Porterin “rəqabət amilləri” modeli Firmaya neoklassik yanaşma
Artıq qeyd etdiyimiz kimi, iqtisad elmi inkişaf etdikcə bazar münasibətlərinin başlıca iştirakçısı və ictimai nemətlərin istehsalçısı (yaxud dəyər yaradıcısı) kimi firmanın təbiətinə, onun yaranması və inkişafına yanaşmalar və baxışlar tədricən dəyişib, müxtəlif nəzəriyyələr və modelllər meydana çıxıb. Bunlara aşağıdakıları aid etmək olar:
firmaya neoklassik yanaşma;
firmanın institutsional nəzəriyyəsi (firmanın kontrakt (müqavilə) modeli, firmanın prinsipal-agent modeli, C.Gelbreytin korporasiya modeli və s.
Bu müxtəlifliyə baxmayaraq firmanın yaranması və inkişafı məsələlərinin izahında hazırda institutsional yanaşma daha hökmran mövqeyə malikdir. Elə bunun nəticəsidir ki, institutsional yanaşmanın daxilində firmanın təbiətinə və roluna münasibətdə bir neçə nəzəri yanaşmalar (modellər) meydana çıxıb.