MüNDƏricat giriş Plan Bioloji korroziyanin yaranması və səbəbləri Plan Bioloji Korroziyaya qarşı mübarizə növləri



Yüklə 0,77 Mb.
səhifə1/5
tarix10.04.2023
ölçüsü0,77 Mb.
#125044
  1   2   3   4   5
bioloji korroziya


MÜNDƏRICAT
Giriş...........................................................................................................................2

Plan 1. Bioloji korroziyanin yaranması və səbəbləri...............................................3
Plan 2. Bioloji Korroziyaya qarşı mübarizə növləri..................................................6


Plan 3. Müxtəlif yerlərdə bioloji korroziyanın araşdırılması və öyrənilməsi.........8
Ədəbiyyat siyahısı...................................................................................................10


Giriş
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür. Korroziya prosesləri yaratdığı iqtisadi problemlərlə bərabər, planetimizin ekoloji faktorlarının da kəskin dəyişməsinə səbəb olur. Hər il dünya miqyasında istehsal olunan metalların 15–20%-i korroziya nəticəsində yararsız hala düşür. ABŞ-ın korroziya üzrə mütəxəssislər assosiasiyasında aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bütün dünyada bir ildə korroziya nəticəsində baş verən itki 150–200 millyard dollar təşkil edir ki, bunun da 40–45 milyard dolları daxili yanma mühərriklərinin təmirinə, 30–40 milyard dolları nəqliyyat vasitələrinin səthində gedən korroziya proseslərinə, 40–50 milyard dolları yeraltı dəniz və sənaye avadanlıqlarında baş verən korroziya itkisinə, 30–40 milyard dolları neftçıxarma, neft emalı və kimya sənayesində baş verən itkilərə aiddir. Rusiya Federasiyası nda korroziya prosesləri nəticəsində itirilən maliyyə vəsaiti dövlətin milli gəlirinin 12%-ni təşkil edir. Respublikamızın yerləşdiyi regionun Xəzər hövzəsinin daimi təsiri altında olduğunu nəzərə alsaq, istər iqtisadi, istərsə də ekoloji aspektdən baxdıqda korroziya probleminin həllinin ölkəmizin iqtisadiyyatı üçün prioritet olduğu aydın görünür.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin