1. V.B.Şadlinski, G.A.Hüseynova. İnsan anatomiyası. Bakı, “Müəllim” nəşriyyatı, 2009, 240 səh.
2. V.B.Şadlinski, Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası atlası. Bakı, “Müəllim” nəşriyyatı, 2012, 652 səh.
Əlavə vəsaitlər:
1. V.B.Şadlinski, Ş.İ.Qasımov, N.T.Mövsümov. İnsan anatomiyası (3 cilddə). Bakı, “Müəllim”, 2011.
2. Шадлинский В.Б., Сапин М.Р., Мовсумов Н.Т. Анатомия человека. Учебник для студентов леч.-проф. факультета (в 2-х томах). Баку, 2010.
3. Drake R, Vogl W, Mitchell A. Gray’s anatomy for students: with student consult online access. 2 edition. Churchill Livingstone, 2009.
5. Синельников Р.Д., Синельников Я.Р. Атлас анатомии человека. В 4-х томах. Москва, Медицина, 1996.
6. Müəllim tərəfindən təqdim olunmuş PPT prezentasiyalar.
Köməkçi WEB-mənbələr
http://www.getbodysmart.com
http://www.anatomyatlases.org
http://www.instantanatomy.net
Tədris metodları
Mühazirə
x
Praktik məşğələ
x
Anatomik preparatların və mulyajların nümayişi
x
Qiymətləndirmə
Komponentləri
Tarix/son müddət
Faiz (%)
Albom
Semestrin sonu
10
Tapşırıqlar və quizlər
Semestr ərzində
20
Davamiyyət
Semestrin sonu
5
Aralıq imtahanı
Cədvəl üzrə
25
Final imtahanı
Cədvəl üzrə
40
Yekun
Semestrin sonu
100
Kursun təsviri
Bu kurs normal insan orqanizminin makroskopik quruluşunu ayrı-ayrı sistemlər üzrə tədrisini əhatə edir. Kursun gedişində müxtəlif əyani vəsaitlərin (anatomik preparatlar və mulyajlar) istifadəsi ilə tələbələrə dayaq-hərəkət aparatı, əzələ sistemi, daxili orqanlar sistemi, endokrin sistem, immun müdafiə sistemi, sinir sistemi, duyğu orqanları, dəri örtüyü sistemi, ürək-damar sistemi və sidik-cinsiyyət aparatına daxil olan orqanların anatomik quruluşu, onların topoqrafiyası, yaş xüsusiyyətləri, qan və sinir təchizi və s. haqqında məlumatlar verilir.
Kursun məqsədləri
Ümumi məqsəd:
Tələbələrə insan orqanizmini təşkil edən əsas orqanların quruluş və funksional xüsusiyyətlərini mənimsətməkdir.
Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Təcrübi məşğələ zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu anatomik prepartların və mulyajların əyani nümayişi ilə daha dərindən izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Kursun sonuna qədər albomun təhvil verilməsi vacibdir. Bu zaman albomdakı olan anatomik törəmələrin adlarının əzbər öyrənilməsi əsas götürüləcəkdir.
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır!
MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN
Həftələr
Bölmə və mövzuların adı
Auditoriya saatları
Ədəbiyyat
Tarix
Həftəlik cəmi
Mühazirə (M)
Praktik məş. (P)
I
Mövzu №1: Giriş. Anatomiya fənni və onun qısa inkişaf tarixi. Anatomiya elminin tədqiqat üsulları. Anatomiya terminləri. İnsan orqanizminin quruluşunun əsasları.
4
2
2
[1]: səh.9-23
M: 18.09.2013
P: 20.09.2013
II
Mövzu №2: Dayaq-hərəkət aparatı. Sümük sistemi (osteologiya). Gövdə və ətrafların skeleti.
4
2
2
[1]: səh.24-74
M: 25.09.2013
P: 27.09.2013
III
Mövzu №3: Kəllə skeleti. Kəllənin topoqrafiyası.
4
2
2
[1]: səh.24-74
M: 02.10.2013
P: 04.10.2013
IV
Mövzu №4: Dayaq-hərəkət aparatı. Sümüklərin birləşmələri haqqında təlim (sindesmologiya).
4
2
2
[1]: səh.24-74
M: 10.10.2013
P: 11.10.2013
V
Mövzu №5: Əzələ sistemi (miologiya). Əzələlərin quruluşu və formaları.
4
2
2
[1]: səh.74-98
M: 17.10.2013
P: 18.10.2013
VI
Mövzu №6: Daxili orqanlar haqqında təlim (splanxnologiya). Həzm sisteminin borulu orqanları, quruluşu, funksiyası.
4
2
2
[1]: səh.98-119
M: 23.10.2013
P: 25.10.2013
VII
Mövzu №7: Həzm sisteminin parenximatoz orqanları: ağız suyu vəziləri, qaraciyər, mədəaltı vəzi. Quruluşu və funksiyaları.
4
2
2
[1]: səh. 100-101, 112-115.
M: 30.10.2013
P: 01.11.2013
Aralıq imtahanı
VIII
Mövzu №8: Tənəffüs sistemi, orqanları, quruluşu və funksiyaları.
4
2
2
[1]: səh.119-130
M: 06.11.2013
P: 08.11.2013
IX
Mövzu №9: Sidik sistemi. Böyrəklər və sidikçıxarıcı yolların morfo-funksional xüsusiyyətləri.
4
2
2
[1]: səh.130-135
M: 13.11.2013
P: 15.11.2013
X
Mövzu №10: Cinsiyyət sistemi. Kişi və qadın cinsiyyət orqanları.
4
2
2
[1]: səh.135-146
M: 20.11.2013
P: 22.11.2013
XI
Mövzu №11: Immun sistem. Endokrin sistem, daxili sekresiya vəzilərinin quruluşu, onların təsnifatı.
4
2
2
[1]: səh.177-187
M: 27.11.2013
P: 29.11.2013
XII
Mövzu №12: Sinir sistemi haqqında təlim. Mərkəzi sinir sisteminin şöbələri və onların ümumi xassələri.
4
2
2
[1]: səh.187-202
M: 04.12.2013
P: 06.12.2013
XIII
Mövzu №13: Periferik sinir sistemi. Vegetativ sinir sistemi, quruluşu, əsas anatomik xüsusiyyətləri.
4
2
2
[1]: səh.202-227
M: 11.12.2013
P: 13.12.2013
XIV
Mövzu №14: Duyğu orqanları haqqında təlim (esteziologiya). Analizator və onun şöbələri haqqında analayış. Dəri örtükləri sistemi.
4
2
2
[1]: səh.227-236
M: 18.12.2013
P: 20.12.2013
XV
Mövzu №15: Ürək-damar sisteminin ümumi icmalı. Limfa sistemi orqanları.
4
2
2
[1]: səh.146-177
M: 25.12.2013
P: 27.12.2013
Final imtahanı
Cəmi:
60
30
30
Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcəkdir.