Müxtəlif protokollar üzrə işləyən bir neçə lokal şəbəkələrin öz aralarında
Müxtəlif protokollar üzrə işləyən bir neçə lokal şəbəkələrin öz aralarında
əlaqələndirilməsi üçün şlüz adlanan xüsusi vasitələrdən istifadə olunur. Şlüzlər aparat və
proqram hissələrə bölünür. Şlüz rolunda xüsusi kompüter (şlüz serveri) və ya kompüter
proqramı (şlüz əlavəsi) istifadə oluna bilər. Şlüz əlavəsində kompüter nəinki şlüzün
funksiyalarını, o həmçinin işçi stansiyası üçün tipik olan digər funksiyaları da icra edə
bilər.
Kompüterlərin şəbəkələrdə birləşməsi aşağıdakı əsas üstnlükləri təmin edir:
1. Faylların bölünməsi. Lokal şəbəkə eyni zamanda bir neçə istifadəçinin mərkəzi
serverdə saxlanılan faylın istifadə edilməsinə imkan verir.
2. Faylların ötürülməsi. Lokal şəbəkə əlavə informasiya daşıyıcısını istifadə etmədən
bir kompüterdə olan faylı tez bir zamanda digər bir kompüterə köçürməyə imkan verir.
3. Fayl və informasiyaya daxil olma. Lokal şəbəkə işçi stansiyanın harada
yerləşməsindən asılı olmayaraq istənilən tətbiqi proqramın işə salınmasına imkan verir.
4. Tətbiqi proqramın bölünməsi. Lokal şəbəkə eyni proqram təminatının iki istifadəçi
tərəfindən paralel olaraq istifadə etməsinə imkan verir (məsələn, Microsoft Word -
redaktorundan).
5. Verilənlərin eyni vaxtda daxil edilməsi. Şəbəkə proqramları bir neçə istifadəçinin
verilənlərini paralel olaraq bir fayla daxil etməsinə imkan verir.
15
6. Printerlərin bölüşdürülməsi. Lokal şəbəkə müxtəlif işçi stansiyalarında olan
istifadəçinin bir və ya bir neçə çap qurğusundan birgə istifadə etməsinə imkan verir.
7. Elektron poçtu. Şəbəkənin hər bir istifadəçisi özünün xidməti qeydiyyatlarını,
sənədlərini, mətnini, məlumatlarını başqa istifadəçiyə göndərmək və eyni zamanda ondan
cavab məktubu almaq imkanına malikdir. Elektron poçtu İnternetin xidmətlərindən biridir
və adi poçtda olduğu kimi dünyanın hər bir yerinə məktubu yollamaq və cavab almaq
imkanı verir.