Neftçala rayon mks nin 13 saylı filial kənd kitabxanası Filial müdiri : Baxışova Radə



Yüklə 56 Kb.
tarix10.01.2022
ölçüsü56 Kb.
#109553

Neftçala rayon MKS – nin 13 saylı filial kənd kitabxanası

Filial müdiri : Baxışova Radə.

Tərtib etdi : Mustafayeva Fatimə.


Səlnamə
08.XI.2007. Yeniqışlaq kəndi dənizin sahilində yerləşir. Kəndin ətrafında neft quyuları görünür. Kənddə məktəb, ambulatoriya, mağaza və kitabxana fəaliyyət göstərir. Əhalisi – 400 nəfərdir. Əhali torpaq əkməklə məşğuldur.
10.XI.2007. Kəndimizə telefon cəkilib bu yaxınlarda qaz da çəkəcəklər.

15.XI.2007. Kəndimizdə ildırım adlı şəxsin əkiz qızları dünyaya gəldi.

26.XI.2007. Yanvarın ayının ortalarında kəndimizə qaz kəməri cəkiləcək.

12.XII.2007. A.Dadaşov adına məktədə dekabrın 12 – də Ulu öndərimiz Heydər Əliyevin anım mərasimi keçirildi. Mərasimdə müəllimlər, şagirdlər, kənd sakinləri çıxış etdi.

15.XII.2007. Güləhmədov Şaiqi 6 – ay bundan əvvəl əsgərliyə yola saldıq. Əsgərlikdə mədə əməliyyatı kecirtdiynə görə ordudan tərxis olundu.

17.XII.2007. Kəndimiz qurban bayramını böyük səbirsizliklə gözləyir. Onlar qoyun – qoc kəsirlər.

18.XII.2007. Kəndimizdə Quliyev Pərviz anadan gəlmə şikəsdir. Onu əsgərliyə çağırıblar.

01.01.2008. Yanvarın 1 - dən 7 – nə kimi əsgərlərlə görüş verildi. Mən oğlumla görüşə getdim. Bütün əsgərlərin valideynləri orda idi. Əsgərlər cox sevinirdilər. Mənim də oğlum məni və dayısını gördüyü üçün cox sevindi. Mən oğlumla fəxr edirəm ki, əsgər anasıyam.

03.01.2008. Yanvarın 3 – də 3 nəfəri əsgərliyə yola saldıq. Onlardan Quliyev Hüseyn Yavər oğlu, Əhmədov Seymur Məhərrəm oğlu, Baxışov Orxan Əjdər oğlu. Salamat gəlsinlər.

10.01.2008. Kəndimizə ilk qar yağdı. Demek olar ki, bele qar 30 – il əvvəl yağıb. Hər tərəf buz bağlamışdı.

19.01.2008. Yanvarın 19 – da müsəlman aləmində İmam Hüseynin şəhadət günü idi. Kənd adamları onun ruhuna dua edir və ağlayırlar.

20.01.2008. Yanvarın 31-də icra başçısı kəndimizə gələrək kənd kulublarına baxdı. Buna görə də kulub, bələdiyyə ağardılıb, təmizlik işləri görülüb.


20.01.2008. 20 yanvar Azərbaycanın qanlı səhifələrindən biridir.19-dan 20-nə keçən gecə rus qoşunları Azərbaycana daxil oldu, yüzlərlə qardaş və bacılarımızı güllə-baran etdilər. Bizim kəndimiz həmən gün matəm saxladı. Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Allah onlara rəhmət etsin!

02.02.2008. 2 fevral gənclər günüdür. Bizim gənclərimiz fəaldırlar. Onlar xeyirdə, şərdə köməyə gəlirlər. Onlar öz istirahət günündən səmərəli istifadə edirlər. Domino, nərd oyunu oynayırlar.


21.02.2008. Oğlum hərbi xidmətdən məzuniyyətə gəlmişdi. Bir həftə istirahət etdi ,sonra yola saldım. Vətən borcunu salamat yerinə yetirsin və evinə dönsün.
07.03.2008. Mart ayının 8-i beynəlxalq qadınlar günüdür. Bu bayramda uşaqlar analarına hədiyyə alır. Məktəb oğlanları sinif qızlarını təbrik edir. Kənddə nişanlı oğlanlar öz nişanlılarına hədiyyə edirlər.
18.03.2008. Martın 18-i ilaxır çərşənbədir. Tonqal qalanır, uşaqlar, gənclər tonqalın üstündən atlanırlar. Süfrəyə 7 cür şirniyyat qoyulur, xonçalar bəzənir. Bayramımız mübarək olsun!
04.04.2008. Aprel ayı havalar istiləşir.Quşlar öz ölkələrinə qayıdır.Torpaq sahibkarları biçinə başlayırlar.Kəndimizdə pambıq əkilir,taxıl əkilir,yonca əkilir.
Kəndimizdə 4 uşağa əsgərliyə çağırış gəlmişdi. Çal-çağır,qonaqlıq etdilər. Sabahısı gün uşaqları yola saldılar. Salamat gəlsinlər!
May ayı - Bu gün prezidentimizin 85 illiyini qeyd etdik. Rayonda möhtəşəm konsert verildi.
Bu gün kəndimizdə qız toyu oldu. Çox yaxşı toy keçirdi.Birdən elə yağış yağdı ki, hamı evə qaçdı. Bizim kəndimizdə ağsaqqal adamlar deyirlər ki, may ayı toy etməyin.
İyun ayı dəniz mövsümü başlayır. Kəndimizdə uşaqlar çimməyə gedirlər. Orda futbol oynayır, yaxşı istirahət edirlər.
3 Gündür hava çox küləkli keçir. Toz – torpaqdan göz – gözü görmür.
İyul ayı kəndimizdən 2 nəfər əsgərliyə çağrıldı. Sağ gedib, salamat qayıdsınlar. Amin!
Havalar cox isti keçir. Kəndin adamları yığışıb dənizə gedirdilər.
Avqust ayı - Avqustun 2 – də günəş tutuldu. Kəndin adamları məscidə gedib Quran oxudular, Allaha dua etdilər.
Avqust ayında 2 – dəfə külək əsib. Toz – torpaqdan evdən cölə cıxmaq olmurdu.
Avqustun 19 – da 51 dərəcə isti oldu. Bu yayın ən isti günlərindən biri idi.
01.IX.2008. Sentyabrın 1 – də ramazan ayı girdi. Allah oruc tutanların orucunu qəbul etsin. Amin!
06.IX.2008. Bu gün bərk ildırım çaxdı. Boyat kəndində bir kişini ildırım vurdu. Kişi rəhmətə getdi. Allah rəhmət eləsin!
30.IX.2008. Bu gün ramazan bayramıdır. Ramazan bayramınız mübarək, oruc namazınız qəbul olsun. Amin !
15. X.2008. Bu gün seçkilər günü keçirildi. Kənd əhalisi hamısı seçkilərdə iştirak etdilər.
18.X.2008. Bu gün Azərbaycan Müstəqillik günüdür.
01.XI.2008. Havalar soyudu, quşlar köçüb getdi isti ölkələrə. Bizim də kəndimizə qu quşu gəlmişdi. Cox gözəl görünürdülər. Təbiətin gözəlliyinə adam heyran olur.
Dekabr – 2008. Müqəddəs Ramazan bayramı və Qurban bayramı kıəndimizdə böyük səviyyədə keçırildi. Qurban kəsənlər kasıblara, kimsəsizlərə qurban əti payladılar. Qurban bayramınız mübarək.
31.XII.2008. Dekabrda hamı kimi biz də yeni ilin gəlişin səbirsizliklə gözlədik. Gecə saat 12 – də tüfəng səsi kməndimizi bürüdü və fişənglər havaya atıldı.

Yanvar - 2009. Yanvar ayı kəndimizə iki dəfə qar yağdı. Kəndimiz çox gözəl görünürdü. Uşaqlar qar topu oynamaqdan doymurdular, şaxta baba düzəldirdilər.


Kəndimizdəki yaşlı insanlardan soruşanda ki, kəndimiz kimlər tərəfindən qurulub, onlar dedi ki, bu kənd 4 qardaş tərəfindən qurulub. Onlar Şamaxı şəhərindən gəlmişdilər, bunlar Zeynal, Oruc, Səlim və İman adlı qardaşlar olublar.

Yanvar ayı kəndimizdən 3 – nəfəri hərbiyə yola saldıq salamat gəlsinlər.

Fevral - 2009 Havalar soyuq keçir. Kənddə işıqlar sönüb. Kənddə hamının evində odun peçi var. Səhər tezdən kənddə baxanda hamının bacasından duman çıxır. Bu çox gözəl görünürdü.

Mart – 2009. Mart ayı bayramlar ayıdır. 8 Mart qadınlar bayramı, Novruz bayramı – hər iki bayramı məktəblilərlə birgə kecirdik. Novruz baharın gəlişi deməkdir. Ətraf yaşıllaşır, novruz gülü açır, torpaq oyanır. Qaranquşlar isti ölkələrdən köçüb gəlir.


May – 2009. 1941 – 1945 – ci il 9 May Qələbə günü bu gün qeyd olunur. Faşistlərə qalib gəldiyimiz günün 64- illiyidir.
May ayının 14 – də Moskvada keçirilən Yevroviziya yarışmasında Azərbaycan xalqını Aysel və Araş təmsil edecək. Mən inanıram ki, onlar qalib gələcək.

Ölkəmiz bu yarışmada 45 ölkə arasında 3 – cü yeri tutdu.

May ayının 25 – də bərk külək əsdi. Həyətdəki güllərin hamısı soldu.

İyun – 2009. İyunun 7 də kəndimizdə palatka toyu oldu. Hamı toyda iştirak etdi. Axşam toy başlayanda bərk yağış yağdı deyə, hamı dağlışıb getdi.


İyunun – 10 – da kənddə 3 hadisə oldu. Feruz adlı şəxs rəhmətə getdi, Törə adlı qızın nişanı oldu, Vamiq adlı oğlanın toyu oldu.
İyunun – 28 – də Kənddə bərk külək əsdi, sonra yağış yağdı.
İyul – 2009. İyul ayı kəndimizdə bərk külək əsdi. Belə yay hec vaxt olmamışdı.

Avqust – 2009. Avqust ayı kəndimizdə çoxlu toy oldu. Onlardan ikisi palatka toyu, 3 – ü isə restoran toyu idi. Xoşbəxt olsun.


Avqustun – 22 – də Ramazan bayramı oldu. Oruc tutanların orucları qəbul olsun.
Sentyabr – 2009. Sentyabr ayının 15 – də bilik günü idi. Bu il 10 nəfər uşaq 1 – ci sinifə getdi.

Sentyabr ayı yağışlı keçdi. Başqa rayonlarda da leysan yağışlar yağdı.

Oktyabr – 2009. Oktyabr ayında kəndimizdə 2 – nəfər əsgərlikdən gəldi, 3 nəfəri isə əsgərliyə yola saldıq.
Babalarmızdan, nənələrmizdən eşitdiymizə görə kənddə 1 nəfər vəfat edərsə 3 nəfər də vəfat etməldi. Oktyabr ayında 3 nəfər vəfat etdi, onlardan biri qadın, ikisi kişi idi. Allah rəhmət eləsin!
Noyabr – 2009. Noyabr ayının ilk günlərindən havalar soyuq və yağışlı keçir, quşlar isti ölkələrə köç edir.
Noyabrın 11 –də kəndimizdə qız toyu var. Qız başqa kəndə gəlin gedir.

Dekabr – 2009. Dekabr ayında havalar cox soyuq keçdi.

Yanvar – 2010. Yanvar ayı qar yağdı. Quşlar həyətdə yem axtarırdı, uşaqlar qar topu oynayırdılar.
Yanvarın – 20 Azərbaycan xalqının milli matəm günü olduğu üçün bizim kənd əhalisi onların matəmin saxlayır. Şəhidlər üçün ehsan verilir. Məscidlərə insanlar toplaşır. Allah şəhidlərmızə rəhmət eləsin.

Fevral – 2010. Bu fevral məhərrəmlik ayna düşdü. Kəndimizdə 2 məscid var. Biri “ kacyorka” o biri isə asfaltın o tayında yerləşir. Qoca, gənc hamı İmam Hüseynin matəmini saxlayır. Məscidlərə gedib mərsiyələr deyirlər.

Mart – 2010. Mart ayına bahar ayı deyilir. Novruzun gəlişi ilə hamı təmizlik edir. Evləri, bacaları təmizləyirlər. Bizim də kəndimizdə baharın gəlişi ilə səməni düzəldirlər. Bayrama iki gün qalmış paxlava, sorqoğal bişirilir. Bayram xonçası düzəldilir, şam yandırılır. Yaxınların qəbri üzərinə gedilir, onları ziyarət edilir.
May – 2010. 9 May qələbəmizin 65 illiyi qeyd olundu. Müharibə veteranlarına prizidentimiz mukafatlar verdi. Onları təbrik etdi.

Mayın 10 – u Ulu Öndər H. Əliyevin 87 - ci il dönümü idi. O günü gül bayramı keçirildi. Paytaxt Bakıda hər yer güllərlə bəzədildi.


İyulun 2 –də kəndimizdən 2 nəfər hərbi xidmətə çağırıldı. Əhmədov Əli Mingəçevir şəhərinə düşdü. Atası oğlu üçün böyük məclis keçirtdi.

28.VII.2013. Ağamalıyev Kamran Babək oğlu hərbi xidmətə yola duşub. O Əsgəri xidmətini Goranboy hərbi hissəsində keçirir. Atası oğlunu şənliklə hərbi xidmətə yola saldı.

Əsgərov Fərid Fuad oğlu Ağdam hərbi hissəsində xidmət edir. Ona 10 günlük məzuniyyət veriblər. O kəndə gəlib öz əsgərlik həyatından yoldaşlarına fəxrlə danışır.
29.VII.2013. Yeniqışlaq sakini 1930 – cu il təvəllüdlü Baxışova Şükufə Əjdər qızı cavanlığında kəndin dərzisi kimi, kilim toxuyanı kimi tanınırdı. O müxtəlif kilim çeşidlərini toxumuşdu. 83 yaşlı Şükufə nənənin öz 106 yaşlı nənəsindən eşitdiklərini söyləmişdi. Xanqışlağının bünövrəsi Şamaxı xanlarının heyvan sürülərinin qışlağı olub. Onlar 250 – il bundan əvvəl oturaq həyat tərzinə keçiblər. Buranın yaşayış üçün şəraiti yaxşı olub. İlk yaşayan burada Xanmirzə və Sammirzə qardaşları olub. Sammirzə güclü bir pəhləvan olub. Onun sorağı bütün mahala yayılmışdır. Bir gün Sammirzə heyvan otararkən bir atlı gəlib soruşur, burda Sammirzə kimdir? O cavab verir ki, Sammirzəni neyə soruşursan? Eşitmişəmki o cox güclü pəhləvandır, onunla güləşməyə gəlmişəm. Mən onun kiçik qardaşıyam, gəl mənimlə güləşək. Əgər mənə qalib gələ bilsən, qardaşıma da qalib gələ biləcəysən. Onlar güləşirlər, Sammirzə qalib gəlir. Nənəmin dediyinə görə 1918 ci ildə ermənilər buraya gəlirlər.

30.VII.2013. Onlar dəniz vasitəsi ilə buraya gəliblər. Bir gün dənizdə qaldıqdan sonra onlar quruya çıxıblar. Camaat ermənilərin adını eşitdikdə qorxudan qacırlar. Türklərin gəlməyi erməniləri qaçmağa məcbur etdi. İki gündən sonra böyük bir gəmi sahilə yan alır. Bu gəmi “Ərdoğan “ adlı bir gəmi idi. Əhali sevincək gəmiyə doğru gedir. Onlar gəmidəkilərdən parça, şəkər alır. Kənddə olan ərzaq məhsullarından onlara verirdilər. Kəndimizdə o vaxtdan türk adları qoymağa başladılar. (Ərdoğan, Ebru, Süleyman, Əmiraslan və.s)



31.VII.2013. Kəndimizin 480 nəfər əhalisi var. Ən yaşlı sakin 90 yaşlı Aqanisə nənədir. Kəndimiz heyvandarlıqla. əkinçiliklə məşğuldur. 1941 – ci ildə nənəmin dediyinə görə dəniz qırağında vətəgə olub. Burada balıq tuturdular. Müharibə illərində kəndin əhalisinin 90 faizini aclıqdan cıxaran balıq vətəgəsində işləyən Xankişiyev Əhməd, Aqamalıyev Ağamalı və başqaları olmuşdur.
01.VIII.2013. Nənəmin dediklərinə görə xanlardan sonra kəndə 19 -cu ildə Salyan bəyləri gəlir. Zahid bəy və Qəni bəy kəndə ev tikmək üçün Astarxandan gəmi ilə taxta – şalban gətirdilər. Özləri üçün 8 otaqlı ev tikdilər. 37 – ci ildə represiya dövrü oldu. Həmin evi əllərindən alıb məktəb kimi istifadəyə verdilər. Həmin məktəbdə Şükufə nənə, mən və oğlum da oxuyub. 2005 ci ildə “ Anşad petrol” şirkətinin köməyi ilə kəndimizdə 9 illik məktəb istifadəyə verildi. Hal - hazırda kənddə məktəb , ambulatoriya, poçt, kitabxana, klub və mağaza fəaliyyət göstərir.
02.VIII.2013. Kənd sakini İmanova Gülxaz Muğbil qızı 30 – il bundan qabaq ailə qurub Dördlər kəndinə köçmüşdü. İki oğlu və bir qızı var idi. Yoldaşı ailəsinə yaxşı baxmırdı. Uşaqları böyüdükdən sonra qızı ailə qurdu, oğlanları isə anasını atıb şəhərə işləməyə getdi. 40 – gün bundan əvvəl tək qalan qadın müəmmalı şəkildə yoxa çıxdı. Onun şəklini televizora verib axtarıldığı haqqında məlumat verildi. Avtobus dayanacaqlarına şəkli vuruldu. 40 – gündən sonra yaşadığı evin arxasındakı su kanalından onun ölüsü tapıldı. Avqustun 3 – də onun üçün dörd ehsanı verildi.
SON.
Kataloq: front -> files -> libraries -> 2301 -> documents

Yüklə 56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə