AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
MİNGƏÇEVİR TURİZM KOLLECİ
Güləş və onun tədris metodikası
Mühazirə
Müəllim: Məmmədov Muraz
Mingəçevir-2016
Mövzu 1 Güləşin tarixi
Plan
1. Güləşin yaranması haqqında
2. Yunan-Roma güləşi
3. Sambo
Güləşmə idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşmə ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardı. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər.
Klassik güləşməni götürək. Onu qabaqlar
Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna "təmiz qələbə" deyirlər. "Təmiz qələbə" mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar. Xallar hər bir uğurlu fənd üçün verilir.
Rus pəhləvanı İvan Poddubni ən yaxşı güləşçilərdən biri idi. O, altı dəfə dalbadal dünya çempionu olmuş, onun kürəklərini yerə vuran olmamışdı. Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Klassik güləşməni götürək. Onu qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar. Xallar hər bir uğurlu fənd üçün verilir
Sərbəst güləş ilk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə çarpaz vurmaq, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Mövzu 2 Dünya Çenpionat haqqında
Plan
1. Cüdo
2. İlk dünya çempionatı
3. Azərbaycan Güləş tarixi
Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. Məhz həmin ildə Tokioda olan Eysedzi buddist məbədində 21 yaşlı Ciqaro Kano "Kodokan” adlı məktəbin təməlini qoyub.
Eysedzi məbədi
Cüdo-başlanğıcı yaponların qədim güləş növü olan sumoya söykənən, dzyu-dzyutsu(red.cui-citsu) döyüş təliminin əsasında yaradılıb.
Dzyu-Dzyutsu(yumşaq döyüş sənəti) silahsız döyüşmək növü kimi formalaşıb.
Qədim yapon əfsanələrindən birində, bu döyüş növünün təməl qaydalarının təbib Sirobey Akiyama tərəfindən yazıldığı qeyd olunur. Əfsanəyə görə, sübh tezdən öz bağında var-gəl edən Akiyama görür ki, böyük ağacların budaqları dünənki qar çovğunundan sonra qırılıb, yalnız kiçik ağac heç bir şey olmamış kimi, məğrur şəkildə yerində durur. Qar lopalarının altında qalaraq torpağa doğru əyilən kiçik ağacın budaqları, ağırlığı üzərindən ataraq, yenidən şaxələnib. Bu möcüzəni görən Sirobey Akiyama ucadan qışqırıb:”Ağırlıq altında əzilənlər-qalibdir”.
Dzyu-Dzyutsu ustaları digərlərindən döyüş zamanı təkcə mükəmməl çevik hərəkətləri ilə deyil, həmçinin, rəqibin gücünü öz məqsədi üçün istifadə etmək bacarığı ilədə fərqlənirdilər. 17-19-cu əsrlərdə Yaponiyadakı feodal müharibələri zamanı samurayların əsas döyüş hazırlğına daxil edilən dzyu-dzyutsu, özünün çiçəklənmə dövrünə qədəm qoyub. Həmin ərəfədə Yaponiyada 1000-ə yaxın yumşaq döyüş sənəti məktəbi fəaliyyət göstərməyə başlayıb.
Ancaq Yaponiyada Meydzi İnqilabından(red.ölkədə 1868—1889 illər ərzində siyasi, hərbi, iqtisadi və sosial islahatlar) sonra digər döyüş növləri ilə yanaşı, dzyu-dzyutsuda yeni inkişaf mərhələsinin qurbanı olaraq, tənəzzül dövrünə ayaq basıb.
Ciqaro Kano
Məhz yumşaq döyüş sənətinin tənəzzülü dövründə Ciqaro Kano(1860-1938) onun tamamilə ölməsinə imkan verməyib. Yaponların digər məşhur döyüş sənətlərində olan müxtəlif elementləri dzyu-dzyutsuda birləşdirən Kano-yeni döyüş növü olan cüdonu yaradıb. Ciqaronun fikrincə, cüdo təkcə döyüş sənəti deyil, həmçinin milli ənənələri özündə cəmləşdirən, gündəlik həyat fəlsəfəsi olmalı idi. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər.
Artıq 1886-cı ildə cüdo dövlət səviyyəsində tanınaraq, Yaponiyanın hərbi və polis akademiyalarında, həmçinin bir müddət sonra orta və ali məktəblərdə tədris olunmağa başlayıb.
Üç il sonra isə Kano Fransada ilk məktəbini açaraq, bu döyüş növünün Avropaya ayaq açmasına imkan yaradıb. Tez bir zamanda bu döyüş sənəti "Köhnə Dünya”da geniş şöhrət qazanıb.
"Ağ evdə” bu idman növü ilə məşğul olmaq üçün xüsusi otaq ayıran ABŞ prezidenti Teodor Ruzvelt və hindistanlı mütəfəkkir Rabindranat Taqor cüdonun böyük pərəstişkarlarından biri hesab olunur.
İkinci Dünya müharibəsində Yaponiyada idmanın müxtəlif növləri kimi, cüdoda durğunluq dövrünə qədəm qoyub. 1951-ci ilin iyul ayında Beynəlxalq Cüdo Federasiyası yaradılıb. Onun ilk prezidenti isə Ciqaro Kanonun oğlu Risey olub. Beş il sonra isə Tokio cüdo üzrə ilk dünya çempionatına ev sahibliyi edib və həmin turnirdə 21 ölkədən 31 idmançı qüvvəsini sınayıb. 1964-cü ildə cüdo Olimpiya oyunlarının proqramına daxil edilib.
Qadın cüdosu yaranmasına görə, Ciqara Kanonun həyat yoldaşına borcludur. Qadınlar arasında ilk dünya çempionatı 1980-ci ildə baş tutub. 12 il sonra isə qadın cüdoçular Olimpiya oyunlarında tatami üzərinə çıxıblar.
Hazırda 178 ölkə Beynəlxalq federasiyanın üzvüdür. Bu döyüş sənəti ilə Yaponiyada müntəzəm olaraq 8 milyon insan məşğul olur. Dünyada isə 20 milyondan çox insan cüdonun sirlərinə yiyələnir. Cüdo kütləviliyinə görə yalnız futboldan geri qalır. güləşi Yaponiyada yaranıb. Cüdo sərbəst güləşmədən onunla fərqlənir ki, burada ağrı verən və boğucu fəndlər də işlətmək olur. Qalib gəlmək üçün bəzən güləşçi rəqibinin qolunu çiyindən, yaxud dirsəkdən qırır, qıçını burur və vətərləri sıxır.
Sambo güləşi ölkəmizin müxtəlif xalqlarının milli güləşlərindən götürülmüş fəndlərdən ibarətdir. Qazaxların "kures", azərbaycanlıların "güləş", gürcülərin "çidoba", taciklərin "güştingiri" güləşləri ilə sambo arasında oxşar cəhətlər çoxdur. "Sambo" sözü rusca "Самоборнона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Azərbaycan milli güləşinin tarixi çox qədimdir. Peşəkar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra milli güləş respublikamızda daha da inkişaf etmişdir. 1937-ci ildən milli güləş üzrə rayon, şəhər və respublika yarışları keçirilir. Milli güləşdə beldən aşağı müxtəlif fəndlərə icazə verilir. Güləş pəhləvanların ənənəvi salamlaşması və özlərini təqdim etməsi mərasimindən sonra qoşa zurna ilə çalınan "cəngi" sədaları altında başlanır. Güləşmə üzrə beynəlxalq yarışlarda sovet idmançıları böyük müvəffəqiyyətlər qazanırlar. Sovet güləşçilərindən İ.Kotkas, G.Kartoziya, A.İvanitski, A.Medved, Ə.Əliyev, S.Andiyev, L.Tediaşvili, Azərbaycan güləşçilərindən İ.Dadaşov, M.Babayev, R.Məmmədbəyov, A.İbrahimov, A.Niftullayev, R.Hacıyev, T.Paşayev, M.Allahverdiyev (üç dəfə dünya çempionu), X.İsayev, K.Məcidov və başqaları dünya, Avropa çempionatları və ya Olimpiya oyunlarının, SSRİ birinciliklərinin qalibləri, yaxud mükafatçıları olmuşlar. Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq yeni idman növünü yaratdı və ona "Cüdo" adını verdi. Yaponca CÜ-elastik, yumşaq, DO isə yol, prinsip deməkdir. Yeni güləş növünün sirrləri isə Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da öyrədilirdi. Kodokan ümumdünya cudo institutu olmaqla bu gün də dünyanın ən böyük cüdo mərkəzidir, yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bir təşkilatdır.
Cüdoya tez bir zamanda geniş kütləni cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə etmişdir. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama çox güc sərf etmədən asanlıqla qalib gələ bilər. Beləliklə də, tez bir vaxt ərzində kodokanda cüdonun sirrlərini öyrənmək arzusunda olanların sayı durmadan artmağa başladı. Tezliklə Kanonun istedadlı tələbələri ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda qələbələr qazanaraq cüdonun onlarla müqayisədə yüksəkdə olduğunu sübut etmişlər.
İlk dünya çempionatı
Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradıldı. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirildi və 1958-ci ildə Parisdə təkrarlandı. Əvvəlcə cüdoda çəki dərəcələrinə bölünmə yox idi və hər iki dünya çempionatında yaponlar qalib gəlmişlər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında Hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə endirdi və bu onları məcbur etdi etdi ki, çəki dərəcələri sistemini yarışlırda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olmuşdur: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq bütün cüdoçular güləşə bilərlər.
1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail oldular. Təkcə 1968-ci il Olimpiya Oyunlarında cüdo proqrama daxil olunmamışdır. 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında isə cüdo proqrama yenidən daxil olundu və indiyə qədər də bu davam edir.
Təsəlliverici görüşlərdə uduzan cüdoçunun rəqibi finala qədər yüksəldikdə o, son döyüşdə yarımfinalda uduzanla bürünc medal uğrunda döyüşəcək
Döyüş ölçüsü minimum 14 x 14 metrə olan tatamidə, onun 8 x 8 və ya 10 x 10 metr olan hissəsində baş tutur. İdmançılardan biri fənd zamanı tatamidən kənara çıxdıqda yalnız tatzminin içində başlayan fənd qiymətlənir.
Beynəlxalq cüdo federasiyasının təşkil etdiyi yarışlar zamanı cüdoçular ağ və göy rəngli cüdogilərdə çıxış edirlər. Döyüşün müddəti 5 dəqiqədir. Əsas vaxt bitdikdən sonra xallar eyni olduğda (həm fəndlər, həm də şidolar sayılır) vaxtı məhdud olmayan qoldenskor təyin olunur, döyüş ilk xal və ya şidoya kimi davam edir.
Döyüşü üç hakim iddarə edir ( tatamidəki arbitr və tatamidən kənarda iki hakim, böyük yarışmalarda videotəkrar tətbiq olunur).
Əlillər üçün də yarışlar təşkil olunur (həmçinin gözdən əlillər üçün də)[7].
İdmançılar ayaq üstə fəndlər, parterdə saxlama (osaekomi), boğucu və ağriedici fəndlər tətbiq edə bilərlər (ənənəvi cüdodadn fərqli olaraq, ağrıedici fəndi yalnız dirsək oynağında tətbiq etmək olar). Ayaq üstə ağrıedici və boğucu fəndləri və zərbələri (atemi) tətbiq etmək qadağandır.
Döyüş idmançıların ayaq üstə vəziyyətdə başlayır. Tatamiyə çıxdıqda idmançılar biri birinə baş əyirlər. Həmçinin döyüşün əvvəlində və sonunda baş əymək lazımdır. Döyüşdən əvvəl əl ilə görüşmək qadağandır.
Döyüş «hacime» komandasından sonra başlayır. «Mate» komandası döyüşü müvəqqəti, «soro-made» isə döyüşü tam olaraq dayandırır.
Texniki fənd alındısa, onu qiymətləndirirlər. Üç qiymət var: «yuko» (有効 yu:ko:?, «effektiv»), «vaza-ari» (技あり vaza ar «texnikanın yarısı») və «ippon» (一本 ippon?, «bir xal», təmiz qələbə). Ən yüksək qiymət ippondur, ondan aşağı vaza-ari, minimal qiymət yukodur. Əvvəllər tətbiq olunan ən aşağı xal «koka» ( ko:ka?, «nəticə») 2009-cu ildə ləğv olundu.[8]. Vaza-ari rəqibin istənilən yuko fəndlərindən yüksək, vaza-ari və yuko təkcə vaza-aridən yüksək qiymətlənir. İki vaza-ari döyüşçüyə qələbə verir (vaza-ari-avasete-ippon — vaza-ariləri birləşdirirəm və ippon verirəm).
"İppon" bu hallarda verilir:
-
cüdoçu rəqibi belinin böyük hissəsini tez və guclü tatamiyə vurduqda;
-
cüdoçu saxlama (osaekomi) fəndini 20 saniyədən çox tətbiq edildikdə;
-
idmançının rəqibi boğucu və ya ağrıedici fənd zamanı «maita» sözünü dedikdə və ya iki və ikidən artıq dəfə əlini və ya ayağını tatamiyə və ya rəqibinin ayağına vurduqda;
-
boğucu və ya ağrıedici fəndin nəticəsi hakimlərə aşkar olduqda (məsələn,idmançı fənd nəticəsində huşunu itirdikdə).
Hakim əlini qaldıraraq ippon xalı verir
"Vaza-ari" bu hallarda verilir:
-
cüdoçu rəqibinin kiçik hissəsini, zəif və ya gec vurduqda ("ippon" üçün lazım olan üç elementdən ikisi olduqda;
-
cüdoçu saxlama (osaekomi) fəndini 15 saniyədən çox amma 20 saniyədən az tətbiq edildikdə.
"Yuko" bu hallarda verilir:
-
cüdoçu rəqibinin kiçik hissəsini, zəif və ya gec vurduqda ("ippon" üçün lazım olan üç elementdən biri olduqda);
-
cüdoçu saxlama (osaekomi) fəndini 10 saniyədən çox amma 15 saniyədən az tətbiq edildikdə.
Qayda pozuntularına görə hakim «şido» (指導 şido:?, cəza) tətbiq edə bilər. Cəza qadağan olunmuş fəndlərin tətbiqinə gorə, passivlik, fəndlərin immitassiyası, parterə çəkinmə, rəqibin tutma fəndindən hər dəfə yayınıdıqda və sair hallara görə verilir. Üçdən az «şido» rəqibə xal vermir. Dördüncü şido dərhal döyüşü dayandırır, cüdoçu diskvalifikasiya olunur və rəqibə ippon xalı verilir («hansoku-make» (反則負け hansoku make?, «qayda pozuntusuna görə məğlubiyyət»). Ciddi qayda pozuntularına görə «hansoku-make» əvvəlcədən verilən şidosuz da verilə bilər (məsələn, ayaq üstə rəqibin ayağını tutduğuna gorə).
2010-cu ilin yanvarın birində qaydalarda dəyişikliklər oldu. İlk fənd kimi ayağın və beldən aşağı hər bir hissənin tutması diskvalifikasiya ilə cəzalanır. Aşağı müdafiə vəziyyəti şido ilə cəzalanır. Cüdo ruhunun hər bir pozuntusu diskvalifikasiya ilə cəzalanır[9].
Döyüşlər iki «Care» sistemli kameralarla qeyd olunacaqlar. Əlavə vaxt zamanı əsas vaxtda qazanılan xallar göstəriləcək. Əlavə vaxtın sonuna qədər nəticə dəyişmədikdə qalibi hakimlər müəyyən edirlər.
2013-cü ilin fevralında yenidən qaydalarda dəyişikliylər oldu. Ayaq üstə döyüş zamanı ayaqdan tutmaq dərhal «hansoku-make» ilə cəzalanır. Saxlama fəndinin müddəti azaldı: 20/15/10 saniyə — ippon/vaza-ari/yuko. Rəqibin tutma fəndindən iki əllə və ayaq ilə qaçmaq. «Səhv» tutmaların (məsələn, birtərəfli) dərhal fənd kimi tətbiq etməsi tələbi (əvvəllər tutma üç saniyədən çox olmadan fənd kimi tətbiq olunmalı idi). Parter və ya ayaq üstə tatamidə başlayan fənd tatamidən kənarda da qiymətlənir və bununla döyüşçünün müdafiə kimi tatamidən kənara çıxmağı taktikası ləğv olunur. İkinci və üçüncü şido rəqibə xal verməyəcək. Əlavə vaxta məhdudiyyət ləğv olundu, hakimlər qələbə qazananı müəyyən etmirlər. Hakimlərin ikisi tatamidən kənarda olacaqlar. Çəkilər döyüşlərdən bir gün əvvə ölçülür.
Olimpiya Oyunlarında
1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya Oyunlarında cüdo ilk dəfə olimpiya oyunları proqramına daxil edilmişdir. 1992-ci ildə Barselonada keçirilən Olimpiadada MDByığmasını təmsil edən idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionu olmuşdur. Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarlamışdır.
Azərbaycan Güləş tarixi
Ölkəmizdə populyar olan Yunan-Roma və Sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir.
Milli güləşimizin əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən, böyük inkişaf yolu keçən Sərbəst güləş idman növü Dünyada Amerikan güləşi kimi qəbul edilərək, mövcud güləşin Amerika Birləşmiş Ştatlarında yarandığını bildirir.
Lakin xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir.Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar.
Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır.Azərbaycanda güləş yarışları xüsusi yerlərdə: Zorxanalarda keçirilirdi.
20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşları Dünyada tanınırdılar.
“Milli güləş”in inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən milli irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gəlmiş peşəkar məktəbli ilə əlaqədardır.
Hələ, 1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mürsəlqulu oğlu, onun tələbəsi Məşədi Əbdül Əli oğlu Axundov, Şomu Abdulla, Mirzə Həşim oğlu Məhəmmədhüseyn, Sar Pənci və başqaları milli güləş ustaları kimi məşhur olmuşlar.
Azərbaycanda güləş öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapmışdır.”Kusturud” idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan əməkdar idman ustası Rza İbrahim oğlu Baxşəliyev Azərbaycan Respublikasında güləşin banilərindən sayılır.
Rza Baxşəliyev SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin və Bədən Tərbiyəsi İnstitunun məzunu, güləş üzrə 20- qat Azərbaycan çempionu olmuşdur.
Rza Baxşəliyev məktəbinin yetirmələri dəfələrlə SSRİ çempionları Musa Babayev və İbrahimpaşa Dadaşovu, SSRİ çempionatının dəfələrlə mükafatçısı və Ümumdünya tələbələri Universiadasının qalibi Muxtar Dadaşovu, ilk dəfə 1952-ci ildə Helsinki Olimpiya Oyunlarında gümüş medal qazanan Rəşid Məmmədbəyovu misal gətirmək olar.Bu məktəbin davamçıları və ölkəmizdə sərbəst, eləcə də milli güləşin inkişafında İslam Hümbətov, Alkiviad Pavlidi, İsak Cəfərov, Sabir Hüseynov, Camal Yaqubov, Ehsan Kərimov, Oktyar Məmmədbəyovun sonrakı illərdə Dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Aydın İbrahimovun, SSRİ və Azərbaycan çempionlarının qalib və mükafatçısı Rəhim İsmayılovun, Nadir Məmmədovun, Kamal Cəmilovun, Eldar Marqunovun, Ramiz və Fazil Həsənov qardaşlarının Kamal və Sarı Səmədov qardaşlarını, Nəcəf Çöliyevin, Göyüş Məmmədovun, Arif və Kamal Həsənov qardaşlarının, Nuhbaba və Hacıbaba Şıxıyev qardaşlarını, Xankişi Hüseynovun, Emin Ramazanovun, Cabir Həsənovun, Firudin Həsənovun, Soltan Kərimovun, Əli Məmmədovun, Ramazan Səmədovun, Mustafa Orucovun, Dünya Kubokunun sahibi, Avropa Çempionu Rafiq Haciyevin, Yaqub Məmmədovun, Oqtay Hüseynovun, Seyxan Ocaqovun, Nadir Rəhimovun, Manaşir və Livi Mişiyev qardaşlarının, Tahir və Məmməd İbrahimov qardaşlarının, Cavanşir, Xanlar və Ağayusif Qurbanov qardaşlarının, Xosrov Cəfərovun, Çingiz Quliyevin, Nağı Quliyevin, Firudin Ağasıyevin, Ramiz Tağıyevin, Həsrət Məmmədyarovun, Ələddin Hacıyevin, Sevindik Səfərovun, Muxtar Novruzovun, Rəhim Novruzovun, İlham Abbasovun, Dünya və Avropa çempionu Xəzər İsayevin, Telman və Ələddin Paşayev qardaşlarının, Aslan Ağayevin, Nadir Həmidovun, Azər İsayevin. Elşad Allahverdiyevin, Firdovsi Umudovun, Nazim Əlicanovun, Elman Əsgərovun, Abil İbrahimovun, Namiq Sevdimovun, Olimpiya çempionu Namiq, Dünya çempionu Arif Abdullayev qardaşlarının, Vüqar Qurbanovun, Vüsal Axundovun, Saday İsmayılovun, Rüstəm Ağayevin, Həmid Rəsulovun və başqalarının əmək və xidmətləri olmuşdur.
19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Fransız güləşi adlanan və təşəkkül tapan Yunan-Roma güləş növünün vətəni Yunanıstandır.Qədim Ellada da müharibələrə sonqoyub, güc-qüvvələrini idman meydançalarında nümayiş etdirmələri istəyindən Olimp dağında yandırılan tonqal cəngavərləri yarışmalara dəvət siqnalı idi.Bu yarışlarda kürəkdən yapışaraq bir-birinə güc gəlmələri Yunan-Roma güləşinin ibtidai əsasları idi.Ölkəmizdə əvvəllər klassik güləş kimi tanınan Yunan-Roma güləşi ikinci Dünya müharibəsindən sonra təşəkkül tapmışdır.İlk Dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən Dünya çempionatında Arif Niftullayev qazanmışdır.
1980-1990-cı illərdə Məhəddin Allahverdiyev 3 qat Dünya çempionu tituluna sahib olmuşdur.
Azərbaycan respublikasında Yunan-Roma güləşinin inkişafında Elçin Cəfərovun, Ağakişi İsgəndərovun, Əhəd Quliyevin, Fikrət Tahirovun, Fikrət Əhmədovun, Kamal Rzayevin, Əliqulu Həsənoğlunun, Qəhrəman Cəbrayılovun, İsmayıl Əbdülqadirovun, Hüseynağa Ələsgərovun, Firudin Qurbanovun, Viktor Abdiyevin, Kamandar Məcidovun, Əhəd Əliyevin, Əli Əliyevin, İlham Umayevin, Natiq Eyvazovun, Ceyhun Zahidovun, Vilayəddin Hacıyevin, Rəşid Əliyevin, Qərib Əliyevin, Allahverdi Bağırovun, Fərhad Paşayevin, Zakir Məmmədovun, Əlyar Əliyevin, Ağalar Aslanovun, Heydər Əliyevin, Azda Əliyevin, Vüqar Aslanovun, Vitali Rəhimovun, Tahir Zahidovun, Rövşən Bayramovun, Elbrus Məmmədovun, Emil Bəşirovun, Arif Mehdiyevin, Nurəddin Rəcəbovun, Vilayət Ağayevin, Seymur Qasımovun, Tofiq Eyvazovun, Şəkərxan Alısmanovun, Hicran Şərifovun, Azad Əsgərovun, İlqar Abdulovun, Fuad Əliyevin, Zöhrab Əliyevin, Olimpiya Çempionu Fərid Mansurovun və başqalarının əmək və xidmətləri olmuşdur.
Mövzu 3 Azərbaycan güləşçiləri haqqında
Plan
1.Fərid Mansurov
2. Namiq Abdullayev
3. Federasiya haqqında
Fərid Mansurov — Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur.Ailəsi 1984-cü ildə Bakıya köçmüşdür.
1992-ci ildən «Neftçi» İdman Cəmiyyətində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə edir. Yeniyetmələr arasında dünya birinciliyində 2-ci yeri tutut. Lakin 1998-ci ildə yeniyetmələrin Olimpiadasında uğursuz çıxış edir.Səbəb isə yarımfinalda Kuba idmançısıyla görüşündə biləyinin çıxmasıdır.
Fərid Mansurov 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur. Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır.
2002-ci ildə gənc olmasına baxmayaraq, o zaman məşqçisi olan Elçin Cəfərov onu gənclərin dünya çempionatına deyil , birbaşa böyüklərin analoji yarışına hazırlayır. Fərid Mansurov 8 ildən sonra , dünya çempionatının gümüş medalçısı olur.
2003-cü ildə bir neçə Qran-Pri turnirlərində qalib gəlir və Afina Olimpiadasına lisenziya qazanır.2004-cü il Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medalına sahib olaraq Olimpiya çempionu adını qazanır.
2004-cü ildə sonra üç il ərzində belindəki zədə üzündən məşq edə bilmir. 2007-ci ildə yenidən idmana qayıdır və Bakıdakı dünya çempionatında qızıl medal alır və Pekin Olimpiadasına vəsiqə əldə edir.
Olimpiadada xəstələnməsi səbəbindən məğlub olur. 2009-cu ildə bu uğursuzluğun əvəzini çıxaraq növbəti dəfə dünya çempionu olur.
30 iyun 2010- cu ildə Fərid Mansurov son dünya çempionunda aldığı zədəyə görə idmandan getdiyini elan edir.Həmin gün o yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilir
Azərbaycan Respublikaı Prezdidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb
Qızıl 2004 Afina Yunan-Roma, 66 kq.
Dünya Çempionatı
Gümüş 2002 Tehran Yunan-Roma, 66 kq.
Qızıl 2007 Bakı Yunan-Roma, 66 kq.
Qızıl 2009 Herninq Yunan-Roma, 66 kq
Namiq Abdullayev- 4 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. Əslən Xızı şəhərindən olan Abdullayev çoxuşaqlı ailədə böyüyüb; dörd bacı və beş qardaş. Namiq Abdullayev 1978-ci ildə Nəsimi rayonunun 19 nömrəli tam orta məktəbinin I sinfinə gedib. O, 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını, ardınca isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitiribNamiq Abdullayev (azərb. Namiq Yadulla oğlu Abdullayev; d. 4 yanvar 1971, Bakı, Azərbaycan) — Azərbaycanlı sərbəst güləşçi. Namiq Abdullayev 1996 Atlanta Olimpiadasında gümüş, 2000 Sidney Olimpiadasında qızıl medal qazanıb. Abdullayev Dünya Çempionatlarında, 2006-cı ildə bürübc, 1994, 1998, 2002-ci illərdə isə gümüş medal qazanıb. Namiq Abdullayev həmdə dəfələrlə Avropa Çempionatının medallarını qazanıb, (1994, 1995 və 2003-cü illərdə qızıl, 1997, 2006-cı illərdə gümüş, 1996-cı ildə isə bürünc medal).
Namiq Abdullayev 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, 2012-ci ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib.
Namiq Abdullayev güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionun kimi tarixə düşüb
Gümüş 1996 Atlanta -52 kq.
Qızıl 2000 Sidney -54 kq.
Dünya Çempionatı
Gümüş 1994 İstanbul -52 kq.
Gümüş 1998 Tehran -54 kq.
Gümüş 2002 Tehran -55 kq.
Bürünc 2006 Quançjou -55 kq.
Avropa Çempionatı
Qızıl 1994 Roma -52 kq.
Qızıl 1995 Fribur -52 kq.
Bürünc 1996 Budapeşt -52 kq.
Gümüş 1997 Varşava -52 kq.
Qızıl 2003 Riqa -54 kq.
Gümüş 2006 Moskva -55 kq.
Federasiya haqqında
Azərbaycan Güləş Federasiyası (AGF) 1993-ci ildə təsis olunub və elə həmin il Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına (FILA) üzv qəbul edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin kollektiv üzvlərindən biridir. Bu gün AGF olimpiya oyunlarının proqramına daxil olan 3 idman növünə – sərbəst güləş, yunan-Roma güləşi və qadın güləşini özündə birləşdirir. Azərbaycanın demək olar ki, bütün bölgələrində güləş bölmələri fəaliyyət göstərir və güləş ölkəmizdə ən sevilən idman növlərindən biridir. Beynəlxalq güləş aləmində AGF böyük hörmətə və nüfuza malikdir. Bütün bunların kökündə isə, təbii ki, üzərimizə götürdüyümüz işləri ən yüksək səviyyədə icra etməyimiz, güləşin inkişafında həyata keçirdiyimiz məqsədyönlü fəaliyyət dayanır. 2007-ci ilin sentyabrında güləşin hər üç növü üzrə Bakıda keçirilən lisenziya xarakterli Dünya Çempionatı və 2008-ci ilin iyununda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” yarışlarının final mərhələsinin yüksək səviyyədə təşkili FILA rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib.
Dostları ilə paylaş: |