MüNDƏRİcat giRİŞ


(MEMARLIQ ABİDƏLƏRİ, MUSİQİ, RƏSSAMLIQ)



Yüklə 190,71 Kb.
səhifə3/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   2   3   4   5   6   7   8   9   ...   17
(MEMARLIQ ABİDƏLƏRİ, MUSİQİ, RƏSSAMLIQ)

“Azadlıq heykəli və ya "Dünyanı işıqlandıran azadlıq Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəlini, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansatanı (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.

Bartoldi, 1865-ci ildə ona ABŞ-ın azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir. Fransadakı qarışıq siyasi vəziyyətlə əlaqədar olaraq heykəl üzərində işlər 1870-ci illərə kimi başlamamışdır. 1875-ci ildə Labule təklif etdi ki, Fransa heykəlin hazırlanmasının maliyyə xərclərini üstlənsin, ABŞ isə heykəl üçün yer ayırsın və postament inşa etsin. Heykəlin tam dizaynının hazırlanmasından əvvəl Bartoldi onun başını və məşəl tutan əlini hazırlamışdı və bu detallar beynəlxalq sərgilərdə göstərilmişdir.

Məşəl tutan əl 1876-cı il Filadelfiya Beynəlxalq Sərgisində, 1876-1882-ci illərdə isə Medison Squeə Parkında göstərilmişdir. Heykəlin hazırlanması üçün maliyyə bəxşişlərinin toplanması xüsusilə, amerikanlar üçün çətin keçmişdir və 1885-ci ildə postamentin inşasının dayandırılması təhlükəsi yaranmışdı. Bundan sonra "New York World" jurnalının naşiri, publisist Cozef Pulitser tərəfindən işlərin tamamlanmasına dəstək olmaq məqsədiylə kampaniya başlanmış və 120,000-dən çox ianəçi bu işə cəlb olunmuşdu ki, bunların da əksəri 1 dollardan az ianə vermişdi. Heykəl Fransada hazırlanmış, daha sonra isə ABŞ-a daşınaraq, əvvəl Bedloe adası adlandırılan adada inşa edilmiş postament üzərində ucaldılmışdır. Heykəlin tamamlanması birinci Nyu-York "Əsas xətt paradı" ilə qeyd edilmiş və mərasimə ABŞ prezidenti Qrover Klivlend rəhbərlik etmişdi.1901-ci ilə kimi heykəl ABŞ Mayak Xidmətinin tabeliyində olmuş, daha sonra Müharibə Departamentinin tabeliyinə verilmişdir; 1933-cü ildən sonra heykəl Milli Park Xidmətləri idarəsinin tabeliyinə verilmişdir.


3

1938-ci ildən sonra heykəl bir neçə dəfə yenilənmə işləri üçün bağlanmışdır.1980-ci illərin əvvəllərində heykəlin vəziyyətində əmələ gəlmiş problemlər, onun əsaslı təmirinə ehtiyac olduğunu ortaya çıxardı. Beləcə, 1984-1986-cı illərdə heykəlin bağlandığı müddətdə, heykəlin məşəl hissəsi və daxili strukturu yenilənmişdir. 2001-ci il 11 sentyabr terrorundan sonra təhlükəsizliyin təmin edilməsi məqsədi ilə heykəl ziyarətçilər üçün bağlanmışdır; 2004-cü ildə postamenti, 2009-cu ildə taca çıxan ziyarətçilərin sayına limit qoyulması şərti ilə heykəl özü ziyarətçilər üçün açılmışdır. 28 oktyabr 2012-ci ildə heykəl və postamenti bir illik müddətə ziyarətə bağlanmış, bundan sonra ikinci pilləkən və digər təhlükəsizlik qurğuları inşa edilmiş, bundan sonra Azadlıq adası açılmışdır. Lakin açılışdan bir gün sonra, Sendi qasırğası səbəbiylə Azadlıq adası bir daha ziyarətçilərin üzünə qapadılmış, 4 iyul 2013-cü ildə isə yenidən açılmışdır. 1916-cı ildən etibarən təhlükəsizlik səbəbiylə məşəl ətrafındakı eyvana çıxışlar məhdudlaşdırılmışdır. Azadlıq heykəlinin yaradılması ideyasının mənşəyi fransız hüquq professoru və siyasətçi Eduard Rene de Labulenin 1865-ci ilin ortalarında səsləndirdiyi fikirlərlə əlaqələndirilir. Özünün Versal yaxınlığında yerləşən evində verdiyi nahardan sonra çıxış edən Labule demişdir: "ABŞ-ın müstəqilliyinin elan edilməsinin şərəfinə bir abidə ucaldılacaqsa, məncə, bu abidə yalnız amerikan və fransız xalqlarının ortaq işi olduğu zaman təbii olacaq. Milli Park Xidmətləri 2000-ci ildə yaydığı məlumatda bildirir ki, əgər bu məlumatın əfsanə olduğu qəbul edilərsə, o zaman, heykəlin yaradılması fikrinin 1870-ci ildə meydana çıxdığını güman etmək olar.

Milyonçu-aktyor Isaak Zinger Merrittin həyat yoldaşı İzabella Yugen Boyer (1841-1904) "Azadlıq heykəli" üçün model olmuşdur.

Hadisəni nəql edən heykəltəraş Frederik Bartoldi qeyd edir ki, Labulenin nitqi heykəlin yaradılması üçün əsas olmasa da, onu ilhamlandırmışdır. III Napoleon rejiminin təzyiqçi xüsusiyyətini nəzərə alan Bartoldi heykəlin yaradılması ideyasını Labule ilə daha çox müzakirə etməmişdir. Həmin dövrdə Bartoldi həm də digər layihələrlə məşğul idi; Misir xədivi İsmayıl paşa ona Süveyş Kanalının şimal girişindəki Port-Səiddə kəndli Misir qadını formasında və əlində məşəl tutmuş nəhəng mayak layihəsi hazırlamağı sifariş etmişdi. Eskizlər və modellər əslində həmin layihə üçün hazırlansa da, həyata keçirilməmiş qalmışdı. Süveyş üçün isə klassik bir nümunə təklifi var idi: Rodoslu Koloss - Qədim yunan Günəş tanrısı Heliosun nəhəng bürünc heykəli. 100 fut (30 metr) hündürlüyündə olduğuna inanılan heykəl də liman girişində ucaldılmışdı və əlində tutduğu məşəl gəmilərə işıq salırdı.

Bundan sonra isə Bartoldi Fransa-Prussiya müharibəsində iştirak etmişdi. Müharibə zamanı III Napoleon işğallar həyata keçirir və tutduğu yerləri dağıdırdı. Bartoldinin doğma vilayəti olan Elzas isə müharibədə Prussiyanın əlinə keçmiş və bu vəziyyət III Fransa Respublikası dövrünə kimi davam etmişdi.
4

Həmin dövrdə Bartoldi ABŞ-a səfər etməyi planlaşdırır, Labule ilə birgə tanınmış amerikalıların layihə ilə bağlı fikir və məsləhətlərini almağı düşünürdülər. 1871-ci ildə Bartoldi, Labulenin yazdığı göndəriş məktubu ilə birgə Atlantik okeanını keçdi.

Nyu-York limanına çatan Bartoldinin diqqətini heykəli üçün yer kimi gördüyü Bedloe adası cəlb edir və o, şəhərə gələn bütün gəmilərin bu ada ilə qarşılaşdığına diqqət yetirir. O öyrənir ki, 1800-cü ildə Nyu-York limanının müdafiəsi üçün Birləşmiş Ştatlar hökuməti adanı özəlləşdirib və Nyu-York Dövlət Qanunvericiliyi ilə idarə edir. Labuleyə yazdığı məktubda o deyir: "torpaq bütün ştat ərazisi ilə bir vahid təşkil edir. Bir çox nüfuzlu Nyu-Yorkerlə görüşdükdən sonra, nəhayət ki, ABŞ prezidenti Uliss Qrant ilə görüşür və prezident ona, heykəl üçün yer təyin etməyin çətin olmayacağını deyir. ABŞ-ı iki dəfə qatarla keçən Bartoldi heykəlin böyük simpatiya doğuracağını hiss edir. Lakin o, Atlantik okeanın hər iki tərəfində kütlənin bu təklifi kifayət qədər dəstəkləmədiyini düşünür və beləcə Labule ilə birgə qərara gəlirlər ki, insanların bu mövzu ilə bağlı daha sərrast düşünəcəyi vaxta kimi gözləsinlər.

Bartoldi heykəlin ilk modelinin layihəsini 1870-ci ildə hazırlamışdı. Bartoldinin dostunun oğlu, ABŞ rəssamı Con La Farc sonradan qeyd edirdi ki, Bartoldi ilk eskizini ABŞ səfəri zamanı LaFarcın Rod Aylenddəki studiosunda işləmişdi. Fransaya dönərkən Bartoldi layihəsini bir qədərdə inkişaf etdirir. O, eyni zamanda Prussiya üzərində qələbədən sonra fransız patriotizmini əks etdirən bir neçə heykəl üzərində də işləyirdi. Onlardan biri də üç ay Prussiya mühasirəsinə davam gətirmiş Belfort qalasının qarşısında qum daşından yonulmuş iri monumental heykəltəraşlıq abidəsi olan "Belfort şiri" idi. 73 fut (22 metr) uzunluğunda olan dikbaş şir heykəli Romantizmin emosional xüsusiyyətlərini əks etdirir və Bartoldi bu xüsusiyyətləri daha sonra Azadlıq heykəlində də tətbiq etmişdi.

Bartoldi və Labule Amerikanın azadlığı ideyasının ən yaxşı şəkildə necə təsvir edilə biləcəyi mövzusunda fikir mübadiləsi aparırdılar. Erkən Amerika tarixində iki qadın fiquru xalqın əsas mədəni simvolu kimi istifadə olunurdu. Britaniya obrazının Birləşmiş Krallıq, Marianna obrazının isə Fransa üçün şəxsləndirilmiş simvol olduğu kimi, ABŞ-da istifadə olunan iki qadın heykəlindən biri olan Kolumbiya da ABŞ-ın şəxsləndirilmiş simvolu idi. Kolumbiya obrazı amerikanların qeyri-sivil və alçaldıcı xüsusiyyətlərini təcəssüm etdirən "Hindu şahzadəsi" obrazının yerinə istifadə olunmağa başlamışdı. Digər məşhur qadın obrazı isə, Qədim Romada azadlıq ilahəsi olmuş və əsasən azad edilmiş qulların sevimlisi olan Libertasın şərəfinə yaradılmış və azadlığı simvolizə edən Liberti idi. Liberti obrazını həmin dövrün bir çox ABŞ sikkələrində, həmçinin incəsənət nümunələrində, o cümlədən Tomas Krovfordun müəllifi olduğu və Kapitoli binasının qübbəsi üzərində ucalan "Müstəqillik heykəli"ndə (1863) də görmək mümkündür.

5

XVIII - XIX əsr sənətkarları xüsusilə respublikaçılıq dəyərlərini qabartmağa çalışırdılar və bu məqsədlə də daha çox Liberti obrazından istifadə edilirdi.



Liberti obrazının təsviri həmçinin, Böyük Fransa Möhüründə də əks edilmişdir. Lakin, Bartoldi və Labule Ejen Delakruanın məşhur "Xalqı istiqamətləndirən Azadlıq" (1830) əsərindəki inqilabçı azadlıq obrazından qaçmağa çalışırdılar. 1830-cu il Fransız inqilabına həsr edilmiş bu əsərdə yarımçıq geyimli Libertinin cəsədlər üzərində hərəkət edən silahlı əsgərlərə yol göstərməsi təsvir edilib. Labule heç də inqilaba simpatiyası olan bir adam deyildi və buna görə də, Bartoldinin fiquru, Delakruanın obrazından fərqli olaraq tamamilə xalata bürünmüşdür. Delakruanın əsərindəki zorakı görünüş əvəzinə, Bartoldi öz əsərinə daha çox sülhpərvərlik görünüşü verməyə çalışmış və inkişaf simvolu kimi məşəldən istifadə etmişdir.

Kravfoldun "Müstəqillik heykəli" 1850-ci illərdə dizayn edilmişdi. Onun başında Qədim Romada azad edilmiş qulların istifadə etdiyi pilus dəbilqəsi vardır. ABŞ-ın Müharibə Naziri, sonradan Amerika Konfederativ Ştatlarının prezidenti olmuş cənublu Cefferson Devis pilusun abolisionist simvolu kimi qəbul ediləcəyindən narahat olmuşdu. O, göstəriş vermişdi ki, pilus dəbilqə ilə əvəz edilsin. Delakruanın fiqurunun başında da pilus var və Bartoldi də ilk öncə öz fiqurunun başını belə bir örtüklə tamamlamağı düşünmüşdü. Lakin bunun əvəzində heykəlin başı üçün diadem və ya tacdan istifadə etmişdir. Bundan başqa, o, başında pilus olan Mariannaya istinad etməkdən də çəkinmişdir. Heykəlin başındakı diademadan çıxan yeddi şüa sanki nimb formalaşdırır. Günəşin doğması, yeddi dəniz və yeddi kontinenti təmsil edir, məşəldən başqa, Liberti onunla da dünyanı işıqlandırır. Bartoldinin bütün ilkin modelləri bir-birinə oxşayırdı: neoklassik üslubda işlənmiş, əynində stola və pella (bu cür paltarlarda adətən Roma ilahələri təsvir edilirdi), əlində məşəl tutmuş qadın fiquru azadlığı təmsil edirdi. Heykəlin üz cizgiləri isə, heykəltəraşın anası Şarlotta Beysser Bartoldinin üz cizgiləri əsasında işlənmişdir. O, heykəli, güclü, lakin sadə bir siluetə malik formada dizayn etmiş, Nyu-York Körfəzinə girən gəmilərin və gələn qonaqların dəyişən perspektivləri hiss etməsi üçün Manhettenin qarşısında ucaltmışdır. Heykəlin təntənəli məqsədinə baxmayaraq, o, heykələ qalın klassik konturlar vermiş və sadə modelləşdirmə tətbiq etmişdir. Bartoldi öz texnikası haqqında yazır:

"Heykəlin səthi sadə və aydın olmaqla, düzgün dizaynla vurğulanmışdır. Detalların böyüklüyü və çoxluğu bir qədər ürküdücü idi. Quruluşları müəyyənləşdirərkən, mümkün qədər aydın formalara üstünlük verdik və zənginləşdirici detallardan istifadə etdik ki, bu da işin proporsiyalarını pozdu. Nəhayət, dizayn kimi modeli də ümumiləşdirməyə çalışdıq. Yalnız buna əmin idim ki, mövzunu yaxşı araşdırmalı və tədqiq etməli idim, bir sənətkar kimi mövzuya ən uyğun formanı seçməklə ən uyğun və anlaşılan obrazı yaratmalı idim.

6

Bartoldi layihəni və dizaynı daha da inkişaf etdirmişdir. Bartoldi əvvəlcə Libertinin əlində zəncir tutmuş olmasını nəzərdə tutsa da, sonradan yaşanmış Vətəndaş müharibəsindən sonra, bunun separatçı detal kimi qəbul edilə bilinəcəyini düşünmüşdür. Əvəzinə zəncirlər sınmış halda onun ayaqları altında yerləşdirilmiş və bir hissəsi də xələtin altında gizlədilmişdir. Bartoldi Libertinin sol əlində nə yerləşdirmək haqqında da dəqiq fikrə malik deyildi; o, qanunun aliliyini diqqətə çatdırmaq üçün seçimini tabula ansata üzərində saxlayır. Bartoldi ABŞ Konstitusiyasına üstünlük versə də "JULY IV MDCCLXXVI" yazısına üstünlük vermiş və ABŞ Müstəqillik Bəyannaməsinin tarixi ilə assosiasiya edilmişdir.



Gaget, Gauthier & Co metal şirkəti ilə məsləhətləşmələrdən sonra, Bartoldi heykəlin dərisinin repousse üsulu ilə işlənmiş mis təbəqəsindən hazırlanması qərarına gəlmişdir. Bu seçimin verdiyi əsas üstünlük, heykəlin istənilən ölçüdə hazırlanma imkanının yaranması idi. O, heykəlin hündürlüyünün 151 fut (46 metr) olmasını qərara almışdır ki, bu da eyni üsulla hazırlanmış İtaliyanın Arona şəhərindəki, Sankarlone heykəlindən və Almaniyanın Şərqi Vestfaliya- Lippe ərazisində ucaldılmış Armini heykəlindən iki qat hündürdür. Bartoldi bu məsələ ilə bağlı, müəllimi Eien Violle le Dyukun fikirlərini də öyrənmişdir. Violle le Dyuk heykəlin möhkəmliyinin təmin edilməsi üçün mərkəzində sütun yerləşdirilməsini təklif etmişdir. 1875-ci ildə Fransa siyasi vəziyyətin stabilləşdirilməsinə və müharibədən sonra iqtisadiyyatın bərpasına daha çox diqqət yetirirdi. Filadelfiyada keçirilən Beynəlxalq sərgiyə artan marağı nəzərə alan Labule bu sərgidə iştirakın kütlənin dəstəyinin alınması üçün yaxşı addım olacağını düşünür. 1875-ci ilin sentyabrında o, layihənin başladılmasını elan etdi və heykəlin yaradılması üçün Fransız-Amerikan Birliyi adlı bir təşkilat yaratdı. Elanla yanaşı ucaldılacaq heykələ bir ad da verildi - "Dünyanı işıqlandıran azadlıq". Fransız tərəfi heykəlin yaradılması üçün maddi məsələləri həll etməli, amerikan tərəfi isə heykəlin ucaldılması üçün yer ayırmalı və postament inşa etməli idi. Lakin heykəllə bağlı verilmiş elan, ABŞ-ın Prussiya ilə müharibədə onlara kömək etmədiyini düşünən fransızların narazılığına səbəb oldu. Fransız monarxistləri heykələ qarşı çıxdılar və bunun səbəbi layihənin liberal Labule tərəfindən təklif edilməsi idi. Labule heykəlin təqdimatı üçün zəngin və diqqət çəkən bir neçə mərasim təşkil etdi və 25 aprel 1876-cı ildə Paris Milli Operasının iştirakı ilə keçirilmiş bir mərasimdə həm də məşhur bəstəkar Şarl Qunonun yeni kantatasının təqdimatı olmuşdur. Kantata "La Liberte eclairant monde" (Dünyanı işıqlandıran azadlıq) adlandırılmışdır.

Elita arasında yaranmış ilkin narazılıqlara baxmayaraq, Birlik heykəlin yaradılması üçün lazım olan məbləği toplaya bildi. Məktəbli uşaqlar da daxil olmaqla 181 fransız bələdiyyəsində sadə vətəndaşlar etmişdir. 1883-cü ildə Labule vəfat edir. Fransız komitəsində onun yerini Süveyş kanalını inşa etdirmiş diplomat Ferdinand de Lesseps doldurur.

7

4 iyul 1884-cü ildə tamamlanmış heykəl Parisdə təntənəli şəkildə Səfir Mortona təqdim edilir və Lesseps Fransa dövlətinin heykəlin Nyu-Yorka çatdırılması xərclərini də ödəyəcəyini bildirir. Postament üzərində işlər tamamlanmadığından, heykəl bir müddət Parisdə saxlanılır; 1885-ci ilin yanvarında isə Nyu-Yorka çatdırılması üçün heykəl okean səyahətinə başlayır. Heykəlin açılış mərasimi 28 oktyabr 1886-cı ildə günorta vaxtı baş tutmuşdur. Əvvəl Nyu-York qubernatoru olmuş ABŞ prezidenti Qrover Klivlend mərasimə sədrlik etmişdir. Açılış mərasiminin keçiriləcəyi səhər Nyu-York şəhərində parad təşkil olunmuşdur; paradda minlərlə insan iştirak etmişdir. Prezident əvvəlcə şəxsən izdihama rəhbərlik etsə də, sonradan dayanaraq keçən insan dəstələrini seyr etmişdir. General Stoun paradın əsas marşalı olmuşdur. Marşrut Medison Squeədən başlamış, Batteri Park istiqamətində, Cənubi Manhettendən keçməklə Beşinci Avenyu və Brodveylə Rou Parkı yaxınlığındakı "World" binasına qədər davam etmişdir. Daha sonra parad Nyu-York Fond Birjasının qarşısından keçmiş və Nyu-York parad ənənələrinə uyğun olaraq ticarətçilər pəncərələrdən parad iştirakçılarının üstünə bilet atmışlar.



Saat 12:45 p.m-də dəniz paradı başladı və Prezident Qrover Klivlend açılış üçün onu Bedloe adasına aparmalı olan yaxtaya mindi. İlk olaraq Fransa birliyi adından De Lesseps nitq söylədi, ardınca Nyu-York birliyindən Senator Uilyam M.Evarts çıxış etdi. Heykəlin üzünə Fransa bayrağı örtülmüşdü və Evartsın nitqinin sonunda bayrağın götürülməsi ilə heykəlin açılışı gerçəkləşdirilməli idi, lakin, Bartoldi səhvən Evarts çıxışını tamamlamamış bayrağın açılmasına imkan vermişdi. Daha sonra Prezident Klivlend çıxış edərək qeyd etmişdir ki, "bu heykəldən yayılan işıq seli cəhalət qaranlığını parçalayacaq və Dünyanı işıqlandıran Azadlıq insanlığı zülmdən xilas edəcək". Kürsünün yaxınlığında dayanan Bartoldi çıxış üçün dəvət edilsə də, o, bundan imtina etmişdir. Daha sonra Senator Şansi Depyu çıxış edərək hər kəsə təşəkkür etmişdir.

Bu məqsədlə bəxşişlər ödəmişlər. ABŞ istiqlal müharibəsində iştirak edən fransız kontingentini nəzərə alan Labulenin siyasi müttəfiqləri də bu layihəni dəstəkləyirdilər. Daha bir qrup isə ABŞ-ın, Fransanın Panama kanalının inşası haqqında təşəbbüsünü dəstəkləməsinə ümid edirdi. Heykəlin hazırlanmasında istifadə olunmuş misin müxtəlif mənbələrdən əldə edildiyi bilinir və hər nə qədər testlərdən sonra bu haqda dəqiq bir söz deyilməsə də, istifadə olunmuş misin bir hissəsinin Visnes, Norveçdən gətirildiyi güman edilir. Kara Suterlandın "Nyu-York Şəhər Muzeyi" üçün heykəl haqqında yazdığı kitabda, heykəlin hazırlanması üçün 90,800 kiloqram (200,000 pud) misə ehtiyac olduğu, fransız mis sənayeçisi Yugen Sekretanın isə yalnız 58,100 kiloqram (128,000 pud) mis tədarük edə bildiyi qeyd edilir. Tarixçi Yasmin Xanın 2010-cu ildə heykəl haqqında yazdığı kitabda isə qeyd edilir ki, mis ticarəti ilə məşğul olan Japy Freresin firması 64,000 frank (o zamankı pulla $16,000 , 2013-cü il ekvivalenti ilə $ 351,000) dəyərində mis bəxşiş etmişdir.


8

Lakin heykəl haqqında olan planlar tamamlanmamışdır, çünki, Bartoldi heykəlin başının və məşəl tutmuş sağ əlinin daha əvvəl hazırlanmasını istəmişdir. İşlər Gaget, Gauthier& Co, emalatxanasında başlamışdır. 1876-cı ilin mayında Bartoldi fransız nümayəndə heyətinin tərkibində ABŞ-a səfər etmiş və heykəlin özü ilə gətirdiyi böyük şəklini Sentennial şənliklərində nümayiş etdirmişdir. Sağ qol avqusta kimi Filadelfiyaya çatdırılmadığından festival kataloquna daxil edilməmiş, bəzi mənbələr heykəlin festivalda sərgilənən bu detalını səhvən "Kolosun qolu" və ya "Bartoldinin Elektrik Dirəyi" adlandırmışlar. Sərgidə müxtəlif monumental incəsənət əsərləri sərgilənirdi ki, bunların da arasında Bartoldi tərəfindən hazırlanmış fəvvarə də vardı. Lakin heykəlin qolu sərgilənən sənət əsərləri arasında daha çox məşhurlaşmış və insanlar sərgini izləmək üçün qoldakı məşəl eyvanına çıxmaqdan ötrü növbəyə durmuşlar. Filadelfiyadakı sərgi bitdikdən sonra, heykəlin qolu Nyu-Yorka aparılmış və bir neçə il Medison Squeə Parkında sərgilənmiş, daha sonra isə heykələ quraşdırılması üçün yenidən Fransaya aparılmışdır.

ABŞ-a ikinci səfəri zamanı Bartoldi, Frank-Amerikan Birliyinin Amerika komitələrinin yaradılması üçün müxtəlif qruplara müraciətlər etmişdir. Komitələr postamentin inşa edilməsi üçün Nyu-York, Boston və Filadelfiyada bəxşişlər toplamalı idilər. Nyu-York komitəsi daha uğurlu fəaliyyət göstərərək digərləri ilə müqayisədə daha çox bəxşiş toplamağa nail olmuş və buna görə də bəzən "Amerikan Komitəsi" də adlandırılmışdır. Həmin komitənin üzvlərindən biri, sonradan Nyu-York qubernatoru və ABŞ prezidenti olacaq 19 yaşlı Teodor Ruzvelt idi. 3 mart 1877-ci ildə özünün vəzifədəki son günündə Prezident Qrant bir qətnamə imzalayaraq, heykəlin tamamilə hazırlanıb Fransada təqdim edildiyi dövrdə, ABŞ-da onun ucaldılacağı yeri seçmək hüququnun yalnız ABŞ prezidentinə aid olacağını bildirdi. 1877-ci ildə Parisə qayıdan Bartoldi, 1878-ci ildə Parisdə Dünya Yarmarkasında sərgilənəcək heykəlin başı üzərində işləməyə başladı. Bu arada heykəlin tamamlanması üçün maddi vəsait toplanışı davam etdirilir, Gaget, Gauthier & Co. şirkətində heykəlin hazırlanmasına baxmaq üçün bilet satışı təşkil edilir və heykəl üçün model axtarılırdı. Fransız hökuməti bir lotereya oyunu təşkil edir. Qalibə gümüş boşqab və heykəlin modelinin verilməsi planlaşdırılır. Beləliklə, 1879-cu ilin sonlarında təxminən 250,000 frank pul toplanılmasına nail olunur.

Baş və qol Viollet-le-Ducın köməyi ilə hazırlanır və 1879-cu ildən o, özünü pis hiss etməyə başlayır. O, heykəlin təklif edilən hörgülü sütun hissəsinin mis təbəqə ilə necə örtülməsi haqqında fikrini bildirmədən dünyasını dəyişir. Növbəti ildə, Bartoldi innovativ dizayner və inşaatçı Qustav Eyfelin xidmətlərindən istifadə etməyə nail olur. Eyfel və onun struktur mühəndisi Mauris Koşlin sütun inşa edilməsi fikrindən imtina edərək, əvəzində içi boş dəmir qüllə şəklində dəstək ucaldılması qərarına gəlirlər.


9

Eyfel, dərinin sərt şəkildə vurğulanmasına və nəticədə bir müddət sonra çatlaqların əmələ gəlməsinə səbəb ola biləcək tamamilə sərt strukturdan istifadə etməməyə üstünlük verir.



Heykəlin daha rahat daşınmasını təmin etmək, Nyu-York Körfəzinin küləyinə davamlı olması və günəşli günlərdə metal genişlənməsindən formasını itirməsinin qarşısını almaq üçün üst mis təbəqəsinin altında armaturlardan dəstək şəbəkəsi quraşdırılmışdır. Çətin əl əməyinin nəticəsində meydana gəlmiş dəstək şəbəkəsi heykəlin hər hissəsi üçün individual olaraq hazırlanmışdır. Mis dəri təbəqə və onun altındakı dəmir dəstək şəbəkəsi arasında meydana gələ biləcək qalvanik korroziyanın qarşısını ala bilmək üçün Eyfel onları şellak hopdurulmuş asbeslə izolə etmişdir. Heykəlin hazırlanacağı materialın adət edildiyi kimi daşdan metala dəyişdirilməsi, Bartoldinin heykəlin yığılması texnikasını da dəyişməyə vadar etmişdir. O qərara almışdır ki, heykəlin üst dəri hissəsi tam olaraq heykəlin ucaldılacağı yerdə, postament üzərində bütün struktur quraşdırıldıqdan sonra ən sonda yığılmalıdır; lakin, sonradan o, heykəlin Fransada quraşdırılmasına və hissələrə ayrılaraq ABŞ-a daşınmasına qərar vermişdir.

Eyfelin dizaynı heykəli, eksteryerə yük düşmədən karkas kimi interyeri dəstəkləməyə şərait yaradan ən erkən pərdəli divar konstruksiyalarından biri kimi dəyərləndirməyə imkan verir. Ziyarətçilərin tac hissəyə çıxmasını asanlaşdırmaq üçün heykəlin daxilində iki spiralvari pilləkən quraşdırılmışdır. Libertanın əlində tutduğu məşəlin ətrafındakı müşahidə hissəsinə çıxış həmçinin təmin edilmişdir, lakin, bu qol bir qədər dar olduğundan burada yalnız fut (12 m) hündürlüyü olan bir pilləkən quraşdırılmışdır. Heykəlin bu hissəsində qol həm də dirək qüllə xüsusiyyəti daşıdığından Eyfel və Bartoldi onu dizayn edərkən dəri örtüyünün həm də dəstəkləyici qüvvə kimi istifadə edilməsini nəzərə almışlar. Dirək qüllənin detalları Eyfelin Levallua-Perre şəhəri yaxınlığında yerləşən zavodunda hazırlanmışdır.



Simvolik olaraq, heykəlin ilk dəri parçası baş barmaq hissəsinə ABŞ-ın Fransadakı səfiri Levi P. Morton tərəfindən quraşdırılmışdır. Lakin, dəri hissəsi aşağıdan yuxarıya doğru quraşdırılmamışdır; ziyarətçilərin karıxdırılması üçün işlər heykəlin müxtəlif hissələrində aparılmışdır. Bəzi işlər isə podratçılar tərəfindən həyata keçirilmişdir — Bartoldinin tələblərinin dəqiq həyata keçirilməsi üçün barmaqlardan biri Fransanın cənubunda yerləşən Montoban şəhərindəki mis müəssisələrindən birində hazırlanmışdır.



Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə