Müştəri Xidmətləri üzrə Icraçı vəzifəsi haqqında məlumat 1 fevral 2008 Vəzifənin adı



Yüklə 34,15 Kb.
tarix22.10.2017
ölçüsü34,15 Kb.
#10873

Müştəri Xidmətləri üzrə Icraçı

vəzifəsi haqqında məlumat

1 fevral 2008




Vəzifənin adı: C`est Bon Müştəri Xidmətləri üzrə Icraçı

İyerarxiya daxili: Müştəri Xidmətləri üzrə Koordinatoruna

İş yeri: Bakı, Azərbaycan

Müqavilənin müddəti: Uzun müddətli

İş rejimi: 1-ci növbə üçün

Bazar ertəsi – Şənbə: saat 08:30-18:00

Bazar: İstirahət

2-ci növbə üçün

Bazar ertəsi – Şənbə: saat 11:00-20:00

Bazar: İstirahət

Məvacib: 1440 -2400 AZN (illik) + bonuslar + gələcək biznesdə pay

İşin təhvil verilməsi: 10 (on) bank günü öncə

Vəzifənin məqsədi: C`est Bon şirkətinin fəaliyyətini və məhsullarını inkişaf etdirmək və xidmətlərini yüksək səviyyədə

müştərilərə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında ən müştəri xidmətləri üzrə ən yüksək səviyyəli bir şirkət kimi tanınsın. Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər. C`est Bon şirkətinin satışını ayda 10% artırmaq.



Vacib məlumat: C`est Bon şirkətinin biznesi 4 əsas prinsiplər üzərində qurulub və fəaliyyət göstərir. Bunlardan biri də “Müştərilərə yüksək səviyyəli xidmətlər” prinsipidir. Bu prinsip bütün işçilərdən bunları tələb edir: Qülümsəmək, Nəzakətlik, Hörmət, Ətraflı məlumat və məsləhət. C`est Bon şirkətin hər bir işçiləri təmin etməlidilər ki, bütün müştərilər bizim xidmətlərdən məmnun qalsın.

Vəzifələr:

  • Müştərilər ilə səmimi olmaq;

  • Müştərilərə qarşı qülümsəmək, nəzakətli olmaq, hörmət etmək və ətraflı məlumat və məsləhət vermək;

  • Müştərilərin telefon, SMS, fax, email və veb ilə etdiyi sifarişləri qəbul etmək və onları yerinə yetirmək üçün aşpaza və Müştəri Xidmətləri üzrə Koordinatora çatdırmaq;

  • Müştərilərlə əlaqədar gündəlik işləri həyata keçirmək: telefon zəngləri və faksları qəbul etmək, telefon zənglərinə cavab vermək;

  • Müştərilərə şirkət haqqında məlumat vermək və onları maraqlandıran digər sullara aydınlıq gətirmək;

  • Müştərilərə menyu haqqında və istifadə olunan ərzaq və texnologiyalar haqqında bütün suallara aydın və dolğun cavab vermək;

  • Müştərilərin yemək seçimində onlara yardım etmək;

  • Korporotiv və ya digər fiziki şəxslərin tədbirləri üçün menyu formalaşmasında yaxında köməklik etmək, dolğun və professional konsultasiya vermək;

  • Sifarışləri kompüterdə xüsusi proqram təminatınını istifadə edərək bütün qrafaları dolduraraq qeydiyyat etmək;

  • Hər ayın sonu müştərilərə jurnal və digər bonusların verilməsi üçün siyahını tutmaq və jurnalları qeydiyyat etmək;

  • Müştərilərə mövcud olan bütün bonuslar, endirimlər və aparılan kampaniyala haqqında dolöun məlumat vermək;

  • Qəbul olunmuş sifarişlər üçün qəbzlər yazmaq;

  • Müştərilərdən alınan pulu qəbul etmək və “Pulların Təhvili üzrə Qeydiyyat Forması”nda qeyd etmək;

  • Aylıq ödəyən müştərilərin hər ayın sonunda qəbzlərini ayrı-ayrı çap etmək, gəbzdə müştərilərə göndərmək və aylıq alınan pulları kassaya mədaxil etmək;

  • Bayram günlərində müştərilərimiz sifariş edən zamanı onları təbrik etmək;

  • Sifariş gecikdiyi vaxtı müştəriyə səbəbini və sifarişin çatdırılma vaxtını düzgün demək;

  • Hər hansı bir problemlə bağlı C`est Bon şirkəti həmin gün öz xidmətlərini göstərmirsə, müştərilərdən üzr istəmək və işləməmək səbəbini onlara çatdırmaq;

  • Müştərilərin təklif və narazılıqlarını xüsusi formada qeydiyyat etmək və onları idarə etmək;

  • Alınan təklif və narazılıqları Müştəri xidmətləri üzrə koordinatora çatdırmaq. Nəticəsini həmin müştərilərə ətraflı məlumat vermək;

  • Növbə Menecerin digər tapşırıqlarını vəzifə çərçivəsində həyata keçirdmək;

  • Müştərilər ilə danışaraq ancaq korporotiv sözlərdən istifadəsini təmin etmək. Məsələn: “C`est Bon şirkətindən sifariş etdiyiniz üçün Sizə öz dərin minnətdarığımızı bildiririk”;

  • C`est Bon şirkətinin “Əməliyyat Prosedur” larına riayət etmək və orada duran bütün vəifələrə nail olmaq;

  • C`est Bon şirkətinin bütün korporativ prosedur və siyasətə riayət və hörmət etmək;

  • C`est Bon şirkətinin biznes məqsədlərinə nail olmaq;

  • C`est Bon şirkətinin qarşısında duran problemləri vaxtında və uğurla aradan qaldırmaq;

  • Bilik və bacarığını daimi artırmaq. Bu sahədə lazım olan resursları və imkanları cəlb etmək;

  • İşçilər üçün treyninqlərdə iştirak etmək;

  • Hər səhər 10 dəqiqəlik iclasda iştirak etmək və günün planını, işdə olan nöqsanları, işlə bağlı yeni məlumatları müzakirə etmək;

  • Müştəri xidmətləri işinin prosedurların və qaydalarına hər ay fikir vemək, reviziya etmək və lazım gələrsə dəyişiklər və əlavələr etmək;

Fəaliyyətin qiymətləndirmə kriteriyaları:

  • Müştərilərin 95% -i C`est Bon şirkətinin xidmətlərini yüksək qiymətləndirsinlər;

  • C`est Bon şirkətinin satışını ayda 10% artırmaq.

  • Müştərilər xidmətlə bağlı şikayyətləri 0-a bərabərdir;;

  • Loyal müştərilərin sayı 60% çoxdur;

  • Işçilər arasında mehribançılık və hörmət mövcuddur;

  • Müştəri xidmətləri sahəsində bütün işlər səmərəli təşkil olunub;

  • İş vaxtı təyin olunmuş digər kriteriyalar;

Namizəd üçün zəruri keyfiyyətlər:

  • Müştəri xidmətləri üzrə tərcübə

  • Azərbaycan və Rus (üstünlük veriləcək) dilləri bacarığı

  • Bakı şəhərini, biznes və hökümət təşkilatların yerləşməsini yaxşı bilmək

  • Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmə bacarığı

  • Üzərinə məsuliyyət götürmə bacarığı

  • Gərgin anlarda qərar qəbul etmə bacarığı

  • Yüksək məsuliyyətlilik

  • Ünsiyyətcillik və komandada işləmə bacarığı

  • Kompüterdən istifadə bacarıqı: Windows, MS Excel, Word, MS Access, Internet, MS Outlook

Məvacib və digər faydalar:

  • İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq

  • Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;

  • Il ərzində 21 gün və rəsmi məzuniyyət;

  • İş yüksək səviyyədə avadanlıqla təchiz olunub

  • Professional inkişaf üçün imkanlar

  • Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar

  • Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);

  • C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.

Müraciət etmək:

Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana müraciət etsinlər:

Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (İqtisad Universiteti ilə üzbə-üz).

Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01



Email: cestbonazerbaijan@yahoo.com

C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.


Yüklə 34,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin