Müstəqil Elmi Praktik Independent Scientific



Yüklə 11,64 Kb.
tarix14.07.2018
ölçüsü11,64 Kb.
#56534

Müstəqil Elmi - Praktik Independent Scientific

Hüquq Mərkəzi Practical - Legal Center



Ünvan: Möhsun Sənani, 7B Address: Mohsun Sanani str, 7B

Bakı, Azərbaycan Baku, Azerbaijan



Telefon:(+994 12) 4956175 Telephone: (+994 12) 4956175

Fax: (+994 12)5964713 Fax: (+994 12)5964713

E-mail: isplc_org@yahoo.com E-mail: isplc_org@yahoo.com

­­­­­­­­
­­­­­­­­­­­

27 iyun, 2007

Uğur Hekayəsi
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində “Azərbaycan Respublikasında Ombudsman təsisatı və insan hüquqlarının inkişafı” adlı kitabın təqdimatı keçirilmişdir
27 iyun 2007-ci ildə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində “Azərbaycan Respublikasında Ombudsman təsisatı və insan hüquqlarının inkişafı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində Ombudsman aparatının əməkdaşları, BMT QAK-ın Qaçqınlara və Sığınacaq axtaranlara Hüquqi Yardım Şəbəkəsinin hüquqşünasları, ABŞ İnkişaf Agentliyinin maliyyəsi ilə Counterpart İnternational tərəfindən həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsinin partnyor QHT-si kimi MEPHM-in işçiləri, media nümayəndələri, digər QHT-lərin üzvləri, tələbələr iştirak etmişlər.
Kitabda Ombudsmanın fəaliyyətinin beş illiyinə həsr olunmuş, “Azərbaycan Respublikasında Ombudsman təsisatı və insan hüquqlarının inkişafı” mövzusunda 22 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Bakı Dövlət Universitetinin birgə keçirdiyi elmi-praktiki konfransın materialları toplanmışdır.
Kitabın müəlliflərindən biri, konfransda vətəndaş cəmiyyəti ilə Ombudsmanın əməkdaşlığı sektorunun rəhbəri olmuş MEPHM-in prezidenti, MQF-nin İdarə Heyətinin sədri və Ombudsman yanında Ekspertlər Şurasının sədri A.Kərimov kitab haqqında məlumat vermiş, insan hüquqlarının qorunması sahəsində son dövrlərdə ölkədə həyata keçirilən tədbirlər, bunlarda QHT-lərin iştirakı haqda danışmışdır. Qeyd edilmişdir ki, kitabda dərc olunmuş materialların böyük əksəriyyəti QHT-lər tərəfindən təqdim edilmişdir.
Bakı Dövlət Unversitetinin Beynəlxalq hüquq fakultəsinin III kurs tələbəsi S. Verdiyeva insan hüquqlarının müdafiəsinin hər bir ölkənin daxili işi olmaqdan çıxdığını, beynəlxalq hüququn aktual problemlərindən birinə çevrildiyini və bu istiqamətdə görülən işlərin ölkənin beynəlxalq imicinə müsbət təsir göstərdiyini qeyd etmişdir. Onun fikrincə, belə konfranslarda alimlərin, dövlət məmurlarının, media, QHT-lərin və tələbələrin birgə iştirakı çox faydalıdır, insan hüquqları sahəsində yeni kadrların formalaşmasına kömək edir, problemləri ictimailəşdirir.
Ombudsman aparatının şöbə müdiri A. Səfixanlı konfransın keçirilməsi və kitabın hazırlanması prosedurları haqqında məlumat verdi, bütün bunların Ombudsman E.Süleymanovanın şəxsi təşəbbüsü və səyi ilə həyata keçirildiyini vurğuladı. A. Səfixanlı Ombudsman təsisatının yaranması və fəaliyyəti haqda geniş məlumat verdi.
Kitabın müəlliflərindən biri “Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyinin icraçı direktoru R. Şərifli konfransın və kitabın ərsəyə gəlməsində xüsusi xidmət göstərmiş Ombudsman aparatının əməkdaşlarına və QHT-lərə uğurlar dilədi, Ombudsmanın fəaliyyətinin beş illiyinin uğurla başa çatdığını qeyd etdi. Müəllif kimi kitabın hazırlanmasında iştirakından danışdı.
İştirakçıları maraqlandıran suallara cavab verildi.
Leyli Quliyeva

MEPHM-in media koordinatoru
Yüklə 11,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin