Mühazirələr Mühazirə Suların təbiətdə dövriyyəsi


Lay təzyiqini saxlamaq üçün yatağa vurulan kənar suların təsiri altında lay sularının kimyəvi tərkiblərinin dəyişməsi



Yüklə 332,07 Kb.
səhifə3/3
tarix14.01.2017
ölçüsü332,07 Kb.
#238
növüMühazirə
1   2   3

3. Lay təzyiqini saxlamaq üçün yatağa vurulan kənar suların təsiri altında lay sularının kimyəvi tərkiblərinin dəyişməsi. Çay, göl, dəniz, üst horizontların suları kənar sular kimi xarakterizə olunurlar. Bu sular laylara vurularkən aşağıdakı hallar olur: 1) layın müəyyən həcmi lay suyundan fərqli olan su ilə dolur; 2) vurulan su ilə lay suyunun qarışığından başqa tərkibli su yaranır; 3) iki müxtəlif tərkibli suların qarışması nəticəsində müxtəlif duzlar yaranır və çökür ki, bunlardan da ən əsası olan sulfatları, karbonatları göstərmək olar; həmçinin turş qazların, yəni, hidrogen sulfidin və karbon turşusunun ayrılması prosesi gedir. Duzların çökməsi məsamələri sementləşdirir, çatları keçiricilik etmir (kalmatasiya). Bunlar isə öz növbəsində süxurların kollektor xüsusiyyətlərini pisləşdirir, hidrodinamik şəraiti qeyri-qənaətbəxş edir, yəni ayrı-ayrı bir-birindən aralı sahələr əmələ gətirir.

Kimyəvi aktiv turş qazların karbonatları və silikatların karbon qazı olan sularda təsiri zamanı yaranması əksinə olaraq süxurların süzülmə xassəsini yaxşılaşdırır. Odur ki, laylara karbonlaşdırılmış su vurularkən bunu nəzərə almaq lazımdır.



4. Neft və qaz yataqlarının işlənməsinin yuxarıda yatan sulu laylara təsiri. Neft və qaz yatağının kəsilişində iştirak edən neftsiz-qazsız laylarda suların neft-qaz məhsulları ilə çirklənməsi baş verir, həmçinin həmin laylara nisbətən daha çox minerallaşmış sular da daxil olur. Sulu laylara neft və minerallaşmış sular ya çatlar vasitəsilə laylarda yaranan təzyiqlər fərqi nəticəsində daxil olur, yaxud da tamponajda defektin olması nəticəsində olur. Suların çirklənməsi həmçinin basdırılmış suların sızılması nəticəsində də baş verə bilər. Bütün hallarda istər saf sular və istərsə də mineral sular öz xeyirli keyfiyyətlərini itirir və onları laya vurmaqdan məhrum edir.

Bütün yuxarıda göstərilən halları praktikada nəzərə almaq lazımdır. Çünki onların neft-qaz yataqlarının işlənməsi layihəsinin proqnozlaşdırılmasında yer təkinin mühafizəsi üçün vacib məsələ kimi əhəmiyyəti vardır. Odur ki, proqnozlaşdırma zamanı aşağıdakı kompleks tədqiqat işləri aparılmalıdır:

1) kəsilişin hidrogeoloji xüsusiyyəti öyrənilməlidir;

2) neftqazsulu horizontların quruluşu öyrənilməlidir (yəni onların sərhədləri, litologiyası, qeyri-bircinsliliyi, həcmi, süzülmə xassələri və s.);

3) bu horizontların hidrodinamikası;

4) kəsiliş üzrə bütün suların kimyəvi tərkibi;

5) neftli-qazlı horizontlarla yuxarıda yatan sulu horizontlar arasında sukeçirməyən süxur qatının tərkibi və quruluşu;

6) yuxarı və vurulacaq suların xassələri;

7) istər yatağın və istərsə də sulu laylarda yerləşən suların xeyirli cəhətləri və resursları;

8) mədən sularını qəbul edən horizontlar haqqında məlumat. Bunun üçün modelləşdirmə işləri, laboratoriya tədqiqatı və hidrodinamik hesablamalar aparılmalıdır.

Neft və qaz yataqlarının işlənməsi zamanı tamponaj defektləri olan quyular vasitəsilə baş verən laylararası axınlar istismar təsirini proqnozlaşdırmaq məsələsini mürəkkəbləşdirir. Deməli, quyuların hermentikliyi vacib şərtlərdən biridir.

Мühаzirə 20. Neft, qaz, kondensat yataqlarının suları

Neft və qaz yataqları minerallaşma dərəcəsi və kimyəvi tərkibi müxtəlif olan sularla əhatə olunmuşdur (şirindən duz məhluluna qədər). Şirin və ultraşirin sular (1 q/l duzluluqdan az) qaz və qaz-kondensat yataqlarını müşayiət edir. Lakin, neft yataqlarında suların minerallaşması artır və hətta 400 q/l və daha artıq olur.

Neft, qaz, qaz-kondensat yataqlarının suları müxtəlif komponentlərin miqdarı, üzvi maddələrin qatılığı izotop xüsusiyyətlərinə görə də bir-birlərindən fərqlənirlər.

Şirin və az duzlu sular adətən hidrodinamik şəraiti aktiv olan və həm də nisbətən cavan yaşlı laylarda yerləşir. Bu sular natrium-hidrokarbonat, natrium-sulfat tiplərinə aid olurlar; çox nadir hallarda kalsium-xlor tipinə də rast gəlinir.

Neft, qaz yataqları sularının səciyyəvi xüsusiyyətlərindən biri, onların sulfatsız (ya da çox cüzi) olmasıdır.

Neft, qaz və qaz-kondensat yataqlarının sularında qeyri-üzvi mikrokomponentlər də (J, Br və s.) iştirak edir. Çox minerallaşmış kalsium-xlor tipli sularda yodun miqdarı nisbətən çox olur (yəqin ki, üzvi maddələrlə bağlıdır). Sularda çox zaman ammoniumun miqdarı 100 q/l və daha artıq olur. Bu, sulara hövzələrdə olan üzvi maddələrdən keçir. Sularda Br müxtəlif miqdarda rast gəlinir, CI-un miqdarı artdıqca o da artır.

Neft, qaz yatağı sularında uran, radium və radon da iştirak edir.

Qeyd etmək lazımdır ki, neft, qaz yatağı sularında çox böyük miqdarda qazlar iştirak edir ki, bunlar da həm süxurlarda və həm də layda olan flüidlərlə əlaqədardır. Uiksə görə sularda həll olmuş qazın miqdarı 1850·109 m3 təşkil edir.

Neft, qaz, qaz-kondensat yatağı sularında iştirak edən əsas ionlar CI, SО4, HCО3, Nа, Cа, Mg-дур. Duzlu sularda CI, Na, şirin sularda isə HCО3 və Cа üstünlük təşkil edir. Bunlardan başqa, CО3, K, Fе+2, Fе+3 və s. də olur.

Mikrokomponentlərdən J, Br, B, Sr, Li və həll olmuş kolloidlər də iştirak edir. Karbohidrogen qazlarından əlavə bu sularda N2, CО2, О2, H2S, Ar və s. qazlara da rast gəlinir; müəyyən miqdarda C2H6, C3H8, C4H10-da ola bilər.



Mühazirə 21. Suların mədən təsnifatı

Neft-qaz hidrogeologiyası neft və qaz yataqlarının sənaye kəşfiyyatı və işlənməsi ilə bağlı olan bütün hidrogeoloji məsələləri öyrənən elm olub tətbiqi xarakter daşıyır. Buraya hidrogeoloji nəzarət və tədqiqat işləri aiddir. Bütün bunların köməyilə yataqların kəşfiyyatı, onların işlənmə layihəsinin hazırlanması, quyuların sulaşmasına və suvurmaya nəzarət işləri yerinə yetirilir.

Məlum olduğu kimi neft, qaz yataqlarının suları minerallaşma dərəcəsinə görə çox müxtəlifdir: şirin, zəif minerallaşmış, orta minerallaşmış və çox minerallaşmış sular.

Neft və qaz yataqlarında neft-qaz mədən hidrogeologiyası nöqteyi-nəzərindən nəzarət zamanı suların mədən təsnifatına istinad edir. Bu da istismar quyularına gələn suların hansı laya aid olmasını aydınlaşdırır və vaxtından qabaq sulaşmaya qarşı mübarizəni asanlaşdırır.

Mədən şəraitində lay sularının aşağıdakı təsnifatı mövcuddur.


  1. aşağı kontur suları – neft layının aşağı kənar hissəsində (qanadlarda) yerləşən sulardır;

  2. yuxarı kontur suları – neft layının yer üzərinə çıxması nəticəsində atmosfer sularının layın həmin hissəsini doldurması zamanı əmələ gəlir;

  3. aralıq suları – istismar obyektində, yaxud hər hansı bir neft layında qalınlığı çox az olan тəbəqəciklərdə yerləşən sulara deyilir;

  4. daban suları – bütün neft layı boyunca həmin layın dabanında yerləşən sulardır.

Kənar sulara isə aşağıdakılar aiddir:

  1. yuxarı sular – neft laylarından yuxarıda yerləşən lay sularıdır;

  2. aşağı sular – neft laylarından aşağıda yerləşən lay sularıdır;

  3. tektonik sular – tektonik çatlardan daxil olan sulardır;

  4. qatışıq sular – eyni zamanda quyuya bir neçə laydan daxil olan sulardır;

  5. bağlı sular (qalıq sular);

  6. süni surətdə laya daxil edilmiş sular (qazıma və yatağa süni təsir etmə zamanı laylara daxil olur).

Son dövrlərdə kondensatogen suların da varlığı isbat olunmuşdur. Bu sular qaz, qaz-kondensat və bəzən neft yataqlarının aşağı hissəsində yerləşirlər.

Neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi zamanı hidrogeoloji nəzarət çox böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə quyulardan su nümunələri götürülür və kimyəvi tərkibi öyrənilir. Əldə olunmuş məlumatlara əsasən müxtəlif hidrokimyəvi xəritələr, profillər, əyrilər və s. tərtib edilir. Hidrokimyəvi xəritələrin müxtəlif dövrlər üçün tərtibi daha məqsədəuyğundur. Bu onların zaman üzrə müqayisəsinə imkan yaradır.

Son zamanlar iki su qatışığında onların faizlə qiymətinin öyrənilməsinə çox fikir verilir. Bu isə laylara süni təsir zamanı vurulan suyun hərəkət etməsinə nəzarətə kömək edir. İki su qatışığında onların faiz qiyməti düsturu ilə hesablanır. Burada A – lay suyunda olan hər hansı komponentin (adətən CI götürülür) mq-ekv. miqdarı, B – vurulan suda həmin komponentin miqdarı və C isə qatışıqda həmin komponentin miqdarıdır.

Laylara süni təsiretmə zamanı müxtəlif mürəkkəbləşmələr meydana çıxa bilər ki, bunlara da misal olaraq, fiziki-kimyəvi şəraitin dəyişməsi və müxtəlif kimyəvi reaksiyaların getməsi nəticəsində çöküntülərin yaranmasını, gillərin şişməsini və s. göstərmək olar. Kimyəvi reaksiyalar nəticəsində həmçinin hidrogensulfid, asfalt, neft emulsiyaları da yarana bilər, bu isə neft ilə vurulan suların kontakt zonalarında baş verir.

Ümumiyyətlə, neftlə birlikdə hasil olan suyun təkrarən laylara vurulması ən səmərəli üsul sayılır ki, bu da müxtəlif kimyəvi reaksiyaların getməsinin qarşısını qismən alır.

Neft-qaz mədən geofizikası ilə hidrogeologiyası arasında sıx əlaqə mövcuddur. Belə ki, geofiziki məlumatlar kəsilişdə sulu layların aşkar edilməsinə, hidrogeoloji məlumatlar isə bu və ya digər geofiziki tədqiqatın aparılmasına və onların interpretasiyasına kömək edir.


Mühazirə 22. Azərbaycanın neft-qaz yataqlarının sularının xüsusiyyətləri
Azərbaycanın neft, qaz və qaz-kondensat yataqları müxtəlif kimyəvi tərkibə və müxtəlif minerallaşma dərəcəsinə malik sularla əhatə olunmuşdur. Şirin və ultraşirin sular qaz və qaz-kondensat yataqlarını müşayiət edir. Neft yataqlarında bir ilə suların minerallaşma dərəcəsi bəzən 400 q/l və daha artıq olur.

Şirin və az duzlu sular yuxarıda qeyd etdiyimiz kimi, aktiv hidrodinamik şəraitə malik və nisbətən cavan laylarda yerləşən yataqlar üçün səciyyəvidir. Onlar NаHCО3, Nа23 və bəzən CаCI2 tipli olurlar (minerallaşma dərəcəsi 1-12 q/l, əmsalı isə vahiddən böyükdür). Duz tərkibinə görə qaz, qaz-kondensat və neft yatağının kondensat suları bir-birinə oxşardırlar və NаHCО3, bəzən isə Nа23 tipinə aid olurlar.

Çox minerallaşmış sulara (10-80 q/l) Azərbaycanın bir çox neft yataqlarında rast gəlini; bunlar CаCI2 və bəzən isə NаHCО3 tiplidirlər. Bu sularda CI və Na ionları üstünlük təşkil edir. əmsalı adətən vahiddən kiçik, bəzən isə böyük olur. Bəzən neft yataqlarında duz məhlullarına da rast gəlinir (100-400 q/l və daha artıq).

Neft və qaz yataqlarının sularında ammoniumun miqdarı 100 mq/l-dən çox, bəzən isə 1 q/l-dən də artıq olur. O, çöküntü gedən hövzələrin sularında olan üzvi maddələrdən və süxurlardan daxil olur. Lay sularında müxtəlif miqdarda brom da rast gəlinir və CI ionunun çoxalması ilə bərabər o da artır. Sularda həmçinin uran, radium, radon da iştirak edir. Onların mənşəyi çox müxtəlifdir.

Neft və qaz yataqları sularında çox böyük miqdarda həll olmuş qazlara da rast gəlinir (N2, CO2, CH4, О2, H2S, Ar, C2H6, Ъ3H8, C4H10). Onlar mənşə etibarilə həm süxurlarla və həm də yataqlarda olan вя flüidlərlə bağlıdırlar. Bu qazların içərisində karbohidrogen qazları daha üstünlük təşkil edir.

Sularda ən çox CI, SO4, HCO3, Na, Ca, Mg ionları iştirak edir. Bunlarla yanaşı CO3, K, Fe2+, Fe 3+ də rast gəlinir, mikrokomponentlərdən burada Br, J, B, Sr, Li də iştirak edir.




Mühazirə 23. Yeraltı qaz, neft anbarları və mədən sularının utilizə

edilməsi
Son illərdə qazın, neftin və neft məhsullarının süni olaraq yeraltında saxlanmasına çox geniş fikir verilir. Yeraltı qazneft anbarları rolunu aşağıdakılar oynaya bilər: a) nefti, qazı artıq hasil edilmiş laylar; v) keçirməyən süxurların içərisində yerləşən süni boşluqlar (duzlar, maqmatik törəmələr).

Yeraltı qazneft anbarları layihələşdirilərkən mütləq onların hidrogeoloji şəraiti, bu şəraitin dəyişməsinin proqnozlaşdırılması (qaz və neftin laya vurulması və sonrakı dövrlərində), yeralti anbarların işlənməsi zamanı ona nəzarət və s. əvvəlcədən müəyyən edilməlidir. Bir sözlə, lazım olan uyğun hidrogeoloji tədqiqatlar, hesabatlar və s. aparılmalıdır.

Yeraltı qaz anbarları layihələşdirilərkən mütləq onun üzərində yatan örtük qatının hermetik olub-olmaması aydınlaşdırılmalıdır. Hidrogeoloji tədqiqatların aparılması bu məsələnin həllinə böyük köməklik göstərə bilər. Belə ki, əgər layihələşdirilmiş lay ilə yuxarıda yatan sulu laylar arasında hidravlik əlaqə, yəni onlar arasında axınlar mövcuddursa, həmin lay yeraltı qaz anbarı rolunu oynaya bilməz. Bu layın yaratdığını öyrənmək üçün həm hidrokimyəvi və həm də hidrodinamik tədqiqatlar aparılmalıdır.

HİDROKİMYƏVİ ÜSUL. Əgər layihə layının və üstdə yatan layların sularının kimyəvi tərkibi müxtəlifdirsə, deməli, onların arasında əlaqə və axınlar yoxdur. Deməli, layıhə layı qaz və neftin vurulması üçün, yəni anbar rolunu oynaması üçün yararlı hesab edilə bilər. Əksinə, əgər layihə layının və yuxarıdakı layların sularının kimyəvi tərkibi eyni və ya oxşardırsa, deməli onların arasında hidravlik əlaqənin, axının olmasını ehtimal etmək olar. Deməli, həmin laya qaz vurmaq olmaz.

HİDRODİNAMİK ÜSUL. Əgər B layihə layının pyezometrik səviyyəsi üstdə yatan A layının pyezometrik səviyyəsindən aşağıdırsa, deməli B-dən A-ya axının olması ehtimal edilmir, yəni B layına qaz vurmaq olar. Əks nisbətdə B layına qaz vurulması məqsədəuyğun deyildir.Beləliklə, əldə edilən müsbət qiymət ilkin məlumatlardır, odur ki, onun daha da dəqiqləşdirilməsi üçün laya qaz (yaxud hava) vurulmalı və sonra xüsusi üsullarla yoxlanılmalıdır. Həmin tədqiqatlar yuxarıda yatan sulu laylara qazılmış quyularda təzyiq və səviyyənin ölçülməsi ilə aparılır.

Hidrogeoloji tədqiqatların sonrakı mərhələsi laya sənaye qaz vurulmasından sonra başlanır və qaz anbarlarından istifadə olunarkən davam etdirilir. Bu mərhələdə təbii şəraitdə nə kimi dəyişikliklərin getməsi (qazın vurulması ilə əlaqədar olaraq) izlənilir. Bundan məqsəd qaz axınının olmasının yoxlanılması və süni qaz yatağının sürüşməsini öyrənməkdən ibarətdir. Burada suların qaz tərkiblərinin öyrənilməsi əsas məsələlərdən biridir, çünki qaz yatağını əhatə edən sularda onların qazla doyumluluğu və qaz tərkibi dəyişir.

Hal-hazırda yerüstü suların sənaye tullantıları ilə çirklənməsi çox böyük miqyasda baş verir. Odur ki, sənaye axınlarının zərərsizləşdirilməsi, onların sulardan rədd edilməsi böyük əhəmiyyət kəsb edir. Bu həm etibarlı və həm də iqtisadi cəhətdən özünü doğrultmalıdır.

Neft mədənlərində çıxarılan suları vurmaq üçün yataqların kəsilişində uducu horizontların və zonaların müəyyən edilməsi ən mühüm şərtlərdən biridir. Belə layları şeçmək üçün hidrogeoloji tədqiqatların aparılmasəı çox vacibdir. Qazıma zamanı müəyyən çətinliklər yaradan uducu təbəqələr ziyanlı amildən əlverişli amilə çevrilir, çünki həmin laylar yuxarı suları (xüsusilə yerüstü su hövzələrini) çirklənmədən qoruyur.

Sənaye axınlarının tullanması şəraitini öyrənmək üçün layihə laylarında xüsusi hidrogeoloji tədqiqatlar aparmaq lazımdır ki, buraya da rayonun geoloji quruluşunun, hidrogeoloji xüsusiyyətlərinin aydınlaşdırılması aiddir.

Layın udma qabiliyyətini və başqa hidrogeoloji göstəricilərini qabaqcadan bilmək məqsədilə təcrübə quyuları qazılır və təcrübi-tədqiqat işləri aparılır. Həmçinin uducu layların fiziki xassələrini, örtük süxurları öyrənmək üçün laboratoriya tədqiqatları da aparılır. Eyni zamanda dabanda yerləşən süxurlar və onlara tullantıların təsiri dəqiqləşdirilir. Sənaye tullantıları ilə yeraltı suların qarşılıqlı fiziki-kimyəvi təsiri dəqiqləşdirilir. Uducu quyuların sayını, onların planda yerləşdirilmə qaydasını, tullantının hansı təzyiq altında vurulmasını müəyyən etmək məqsədilə müəyyən hidrogeoloji və hidrodinamik hesabatların aparılması tələb olunur. Sənaye tullantılarının istismar şəraitinə uyğun rejimdə vurulması və nəzarət quyuları sistemlərinin yaradılması mütləq nəzərdə tutulmalıdır.



ƏDƏBİYYAT

  1. Карцев А.А. Гидрогеология нефтяных и газовых месторождений, «Недра», М., 1972.

  2. Карцев А.А., Никаноров А.М. Нефтегазопромысловая гидрогеология. «Недра», М., 1983.

  3. Сухарев Г.М. Гидрогеология нефтяных и газовых месторождений, «Недра», М., 1971.

  4. Hacı-zadə Z.S. Neft-qaz yataqlarının hidrogeologiyasının əsas məsələlərinə dair. Аzərb.NKİ nəşri, 1979.

  5. Kafedrada tərtib olunmuş laboratoriya tapşırıqları və metodik göstərişlər.













Tərkibində linza şəkilli gil suxurları olan təbii lay rezervuarları.

  1. gillər; 2- qumdaşları




Laylı qumdaşları və riflərlə əlaqəsi olan massiv təbii rezervuarlar.

1- qumdaşı; 2- gollər; 3-əhəng daşlar; 4- duz




Sulu komplekslərdə neft laycıqlarına olan qravitasiya və hidravliki güclərin istiqaməti.
1- neft damcıları; 2- qaz havacıqları; 3- sulu komplekslərin (kollektorların) güc təsirlərinin istiqaməti; 4- qravitasiya; 5- hidravliki

Neft – qaz yataqlarının təsnifat sxemi (Məlik – Paşayevə görə).
I – qaz tataqları; II – qaz-kondensat yataqları; III – qaz yataqları neftlə sərhədlənmiş (a- ikitərəfli, b- birtərəfli, c- qazaltı); IV – qazkondensat neftli; V – neft-qaz.
1 – qaz; 2 – qazokondensat; 3- neft; 4 - su


Neft-qaz yataqlarının prinsipial sxemi
1- qaz; 2 – neft; 3 – su; 4 – su keçirməyin gil layları


Neft tələlərinin pazlaşması (Vassoyeviçə görə).
1- neft və qaz; 2- su; 3 - asfalt


Massiv qaz yataqlarının kəsiliş formaları (Vısotskiyə görə).
a- massiv strukturlar; b – riflərdə massiv strukturları; c – litoloji hüdudlanmış;

1-qaz; 2- neft; 3- su; 4- gillər; 5- əhəng daşları




Hidrogeoloji hövzələrin sxemi.

A – lay suları; B – çatlı və çatlı-damar suları; C – subhövzə qrunt sularının sistemləri: a- infiltrasiya suları; b- elizion sular;



1 – maqmatik və metomorfik suxurlar; 2- kollektor suxurları; 3- su keçirməyən laylar; 4 - fundamentin çatlı suxurları; 5- tektoniki qırılmalar; 6 – qrunt sularının və təzyiqli suların pezometik səviyyələri; 7 – infiltrasion sistemlər; 8 – elizion sistemlər; 9 – yeraltı suların axın istiqaməti; 10 – yeraltı suların şaquli hərəkəti; 11,12 – yeraltı suların qidalanma və boşalma zonaları.
Yüklə 332,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin