Nəriman Həsənzadə 85



Yüklə 35,63 Kb.
səhifə1/11
tarix05.01.2022
ölçüsü35,63 Kb.
#111671
  1   2   3   4   5   6   7   8   9   10   11

Nəriman Həsənzadə 85 (metodiki vəsait)

Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında anadan olmuşdur.O, ibtidai və orta təhsilini öz rayonunda,ali təhsilini isə 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində almışdır.1961-

ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikillik Ali Ədəbiyyat Kurslarında oxumuşdur.1962-1965-ci illərdə Azərbay- can Dövlət Universi-

tetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, 1965-ci ildə dissertasiya müdafə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, 1976-1990-cı illərdə “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri,”Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdir. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birınci müavini vəzifəsində çalışmışdır. 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının (Bir- liyinin), sonralar isə idarə Heyətinin üzvü seçilmişdır. 1991-1995-ci illərdə millət vəkili olmuşdurş.Hal-hazırda Milli Aviasiya Akademiyasında Hümanitar fənlər kafedrasının müdiri vəzifəsində çalışır,Elmi Şuranın üzvüdür.2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayın-da katibliyin qərarı ilə ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir.2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbiri üzvü, 2004-cü ildə akademiki seçilmişdir.Mətbuatda 1953-cü ildən çıxış edir. Əsərləri keçmiş SSRİ və bir cox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır.”Nərman” “Zümrüd quşu””Kimin sualı var?” və s.poemaları iki dildə (Azərbaycan və rus )nəşr edilmişdir. Onun “Bütün Şərq biilsin”pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında (1980),sonra Akademeik Milli Dram Teatrında (1982), Moskvanın V.Mayakovski adına Akademik Dram Teatrında (1983) göstərilmiş və mükafatlandırılmışdır.

”Atabəylər”(1984) və “Pompeyin Qafqaza yürüşü” (1997) mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Xalq şairi 34 bədii-potetik toplunun, 2010-cu ildən nəşr edilən yeddicildlik “Seçilmiş əsərləri”n, “Tarixi-

miz,taleyimiz”adlı irihəcmli elmi ədədi-tənqidi məqalələr toplusunun “Poylu-beşiyim mənim” (2007), “Nuru Paşa”( 2010), ”illər...pillələr...talelər...(2011), kitablarının müəllifidir.100-dən artıq şeririnə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə “Nəriman” və N.Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz (Ruminiya 2009) və”Nuru Paşa”(Türkiyənin jurnalında) poemaları dərc edilmişdir.

Nəriman Həsənzadənin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş “Əməkdar incəsənətxadimi”,2005-ci ildə isə”Xalq şairi fəxri adlarına layiq görülmüşdür.2001-ci ildə “Şörət” ordeni ilə təltif edilmişdir. Azərbaycan və Belarusun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Fərdi prezident təqaüdçüsüdür.


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin