Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə10/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   6   7   8   9   10   11   12   13   ...   107
Pişiyin əsas əlamətləri hansıdır?

Ümumiləşdirilmiş cavab (çoxlu ayrı-ayrı cavabların ümu­mi­ləşdirilməsi).

Pişik-tüklü (rəngi müxtəlif ola bilər), quyruqlu ev (bəzən də vəhşi) heyvanı olub dörd yumşaq pəncəyə malikdir, mi­yoldayır, xoruldayır, insanlara deyil, evə öyrənir, gecələr gö­rür, südü xoşlayır, sudan qorxur.

Maraqlıdır ki, həqiqətən mühüm olan əlamətlərdən yalnız biri – «heyvan» bu ümumiləşdirlmiş cavabda öz əksini tapıb. Digər əlamətlər qeyri-mühümdür, daha doğrusu «predmet» ki­mi pişiyi xarakterizə etmir. Ensiklopedik lüğətlər, məsələn (məhz lüğətlər predmetin mühüm əlamətlərinə əsaslanaraq onun hərtərəfli xarakteristikasını verməlidirlər) pişiyi yırtıcı (1), məməli (2), pişikkimilər ailəsinə (3) mənsub olan heyvan (4) kimi xarakterizə edirlər və çox zaman bununla da kifayət­lə­nirlər, daha doğrusu dörd mühüm əlamət sadalayırlar. Bəzən bu əlamətlərə yumru baş (5), elastik bədən (6) və yerimə za­ma­nı çıxandığı caynaq (7) da əlavə edilir.

Bu halda bizim qarşımızdakı «pişiyin taskonomiya» va­rian­tı, daha doğrusu, əslində «predmet dünya»sında pişiyin tut­du­ğu «yer»dir.

Amma predmet dünyasında bu və ya digər predmetin ye­rini və həqiqətən ona xas olan əlamətləri müəyyənləşdir­məyi necə öyrənmək olar?

Dərk etmənin taksonomik üsulu bütün bu suallara cavabı nəzərdə tutur. Bu invensiya prosesini həyata keçirmək üçün tövsiyyə edilən üsullardan biri idi və danışanın onu maraq­lan­dıran «predmeti» hansı «predmet»lərin tərkibində axtarmasını dərk etməsinə təminat verirdi. Bu dərketmə üsulu messa di vo­çe­ni araşdırarkən artıq nəzərdən keçirdiyimiz «dərəcə pil­lə»lərinə əsaslanırdı.

Aydındır ki, aktual nitq situasiyasında asanlıqla istifadə edilən pilləni seçmək üçün danışanın sərəncamında takso­no­mik sxem olmalıdır. Taksonomik sxem digər predmetlərin tər­kibində predmetin yerini göstərir, həmçinin mühüm və ikinci dərəcəli əlamətlərin cəmi kimi predmetin strukturunu nümayiş etdirir. Taksonomik sxem, məsələn, belə görünə bilər.





intensional aspekt

əsas əlamətlər



(əsas+) ikinci dərəcəli əlamətlər

(əsas+ikinci dərəcəli+) üçüncü dərəcəli əlamətlər



(əsas+ikinci dərəcəli+üçüncü dərəcəli +) dördüncü dərəcəli əlamətlər




Predmet
ekstensional aspekt
ən ali soy, summum genus (bütün aşağı səviyyələri özündə ehtiva edən sinif)

↓↑

soy, genus (bütün aşağı səviyyələri özündə ehtiva edən sinif)



↓↑

növ, spesies (bütün aşağı səviyyələri özündə ehtiva edən sinif)

↓↑

(növ müxtəlifliyi)



ən aşağı sinif, infima spesies

(yalnız özündən ibarət olan sinif)




intensional aspekt


ən ali soyun əlamətləri

(-)


soyun əlamətləri

növün əlamətləri

fərdi əlamətlər

soyun əlamətləri



(+)

ən ali soyun əlamətləri

(-)

növün əlamətləri



fərdi əlamətlər

növün əlamətləri



(+)

soyun əlamətləri

ən ali soyun əlamətləri

(-)


fərdi əlamətlər

fərdi əlamətlər



(+)

növün əlamətləri

ən ali soyun əlamətləri


Kənardan mürəkkəb görünməsinə baxmayaraq, məsələn, orta cərgəni belə göstərsək bu taksonomik sxem kifayət qədər sadə «oxunar»

heyvan


↓↑

pişik


↓↑

siam pişikləri

↓↑

Mariya-Antuanetta



(konkret pişik, məsələn, mənim pişiyim)

Bizim qarşımızda Mariya-Antuanetta adlanan «pred­met»in ekstensional (latınca extensio-genişlənmə) və ya bir soy­dan olan növün xarakteristikasıdır.1 Aydındır ki, Mariya-Antuanetta beləliklə, ardıcıl olaraq aşağıdakı bütün siniflərə:

- cinsə (siam olaraq);

- soya (pişik olaraq);

- ən ali soya (heyvan olaraq) – daxildir.

Amma məlum məsələdir ki, Mariya-Antuanetta özündə daxil olduğu sinfin bütün əlamətlərini ehtiva etmir, daha doğ­ru­su:

(cins) siam pişiyi olaraq eyni zamanda həm də sibir pişiyi olmur;

(soy) siam pişiyi olaraq eyni zamanda həm də toyuq olmur;

(ən ali soy) heyvan olaraq eyni zamanda həm də çiçək olmur.

Beləliklə, «dünya»nın hissələri ilə müqayisədə Mariya-Antuanettanı tam şəkildə «dünya»nın bir hissəsi kimi (eksten­sio­nal) xarakterizə etmək olar, yəni onu sadə element kimi mü­rəkkəb tamın tərkibinə daxil etmək mümkündür. Amma Mari­ya-Antuanettanı intensional (lat. intensio - güclənmə), daha doğ­rusu mürəkkəb tam kimi də xarakterizə etmək olar. Bu ba­xım­dan Mariya-Antuanetta:

- fərdi əlamətlərə (məs., şıltaqdır!);

- siam cinsinin növ əlamətlərinə (məs., yumşaq tüklü);

- pişiyin soy əlamətlərinə (məs., yumru baş)

- heyvanların ən ali soy əlamətlərinə (məs., hazır üzvü bir­ləşmələrdən qida maddələri alır») – malikdir.

Qeyd edək ki, Mariya-Antuanetta sinif kimi maksimum

miqdarda əlamətlərə malikdir, halbuki Mariya-Antua­netta bü­tün ələmətləri ilə birgə digər siniflərə daxil deyil. Məsələn, heç də bütün heyvanlar:

- pişik;

- siam pişiyi;

- şıltaq siam pişiyi deyillər.

Burada isə qəribə taksonomik qanunauyğunluq fəaliyyət göstərir. Bu qanunauyğunluğu bilmədən invensiya prosesini uğurla həyata keçirmək mümkün deyil. Qanunauyğunluq: pred­met məzmunca nə qədər geniş götürülərsə, onu ictimai ma­rağın predmetinə çevirmək də bir o qədər çətin olar. Buna görə də fərd kimi Mariya-Antuanetta haqqında bir qədər az, pişiyin nümayəndəsi kimi daha az, heyvan kimi isə demək olar ki, heç bir şey danışmaq mümkün deyil.

Bu səbəbdən də həmişə yadımızda saxlamalıyıq: «dinlə­yicilərin düşüncələrinə təsir göstərmək» heç də «ictimai maraq sahəsinə daxil olmaq» demək deyil.

Ümumi mövzular ətrafında edilən söhbətlər adətən ma­raq­lı olmur; «Mənim Mariya-Antuanettam necə də şıltaq­dır!» möv­zusunda edilən söhbət buna maraq göstərən elə də böyük auditoriyanı əhatə edə bilməz.

İnvensiya dinləyicilərə bir tərəfdən, həddindən artıq dar mövzular (Mariya-Antuanetta, qazma quyu, messa di voçe), di­gər tərəfdən isə, həddindən artıq geniş mövzular (bütün pişik­lər hey­vandır) təqdim etməməyi məsləhət görür. Birinci hal sanki «bağışlayın, heç nə aydın deyil», ikinci hal isə «təşəkkür edi­rəm, hər şey onsuz da aydındır» modelini nəzərdə tutur: hər iki modelin səmərəsiz olduğu aydındır.

«Qızıl sərhədi» gözləmək lazımdır. Amma təəssüf ki, mə­sələ belə asanlıqla həll edilmir. Məsələn, messa di voçeyə dair mövzunu qurmağa çalışaq:

mövzu: mövzu



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə