Написала: ученица 10 класса Алхасова Ферана. Проверила: учительница азербайджанского языка



Yüklə 57,69 Kb.
tarix28.10.2017
ölçüsü57,69 Kb.
#17803



на тему:

Написала: ученица 10 класса Алхасова Ферана.

Проверила: учительница азербайджанского языка

и литературы Османова Зияфет Шихаллиевна.

2015г.

“Əgər bilsəm ki, mənim dilim sabah öləcək,

mən bu gün ölməyə haziram”.

Rəsul Həmzətov

Ana dilinim qorunub – saxlanılmasına aid tədbirler.

Ana dili insanın uşaqlıqdan öyrəndiyi dildir. “Dil nədir, necə yaranıb, dilsiz cəmiyyət yaşaya bilərmi?” sualları ta qədimdən insanları düşündürmüşdür. Çox qədimlərdən insanlar bu qənaətə gəliblər ki, dilsiz cəmiyyət ola bilməziyi kimi cəmiyyət olmadan da dil yarana bilməzdi.

Dil ünsiyyət vasitəsidir. Insanlar bir – birini dil vasitəsilə başa düşür, əlaqə saxlayırlar. Artıq bu, cəmiyyət deməkdir. Bir halda ki, dil insan cəmiyyətində meydana qəlir ona görə də ictimai hadisə sayilir.

“Bizim çox gözəl, zəngin dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizim zəngilliyini və gözəlliyini hələ dərk edə bilməmişik. Ancaq bilin ki, bu həqiqətdir. Ona görə də bunu heç bir şeyə deyişmək olmaz. Hər bir azərbaycanlı öz ana dilinim – Azerbaycan dilinim, dövlət dilinim mükəmməl bilmədir. Gənclərə tövsiye edirəm ki, əgər kiminsə bu barədə çatişmazlığı varsa, calışın, bunu aradan qaldırın. Xarıcı ölkələrdə təhsil alarkən, həmin ölkənin dilinim öyrənərkən, eyni zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç biz başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən aziz heç bir şeyi ola bilməz.” Həydər Əliyev.

Ana dilində danışmaq böyük mədəniyyətdir. Ana dili! Nə qədər rəfiq və nə qədər ali ürək hisləri oyandıran bir kəlmə! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər bcf bir qüvvə!

Hər millətin öz dili var. Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır. Biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən örtü etsinlər?

Insanlar dil vasitəsilə qazamdıqları təcrübəni nəsildən - nəslə ötürürlər. Dil mədəniyyətdir, onu qorumaq və ona hörmətlə yanaşmaq lazımdır. Hər bir insan öz ana dilini bitməli, ədəbi dildə düzgün danışmağı və yazmağı bacarmalıdır. Biz anamızı və vətənimizi sevdiyimiz kimi eləcə də ana dilimizi sevməliyik. Bizim gözəl şairimiz Tofiq Bayram öz ana dilinim bilməyənlərə bu cür bir şər həsn etmişdir

Qalxıb Şah dağına söz istəyirəm,
Çatsın hay – harayım dinləyənlərə.
Mən nankor deyirəm, nacins deyirəm,
Öz ana dilini bilməyənlərə.

Bu dil şirinlikdə şərbət kimidir,

Saflığı qorunan sərhəd kimidir,

Anamız Vətən də qürbət kimidir.

Öz ana dilini bilməyənlərə.

Beyninə girmədi ana öyüdü,

Əzilsiz yaşayıb, o, küt böyüdü.

Görün haram olsun ananın südü,

Öz ana dilini bilməyənlərə.

Bu gün azad dilli Azərbaycanan,



O taylı – bu taylı vahid bir canan.

Baxır ögey kimi ağbirçək anan,



Öz ana dilini bilməyənlərə.

Mən Oqni şəhərinin artı nömrəli məktəbində 10 – cu sinifdə oxuyuram. Bizim məktəbimizdə azərbaycan və tabasaran dilləri kəçirilir. Bu dərslərdə biz öz ana dilimizin qrammatikası və ədəbiyyatı ilə tanış oluruk. Mən öz doğma dilimi, ana dilimi çox sevirəm və istərdim ki, hami azərbaycanlilar öz dilini sevsinlər, azərbaycan dili ilə danışsınlar və öz dilinim qotusunlar. Axı biz dil açanda “ana” sözü ilə dil açmışıq. Biz ailəmizdə ana dilimizdə danışırıq, azərbaycan dilində “Dərbənd” qəzetlərini oxuyuruq və televizorda Azərbaycan kanallarına baxırıq. Bizim Dərbənd rayonumuzda çoxlu kəndlər var. Onların sakinləri azərbaycan dilində danışırlar və məktəblərdə şagirdlər azərbaycan dili dərslərini keçirlər. Tabasaran rayonunun bəzi kəndlərində də məktəblərdə azərbaycan dili dərsləri keçirlər. Öz ana dilinim pis bilən insan digər dilləri də çətin başa düşər. Axı bizə bilik dillə çatdırılır.

Bizim indiki cavanlarımız çoxu rus dilində danışırlar. Bu isə ana dilinin unudulmasına səbəb olur. Başqa dilləri ana dilindən uca tutmaq cahillikdir, öz milləttinə, öz tarixinə xəyanət etməkdir.



Bəxtiyar Vahabzadə öz dilinə xor baxanları, ana dilini başqa dillərə vərənləri danlayır:

Tərqini bilməyib ağdan qaranın,

Adam var, bu dili yad sayar bu gün.

Dədəsi bu dildə cəbhə yaranın



Özü özgə banlayır bu gün.

Nə metal, nə yarpaq, nə külək, nə quş,

Səslənmir, oxumur özgə dilində.

Bəs sənə nə düşüb, ay dili yanmış,

Yad dildə ötürsən öz mənzilində.

Namusdan bixəbər, vicdandan uzaq,

Vəzifə kürsüsü məramdır sənə.

Vətənim dilini sevməyən alçaq,

Vətənim çörəyi haramdır sənə!

Rusların məşhur pedaqoq və ədibi Uşinski demişdir: “Biz millətin malını dövlətini və hətta vətənini əlindən alsan ölüb - itməz, amma dilini alsan, ondan heç bir nişan qalmaz”.

Xəlil Rza “Mənim dilim” şərində ana dilini babaların, igidlərin nəfəsi sayır, öz dilini sevməyən insanları nankor adlandırır, dili qorumağa çağrır:

Kim qituya bilməyirsə öz yurudunu- yuvasını,

Udmasın yurd havasını,

Kim qorumur öz dilini,



Itsin mənim gözümdən qoy ilim – ilim.

Tikrimcə ana dilini saxlamaq, qurumaq və itirməmək ücün; ailələrdə ana dili işlətməlidir, ana dilində çoxlu ədəbi kitablar oxumalıdır, televizorda Azərbaycan verilişlərinə baxmalıdır.



Mən bir azərbaycan şagird kimi öz ana dilimlə fəxr edirəm və öz ana dilimi dərindən öyrənməyə çalişacağam.

Ana dilimizi unutmayın, sevin və qoruyun! Onda bizim keçmişimiz, indiyimız və gələcəyimiz var.
Yüklə 57,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin