Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər



Yüklə 3,12 Mb.
səhifə2/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Xəritə 1.1. Dünyada abortların hüquqi

tənzimlənməsi xəritəsi (2010)



2. Katolik məzhəbinin və İslam dininin geniş yayıldığı ərazilərin bir çoxunda (Avrasiya, Cənubi Amerika, Afrika), həmçinin iudaizmin dövlət dini səviyyəsində olduğu İsraildə abortlara bir çox məhdudiyyətlər vardır.

3. Ortodoks kilsənin abortlara qarşı olmasına baxmayaraq, əksər postsosialist və postsovet ortodoks ölkələrində hamiləliyin müəyyən dövrünədək abortlar geniş yayılıbdır. Onlar arasında Azərbaycan və digər postsovet müsəlman ölkələri də vardır. Bu ərazilərdə abortlara olan münasibət dini dəyərlərdən deyil, keçmiş SSRİ-də abortlara olan dövlət münasibətindən irəli gəlir.

Lakin, abort məsələsinə münasibəti dinlərin və dövlətlərin səviyyəsində ümumiləşdirmək doğru olmazdı. Çünki bu məsələyə münasibətdə həm eyni dinə (və ya məzhəbə) mənsub insanlar arasında, həm də bir dövlətin daxilində müxtəlif sosial-mədəni qruplar arasında fərqli yanaşmalar mövcuddur. Əslində, bu yanaşmalar, müəyyən cəmiyyətlərin tarixi inkişafı, modernləşmə səviyyəsi və ənənəvi kültürü ilə birbaşa bağlıdır.


3. Abortlar nəticəsində baş verən ana ölümləri

Abortlar vasitəsilə məhv edilən canlı embrionlarla yanaşı, həmin abortlara məruz qalan analar öz həyatlarını itirirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, hər il dünyada on minlərlə qadın məhz abort nəticəsində ölür.

Abortların qadağan olunmaması bir tərəfdən dünyada hər il 50-60 milyon canlı embrionun məhv edilməsinə, hər il on minlərlə qadının ölümünə səbəb olursa, abortların tam qadağan olunması da həmin problemin aradan qalxmasına şərait yaratmır. Yəni, hər iki halda, abortlar, qadınların həyatı üçün ciddi fiziki-psixoloji təhlükə və cinsi diskriminasiya halı olaraq qalır. Hər iki halda, abortlar qadınlarda sonsuzluq və digər təhlükəli sağlamlıq problemlərinin yaranması ehtimalını artırır və onların psixoloji durumuna mənfi təsir göstərir.

Abortların qadağan olunması, əksər hallarda qadınların ölümü ilə nəticələnən kriminal abortların artmasına, yeni doğulan körpələrin öldürülməsinə və ya uşaq evlərinə verilməsinə səbəb olur. Qadınların arzuolunmaz hamiləliklərinin (zorlanma, şikəst embrion və s) qadağalarla qarşısını almaq mümkün deyildir.



Biz, Rusiyada ana ölümlərinin və abortlardan ölümlərin səviyyəsinə (1934-1998) diqqət yetirsək görərik ki, Rusiyada 1936-1955-cı illərdə qadın ölümlərinin səviyyəsi yüksək olmuşdur (diaqram 1.2). Çünki 1936-1955-cı illərdə SSRİ-də abortlar qanunla qadağan olunmuşdur.

Diaqram 1.2. Rusiyada ana ölümlərinin və abortlardan ölümlərin səviyyəsi (1934-1998)

Avropada sosial-iqtisadi durumun, tibbi xidmətlərin yüksək olması və kontraseptiv vasitələrin geniş tətbiqi ilə əlaqədar olaraq ana ölümləri və kriminal abortların səviyyəsi digər regionlardan kəskin şəkildə fərqlənir. Ana ölümləri və kriminal abortların səviyyəsi, müvafiq regionların sosial-iqtisadi durumuna, tibbi xidmətlərin və kontraseptiv vasitələrin tətbiqi səviyyəsinə adekvatdır. Bunu, Avropa, Okeaniya, Latın Amerika, Asiya və Afrika regionları arasında ana ölümləri və kriminal abortların səviyyəsini müqayisə etməklə müşahidə etmək olar (diaqram 1.3).



Diaqram 1.3. Regionlara görə ana ölümləri (100 min) və təhlükəli abortlar (% ilə) səviyyəsi (2008)



4. Abortların nəticəsi olaraq meydana çıxan demoqrafik fəlakət

İlk öncə abortların və sonra hamiləlikdən qorunma vasitələrinin (antibiotiklər və s) meydana çıxması və daha doğrusu, bunlar üçün sosial-hüquqi mühitin formalaşması, qadınları kişilərə tabe olmaqdan xilas etdi. Çünki təkrar uşaq istehsalı onların kişiyə maddi baxımdan asılı olmasını və ailədaxili işlərə təhkim edilməsini təmin edirdi. Bu vasitələr qadına imkan verdi ki, o, iqtisadi və sosial baxımdan daha azad olsun.

Patriarxal cəmiyyətin qınağının və onun əxlaq normalarının zəif olduğu böyük şəhərlər, qadınların cinsi müstəqilliyini artırdı. Embrionun mənsubiyyətini ortaya qoyan DNA testlərinin meydana çıxması isə, abortların səviyyəsini bir qədər də yüksəltdi.

XX əsrin 60-70-ci illərdən başlayaraq, dünyanın əksər yerlərində abortların sərbəst olduğu ölkələrin əksəriyyəti demoqrafik problemlər ilə üzləşiblər. Xüsusilə, bu, təbii artımın aşağı olduğu Avropa, ABŞ və Rusiyada daha açıq şəkildə müşahidə olunur (diaqram 1.4).




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə