Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər


Azərbaycan xalq mədəniyyətində



Yüklə 3,12 Mb.
səhifə11/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

3.2. Azərbaycan xalq mədəniyyətində selektiv abortlara münasibət

Azərbaycanda selektiv abortların yayılmasına səbəb olan əsas amillərdən biri də, xalqın kültüründə keçmiş gender bərabərsizliyi ənənələrindən irəli gələn bəzi xoşagəlməz adətlərin qalıqlarıdır. Bu adətlərin İslam dini ilə əlaqəsi yoxdur. Əksinə, onlar dini dəyərlərə ziddir. Bu adətlər, kültürün tərkibində yer tutan patriarxal ənənələrin davamıdır. Kültür dinin təsirinə məruz qalsa da, ondan fərqli şəkildə inkişaf edir. Din və kültür arasında ziddiyyətlər də buradan irəli gəlir.

Biz respondentlərin kültürəl şüurunda cinsi diskriminasiyanı müəyyən etmək üçün, “Sizcə qız övladı xeyirlidir, yoxsa oğlan?” sualını qoymuşuq. Bu suala cavab verən respondentlərin əksəriyyəti “hər ikisi” cavabını vermişdir. “Oğlan” deyən respondentlərin sayı “qız” deyənlərin sayından azdır (diaqram 3.6).

Bu, onu göstərir ki, cinsi stereotiplər tədricən cəmiyyətin şüurunu tərk edir. Əgər biz bu sorğunu XX əsrin əvvəllərində aparsaydıq, tamamilə əks nəticə əldə edərdik. XX əsrdə azərbaycan cəmiyyətinin modernləşmə və gender bərabərliyi istiqamətində sürətli inkişafı gender stereotiplərinin ortadan qalxmasına səbəb olmuşdur.



Diaqram 3.6. Bölgələrə görə cavablar

Lakin, respondentlərin cinsi mənsubiyyətinə görə göstəriciləri təsdiq edir ki, ailədə kişilər ənənəvi olaraq oğlan uşağına, qadınlar isə, qız övladlarına daha çox üstünlük verirlər (diaqram 3.7). Bəzi, qadınlar qız uşaqlarının daha rahat tərbiyə olunduqlarını əsas kimi göstəriblər. Lakin, burada ənənənin öz rolu vardır.



Diaqram 3.7. Cinslərə görə cavablar

Azərbaycanda qədim dövrlərdən gələn bir çox atalar sözləri və adətlər vardır ki, onlar xalqın mentalitetinin formalaşmasında mühüm rol oynayırlar. Şüurları stereotiplər ilə strukturlaşdıran bu kültür elementləri selektiv abortlara və gender bərabərsizliyinin bir çox təzahür formalarına şərait yaradır.

Azərbaycanda Kifayət, Bəsti, Qızbəsti və digər bu kimi qız adlarının olması, cinsi diskriminasiyanın göstəriciləridir. Toy mərasimlərində gəlinə oğlan övladı doğmaq arzulanır və onun qucağına oğlan  uşağı qoyularaq deyilir: “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Yaxud “qızını döyməyən dizini döyər”, “qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı”, “qeyrətsiz oğuldansa kor qızım olsa yaxşıdır”, “qız yükü duz yükü”, “oğul düşmən çəpəridir” – kimi bir çox deyimlər selektiv abortların əsasında dayanan ənənəvi stereotiplərdir.

Cinsi diskriminasiyaya səbəb olan stereotiplər aşağıdakılardır:



  1. Kişilər vətəni düşməndən qoruyan əsgərlərdir.

“Oğul düşmən çəpəridir” – deyimi, oğlanların vətənin düşmənlərdən qorunmasında rolunu önə çəkir. Ağcabədi/Aran regionunda keçirilən qrup müzakirələri iştirakçılarından biri Aynur adlı gənc qadın söyləmişdir: “Zənnimcə, bizə müharibədən sonra əsgərlər - oğlan uşaqları lazımdır. Demirəm ki, anaların qızları olmasın. Hər bir azərbaycanlı qadını, əgər bacarırsa, qoy bir oğlan Vətən üçün, bir oğlan da özü üçün dünyaya gətirsin. Çünki bizim oğullarımız bizi xaricdə təmsil edir və sərhədlərimizi qoruyur.” (17).

  1. Qadınların iqtisadi asılılığı

Selektiv abortların geniş yayıldığı əraziləri birləşdirən ümumi bir xüsusiyyət ondan ibarətdir ki, bu cəmiyyətlərdə nəslin varisinin oğlan vasitəsilə təmin olunacağını dəstəkləyən patriarxal dəyərlər güclü, gender bərabərliyi isə zəifdir. Məsələn, Çində ənənəvi olaraq çinlilərin mentalitetində oğlan uşağı ailənin yeganə varisi hesab olunur. Qız isə, ailəni tərk etdiyi üçün varisliyi qoruya bilmir. Buna görə də, oğlan uşağı doğan anaların hörməti qız uşağı dünyaya gətirən analardan dəfələrlə artıq olur. İlk övladı qız olan bir çox ailələr ikinci övladı (yəni, oğlan övladını) dünyaya gətirmək üçün dövlətdən izin alırlar. Eyni ənənələri selektiv abortların geniş yayıldığı digər ərazilərdə də müşahidə etmək olar. Bu cür ənənələr bir ölkənin bir bölgəsində güclü, digər bölgəsində isə, zəif ola bilər. Adətən, bu ənənələr o cəmiyyətlərdə daha çox güclü olur ki, həmin cəmiyyətlərdə valideynlər qızlarının sosial və maddi uğur əldə edəcəyinə inanmırlar. Onlar, özlərini və ailənin gələcəyini sosial-iqtisadi baxımından zəmanət altına almaq üçün, oğlan uşaqlarına üstünlük verirlər. Bu cür hallar gender bərabərliyinin pozulduğu cəmiyyətlərdə baş verir. Çünki bu cəmiyyətlərdə qızlar sosial-iqtisadi yük kimi dəyərləndirilir.

“Oğul evin dirəyidir, arxasıdır” deyimi məişət və sosial güvənsizlikdən, xüsusi mülkiyyətin itirilməsi təhlükəsindən irəli gəlir. Çünki oğlan mülkiyyətin qoruyucusu və təminatçısı kimi tanınır.

Yerli mətbuatda bununla bağlı məlumatlar:

- “Bəsti xanımın 3 oğlu var. Deyir ki, balaca olanda nənəsi ona və bacılarına baxıb, köksünü ötürərmiş: “Oğlan doğulsaydınız, nəslimizin davamçısı, ev-eşiyimizin sahibi olardınız, ailəmizi qoruyardınız. Amma indi gedib başqasının ocağını qızdıracaqsınız”.  “Bəs  qardaşa  bacı, anaya qız  lazım deyil? - soruşuruq. – “Əslində mən indi qızı olan analara baxıb, köksümü ötürürəm. İndi başa düşürəm ki, oğlanlarıma bacı da lazımdır. Qaynanam, qaynatam, ərim isə nənəm kimi düşünürlər. Deyirlər ki, qız nəyə lazımdır? Qız yükü ağırdır, sabah bilmirsən kimin evinə düşəcək, nə kimi problemlər yaşayacaq. Onların fikrincə, qız ailə qurub gedir, oğlan isə yanımızda qalır (18). 



Azəbaycanda əks fikirdə olanlar da çoxluq təşkil edir. Praktika göstərir ki, qızlar əksər hallarda öz qoca valideynlərinə daha çox sahib çıxırlar.

- Yaşı səksəni  ötmüş Şubay müəllim isə oğlanlarını qızlarından üstün tutanlara haqq qazandırmır. Deyir ki, bu ahıl çağında oğullarının hərəsi bir diyardadır, qalıb qızının ümidinə: “Həyat yoldaşım ölənə qədər çətinliyim yox idi. İndi oğlanlarımın yadına da düşmürəm. Yaxşı ki, qızım var, bu gün  qayğıma da o qalır. Yeməyimi verir, paltarımı yuyub, ütüləyir. Pensiyamdan bir manata da dəymir. Deyir nəyə ehtiyacın var, ona xərclə…” (18).

- Abşeronda iki oğlu, dörd qızı olan yaşlı kişi qızların vacibliyini xüsusilə vurğulamışdır: “İsmətli və qeyrətli qız övladı yüz oğuldan üstündür. Qız ata və ana üçün vacibdir, bizim bəzən kədərli və bəzən xoşbəxt günlərimiz olur. Kədərli günün olduqda görürsən ki, oğlun yanında deyil, o, əlləri cibində uzaqlardadır. Ancaq qızın sənin kədərini paylaşır. O, ailə üzvlərindən hər-hansı birini itirəndə onun vəfatından yeddi gün, qırx gün keçənə qədər yemir, içmir. Sən bu dünyanı tərk edən zaman o, dərhal gəlir. Qızların həyat yoldaşları da sənin üçün eynidir.” (17). 

- Bakıda qrup müzakirələrində iştirak etmiş gənc respondent nəslin davamının vacibliyini və ailə mülkiyyətinin qorunmasında oğul övladının rolunu belə izah etmişdir: “Nəsil məfhumunun müəyyən bir anlamı var. Məsələn, üç qızı olan kişi ailəsinin davamçısı kimi oğul arzusunda olur. İstənilən miras kişi xətti ilə ötürülür. Buna görə də oğul atanın davamçısıdır. Beləliklə, insanlar oğulun olmasını istəyirlər.” (17). 

Siyəzən/Quba-Xaçmaz fokus qrup müzakirələrində iştirak etmiş 64 yaşlı təqaüddə olan müəllim öz fikrini belə izah etmişdir: “Bəli, qızlar ailə quran zaman valideyn evini tərk edəndə oğlanlar atalarına kömək məqsədilə vacibdir. Qızlar köçəri quşlar kimidir. Ancaq oğlanlar öz ataları ilə qalır. Əgər iki və ya üç oğlu olan ata nə isə etmək istəsə onun oğlanları ona kömək edəcəklər. Beləliklə, hər kəs oğlu olmasını istəyir. Onlar Allahın mükafatlarıdır.” (17).

- Dörd qızı və bir oğlu olan 39 yaşlı Nailə (ali təhsilli, Lerik/Lənkəran) oğlan uşaqlarına üstünlük verilməsinin səbəblərindən biri kimi qızların başqasına məxsus olduğu haqda ümumi qəbul edilmiş fikri irəli sürmüşdür: “Qızlar yadlara məxsusdur. Onlar ailə qurur və ata evini tərk edir. Valideyn həmişə qızları barədə narahat olur. Hara getsələr onlar evə gec dönəndə valideyn bu barədə narahat olur. Lakin valideyn oğlu barədə belə narahatlıq keçirmir.” (17).

- “Mən dünyadan köçəndə cənazəmi çiyinlərində qoy oğlum aparsın. İstəyirəm ki, cənazəmi məzara oğlanlarım aparsınlar. Kədərli vaxtlarda ailənin qayğısına qalan və ailəni dəstəkləyən qızlar var, lakin yas mərasimi zamanı süfrələrə yemək təmin edən oğullar da var, bu zaman hər kəs deyir ki, “layiqli oğuldur”. Lakin elə oğullar da var ki, onlar heç analarını basdırmağa da gəlmirlər. Başqa nə deyə bilərəm?” (Gültəkin, 73 yaş, orta ümumi təhsilli, iki oğlu var, Tovuz/Gəncə-Gazax) (17).

- “Qız övladına cehiz verməlisən. Tutaq ki, qızını axmaq bir adama ərə verirsən, o, gələcəkdə sənin qızından boşana bilər, o, boşanıb evə dönəcək və onun atası və ya qardaşı onu saxlamalıdır. Yükün ağırlığı onun atasının və ya o, vəfat edərsə qardaşının çiyinlərinə düşür. Beləliklə, hər kəs oğul övladı istəyir, insanlar qızı olmağını bir o qədər də arzulamır”. (qrup müzakirələrinin iştirakçısı, gənc kişi, Abşeron) (17).

- “Oğlan uşaqları bütün nöqteyi-nəzərlərdən qız uşaqlarından üstün tutulur… onlar işdə və həyatda özlərini idarə edə bilirlər. Ancaq qızın barədə həmişə narahat olursan. Bunun əksinə olaraq oğluna getməyə və özünü saxlamağa icazə verə bilərsən. Mənim kimi analar heç azacıq da olsun qızı olmasını istəmir”. (qrup müzakirələrini iştirakçısı, gənc qadın Tovuz/Gəncə-Qazax) (17).


  1. Kişilər ənənəvi məsuliyyətdən qurtulmaq istəyirlər

Azərbaycanda “qız yükü, duz yükü” deyimi vardır. Ənənəvi olaraq, mədəniyyətdə kişilərin ailənin maddi və mənəvi təminatında, ailə üzvlərinin fiziki-psixoloji qorunması istiqamətində xüsusi məsuliyyəti vardır. Ailədə oğlan uşaqları müəyyən yaşdan sonra atalarının bu yükünün bir qismini öz üzərlərinə götürürlər. Lakin, qızlar sərt patriarxal cəmiyyətlərdə özlərini reallaşdırmaq imkanlarına malik olmadıqlarına görə, bu yükü bölüşdürə bilmirlər. Qızlar atalarının, ərlərinin, qardaşlarının himayəsi altında bir yük kimi qalmaqdan başqa seçimə malik deyillər. Qızlar, yalnız ailədaxili işlərdə ailənin yükünü bölüşdürmələrinə, hətta ailənin aqrar təsərrüfat işlərini idarə etmələrinə baxmayaraq, onların əməyi reproduktiv əmək kimi dəyərləndirilir. Bu səbəbdən, belə cəmiyyətlərdə qızlar yük kimi dəyərləndirilirlər.

Mətbuatda bununla bağlı bir hadisə barədə belə deyilir:

- “Aysel Əhmədovanı qızı olduğu üçün evdən qovublar. Əvvəlcə USM oğlunun olacağını göstərib. Sonra məlum olub ki, həkim yanılıb – Ayselin qızı olub. Əri deyib ki, qız övladı onun namusuna xələl gətirəcək və qadını uşaqla birlikdə evdən qovub. Qadın qızı ilə birlikdə ata evinə qayıdıb. Orda da qardaşı tələb edib ki, qızını internata versin, yalnız bu şərtlə onu geri qəbul etməyə razı olduqlarını deyiblər. Nəticədə qadın sığınacağa gəlib çıxıb.” (13).

Bu gün, şəhərlərdə qadınların kütləvi şəkildə dövlət və özəl strukturlarda fəal təmsil olunmasına, bölgələrdə qadınların aqrar təsərrüfatda fəal çalışmasına, maddi məhsulların istehsalında, ticarət sektorunda öndə olmasına baxmayaraq, mentalitetdə köhnədən qalma stereotiplər hələ də yaşamaqdadır. Bu gün, qadınların kişilərin ailədə daşıdığı ənənəvi yükünün yarıdan çoxunu öz üzərlərinə götürmələrinə baxmayaraq, bəzi kişilər öz üzərlərinə düşən məsuliyyət ağırlığından bəhs edirlər. Bunlar bir daha göstərir ki, müasir dövrdə kişilərin böyük bir qismi artıq ənənəvi məsuliyyəti daşımaqdan imtina edirlər.



  1. Qadınların sosial statusunun aşağı olması

Patriarxal cəmiyyətlərdə qadınların heç bir sosial statusu olmadığı üçün, qadınlar pozitiv mənada “ev xanımı”, “ana” kimi tanınırlar. Belə bir cəmiyyətdə sosial fəallıq edən bir çox qadınlar “küçə qadını” kimi neqativ statuslarla ad çıxarırlar. Bu cəmiyyətlərdə qadınların pozitiv sosial statusları olmadığı üçün, qız uşaqlarının doğulması əhəmiyyət kəsb etmir. Oğlan uşağı olmayan ataların belə cəmiyyətlərdə sosial statusu da aşağı olur. Kişilər bu cəmiyyətlərdə öz statuslarını artırmaq üçün, oğlan uşaqlarının olmasına xüsusi önəm verirlər. Hətta, oğlan uşağı doğan qadınların ailədə və cəmiyyətdə hörməti daha yüksək olur.

Qadınlar ailədə selektiv abortlara getməyə məcbur edilir. Selektiv abortlar əksər hallarda kişilərin təhriki ilə baş verir. Çünki qadınlar üçün belə bir addım atmaq, onların həm fiziki, həm psixoloji durumuna mənfi təsir göstərir. Bəzi qadınlar, belə abortlardan sonra dərin stresslər keçirir və özlərini psixoloji baxımdan bərpa etməkdə çətinlik çəkirlər. Azərbaycanda qadınlar arasında olan intihar hallarının əsas səbəblərindən birini burada axtarmaq doğru olardı.

Qadınları selektiv abortlara getməyə məcbur edən şərtlər fərqli ola bilər. Bəzən, onlar ailənin dağılmaması və qınaqlara məruz qalmaması üçün bu yolu seçmək məcburiyyətində qalırlar. Bəzi qadınlar ailədə və qohumlar arasında öz statuslarını qaldırmaq üçün belə bir seçim edirlər. Çünki onlar özlərini həmin cəmiyyətdə təsdiq edə bilmirlər. Adətən, patriarxal cəmiyyətlərdə qadınlar ailə və cəmiyyətdə öz statuslarını oğulları vasitəsilə qaldırmaq yolundan başqa seçimə malik deyillər. Qayınana institutu da buradan irəli gəlmişdir.



Bəzən evsizlik, işsizlik, yoxsulluq problemləri qadınları selektiv abortlara getməyə məcbur edir. Bütün hallarda, patriarxal cəmiyyətin dəyərləri qadınları selektiv abortlara vadar edir. Bu cür hallar bölgələrdə daha çox yayılmışdır. Şəhərlərdə də bölgələrdən gələn və urbanizasiya proseslərinin təsirindən kənarda qalan sakinlər tərəfindən geniş tətbiq olunur.

Yerli mətbuatda bununla bağlı məlumatlar:



- "Lənkəranda 6 günlük Mələyin nənəsi tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 4 il əvvəl qız övladı dünyaya gələn Vəliyə Nurullayeva daha sonra bətnindəki körpələrin cinsiyyəti məlum olan kimi onları abort etdirib. Bəlli olub ki, V.Nurullayeva ilk övladı dünyaya gələndən sonra hamilə olduğu 4 qızı ailə üzvlərinin təkidi ilə abort etdirib. Sonuncu hamiləlikdə isə həkimlər ona nəticələri gec deyib və abortu məsləhət bilməyiblər. Bu səbəbdən də Mələk normal hamiləliyin yekununda dünyaya gəlib və anadan olandan 6 gün sonra nənəsi Atifə Nurullayeva tərəfindən öldürülərək quyuya atılıb”. Onun sözlərinə görə, o, uşağın qətlini “cinlərin” üstünə atmaq istəyib. O, deyib: “İkinci qızı istəmirdim, oğlan istəyirdim. Fikirləşdim ki, uşağı cinlərin öldürdüyünə hamı inanar. Sonra qorxdum ki inanmazlar. Buna görə də uşağı götürüb həyətdəki quyuya atdım.” (13).

- “Üç yaşlı qızı olan və hamiləliyinin dörd-beşinci ayında olan Sevinc deyir: “Anam bizə nifrət eləyir. Mənə və bacıma. Qız olduğumuz üçün bizi sevmir. Hətta uşaqlıqda da sevmirdi. Yedirirdi, içirirdi, geyindirirdi, oxudurdu, amma sevmirdi. Bacımın bir qızı var, əməliyyat vaxtı uşaqlığını çıxarıblar, onun daha uşağı olmayacaq. Mənim də bir qızım var, ikinci də qız olacaq. Anam uşaqlarımızı da sevmir, tək ümidim bu uşağa idi (əli ilə qarnını göstərir), bu da belə…” “Ana necə öz övladını sevməyə bilər?” – sualına belə cavab verir: “Atam bizə görə onu atıb. Anam onun üçün oğlan doğa bilməyib, o da başqası ilə evlənib.” (13).

- Bakı sakini, 38 yaşlı Ulviyə (ad dəyişdi), üç uşağın anasıdır. O, möcüzəvi şəkildə selektiv abortdan qaçmağa müvəffəq olub. O, deyir: "Biri 9-cu, digəri 5-ci sinifdə oxuyan iki qızımız var. Oğlan uşağının olmaması, məni ərimin və qaynanamın hədəfinə çevirmişdi. Qaynanamın üç oğlu var. Buna görə də, o, məni oğlan dünyaya gətirmək qabiliyyətində olmadığımı və tamamam olduğumu bildirirdi. Mən üçüncü səfər hamilə qaldım. USM-nin ilk göstəricilərinə görə növbəti qız övladım dünyaya gəlməli idi. Ərim və qaynanam məni abort etməyə vadar etdilər. Təkrar USM-də yoxlaqdıq və məlum oldu ki, oğlum olacaq. Artıq bizim bir oğlumuz var. Onun dünyaya gəlməsi ilə mən rahatlandım. Ərim dəyişdi, aqressivliyi azaldı, həssaslaşdı, qaynanamın isə, artıq mənimlə işi olmadı.” (18).

Aparılan sosioloji tədqiqatın nəticələri və KİV-dən əldə etdiyimiz hadisələrin təhlili göstərir ki, modernləşmənin və gender bərabərliyinin zəif inkişaf etdiyi bəzi bölgələrdə bəzi patriarxal ənənələr hələ də mövcuddur. Onların mövcudluğunu təmin edən amillər bəzi bölgələrdə hökm sürən gender bərabərsizliyi hallarıdır. Onların aradan qaldırılması üçün, qadınların təhsil səviyyəsinin yüksəldilməsi və onların sosial işlərlə məşğulluq səviyyəsinin artırılması zəruridir.



Buna paralel şəkildə, sosial və tibbi sığortanın inkişaf etdirilməsi, dəfn mərasimlərinin dövlət himayəsinə keçirilməsi və tənzimlənməsi mühüm şərtləndəndir. Bunları həyata keçirən sosial dövlət tədbirləri artdıqca, bütün gender bərabərsizliyi halları, həmçinin, selektiv abortlar da tədricən ortadan qalxacaqdır. Çünki ictimai şüurda kök salan gender stereotipləri öz gücünü sosial dövlətin zəifliyəndən alır. Azərbaycanda bu problemlərin həll olunması üçün, bölgələrdə sosial dövlət tədbirlərinin gücləndirilməsinə ehtiyac vardır.
Nəticə və tövsiyələr

  1. Dünyada abortların səviyyəsi kritik həddə çatmışdır. Abortların artması, ailə qurumunun iflasına da şərait yaradır. Ailə qurumunun süqutu cəmiyyətin süqutuna şərait yaradır. İndividualizmin inkişafı ailə qurumunun inkişafına tərs mütənasibdir. Çünki kollektiv dəyərlərə əsaslanan ailə qurumu şəxsiyyətin formalaşmasını təmin edir. İfrat individual dəyərlər şəxsiyyəti məhv edir. Bunun nəticələrindən biri də tənhalıq problemi və artan intihar hallarıdır. Mövcud vəziyyətin təhlili göstərir ki, dünyada sosial-siyasi idarəetmə sistemində ciddi qüsurlar vardır. Bu qüsurların ortadan qaldırılması üçün, alternativ sosial-iqtisadi siyasət modellərinin ortaya qoyulması labüddür.

  2. Abortlar ana ölümü riskini daşıyır. Avropada kontraseptiv vasitələrdən geniş istifadə, ana ölümü səviyyəsinin aşağı olmasını təmin edir. Azərbaycanda yoxsul ailələrdə, kənd yerlərində, orta və ya aşağı təhsilli qadınlar arasında kontraseptiv vasitələrdən istifadə səviyyəsi aşağı olduğu üçün, ana ölümləri arasında onların payı daha çoxdur.

  3. Kontraseptiv üsullardan istifadə etməmək, ana ölümü riski ilə yanaşı, dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına, arzuolunmaz hamiləliklərin artmasına, doğuma nəzarət üsulu kimi süni abortların sayının çoxalmasına səbəb olur. Buna görə də, bu sahədə maarifləndirmə işlərinin artırılmasına və yoxsul ailədən olan qadınların güzəştli tibbi dəstəyinə ehtiyac vardır.

  4. Müasir qoruyucu vasitələrdən istifadə və abortlara münasibət məsələsində Bakı şəhəri ən azı iki dəfə bölgələrdən irəlidədir. Bölgələr arasında cənub bölgələri bu sahədə daha aşağı göstəricilərə malikdirlər. Bu, yanlız apardığımız sorğularla deyil, bizdən əvvəlki dövrlər də aparılan sorğuların nəticələri ilə təsdiq olunur. Lakin, bölgələrdə və ümumən Azərbaycanda nəsilvermə əmsalının aşağı olması (2 həddinə enməsi) və müasir qoruyucu vasitələrdən istifadə və abortlara münasibət səviyyəsinin aşağı səviyyədə qalması təsdiq edir ki, əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan istifadəyə üstünlük verilir.

  5. Əhali arasında (xüsusilə, bölgələrdə) ənənəvi qoruyucu üsullardan istifadəyə üstünlük verilməsi, gözlənilməz hamiləlik riskini artırır. Bunun nəticəsi olaraq, qadınlar abortlara getməyə məcbur olurlar. Abort, qadınlar üçün fiziki və psixoloji risk ehtimalını artırır. Buna görə də, müasir qoruyucu vasitələrdən istifadə edən qadınların sayı kişilərdən 3 dəfə çoxdur. Onlar arasında 25-35 yaşında olan ali təhsilli qadınlar əksəriyyət təşkil edirlər. Onlar abortlara öz həyat yoldaşları ilə məsləhətləşərək qərar verirlər. Hər iki tərəf abortların müsbət hal olmadığını anladıqları halda, ona getməyə məcbur olurlar. Çünki müasir qoruyucu vasitələrdən istifadə istiqamətində maaarifləndirmə işi aşağı səviyyədədir.

  6. Avropada abortların artması və nəsilvermə əmsalının azalması nəticəsində demoqrafik vəziyyət partlayış həddinə çatmışdır. Azərbaycanda 2000-2016 illərdə abortların sayının 17.5 mindən 34.6 minə qalxması, 1995-ci ildən başlayaraq bu günədək həm kənd, həm də şəhərdə nəsilvermə əmsalının təqribən 2 səviyyəsinə enməsi demoqrafik inkişafın mənfi göstəricisi kimi dəyərləndirilə bilər. Ümumi artım dinamikasının artan xətt üzrə inkişaf etməsinə baxmayaraq, nəsilvermə əmsalının 2 səviyyəsindən aşağı enməsi və abortların artan xətt üzrə davam etməsi, demoqrafik geriləməyə şərait yarada bilər. Bunun üçün, nəsilvermə əmsalının 3-4 səviyyəsinə qaldırılmasına və abortların sayının azalmasına ehtiyac vardır. Bu istiqamətdə ailə, uşaq və sosial imtiyazları artırmaq, çoxuşaqlı ailələrdə uşaqların güzəştli şərtlər əsasında yaxşı təhsil almasına şərait yaratmaq məqsədəuyğundur.

  7. Azalmaqda olan nəsilvermə əmsalı, selektiv abortlara şərait yaradır. Azərbaycanda ümumi nəsilvermə əmsalının 2-yə enməsi, ailə planlaşdırmasında iki uşaqdan birinin oğlan olmasını nəzərdə tutur. İlk övladı oğlan olan ailələr ikinci övladın cinsi ilə maraqlanmırlarsa, ilk övladı qız olan ailələr adətən ikinci övladın cinsini USM ilə müəyyənləşdirir və qız olduğu təqdirdə bəzən selektiv aborta gedirlər. İki oğlu olan ailələr üçüncünün qız olmasını, iki qızı olan ailələr üçüncünün oğlan olmasını planlaşdırırlar. Növbəti hamiləlik gözlənənin əksi olduqda, cinsindən asılı olmayaraq selektiv abortlara gedilir. Lakin, patriarxal düşüncəli bəzi ailələrdə cinsi diskriminasiyaya məruz qalanlar əsasən qızlar olurlar. Hamiləliklərin ardıcıllığında müşahidə olunan fərqlər də bunu təsdiq edir. İlk hamiləliklərdə abortların əmsalı 1 %, ikincidə 17 %, üçüncüdə 55 % və sonrakı hamiləliklərdə 70 % olması buna sübutdur.

  8. Azərbaycanda qanunsuz abortetmə səviyyəsinin yüksək, müvafiq orqanların hüquqi məsuliyyətinin və xalqın kontraseptiv vasitələrdən istifadə səviyyəsinin aşağı olması, selektiv abortların artmasına, qadınların fiziki-psixoloji sağlamlığının ortadan qalxmasına, ana ölümlərinin və qadın intihar hallarının artmasına səbəb olur. Bunun üçün, kontraseptiv üsulların istifadəsini artırmaq və bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilməsi, cinayət məcəlləsinin 141-ci maddəsində qanunsuz abortetməyə qarşı ağırlaşdırıcı hallar salınması və cinayət məsuliyyətinin artırılması, gender bərabərsizliyinə şərait yaradan bütün cəhalət hallarına qarşı mübarizəyə cəmiyyətin bütün təbliğat vasitələrinin səfərbər olunması, xüsusilə, din xadimlərinin bu işdə daha fəal iştirak etməsi, selektiv abortların fiziki və psixoloji fəsadları barədə mütəxəssislərin fikirlərinin KİV-də geniş təbliğ olunması labüddür.

  9. XX əsrin 80-ci illərindən başlayaraq selektiv abortlar sürətlə artmışdır. Çünki həmin dövrdə artıq USM tətbiq olunmağa başlamışdır. Bu baxımdan, USM-in meydana çıxması əhalinin gender balansının normal səviyyədən (100-107), qeyri-normal səviyyəyə (100-118) qalxmasına səbəb olmuşdur. Buna görə də, USM ilə bağlı bəzi məhdudiyyətlərin olması məqsədəuyğundur.

  10. Selektiv abortlar hamiləliyin daha gec dövründə baş verdiyi üçün, onun qadınların fiziki və psixoloji sağlamlığına təhlükəsi daha çoxdur. Hətta, selektiv abortlar nəticəsində ölüm və intihar halları da az deyildir.

  11. Azərbaycanda 15-20 yaşadək müşahidə olunan gender disbalansı, növbəti evlilik yaş dövrlərində bərabərləşir. Bunu, cinslərarası nisbətdə müşahidə olunan fərqin başqa ölkələrə miqrasiyası ilə bağlıdır. Biz, həmin miqrantların geriyə döndüklərini təsəvvür etsək, ölkədə gender disbalansının hansı səviyyəyə çatacağını ehtimal edə bilərik. Kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir. Bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının, aqressiyanın geniş yayılması, qız qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir. Lakin, miqrantların kütləvi şəkildə geri dönmək ehtimalı zəifdir. Çünki onlar immiqrasiyada olduğu ölkələrdə demoqrafik ölümün qarşısını alır və iqtisadi inkişafa təkan verirlər. Hər bir halda, Azərbaycanda gender balansının qorunması istiqamətində strateji siyasət həyata keçirilməlidir.

  12. Azərbaycanda bəzi tibbi istisnalar olmaqla 12 həftədən sonra abort etmək qeyri-qanunidir. Bu baxımdan, ölkədə selektiv abortların qarşısı hüquqi olaraq alınmışdır. Çünki hamiləliyin 12 həftəliyində USM embrionun cinsiyyətini müəyyən edə bilmir. Lakin, reallıq göstərir ki, Azərbaycanda selektiv abortlar geniş tətbiq olunur. Deməli, qanunun icrasında boşluq vardır.

  13. İslam dininin selektiv abortlara münasibətinin birmənalı şəkildə neqativ olmasına baxmayaraq, bu kimi hallar cəmiyyətdə yayılır. Bu, cəmiyyətdə islami dəyərlərin zəiflədiyini və islam dini barədə maarifçiliyin aşağı səviyyədə olmasını göstərir. Bu baxımdan, islam dinində gender məsələləri ilə bağlı tədqiqat işlərinin aparılmasına və onların cəmiyyətdə təbliğ olunmasına ehtiyac vardır.

  14. Azərbaycanın bəzi bölgələrində və həmin bölgələrdən olan insanlar arasında ənənəvi patriarxal stereotiplər və gender bərabərsizliyi prinsipləri üstünlük təşkil edir. Buna görə də, kişi = qadın + 1 formulu üzrə gender bərabərliyinin maarifləndirmə yoluyla inkişaf etdirilməsi vacibdir.

  15. Selektiv abortlar istənilən ölkədə doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəlik kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

  16. Aparılan sosioloji tədqiqatın nəticələri və KİV-dən əldə etdiyimiz hadisələrin təhlili göstərir ki, modernləşmənin və gender bərabərliyinin zəif inkişaf etdiyi bəzi bölgələrdə bəzi patriarxal ənənələr hələ də mövcuddur. Onların mövcudluğunu təmin edən amillər bəzi bölgələrdə hökm sürən gender bərabərsizliyi hallarıdır. Onların aradan qaldırılması üçün, qadınların təhsil səviyyəsinin yüksəldilməsi və onların sosial işlərlə məşğulluq səviyyəsinin artırılması zəruridir.

  17. Ölkədə sosial və tibbi sığortanın inkişaf etdirilməsi, dəfn mərasimlərinin dövlət himayəsinə keçirilməsi və tənzimlənməsi mühüm şərtləndəndir. Bunları həyata keçirən sosial dövlət tədbirləri artdıqca, bütün gender bərabərsizliyi halları, həmçinin, selektiv abortlar da tədricən ortadan qalxacaqdır. Çünki ictimai şüurda kök salan gender stereotipləri öz gücünü sosial dövlətin zəifliyəndən alır.

Ədəbiyyat

  1. Human Life International. The Facts of Life 2015B Edition. DVD).

  2. https://ru.wikipedia.org/wiki/Аборт#%D0%9C

  3. https://ru.wikipedia.org/wiki/Соотношение_полов

  4. http://www.wikiwand.com/en/Sex-selective_abortion

  5. Илья Носырев. Холостая экономика // РБК. 18.04.2012. URL: http://rbcdaily. ru/magazine/business/ 562949988487269 (дата обращения: 17.03.2016.

  6. Мара Хвистендаль. Неестественный отбор // Demographia.net. URL: http://www.demographia.net/mara-hvistendal-neestestvennyy-otbor. Цит. по: Openspace.ru. URL:http://www.openspace.ru/literature/events/details/31337/

  7. https://republic.ru/world/zhenshchina_v_armenii-883854.xhtml

  8. CIA World Factbooks -2103.

  9. United Nations, Department of Economic and Social Affairs, Population Division (2017). World Population Prospects: The 2017 Revision, DVD Edition.POP/DB/WPP/Rev.2017/FERT/F02.

  10. http://kaspi.az/az/selektiv-abortlarin-qarsisini-nece-almaq-olar

  11. http://crrc-caucasus.blogspot.com/2013/04/high-abortion-rates-vs-conservative.html

  12. Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat. Bakı 2014.

  13. https://jam-news.net/?p=65480&lang=az-AZ

  14. qafqazinfo.az/news/.../-azerbaycanin-oglum-olsun-belasi-151145

  15. http://www.kavkaz-uzel.eu/articles/301690/.

  16. https://report.az/.../azerbaycanda-qiz-yuku-qizil-yuku-olacaq-arasdi

  17. genderi.org/azerbaycanda-dogulan-usaqlarn-cins-nisbetinin-pozul

  18. https://www.mi-news.az/.../Ana-bətnində-cinsiyyət-ayrı-seçkiliyi.ht.


Əlavələr

Aparılan soğrunun statistik nəticələri

Azərbaycanda selektiv abortlar ilə bağlı vəziyyəti öyrənmək üçün, sosioloji sorğu keçirilmişdir. Sorğu Bakı şəhərində və Azərbaycanın 11 bölgəsində aparılmışdır (Şamaxı, Xaçmaz, İmişli, Saatlı, İsmayıllı, Qusar, Biləsuvar, Sabirabad, Quba, Lerik, Lənkəran). Müxtəlif bölgələrdə selektiv abortlara münasibətin öyrənilməsi, problemin mənzərəsi daha geniş miqyasda müşahidə etməyə imkan yaradır. Sorğu 454 nəfər respondent arasında aparılmışdır. Onlar Bakı şəhərindən və 11 bölgədən olan respondentlərdir (diaqram 3.8).



Diaqram 3.8. 454 respondent arasında keçirilən sorğunun Bakı və bölgələr üzrə say göstəricisi

Respondentlər yaş qrupu, yaşayış yeri, cinsi mənsubiyyəti, peşəsi, təhsil səviyyəsi, ailə vəziyyəti, dinə münasibəti, gəlir səviyyəsi, ailədəki statusu və digər əlamətlərinə görə bir-birindən fərqlənir. Respondentlərin cavablarını dəyərləndirmək üçün, onların koqnitiv və emosional xüsusiyyətlərini səciyyələndirən amillərə diqqət yetirmişik. Bu, araşdırılan problemin mahiyyətini daha dərindən dərk etməyə və onu gender aspektindən təhlil etməyə imkan verir.



Sorğuda təqdir olunan suallar və əldə olunan cavabların ümumi nəticələri aşağıdakı cədvəllərdə verilmişdir. Biz bu cədvəllər əsasında diaqramlar qurmuş və sualların cavablarını faiz göstəriciləri ilə mətnin içində yer alan diaqramlarda təqdim etmişik.
Cədvəl 1. Siz yenidən övladınızın olmasını istərdinizmi?

İstiqa-mətlər

Cavablar



Yox


Yaşayış yeri

Şamaxı

1

25

Xaçmaz

2

7

İmişli

12

9

Bakı

16

13

Saatlı

10

10

İsmayıllı

13

16

Qusar

5

11

Biləsuvar

8

9

Sabirabad

21

14

Quba

5

17

Lerik

10

7

Lənkaran

14

11

Cinsi

Kişi

51

32

Qadın

65

112


Yaşı

18 - 25

22

20

26 - 35

68

48

36 - 45

17

36

46 və yuxarı

8

43


Peşəsi

Evdar qadın

3

7

Tibb bacısı

18

22

Müəllimə

15

28

Digər

70

115


Təhsili

İbtidai

3

6

Orta

31

54

Natamam orta

13

21

Ali

65

56


Ailə durumu

Subay

20

12

Evli

86

117

Boşanmış

6

10

Dul

2

4


Dinə

münasi-

bəti

İbadət edirəm

35

32

Qismən ibadət edirəm

12

15

Hörmət edirəm

62

94

Laqeydəm

2

4



Gəlir

səviyyəsi

80-120

5

15

130-170

23

47

180-250

22

30

260-350

19

20

360-500

12

11

500-650

6

5

660 və yuxarı

11

1

Ailəsi

Ailəmiz kiçikdir

70

96

Ailəmiz böyükdür

40

46



Ailədə övladlarının sayı və cinsi

1 oğlan

17

7

2 oğlan

10

20

3 oğlan

2

5

3 oğlan və çox

0

1

1 qız

13

10

2 qız

8

9

3 qız

1

1

3 qız və çox

1

1

1 oğlan və 1 qız

24

33

1 oğlan və 2 qız

5

12

1 oğlan 3 qız

0

5

1 oğlan 4 qız

0

1

2 oğlan və 1 qız

6

18

2 oğlan 3 qız

0

2

3 oğlan və 1 qız

1

2

2 oğlan və 2 qız

0

3

3 oğlan və 2 qız

0

0

3 qız və 2 oğlan

0

0

4 oğlan 2 qız

0

1

Yoxdur

17

2

Ailədə qərarver-mə səla-hiyyəti

Təkbaşına

20

23

Həyat yoldaşımla birlikdə

83

108


Nənə və babaların məsləhəti ilə

12



11

Qeydlər:
-
Yenidən övladının olmasını istəməyənlər təminatının olmamasını əsas səbəb kimi göstərirlər

Cədvəl 2. Siz gələcəkdə qız, yoxsa, oğlan övladınızın olmasını istərdiniz?

İstiqa-mətlər

Cavablar

Oğlan

Qız

Fərqi yoxdur

Cavabsız


Yaşayış yeri

Şamaxı

0

6

15

10

Xaçmaz

1

0

13

4

İmişli

6

2

28

10

Bakı

3

5

42

1

Saatlı

2

9

26

9

İsmayıllı

6

3

21

9

Qusar

2

1

13

7

Biləsuvar

6

4

17

7

Sabirabad

4

8

25

11

Quba

2

4

20

2

Lerik

5

9

24

2

Lənkaran

2

10

33

0

Cinsi

Kişi

21

15

78

21

Qadın

18

45

188

51


Yaşı

18 - 25

12

6

80

8

26 - 35

18

28

125

15

36 - 45

4

12

47

20

46 və yuxarı

2

10

34

25


Peşəsi

Evdar qadın

2

3

11

0

Tibb bacısı

4

12

30

6

Müəllimə

4

8

30

7

Digər

23

26

158

55


Təhsili

İbtidai

0

2

4

1

Orta

9

18

90

28

Natamam orta

5

17

53

9

Ali

19

23

125

35


Ailə durumu

Subay

9

12

88

16

Evli

23

42

162

42

Boşanmış

4

3

8

2

Dul

1

1

4

10


Dinə

münasi-

bəti

İbadət edirəm

11

20

76

21

Qismən ibadət edirəm

7

5

37

4

Hörmət edirəm

21

29

156

45

Laqeydəm

0

3

8

1



Gəlir

səviyyəsi

80-120

2

5

21

6

130-170

7

14

61

25

180-250

7

13

45

13

260-350

8

8

49

9

360-500

2

7

18

8

500-650

2

1

15

0

660 və yuxarı

3

2

12

1

Ailəsi

Ailəmiz kiçikdir

16

38

146

44

Ailəmiz böyükdür

13

18

98

10



Ailədə övladlarının sayı və cinsi

1 oğlan

2

7

22

1

2 oğlan

2

13

18

5

3 oğlan

0

3

5

0

3 oğlan və çox

1

1

1

0

1 qız

8

4

17

2

2 qız

4

0

9

5

3 qız

1

1

1

2

3 qız və çox

0

0

0

1

1 oğlan və 1 qız

4

7

48

13

1 oğlan və 2 qız

3

2

17

5

1 oğlan 3 qız

1

0

1

2

1 oğlan 4 qız

0

0

1

1

2 oğlan və 1 qız

2

9

14

8

2 oğlan 3 qız

0

1

1

0

3 oğlan və 1 qız

0

1

1

2

2 oğlan və 2 qız

1

1

3

3

3 oğlan və 2 qız

0

0

0

0

3 qız və 2 oğlan

0

0

0

0

4 oğlan 2 qız

0

0

1

0

Yoxdur

7

8

30

1

Ailədə qərarver-mə səla-hiyyəti

Təkbaşına

8

9

40

10

Həyat yoldaşımla birlikdə

24

40

135

27

Nənə və babaların məsləhəti ilə

2

7

37

9

Cədvəl 3. Siz gələcəkdə övladınızın olmaması üçün nə edirsiniz?

İstiqa-mətlər

Cavablar

Abort etdirirəm

Qoruyucudan istifadə edirəm

Heçnə etmirəm

Cavabsız


Yaşayış yeri

Şamaxı

1

6

16

8

Xaçmaz

0

3

8

0

İmişli

1

2

32

11

Bakı

11

23

17

0

Saatlı

4

5

28

9

İsmayıllı

3

5

20

11

Qusar

3

7

11

5

Biləsuvar

1

2

19

12

Sabirabad

1

9

19

18

Quba

1

4

16

7

Lerik

0

6

26

8

Lənkaran

0

3

34

8

Cinsi

Kişi

5

21

76

26

Qadın

21

54

135

72


Yaşı

18 - 25

5

12

75

19

26 - 35

5

38

95

27

36 - 45

9

21

80

16

46 və yuxarı

5

3

34

31


Peşəsi

Evdar qadın

4

3

9

0

Tibb bacısı

5

8

24

11

Müəllimə

3

10

30

7

Digər

14

43

127

82


Təhsili

İbtidai

1

0

0

2

Orta

5

23

67

41

Natamam orta

3

7

49

23

Ali

13

41

96

42


Ailə durumu

Subay

3

13

99

39

Evli

20

56

108

62

Boşanmış

2

3

9

6

Dul

1

0

6

5


Dinə

münasi-

bəti

İbadət edirəm

7

21

66

35

Qismən ibadət edirəm

3

11

23

22

Hörmət edirəm

12

40

133

58

Laqeydəm

1

2

9

1



Gəlir

səviyyəsi

80-120

1

2

13

8

130-170

8

10

49

30

180-250

2

12

45

24

260-350

1

15

44

13

360-500

4

11

15

9

500-650

1

5

8

3

660 və yuxarı

1

8

8

0

Ailəsi

Ailəmiz kiçikdir

21

45

105

57

Ailəmiz böyükdür

4

28

95

38



Ailədə övladlarının sayı və cinsi

1 oğlan

3

5

17

5

2 oğlan

3

6

21

8

3 oğlan

0

0

3

2

3 oğlan və çox

0

1

2

0

1 qız

1

10

10

7

2 qız

3

4

9

5

3 qız

0

1

1

3

3 qız və çox

0

0

1

1

1 oğlan və 1 qız

10

15

35

15

1 oğlan və 2 qız

0

2

0

3

1 oğlan 3 qız

1

5

6

7

1 oğlan 4 qız

0

0

5

1

2 oğlan və 1 qız

2

6

9

12

2 oğlan 3 qız

0

0

0

0

3 oğlan və 1 qız

0

2

4

1

2 oğlan və 2 qız

0

4

2

1

3 oğlan və 2 qız

0

0

0

0

3 qız və 2 oğlan

0

1

1

0

4 oğlan 2 qız

0

1

1

0

Yoxdur

1

6

23

9

Ailədə qərarver-mə səla-hiyyəti

Təkbaşına

3

11

41

28

Həyat yoldaşımla birlikdə

20

51

120

66

Nənə və babaların məsləhəti ilə

3

7

26

9

Cədvəl 4. Sizin üçün abort nə deməkdir?

İstiqa-mətlər

Cavablar

Normal haldır

Anormal haldır

Faciədir

Təhlükəlidir


Yaşayış yeri

Şamaxı

3

2

14

8

Xaçmaz

1

3

7

4

İmişli

1

8

16

11

Bakı

31

11

2

7

Saatlı

4

7

13

17

İsmayıllı

2

4

11

13

Qusar

2

0

5

10

Biləsuvar

2

0

4

17

Sabirabad

2

6

19

14

Quba

9

3

4

8

Lerik

1

7

11

19

Lənkaran

2

5

10

27

Cinsi

Kişi

11

15

45

53

Qadın

49

41

75

105


Yaşı

18 - 25

13

17

23

40

26 - 35

13

21

46

65

36 - 45

9

13

26

31

46 və yuxarı

14

4

20

17


Peşəsi

Evdar qadın

7

4

2

4

Tibb bacısı

4

2

16

30

Müəllimə

6

6

17

14

Digər

41

33

72

88


Təhsili

İbtidai

0

 

2

1

Orta

18

12

41

34

Natamam orta

3

17

16

37

Ali

39

25

41

67


Ailə durumu

Subay

5

25

31

49

Evli

47

23

74

97

Boşanmış

4

7

7

2

Dul

2

0

1

5


Dinə

münasi-

bəti

İbadət edirəm

6

20

38

52

Qismən ibadət edirəm

3

8

8

12

Hörmət edirəm

17

27

68

91

Laqeydəm

3

1

1

2



Gəlir

səviyyəsi

80-120

5

2

7

8

130-170

12

8

32

26

180-250

7

10

27

19

260-350

8

12

22

38

360-500

4

4

9

19

500-650

5

3

2

1

660 və yuxarı

10

1

2

5

Ailəsi

Ailəmiz kiçikdir

35

31

70

90

Ailəmiz böyükdür

21

17

35

57



Ailədə övladlarının sayı və cinsi


1 oğlan

4

5

15

4

2 oğlan

6

5

9

10

3 oğlan

0

0

2

4

3 oğlan və çox

0

0

3

2

1 qız

7

5

5

8

2 qız

3

2

2

12

3 qız

0

1

1

1

3 qız və çox

1

0

0

1

1 oğlan və 1 qız

17

5

23

27

1 oğlan və 2 qız

5

1

7

6

1 oğlan 3 qız

1

0

0

4

2 oğlan 1 qız

3

4

9

12

3 oğlan 1 qız

0

0

1

3

3 oğlan 2 qız

0

0

0

1

2 oğlan 2 qız

0

2

1

1

3 oğlan 2 qız

0

0

0

0

3 qız 2 oğlan

0

0

0

2

Yoxdur

6

4

8

10

Ailədə qərarver-mə səla-hiyyəti


Təkbaşına

8

10

20

22

Həyat yoldaşımla birlikdə

41

23

66

94

Nənə və babaların məsləhəti ilə

10

10

13

16

Cədvəl 5. Siz uşağın cinsini öncədən bilmək istərdinizmi?

İstiqa-mətlər

Cavablar



Yox

Cavabsız


Yaşayış yeri

Şamaxı

7

17

7

Xaçmaz

1

15

2

İmişli

14

21

11

Bakı

21

29

1

Saatlı

13

30

3

İsmayıllı

10

20

9

Qusar

5

14

4

Biləsuvar

4

12

0

Sabirabad

8

32

8

Quba

13

12

3

Lerik

0

16

1

Lənkaran

11

32

2

Cinsi

Kişi

30

86

27

Qadın

76

152

34


Yaşı

18 - 25

51

57

9

26 - 35

38

97

16

36 - 45

17

60

6

46 və yuxarı

7

32

17


Peşəsi

Evdar qadın

4

12

0

Tibb bacısı

11

25

8

Müəllimə

13

26

2

Digər

67

150

48


Təhsili

İbtidai

1

6

1

Orta

37

65

24

Natamam orta

14

23

24

Ali

53

100

24


Ailə durumu

Subay

28

54

28

Evli

69

152

46

Boşanmış

5

10

2

Dul

3

3

5


Dinə

münasi-

bəti

İbadət edirəm

31

64

24

Qismən ibadət edirəm

13

39

13

Hörmət edirəm

57

109

48

Laqeydəm

4

7

0



Gəlir

səviyyəsi

80-120

14

13

0

130-170

26

45

18

180-250

16

29

21

260-350

20

40

16

360-500

10

19

6

500-650

2

2

0

660 və yuxarı

7

4

1

Ailəsi

Ailəmiz kiçikdir

59

109

29

Ailəmiz böyükdür

44

68

24



Ailədə övladlarının sayı və cinsi

1 oğlan

11

16

2

2 oğlan

11

16

5

3 oğlan

0

6

0

3 oğlan və çox

1

2

0

1 qız

8

8

5

2 qız

5

13

4

3 qız

1

1

1

3 qız və çox

0

0

1

1 oğlan və 1 qız

21

29

13

2 oğlan və 1 qız

5

14

6

1 oğlan və 3 qız

2

3

1

1 oğlan və 4 qız

1

0

0

1 oğlan 2 qız

1

10

4

3 oğlan 1 qız

2

4

1

2 oğlan 2 qız

0

3

1

3 oğlan 2 qız

0

1

0

Yoxdur

6

17

2

Ailədə qərarver-mə səla-hiyyəti

Təkbaşına

23

22

13

Həyat yoldaşımla birlikdə

62

84

39

Nənə və babaların məsləhəti ilə

13

17

6

Qeydlər: Respondentlərin bəziləri uşağın sağlam olduğunu bilmək üçün, ultrasəs müayinəsinə haqq qazandırmağa çalışmışlar.

Cədvəl 5. Siz uşağın cinsini öncədən bilmək

üçün həkimə getmisiniz?

İstiqa-mətlər

Cavablar



Yox


Yaşayış yeri

Şamaxı

3

28

Xaçmaz

0

5

İmişli

0

0

Bakı

0

0

Saatlı

1

5

İsmayıllı

0

19

Qusar

4

15

Biləsuvar

0

4

Sabirabad

7

10

Quba

13

12

Lerik

1

0

Lənkaran

0

0

Cinsi

Kişi

4

15

Qadın

22

67


Yaşı

18 - 25

1

11

26 - 35

9

35

36 - 45

10

19

46 və yuxarı

3

30


Peşəsi

Evdar qadın

5

1

Tibb bacısı

4

4

Müəllimə

1

14

Digər

20

65


Təhsili

İbtidai

1

0

Orta

13

42

Natamam orta

3

9

Ali

12

39


Ailə durumu

Subay

4

14

Evli

21

73

Boşanmış

3

4

Dul

1

4


Dinə

münasi-

bəti

İbadət edirəm

5

19

Qismən ibadət edirəm

5

11

Hörmət edirəm

11

66

Laqeydəm

8

1



Gəlir

səviyyəsi

80-120

9

4

130-170

8

37

180-250

7

28

260-350

3

8

360-500

2

7

500-650

0

0

660 və yuxarı

0

0

Ailəsi

Ailəmiz kiçikdir

16

60

Ailəmiz böyükdür

12

31



Ailədə övladlarının sayı və cinsi

1 oğlan

4

6

2 oğlan

6

8

3 oğlan

0

7

3 oğlan və çox

1

1

1 qız

2

5

2 qız

0

9

3 qız

0

1

3 qız və çox

0

0

1 oğlan və 1 qız

5

22

1 oğlan 2 qız

3

4

1 oğlan 3 qız

2

3

1 oğlan 4 qız

1

0

2 oğlan 1 qız

0

10

3 oğlan 1 qız

0

1

2 oğlan 2 qız

1

2

3 oğlan 2 qız

0

0

3 qız 2 oğlan

0

0

Ailədə qərarver-mə səla-hiyyəti

Təkbaşına

5

13

Həyat yoldaşımla birlikdə

16

73

Nənə və babaların məsləhəti ilə

7

9

Cədvəl 6. Sizcə qız övladı xeyirlidir, yoxsa, oğlan övladı?

İstiqa-mətlər

Cavablar

Oğlan

Qız

Hər ikisi

Cavabsız


Yaşayış yeri

Şamaxı

1

9

15

6

Xaçmaz

2

5

7

4

İmişli

7

4

21

14

Bakı

6

15

28

2

Saatlı

3

14

21

8

İsmayıllı

1

3

25

6

Qusar

1

3

3

5

Biləsuvar

3

5

15

5

Sabirabad

5

9

29

0

Quba

1

2

20

5

Lerik

3

3

9

2

Lənkaran

0

26

15

4

Cinsi

Kişi

22

28

61

21

Qadın

11

68

146

40


Yaşı

18 - 25

10

24

47

11

26 - 35

13

37

83

19

36 - 45

5

19

48

15

46 və yuxarı

5

17

29

13


Peşəsi

Evdar qadın

1

8

7

1

Tibb bacısı

5

14

23

5

Müəllimə

3

12

27

3

Digər

22

52

129

44


Təhsili

İbtidai

1

1

5

1

Orta

12

30

55

23

Natamam orta

4

20

39

11

Ali

16

43

104

19


Ailə durumu

Subay

13

28

54

23

Evli

17

64

137

33

Boşanmış

2

4

7

3

Dul

1

0

8

2


Dinə

münasi-

bəti

İbadət edirəm

12

22

63

20

Qismən ibadət edirəm

7

24

21

6

Hörmət edirəm

11

39

116

35

Laqeydəm

3

4

4

0



Gəlir

səviyyəsi

80-120

4

8

7

2

130-170

5

16

44

19

180-250

2

17

40

17

260-350

9

19

32

8

360-500

4

11

27

2

500-650

1

0

10

0

660 və yuxarı

2

6

8

1

Ailəsi

Ailəmiz kiçikdir

18

62

96

36

Ailəmiz böyükdür

3

31

69

18



Ailədə övladlarının sayı və cinsi

Ailədə qərarver-mə səla-hiyyəti


1 oğlan

1

6

19

4

2 oğlan

3

10

13

7

3 oğlan

0

4

4

0

3 oğlan və çox

0

0

2

0

1 qız

3

8

16

1

2 qız

1

4

8

2

3 qız

0

1

5

0

3 qız və çox

0

2

0

0

1 oğlan 1 qız

3

23

38

9

1 oğlan 2 qız

1

3

13

2

1 oğlan 3 qız

1

1

3

1

2 oğlan 1 qız

0

6

17

4

3 oğlan 1 qız

0

2

1

2

4 oğlan 2 qız

 

1

0

0

2 oğlan 2 qız

1

0

2

1

3 oğlan 2 qız

0

0

1

0

3 qız 2 oğlan

0

0

0

0

Təkbaşına

9

11

25

10

Həyat yoldaşımla birlikdə

15

66

129

24

Nənə və babaların məsləhəti ilə

0

8

27

8



Məmmədov Rauf Tofiq oğlu 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 2000-ci ildə “Zərdüştiliyin fəlsəfi aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. Hazırda AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisidir. O, “Nakşibendiliğin oluşum tarihi” (İstanbul, 2016), “Erkən evlilik probleminin araşdırılması və ondan çıxış yolları” (Bakı 2018) monoqrafiyalarının və 60 elmi məqalənin müəllifi, 6 kitabın tərcüməçisidir.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə