Nas 1 comentary


ƏSAS EHTİMALLAR VƏ ÜMUMİ MÜLAHİZƏLƏR



Yüklə 0,97 Mb.
səhifə3/12
tarix21.10.2017
ölçüsü0,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

ƏSAS EHTİMALLAR VƏ ÜMUMİ MÜLAHİZƏLƏR


Müəssisənin fəaliyyətinin fasiləsizliyi konsepsiyası

( maddələr 20 -22)

Maliyyə hesabatları adətən müəssisənin hal-hazırda və yaxın gələcəkdə fəaliyyətinin davam etdirilməsi ehtimalı əsasında hazırlanır. Fəaliyyətin fasiləsizliyi konsepsiyasında müəssisə fəaliyyətinin müvəqqəti dayandırılması, ləğv edilməsi və ya fəaliyyət həcminin əhəmiyyətli dərəcədə azaldılması barədə mülahizələrin verilməsi nəzərdə tutulmur.


Bu ehtimal müəssisənin aktiv və öhdəliklərinin ilkin dəyər prinsipinə əsasən qiymətləndirilməsinə imkan verir. Əgər hesabatda müəssisənin ləğv edilməsinin mümkünlüyü nəzərdə tutularsa, o zaman müəssisə aktivlərini alış qiymətləri ilə deyil, xalis mümkün satış dəyərilə (yəni, onların satış qiymətindən satış xərclərinin çıxılması yolu ilə) qiymətləndirməlidir. Başqa sözlə , əgər müəssisənin yaxın gələcəkdə öz fəaliyyətinə xitam verəcəyi gözlənilərsə, o halda onun aktivlərinin dəyəri çox güman ki, fasiləsizlik vəziyyətində olan dəyərindən aşağı səviyyədə qiymətləndiriləcəkdir. Müəssisənin amortizasiya siyasəti yalnız onun fəaliyyətinin davam etdiriləcəyi halda məqsədəuyğun hesab olunur. Əgər ləğv etmə konsepsiyası tətbiq edilərsə, o zaman müəssisə aktivlərinin uzunmüddətli və qısamüddətli kimi təsnifləşdirilməsi öz əhəmiyyətini itirir. Belə olan halda həmin aktivlər yalnız artıq satışa hazır olduğu üçün qisamüddətli aktivlər kimi təsnifləşdirilməlidir. Öhdəliklərə gəldikdə isə, maliyyə hesabatlarının istifadəçiləri öhdəliklərin mövcudluğu və ödənilməsinin mümkünlüyü barədə etibarlı məlumatın alınmasında maraqlı olduğu üçün bu öhdəliklərin qəbul edilmiş təsnifat əsasında qruplaşdırılmasından daha çox kreditor borclarının prioriteti üzrə qruplaşdırılmasında maraqlıdırlar.


Buna görə də, müəssisənin fəaliyyətinin dayandırılacağı barədə hər hansı ehtimal səbəbi mövcud olarsa, bu ehtimal mütləq müəssisənin maliyyə hesabatlarında əks etdirilməlidir. İflasa uğrama halında isə, müəssisə öz maliyyə hesabatlarını aktivlərin xalis mümkün satış dəyərilə təqdimetmə prinsipi əsasında tərtib etməlidir.
Adətən xalis mümkün satış dəyəri əsasında yenidən qiymətləndirilmiş əksər aktivlərin dəyəri onların ilkin dəyər konsepsiyası əsasında hesablanan balans dəyərilə müqayisədə zərərlə müəyyən edilir. Buna aid aşağıda iki əsas səbəb təqdim edilir:

1.Amortizasiya edilən aktivlərin dəyəri onların istismar müddəti ərzində silindiyi üçün həmin aktivlərin balans dəyərinin tədricən azalması müşahidə olunur. Aktivin xalis mümkün satış dəyəri isə yalnız bazarda olan tələbatdan asılıdır. Bundan başqa, bir çox hallarda istifadə edilmiş malların qiyməti analoji təzə malların qiymətindən aşağı olur.

2.Ləğv olunan müəssisənin aktivləri satışa çıxarıldığı zaman müəssisə rəhbərliyinin əsas məqsədi aktivlərin sərfəli qiymətlə deyil, ən qısa müddət ərzinda satılmasına nail olmaqdan ibarətdir .

Bu fərziyyə yalnız zaman keçdikcə qiymətləri daim artan torpaq və binaların xalis mümkün satış qiymətinə şamil edilmir. .


Aşağıdakı misalda aktivlərin ilkin dəyəri və xalis mümkün satış dəyəri arasındakı fərq göstərilir:

Standartın 20-ci maddəsində fasiləsizlik konsepsiyasına uyğun gəlməyən üç hal müəyyən edilir:



  • rəhbərliyin müəssisəni ləğv еtmək və yа kоmmеrsiyа fəaliyyətini dаyаndırmaqdаn bаşqа аlternativ vаriаntı olmadığı halda;

  • rəhbərliyin müəssisəni ləğv еtmək və yа kоmmеrsiyа fəaliyyətini dаyаndırmaq niyyəti olduğu halda;

  • müəssisə ləğv еdildiyi və yа onun kоmmеrsiyа fəаliyyəti dаyаndırıldığı halda.

Hər üç halda müəssisənin məcburi ləğv edilməsi şərt deyildir. Belə ki, məcburi ləğv edilmənin səbəbi borcların həddən artıq mövcud olmasından ola bilər. Buna baxmayaraq məcburi ləğv etmə halında da maliyyə hesabatlarının tərtib olunması fasiləsizlik konsepsiyasına uyğun olaraq yenidən nəzərdən keçirilməlidir.

Standartın 21-ci maddəsi müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi əsasında davam etdirilməsi barədə rəhbərlikdə şübhələr olması halını da nəzərə alır. Əgər belə hal mövcud olarsa, hesabatlar hələ də fəaliyyətin fasiləsizliyi prinsipi əsasında tərtib edilməlidir, lakin hesabatların qeydlərində bu şühbələr haqqında açıqlamalar təqdim edilməlidir.




Standartın 21-ci maddəsində həmçinin müəssisənin maliyyə hesabatlarının “fəaliyyətin fasiləsizliyi prinsipi” əsasında hazırlanmadığı halda, maliyyə hesabatlarına bu barədə Qeydin əlavə edilməsi tələb edilir. Qeyddə bu fakt, habelə müəssisənin fasiləsizlik konsepsiyası əsasında fəaliyyət göstərməməsinin səbəbi və maliyyə hesabatlarının tərtib olunma əsası açıqlanmalıdır.


Standartın 22-ci maddəsinə əsasən rəhbərlik müəssisənin fasiləsiz fəaliyyətinin davam etdirilməsi barədə ehtimalların tətbiqinə qərar qəbul edərkən balans tarixindən ən azı 12 ay müddətini əhata edən informasiyanı nəzərə almalıdır. Bu müddətin sonunda müəssisə fəaliyyətini hələ də davam etdirəcəyini ehtimal edərsə, habelə keçmiş dövrlərdə uğurla fəaliyyət göstərmişsə və cari dövrdə maliyyə resurslarından istifadə etmək imkanı vardırsa, o zaman müəssisənin fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərdiyi hesab edilir. Əks halda, müəssisənin fəaliyyətin fasiləsizliyi prinsipi əsasında fəaliyyət göstərməsinə inanması üçün hər hansı digər əhəmiyyətli və obyektiv səbəblər, habelə əsaslandırıcı faktlar mövcud olmalıdır.


Hesablama metodu


Standartın 23-cü maddəsində müəssisənin maliyyə hesabatlarının (5 №-li Milli Mühasibat Uçotu Standartı üzrə tərtib olunan Pul vəsaitlərinin hərəkəti haqqında hesabat istisna olmaqla) yalnız hesablama metoduna uyğun olaraq hazırlanması tələb olunur.
Hesablama metoduna uyğun olaraq, gəlir maddələri onların əldə edildiyi hesabat dövrləri üzrə bölüşdürülməlidir. Yəni, satış məbləği, onun alıcı (sifarişçi) tərəfindən ödənilməsi zamanından asılı olmayaraq, malların təqdim edildiyi və ya xidmətlərin göstərildiyi dövrdə , gəlir kimi tanınmalıdır. Həmçinin, xərc maddələri müəssisə tərəfindən, onların müvafiq dövrdə ödənilib-ödənilmədiyindən asılı olmayaraq, yarandığı hesabat dövrləri üzrə uçota alınmalıdır.
Bu metoda əsasən, əməliyyatların və digər hadisələrin nəticələri, pul vəsaitləri və ya onların ekvivalentlərinin alındığı və ya ödənildiyi anda deyil, məhz baş verdikləri zaman tanınır. Bu nəticələr mühasibat uçotu qeydlərində açıqlanmalı və aid olduqları dövr üzrə tərtib edilmiş maliyyə hesabatlarına daxil edilməlidir.





Kataloq: 2015
2015 -> Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003 A. M. Qafarov Standartlaşdırmanın əsasları
2015 -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti
2015 -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar
2015 -> Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 15
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
2015 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> Mühazirəçi: T. E. N., Prof. İ. M.Əliyev FƏNN: avtomatikanin əsaslari mühazirə 22 MÖvzu: telemexanik sistemləR

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə