MüNDƏRİcat giRİŞ



Yüklə 190,71 Kb.
səhifə14/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   ...   9   10   11   12   13   14   15   16   17
TELEVIZIYA - Kabel televiziyasının vətəni ABŞ-ın Pensilvaniya ştatının Maxonoy-Siti şəhərçiyi sayılır. 1948-ci ildə məhz bu şəhərdə televizor satıcısı Con Uolsonun ağlına kabellə telesiqnal ötürmək ideyası gəlir. İnternet resurslarındakı məlumatlara görə, hər tərəfdən dağlarla əhatə olunmuş bu şəhərçikdə o zaman adi antenlə telesiqnalları qəbul etmək mümkün deyilmiş. Bu isə kiçik mağazada televizor satmaqla dolanan Uolsonun bisnesinə ziyan vururmuş. Şəhərə telesiqnallar çatmadığından televizor alan yoxmuş. İxtisası elektrik olan Uolson şəhər ətrafındakı ən hündür yerdə siqnal dirəyi quraşdırır və oradan mağazaya kabel çəkir. Beləcə, müştəriləri televizor almağa cəlb edə bilir. ABŞ Konqresi və Milli Kabel Televiziyası Assosiasiyası Con Uolsonu kabel televiziyası sənayesinin yaradıcısı kimi tanıyır. Con Uolson həm də aralıda olan televiziya stansiyalarının yaydığı dalğaları qəbul eləmək üçün mikrodalğalardan istifadə edən ilk kabel operatoru olub. O həm də daha keyfiyyətli görüntü üçün ilk dəfə oxlu kabeldən istifadə edib və ödənişli televiziya proqramlaşdırılmasını paylayıb. Bu yayımın daha effektli olması onun qısa müddətdə daha da məşhurlaşmasına gətirir. Yeni-yeni kabel sistemi ilə məşğul olan xırda şirkətlər yaranır. 1952-ci ildə ABŞ-ın 14 000 abunəçisinə 70 kabel sistemi xidmət edirdi. Artıq 10 il sonra - 1962-ci ildə təqribən 850 000 abunəçiyə xidmət edən 800 kabel sistemi fəaliyyət göstərməyə başlayır. Bir çoxları iri şəhərlərə qədər genişlənir. Kənarda olan telestansiyaların yayımının kabel vasitəsilə əhaliyə ötürülməsi bir çox yerli yayımçıların xoşuna gəlmir, bu rəqabət onları narahat eləməyə başlayır. Yayımçılar hökumətdən xahiş edirlər ki, kabel siqnallarının uzaqdan gətirilməsi dayandırılsın. Bu xahişi nəzərə alan Federal Kommunikasiya Komissiyası uzaqda yerləşən telekompaniyaların verilişlərinin siqnallarını qəbul etmək xüsusiyyətinə məhdudiyyət qoyur. Bu “donma” kabel sənayesinə 1972-ci ilə qədər təsir edir, həmin il komissiya bu qadağanı aradan qaldırır. Bu qadağa əks-təsir də göstərir. Kabel televiziyasının xüsusiyyətinin dəyişilməsinə səbəb olur. 60-cı illərin sonları-70-ci illərin əvvəllərində yalnız yayımla məşğul olan şirkətlər öz veriliş və proqramlarını hazırlamağa, hazır məhsulu yeni bir tezlikdə əhaliyə təqdim etməyə başlayır. Beləlıklə 1972-ci ildə ABŞ-da ilk pullu kabel telekanalı yaranır:

34

Home Box Office (HBO – “ev qutu idarəsi” deməkdir). Dünya 60 ildən az yaşı olsa da kabel televiziyasını hələ cavan sənaye hesab edir.



Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə