MüRƏKKƏb efiRLƏr tərkibində spirtlərin və oksigenli turşularin qaliqlari olan üZVÜ maddəLƏrdir



Yüklə 250,5 Kb.
səhifə4/10
tarix02.02.2022
ölçüsü250,5 Kb.
#114115
1   2   3   4   5   6   7   8   9   10
Dərsin gedişi:

1.Dərsə başlamaq üçün sinfin təşkili.

2. Sadə efirlərin quruluşu, onların alınma üsulları, kimyəvi xassələrini xatırlatmaq üçün şagirdlərə müraciət olunur.

1.Hansı maddələrə sadə efirlər deyilir?

2. Sadə efirlər necə alınır?

3. Sadə efirlərin molekul quruluşunu izah edin.

4. Sadə efirlərin hidroliz məhsulları nədir?
Şagirdlər:

1. R-O-R1 quruluşuna malik olan maddələrə sadə efirlər deyilir.

2. Sadə efirlərin alınması katalizatorun iştirakı ilə 1400-dən aşağı temperaturda gedir.

İki molekul spirtdən 1 molekul su ayrılmaqla sadə efir alınır.

Reaksiyasının tənliyi lövhədə göstərilir.

CH3 – OH + OH – C2H5 → CH3 – O – C2H5 +H2O

metil-etil efiri

3. Oksigen atomu iki tərəfdən alkil radikalı ilə əhatə olunmuşdur. Hər tərəfdən alkil radikallarının oksigen atomu vasitəsilə birləşdiyi görünür. Okigen atomu bir növ hər iki alkil radikalı arasında körpü rolunu oynayır. Alkil radikalları eyni olan CH3 – O – CH3 efirlərə simmetrik, alkil radikalları müxtəlif olan CH3 – O – C2H5 efirlərə qeyri simmetrik efirlər deyilir.

Ekranda slayd göstərilir. Şagirdlər 3 qrupa ayrılır.

Tapşırıq verilir: formulları məlum birləşmələri seçib hansı sinfə mənsub olduğunu göstərib adlandırın.




Tapşırıq yoxlanılır. Cavablar dinlənilir.

№1 CH3СOOH – sirkə və ya etan turşusudur. Tərkibində karboksil qrupu var, karbon turşusularına aiddir.

№2 С3H6O2 – doymuş karbon turşularının formuluna CnH2nO2 uyğun gəlir, propion və ya propan turşusudur. CH3CH2СOOH.

№7 С2H5OH – etil spirti və ya etanoldur. Tərkibində bir hidroksil qrupu var, biratomlu spirtdir.



Yüklə 250,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə