən işğal olunması ilə bütün bunlara son qoyuldu.

Keçmiş SSRİ-ni təşkil edən respublikalardan biri olan Azərbaycan­da Sovet hakimiyyəti illərində (1920-1991) dövlət bütövlükdə iqtisadiyyatı idarə etməyi öz üzərinə götürməklə həm müəssisələrin müstəqilliyini əlindən aldı, həm də müəssisələrin təsərrüfat əlaqələrini məhdudlaşdınnaqla onların son nəticələrə olan maddi maraqlarmı xeyli azaltdı. Qeyd etmək lazımdır ki, bu dövrdə müəssisələrin 90%-dən çoxu dövlət bölməsinə aid idi və onlar yalnız təsərrüfat fəaliyyəti ilə məşğul olurdular. Bazar münasibətləri planlaşma ilə, ticarət ehtiyatlanmn mərkəzləşdirilmiş bölgüsü ilə əvəz olunduğu bu sistem - inzibati-amirlik sistemi öz daxilində əmələ gələn ziddiyyətləri həll edə bilmədi və 90-cı illərin əvvəlində dağıldı.

Bu sistemin dağılması ilə əlaqədar olaraq yenidən siyasi müstə­qillik qazanan Azərbaycan öz qarşısına bazar iqtisadiyyatına keçmək kimi mühüm bir məqsəd qoymuşdur.

Təcavüzkar Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan uzunmüddətli müharibə, ərazinin 20%-nin işğal olunması, həmin ərazidəki iqtisadı ehtiyatlann istehsal dövriyyəsindən çıxarılması kimi mühüm bir amilin olmasına baxmayaraq, Azərbaycan bazar iqtisadiyyatına doğru gedir.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formaları yaranmaqdadır. Bu proses son illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin geniş xarakter alması ilə daha da sürətlənir. Belə ki, 1998-ci ilin oktyabr ayına olan məlumata görə 20 minə yaxın kiçik dövlət müəssisəsi, obyekti özəlləşdirilmişdir. 1700-dən çox orta və iri dövlət müəssisəsinin bazarında səhmdar cəmiyyətləri yaradılmışdır. 885 səhmdar cəmiyyətinin səhmlərinin 70%-ə qədəri çek və pul hərraclarında satılmış və nəticədə 55 mindən artıq vətəndaş səhmdar olmuşdur.

Nəhayət, Azərbaycanda özəl sektoru inkişaf etdirən milli sahibkrlığın formalaşdırılması prosesi başlanmışdır.
7. Menecment və onun əsas prinsipləri

Əvvəllərdə qeyd etmişdik ki, tarixən idarəetmə funksiyası biznes - fəaliyyətin təşkilatçıları - mülkiyyətçi-sahibkarlar tərəfindən yerinə yetirilirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində istehsalın inkişafı idarəetmə məsələsini yeni şəkildə qiymuşdur. Texnikanın və yeni texnologiyanın inkişafı, istehsalın miqyasının artımı idarəetməni kəskin surətdə mürəkkəbləşdirmiş, onu xüsusi bilik tələb edən fəaliyyət dairəsi kimi ayırmışdır.

İdarəetmə funksiyasının sahibkarlardan ayrılmasında məhsuldar qüvvələrin inkişafının, onun əsasını təşkil edən elmi-texniki inqilabın təsiri böyük olmuşdur. Elmi-texniki inqilab istehsalda, eləcə də istehsalın idarə edilməsində yeni əmək intizamı, yeni təşkilatçılıq və yeni münasibətlər tələb etdi. Elmi-texniki inqilab dövründə idarəetmə amilinin, bununla əlaqədar olaraq idarəetmə finksiyasını yerinə yetirən insanların rolu və social vəziyyətinin yüksəlməsi “menecerlik inqilabı” konsepsiyasının meydana gəlməsi üçün əsas olmuşdur. Buna müvafiq olaraq tədricən mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə yetirən peşəkar təşkilatçılar - menecerlər formalaşır. Firmaların (müəssisələrin) səmərəli idarə edilməsi vəzifəsinin bu işi yaxşı bilən və bacaran muzdlu peşəkar mütəxəssislərə - menecerlərə həvalə edilməsilə bazar iqtisadiyyatı ölkələrində, yeni müstəqil bir fəaliyyət növünün - menecmentin meydana gəlməsinin əsası qoyuldu.

Firmanın malik olduğu iqtisadi resurslardan istifadə etməklə qarşıda duran məqsədlərə çatmaq üçün onun səmərəli idarə edilməsi menecmentin mahiyyətini təşkil edir.

Menecment (ingilis sözü, manaqement - idarəetmə mənasını verir) istehsalın səmərəliliyini yüksəltmək və mənfəəti artırmaq məqsədilə istehsalın idarə olunmasının prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər sistemidir.

Beynəlxalq təcrübədə menecent sahibkarlıq korporasiyası və səhmdar kompaniyası şəraitində social-iqtisadi proseslərin idarə edilməsinin sinonimidir. “Menecment” sözünə dörd məna vermək olar: insanlarla davranış üsulu (manerası), idarəetmə istahğı; spesifik qabiliyyətlər və inzibati vərdişlər; idarəetmə orqanı; inzibatçılıq vahidi.

Müasir şəraitdə müxtəlif firmalarda iqtisadi durumun vəziyyətini 3 əsas amil müəyyən edir: a) texnika və texnologiyanın vəziyyəti; b) iş qüvvəsinin keyfiyyəti; v) istehsalın təşkili və idarə edilməsi (menecerlik). Bu amillərdən üçüncüsü, sistemyaradıcı xarakter daşıyır. Tədqiqatlar göstərir ki, menecerliyin vəziyyəti texnikanın, texnolo­giyanın və eləcə də işçi qüvvəsinin səviyyəsinə təsir göstərir.

Müasir menecerlik öz “xarakteri”, öz inkişaf məntiqi olan xüsusi iqtisadi münasibətlər mühitidir. Təsadüfi deyildir ki, XX əsrin görkəmli iqtisadçılarından biri ola A.Marşal kapital, əmək və torpaq kimi üç ənənəvi amillə yanaşı idarəetməni ayrıca bir amil kimi xüsusi olaraq ayırmışdır.

Dünya ədəbiyyatında elmi menecment, əməyin elmi təşkili nəzəriyyəsi və metodologiyasının əsasını qoymuş Amerika mühəndisi və tədqiqatçısı F.Teylora xüsusi yer verilir. F.Teylor idarəetməyə “nə etmək lazımdır və bunu ən yüksək şəkildə və ucuz başa gəlməklə necə etməyi dəqiq bilmək məharəti” kimi baxmışdır. Onun fikirləri 1911 -ci ildə çapdan çıxmış “Elmi menecerliyin prinsipləri” əsərində verilmişdir. Burada idarəetmə prinsipləri dörd qrupa bölünür:

1. Məqsədin seçilməsi;

2. Məqsədə çatmaq vasitələrinin seçilməsi;

3. Məqsədə çatmaq vasitələrinin hazırlanması;

4. Nəticələrə nəzarət edilməsi.

MÜHAZİRƏ MÖVZUSU: ƏMTƏƏ – PUL MÜNASİBƏTLƏRİ. BAZAR

VƏ BAZAR İQTİSADİYYATI
P l a n:

1. Əmtəə istehsalı və təsərrüfatın təşkilati formaları.

2. Əmtəə və onun xassələri.

3. Dəyər formalarının inkişafı və pulun meydana gəlməsi

4. Bazarın mahiyyəti və təsnifatı.

5. Tələb və təklif. Bazar tarazlığı.

6. Bazar iqtisadiyyatinin qanunları və modelləri.

7. Müasir bazar infrastrukturu və onun iqtisadiyyatda rolu.



Ədəbiyyat:

1. Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə uyğun qurulması və

tənzimlənməsinin sosial-iqtisadi və hüquqi problemləri. Respublika elmi-

nəzəri konfransının materialları. Bakı 2009.

2. A.Əliyev, Ə.Qasımov. Azərbaycanın sosial-iqtisadi inkişafında

islahatların rolu. Bakı, “Azərbnəşr”, 1997.

3. A.Ə.Əliyev, A.Şəkərələyev . Bazar iqtisadiyyatına keçid: Dövlətin

iqtisadi siyasəti. Bakı, 2002.

4. S.Axundov, M. Axundov. Bazar iqtisadiyyatının əsasları.

5. İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2014.

6. Макконел К.Р., Брю С.Л. Экономикс: принципы, проблемы и

политика. 2 т. М., 1996.

7. Шишкин А. Экономическая теория. М., Владос, 1997.


  1. Əmtəə istehsalı və təsərrüfatın təşkilati formaları.

Cəmiyyətin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir. İqtisadi həyatın ümumi formaları keyfiyyətcə bir-birindən fərqlənir və daimi xarakter daşımırlar. İqtisadi həyatın bu formaları və ya təsərrüfat təşkilinin ümumi tipləri ictimai əmək bölgüsü və iqtisadi inkişaf səviyyəsi ilə səciyyəvidirlər. Bu ümumi iqtisadi proseslər və hadisələr vaxtaşırı dəyişirlər və təsərrüfat formalarınını inkişafına təkamül yaradırlar.

Təsərrüfatçılığın elə formaları vardır ki, onlar istehsal üsulundan, istehsalın konkret tarixi formalarından asılı olmayaraq bütün dövrlərdə mövcud olmuş və ümumi qanunlarla idarə olunmuşlar. İstehsalın natural və əmtəə təşkili formaları buna misal ola bilər. Bunlar istehsalın ictimai təşkilinin tarixən mövcud olan iki əsas formasıdır.

Natural istehsal (təsərrüfat) bazar iqtisadiyyatının hakim olduğu kapitalizmə qədərki, bütün istehsal üsulları şəraitində təsərrüfatçılığın əsas forması olmuşdur. Bu təsərrüfat formasının qapalı xarakterdə olması onun başlıca cəhətidir. Natural təsərrüfatda istehsal olunan məhsul istehsalçının öz ehtiyaclarını, təsərrüfatdaxili tələbatın ödənilməsi məqsədi ilə istehsal olunur. Burada istehsal istehlaka uyğun gəlir və məhsul əsasən istehsalçı tərəfindən istehlak olunduğu üçün kənara getmir. Qapalı təsərrüfatın bu forması özü üçün məhsul hazırlayan icmalarda olmuşdur. Quldar latıfundiya təsərrüfatları da natural xarakterli olur. Patriarxal kəndli təsərrüfatları və feodal malikanə təsərrüfatları da əsasən natural idi. Təhkimli kəndli və feodal münasibətləri açıq şəkildə, bilavasitə insani münasibətlər şəklində meydana çıxırdı, natural xarakter daşıyırdı. Xidmətlər və mükəlləfiyyətlər natural formalarda həyata keçirilir. Feodalizm cəmiyyətində təsərrüfat bütövlükdə natural xarakterdədir və istehsal olunan məhsullar əsasən daxili tələbatların ödənilməsinə yönəldilir.

İstehsalın natural formada olması məhsuldar qüvvələrin inkişaf səviyyəsinin aşağı olması və ictimai əmək bölgüsünün zəif inkişafı ilə bağlıdır. Buna görə də istehsalın müxtəlif sahələri və müxtəlif peşələr arasında iqtisadi əlaqələr zəif olur. İstehsalın natural forması xarici iqtisadi əlaqələrin yolunu bağlayır, onu məhdudlaşdırır, istehsalın mütərəqqi inkişafına mane olur, iş qüvvəsi konkret bir sahəyə bağlanıb qalır. Kənd icmalarının min illərlə yaşamasının səbəbi də təsərrüfatın natural forması olmuşdur. Xüsusi mülkiyyətlə bağlı olan natural iqtisadiyyatlar qeyri-iqtisadi məcburiyyət və şəxsi asılılıq münasibətlərinə əsaslanır.

Bütün deyilənlər onu sübut edir ki, natural təsərrüfat iqtisadi münasibətlərin qapalı sistemidir. Bu sistemdə bazarla əlaqə çox zəifdir. Ölkənin daxili regionları arasında iqtisadi əlaqələr yox dərəcəsində olur.

Qərb ədəbiyyatında natural münasibətlər sisteminin üstün olduğu təsərrüfatları ənənəvi iqtisadiyyat adlandırırlar.

Təsərrüfatın təşkilinin əsas formalarından biri də əmtəə istehsalıdır. Əmtəə istehsalınını meydana gəlməsi ibtidai icma istehsal üsulunun dağıldığı dövrə təsadüf edir. O quldarlıq və feodal istehsalı şəraitində daha da inkişaf edir. Kapitalizmdə isə özünün ən yüksək zərvəsinə çatır və bazar iqtisadiyyatının genetik əsası olmaqla onun formalaşmasına səbəb olur. Əmtəə istehsalı təsərrüfat təşkilinin xüsusi bir forması kimi natural təsərrüfatın alternativi (əksliyi) kimi meydana gəlmişdir və ona belə bir tərif vermək olar: əmtəə istehsalı elə bir ictimai təsərrüfat sistemidir ki, burada istehsalçılar və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, məhsulları bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı adamlar istehsal edirlər. Həm də onlar, özləri də bilmədən bir-biri üçün işləyirlər və tələbatlarını ödəmək üçün bazar vasitəsi ilə əlaqəyə girib məhsullarını mübadilə edirlər. Elə bu səbəbdən də mübadilə olunan məhsullar əmtəə olur və adamlar arasındakı münasibətlər bazar vasitəsilə, onların əməklərinin məhsullarının alqı-satqısı vasitəsilə meydana çıxır.

İstehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanan əmtəə istehsalının iki əsas tipi: sadə və kapitalist əmtəə istehsalı mövcuddur.

Sadə əmtəə istehsalı hər hansı bir cəmiyyətin inkişafında ayrıca, müstəqil bir təsərrüfat forması olmamışdır. O təkcə bir istehsal üsulunda deyil, bütün sosial-iqtisadi sistemlərdə mövcud olub fəaliyyət göstərir.

Sadə əmtəə istehsalı kapitalist əmtəə istehsalının meydana gəlib inkişaf etməsində xüsusi rol oynamışdır. Sadə əmtəə istehsalı xırda xüsusi mülkiyyətçilərin, məsələn, kəndlilərin, sənətkarların öz istehsal vasitələri və şəxsi əməklərinə əsaslanan, bazarla bağlı olan istehsaldır. Kapitalist əmtəə istehsalı isə xüsusi mülkiyyətə və muzdlu əməyə əsaslanan sahibkarlar tərəfindən idarə olunan və nəticəsi xüsusi formada mənimsənilən istehsaldır. Kapitalizmdə əmtəə istehsalı ümumi xarakter alır.

Əmtəə istehsalının mövcudluğunun ilkin şərti və ümumi əsası ictimai əmək bölgüsüdür. Nə qədər ki, texniki tərəqqinin hüdudu yoxdur, əmək bölgüsünün inkişafının da sonu yoxdur. Deməli, əmtəə təsərrüfatının təkmilləşdirilməsinin də hüdudu yoxdur.

İctimai əmək bölgüsü əmək fəaliyyətinin müxtəlif növləri üzrə xüsusiləşməsidir. Lakin ictimai əmək bölgüsü özlüyündə məhsul istehsalını əmtəə kimi zəruri etmir. Əmək məhsulu o zaman əmtəə olur ki, istehsalçılar mülkiyyətçi kimi xüsusiləşmiş olurlar.

Ayrı-ayrı istehsalçıların xüsusiləşmiş xarakteri və onlar arasında ictimai əlaqə isə istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunur. Beləliklə, istehsal olunan məhsulun əmtəə kimi meydana gəlməsinin ümumi əsası, ictimai əmək bölgüsü, zəruri şərtləri isə istehsal vasitələri və əmək məhsulları üzərində xüsusi mülkiyyətin olmaması və istehsalçıların xüsusi mülkiyyətçi kimi əlahiddələşib müstəqil fəaliyyət göstərmələri çıxış edir.



Əmtəə istehsalının meydana gəlməsinin maddi şərti ictimai əmək bölgüsünün inkişaf səviyyəsidirsə, sabəbi istehsal vasitələri üzərində xüsusi mülkiyyətdir.

Əmək bölgüsü yanaşı olan müxtəlif konkret əmək növlərinini məcmusu olub, ictimai əməyin hissələrini təşkil edir. İctimai əmək bölgüsü cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin keyfiyyətcə differensiasiyasıdır. Onun inkişafı istehsalın tərəqqisinin: işçilərin ixtisasının və bacarığının yüksəlməsini, həmçinin də əməyi asanlaşdıran və ixtisar edən, bir adamın bir neçə nəfərin işini yerinə yetirməsinə imkan verən maşının ixtira edilməsini nəzərdə tutur. İxtisaslaşdırılan müəssisələrdə nemət istehsalının artması, onların artıq sayının, böyük sayda digər faydalı şeylərə dəyişdirilməsi imkanı və zərurəti yaradır.

Tarixən üç böyük ictimai əmək bölgüsü olmuşdur. Birincisi, maldarlığın əkinçilikdən ayrılması; ikincisi sənətkarlığın əkinçilikdən ayrılması; üçüncüsü, tacir tayfalarınını meydana gəlməsidir. Əmək bölgüsünün sonrakı inkişafı onun daha da dərinləşməsinə, əməyin differensiasiyası və bir-birindən ayrılmış əmək növləri arasındakı asılılığın güclənməsinə səbəb olmuşdur.

İctimai əmək bölgüsünün aşağıdakı formaları meydana gəlmişdir:



  1. Beynəlxalq əmək bölgüsü.

  2. Ümumi (xalq təsərrüfatının sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. kimi iri sahələrə ayrılması) əmək bölgüsü.

  3. Xüsusi (sahələrdaxili müəssisələr daxilində istehsalın növləri üzrə bölünməsi) əmək bölügüsü.

  4. Fərdi (peşələr üzrə) əmək bölgüsü.

Əmək bölgüsünün inkişafı, təsərrüfat əlaqələrinin açıq olmasına, bazar xarakterli münasibətlərin əmələ gəlməsinə şərait yaratmışdır.

Məhz ikinci böyük ictimai əmək bölgüsü və xüsusi mülkiyyətin yaranması nəticəsində sadə əmtəə istehsalı meydana gəlmişdir. Sadə əmtəə istehsalı feodalizmin dağılmasında və kapitalizmin meydana gəlməsində mühüm rol oynamışdır.

İnkişafın ilk çağlarında əmtəə istehsalı sahəsindəki işçilərin nisbətən az məhsul istehsal etmələri və kifayət qədər inkişaf etməyən tədavül çox vaxt iqtisadiyyatda başlıca mövqe tutan natural təsərrüfatla qonşu olur. Kapitalizmdə inkişaf etmiş əmtəə təsərrüfatının meydana gəlməsi natural istehsalın hökmranlığına son qoyur, bütün məhsullar əmtəəyə çevrilir. İnsanların iş qüvvəsi də alqı-satqı obyektinə çevrilir.

Klassik kapitalizm şəraitində əmtəə istehsalı daha da inkişaf edir. Sadə və kapitalist əmtəə istehsalı arasında ümumi fərqli cəhətlər vardır. Ümumi cəhətlər bunlardır:



  1. Hər ikisi, istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanır.

  2. Hər ikisi üçün istehsalçılar arasında rəqabət mübarizəsi xarakterikdir.

Bu növ əmtəə istehsalı arasında fərqlər də vardır.

  1. Sadə əmtəə istehsalında istehsal vasitələri və istehsal olunan məhsul bilavasitə istehsalçıya məxsusdur. Kapitalist əmtəə istehsalında isə sahibkar kapitalistə məxsusdur.

  2. Sadə əmtəə istehsalının məqsədi istehsalçının öz şəxsi tələbatını ödəməkdir. Kapitalist əmtəə istehsalının məqsədi isə gəlir əldə etməkdir.

3. Sadə əmtəə istehsalı şəxsi əməyə, kapitalist əmtəə istehsalı isə muzdlu əməyə əsaslanır.

Sadə əmtəə istehsalçısı ikili təbiətə malikdir. Onlar bir tərəfdən şəxsi əməyi ilə yaşayış vasitələri əldə edən zəhmətkeşlərdir, digər tərəfdən xüsusi mülkiyyətçilərdir. Onlar bazarda öz əməklərinin məhsullarını satırlar, digər tərəfdən isə varlanmağa çalışırlar.

Hər iki əmtəə istehsalı tipi bazar iqtisadiyyatının mövcudluğunun zəruri şəraitini təşkil edir və yanaşı mövcud olurlar.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin