MüNDƏRİcat giRİŞ



Yüklə 190,71 Kb.
səhifə7/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Cerom Devid Selincer -   Yazıçının ilk qələm əsəri "Gənc adamlar"  hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941-48-ci illərdə “Colliers”, “Esquire” və “Cosmopolitan” kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı.

25

1951-ci ildə yazdığı ”Çovdarlıqda uçurumdan qoruyan” romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu.Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub. Xüsusən o dövrün gənc oxuyucularını təsirləndirən bu roman Selincerə məşhurluq qazandırır. Dünyanın müxtəlif ölkələrində ümumilikdə 6o milyon nüsxə ilə satılmış bu roman Devidin yazdığı yeganə romandır. 1940-cı illərin sonunda dzen- buddizmi araşdırmağa başlamışdı. Romanı çap edilməmişdən qabaq Ceromun artıq iyirmi altı əsəri, yeddi novellası işıq züz görmüşdü. Daha sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə ” Doqquz novella ” kitabını çıxarmışdı.

60-cı illərdə dərc olunan “Freeni və Zui” novellası və “Raise High the Roof Beam, Carpenters” povesti Devidə ədəbiyyat yolunda yenilik gətirir. O, əsərdə yaratdığı intellektual, zərif, incə Qlass ailəsi obrazını yeni fikirlərinin bələdçisinə çevirir. Bu qəhrəmanları sayəsində Dzen buddizm, iddiasız, mülayim mistisizm, nihilizm və Tolstoy ideyalarını sintez etməyi bacarır. Romanından sonra Devid demək olar müsahibə verməkdəm tamamilə imtina etməyə başladı. 1965-cı ildə isə çap etdirməyi ümumiyyətlə dayandırdı və yalnız özü üçün yazmağı qərara aldı. Bəzi köhnə yazılarına isə qadağa qoydu.





Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə