MüNDƏRİcat giRİŞ



Yüklə 190,71 Kb.
səhifə8/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Ceyms Fenimor Kuper- "Yeni Dünya"da ingilis müstəmləkəçiliyinin dönüş mərhələsi sayılan milli istiqlaliyyət uğrunda müharibə (1776-1783) qitədə böyük bir dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdir. Bu hadisədən altı il sonra dünyaya gəlməsinə baxmayaraq, Kuperin yaradıcılığında müharibə ən aparıcı mövzuya çevrilmişdi ki, bu da səbəbsiz deyildi. Kuperlər ailəsi müharibə illərinin xatirəsini uzun illər unuda bilməmişdilər. Tez-tez qohumları, tanışları (onların əksəriyyəti müharibədə iştirak etmişdi) malikanənin qonaq otağına toplaşıb, qanlı günlərdə Amerika torpaqlarına vurulan ağır yaralardan danışardılar. Uşaqlığında hadisələri beləcə, şahidlərin öz dilindən eşidən Fenimor böyüyəndən sonra müharibə illərinin tarixçisinə çevrildi.

Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaradan Kuper məhsuldar yazıçılardan olmuşdur. Tədqiqatçılar onun yaradıcılığını üç dövrə bölürlər: Birinci dövrdə (1821-1826) "Casus", "Losman", "Pionerlər", "Sonuncu Mogikan"; İkinci dövrdə (1826-1833) "İgid", "Heydenmauer", "Cəllad"; Üçüncü dövrdə (1833-1850) "Evə", "Evdə", "Mogikanlar", "Ləpirçi", "Vəhşi heyvan ovçusu" əsərləri yaranmışdır.

C.F.Kuper əvvəlcə kiçik tarixçələr, sonralar isə Qərbi Avropa yazıçılarının təsiri altında ilk romanlarını yazmağa başlayır. İlk romanı olan "Ehtiyat" heç bir uğur qazanmamasına baxmayaraq, bu gənc yazıçı həvəsdən düşmür və yeni əsər "Casus" romanı üzərində işləyir.

26

Müəllifin fikrincə, bu əsl Amerika romanı olmalı idi. Doğurdan da o dövrə qədər Yeni Dünyada yaranan bədii əsərlər daha çox Avropa ədəbiyyatlarının, xüsusilə, ingilis ədəbiyyatının təsiri altında yazıldığından, onlarda milli xüsusiyyətlər çox az idi. Digər tərəfdən də hələ Amerika xalqı heç də düz-əməlli formalaşmamışdı. Bunu çox yaxşı dərk edən Kuper məhz milli Amerika ədəbiyyatını yaratmağa çalışır.



"Casus" romanının uğurlarından sonra Kuper daha böyük həvəslə milli Amerika romanları yazmaq qərarına gəlir və "Pionerlər" adlı əsəri üzərində işləyir. İlk dəfə olaraq bu romanın səhifələrində sonradan Dəri Corab, Vəhşi heyvan ovçusu, Şahingöz, Uzun Karabin və Ləpirçi ləqəbləri ilə tanınacaq "ağ adam" Nataniel (Natti) Bamponun və onun "qırmızı dərili" hindu dostları Çinqaçkuk, onun oğlu Unkas göründü.

"Pionerlər" romanı çap olunandan bir il sonra dəniz mövzusuna həsr etdiyi ilk romanını - "Lotsman" əsərini yazır. Valter Skotun "Pirat" (Dəniz qulduru) romanı çapdan çıxandan sonra C.F.Kuper bu məşhur ingilis tarixi roman ustası ilə yarışa girmək qərarına gəlir və dəniz mövzusunda bu əsərini yazır.

Boston uğrunda müharibə mövzusu da o dövrdə çox populyar idi və Kuper bu mövzuda ingilis zadəganlarının həyatından bəhs edən "Layonel Lankoli" romanını yazmışdır.

Kuper 1826-1833-cü illərdə Avropaya səyahətə çıxmış, Fransanı, İtaliyanı və Almaniyanı gəzmiş, 1830-cu il "İyul İnqilabı"-nın şahidi olmuş, vətənə qayıdandan sonra "Amerikanın Avropa qeydləri" adlı publisistik əsərini qələmə almışdır. Avropa səyahəti yazıçının dünyagörüşünü dəyişmiş və onu Amerika hadisələrinə düzgün qiymət verməyə sövq etmişdir.

Kuper uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri önündə hindilərə məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avanturistlər cəzasız qalanda, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, qəlbində yaşadığı quruluşa nifrət oyanmışdır. Avropa səyahətindən sonra "Mədəni Amerikada" törənən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə "Mogikanlar" adlı alleqorik satirasını yazmışdır. Yazıçı bu original romanında Amerika həyatının xarakterik cizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika "Vətənpərvərləri" özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə guya böhtan atdığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılandan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır.Belə ki, Atlantik

27

okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skotla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağdırırdılar. Görkəmli Amerika yazıçısı German Mervilin sözləri ilə deyilərsə, "müasirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər".



Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixı müraciəti heç də uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük Şotland yazıçısı Valter Skotun yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı "İgid", "Heydenmauer", "Cəllad" trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.



Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə