Nəə? Bu, nə deməkdir? soruşur təəcüblü Vika



Yüklə 56,5 Kb.
tarix10.01.2022
ölçüsü56,5 Kb.
#108447

Günlərin birində Vako evə sevinmiş döndü. Sevinmiş Vako əlində nəsə sənədlər tutmuşdu və Vikanı sevindirdi:

- Bu gün qeyri-adi bir gündür. Təsəvvür edə bilməzsən - Amerikadan, Nyu-Yorkdan dəvət almışam!

- Nəə? Bu, nə deməkdir? – soruşur təəcüblü Vika.

- Bu o deməkdir ki, Brodveyin uşaqlar üçün müziklində iştirak etmək üçün dəvət ediblər. Amsterdam teatrının “Meri Popins” yeni tamaşasında oynayacağam. Brodvey “Meri Popins”-də Jorj rolunda olacağam…

- Çox yaxşı, çox, bu, həqiqi sürprizdir! - Vika emosiyalarını gizlədə bilmir. Bu gözlənilməz əhvalat Tako və Tokonun ailəsində bütün günü müzakirə olunurdu. Valideynlər qərara aldılar ki, bir aya Amerikaya getsinlər.

Toko və Tako da çox istəyirlər valideynləri ilə birlikdə Amerikaya getsinlər, amma…. Hələlik isə alınmır. Toko və Tako müvəqqəti olaraq kənddə yaşamalıdırlar. Orada nənə və baba ilə birlikdə yaşayacaqlar.

Uşaqlar yaxşı başa düşə bilmirlər ki, ataları nə üçün gedir. Bilmirlər ki, Brodvey müziklləri nədir, bunun üçün də qərara aldılar ki, internet vasitəsilə məlumat toplasınlar… Uşaqlar öyrəndilər ki, Nyu Yorkda, Brodveydə müxtəlif teatrlarda çoxlu tamaşalar verilir. Uşaqlar üçün müzikllər arasında isə xüsusilə “Şirlər kralı”, “Meri Popins”, “Balaca su pərisi” və “Qəddar” olmuşdur.



Balaca su pərisi

Uşaqlar çox fəxr edirlər ki, onların ataları ən məşhur şouda oynayacaqdır. Onların arzuları Pakonu görmək və yeni əhvalatı ona danışmaqdır.

Toko və Takogilə gözlənilmədən Pako qonaq gəlir. Pakonu çox həyəcanlı Toko və Tako qarşıladılar:

- Pako, bilirsənmi, ana və ata Amerikaya gedirlər. Atamı Brodvey şousuna dəvət etdilər, tamaşada oynamağa! – tako emosiyalarını gizlədə bilmir.

- brodveis Sou ra aris? -kiTxulobs gakvirvebuli pako.

- Brodvey şousu Nyu Yorkdadır, Amerikada. Bu, tamaşalar oynanılan teatrlardır. Cəmi qırxa qədər teatr var və hamının öz tamaşası var. Bu teatrlar Brodvey yaxınlığındakı ərazidə yerləşir. Bu teatrları çoxlu sayda tamaşaçı izləyir. Brodvey teatrlarından biri yeni Amsterdam teatrıdır. Bu teatr “Meri Popins” tamaşasını qoyur. Ata bu teatrda oynamalıdır. Bunun üçün də ana və ata Amerikaya gedirlər, - Toko dostuna başa salır.

- Sonra, sonra, ,bəs siz kiminlə qalacaqsınız? - Pako soruşur;

- Biz bir müddət kəndə köçəcəyik, nənə və babanın yanına! - Toko və Tako birlikdə cavab verirlər...



- Yəni belə çıxır ki, sinif yoldaşları olmayacağıq? Qonşu da olmayacağıq? Tez-tez də görə bilməyəcəm sizi? – məyus olmuş Pako dostlarından soruşur….

Pako ilə ayrılıq haqqında qardaş-bacı heç düşünməmişdi. Yeni məktəb, yeni müəllimlər, yeni dostlar… Pakonu tez-tez görə bilməyəcəklər. Uşaqlar məyus oldular və bir müddət danışa da bilmədilər…
Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin