Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə11/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   7   8   9   10   11   12   13   14   ...   107
«messa di voçe» «insanın imkanları»

- son dərəcə konkret - son dərəcə abstrakt

- son dərəcə dar - son dərəcə geniş

- maksimum əlamətlərə - maksimum əlamətlərə

malikdir malikdir
Nə üçün «insanın imkanları» mövzusu birbaşa, «messa di voçe» mövzusu isə dolayı yolla ictimai marağa səbəb olur?

İnvensiyanın bu suala verdii cavab belədir:



Messa di voçe mövzusu dilin daşıyıyıcısının adi, yəni gün­dəlik təzaurusundan (lüğətindən) kənarda, insanın imkan­ları mövzusu isə – dilin daşıyıcısının təzaurusu çərçivəsində yer­ləşir. Mövzu ilə əlaqədar olaraq (həm də dinləyiciləri nəzə­rə almaqla) həyata keçirilən istənilən əməliyyatlar onların tə­za­urusu çərçivəsində olmalıdır. Deməli, mövzu nə qədər kon­kret (dar, maraqlı) olmasına baxmayaraq, əgər dinləyicinin tə­zau­rusu kənarında yerləşərsə, onun dinləyicinin düşüncələrinə təsir etmək ehtimalı çox azdır, daha doğrusu bu mövzudan isti­fadə etmək lazım deyil.

O, yalnız dinləyicinin təzaurusunun həcminə əsaslan­ma­lıdır və bu təzaurusun tərkibində özü üçün lazım olan istinad nöq­­tə­sini tapmalıdır. Hətta birbaşa olaraq dinləyicinin təzauru­sunun yeni anlayışlarla doldurulması məsələsi də belə həll edi­lir, daha doğrusu kənardan anlayışlar «əlavə edilmir», həmin təzaurusun tərkibində müvafiq «ehtiyacı» ödəyə biləcək kor­rel­yatlar (bir-birinə münasibəti olan anlayışlar) axtarılır.



Əgər vəziyyət belədir ki:

1) artıq dinləyicilərin təzaurusunun tərkibində mövcud olan ümumiyyətlə insanın imkanları anlayışı onlarda canlı ma­raq oyatmaq üçün onlar üçün həddindən artıq abstrakt səslə­nirsə;

2) bu ümumi anlayışı yalnız messa di voçe – invensiya ba­­xımından perspektivsiz hərəkət istiqamətində (təkrar dərə­cə­lərə bölmə vasitəsilə, amma bu dəfə əks istiqamətdə) kon-kretləşdirmək prosesini həyata keçirmək mümkündürsə;

onda ümumiyyətlə, insanın imkanları anlayışını konkret­ləşdirmək üsullarını başqa cür tapmaq lazımdır.

Aydındır ki, belə geniş anlayışı praktiki olaraq istənilən istiqamətdə konkretləşdirməyə başlamaq olar, çünki insanın imkanları çoxsaylı və müxtəlifdir. Belə ki, məsələn, «insanın əmək qabiliyyəti» və ya «insanın yeməksiz və susuz yaşamaq ba­carığı» istiqamətində mövzunu konkretləşdirmək olar… Amma konkretləşdirmənin bu istiqaməti də praktiki olaraq bi­zə lazım deyil: onlar bizi yalnız messa di voçedən kənarlaş­dırır.

Belə şəraitdə invensiya ümumi anlayışı konkretləşdir­mə­nin tamamilə yeni xüsusi növünü təqdim edir. Bu audito­riyanın şəxsi keyfiyyətlərinə müraciət etməni nəzərdə tutur. Bu gün biz belə növ konkretləşdirmənin intimizasiya, daha doğrusu pred­metin/anlayışın dinləyicilərə yaxınlaşdırılması adlandırırıq. Başqa sözlə, invensiya eynilə insanın imkanları anlayışı ilə işləməyi nəzərdə tutur, amma insan anlayışı burada iştirak edənlərə tətbiq edilir və sizin imkanlarınız müzakirə edilir.

Bunun texnikası izah olunandan sonra bir neçə modeli nəzərdən keçirək; yəni invensiyanın şəxsi marağı predmetini ictimai marağın predmetinə taksonomik üsulların vasitəsilə necə çevirdiyinə baxaq.1




1. Xüsusi anlayış

Şir bürcüdə

Requlus ulduzu

2.



affrikat (iki sami­tin bir­ləşməsindən alınan səs)

3.



Maksvell düsturu




ümumi anlayış ulduz­lar (← göy ci­sim­ləri)


( samit səslər

←) dil

(elektromaqnit sahəsi ←) elektrik



yol

qoroskop

«Əgər sizdən kimsə ha­ki­miyyət istəyi ilə ana­dan olunsa…»


yerli dialekt

«Əgər sizdən kimsə «ana» əvəzinə «ciyi» de­yər­sə…»



maqnit qasırğası

«Əgər sizdən kimsə dəh­şətli baş ağrısı və ya ürək ağrısı ilə yuxudan oyanır­sa»




Aydın görünür ki, predmetin/anlayışın intimizasiya üsulu hər bir konkret halda əslində, əgər belə demək mümkündürsə, «yerli xüsusiyyətlər» nəzərə alır (daha doğrusu yuxarıda deyil­diyi kimi, konkret nitq situasiyasının parametrlərini nə­zərə alır). Aydındır ki, anlayışlarla işin hər iki «tərəfi» (taksonların qurulması və dərəcələrə bölmənin nəticələrinin intimizasiyası bir-birindən asılı üsullardır, onlardan heç birini «məhdudlaş­dır­maq» olmaz).

Həmçinin aydın görünür ki, xüsusi olaraq «ritrik məha­rət» hər şeydən əvvəl intimizasiyanı həyata keçirmək bacarı­ğıdır: taksonomiya daha çox məntiqi proseduru xatırladır (mən­tiqin bir hissəsi kimi o, bu gün də öyrənilir).1

Bununla əlaqədar olaraq gətirilməsi lazım olan axırıncı taksonomik nümunə – müəllifin məktəb praktikası ilə bağlıdır (müəllif məktəbdə Pifaqor teoreminin öyrədilməsində iştirak edib). Riyaziyyat müəllimi lövhədə «ev» və «kinoteatr»ın təs­vir edildiyi şəhər planının bir hissəsini göstərdi. Evdən kino­teatra gedən «rəsmi» yol bir-biri ilə düz bucaq təşkil edən iki küçədən, «qeyri-rəsmi» yol isə – birbaşa, yəni «küncə» dön­mədən boş yerdən keçir.

- Əgər kinoya geciksəydiniz hansı yolla gedərdiz? - riyaziyyat müəllimi soruşur.

- Əlbəttə, boş yerlə – deyə sinif cavab verir. – bu yol daha qısadır!

- Bəs, nə üçün qısadır?

Heç kim suala cavab vermir və müəllim özü sualın ca­va­bını deyir: «çünki dünyada Pifaqor teoremi mövcuddur».

Müəllif indiyə kimi bu epizodu xatırlayır; bu onun şahidi olduğu intimizasiya prosedurunun ən yaxşı nümunələrindən biridir.

Taksonomiyaya aid yalnız axırıncı qeyd qalıb. Ardıcıl ye­ri­nə yetirilmiş dərəcələrə bölmə üsulunun (təkcədən ümumiyə və ya əksinə hərəkətin) nəticəsini özündə əks etdirən tak­so­nomik sxemlər heç də bütün məlumatı göstərməklə əlavə yük­lən­məli deyil. Daha doğrusu, invensiya danışandan nitqdə tak­so­nomik sxemin ətraflı (izahlı) təsvirini tələb etmir. Takso­no­mik sxem daha çox çıxışa hazırlıq mərhələsi, danışanın mü­va­fiq «gerçəklik fraqmentləri»nə dair öz biliklərinin sistem­ləş­dir­məsi mərhələsi kimi lazımdır.

Bu səbəbdən də taksonomik sxemlər oriyentirlər, özünə­məx­sus istiqamətləndirici ulduzlar kimi çıxış edir ki, onlara da diqqət yetirmək lazımdır; amma təkcə bu sxemlərlə heç neyə nail olmaq olmaz. Başqa sözlə, pişik haqqında danışan heç də usandırıcı bir şəkildə onun bütün əlamətlərini sadalamalı deyil – onlardan birini nitq zamanı deməmək də olar. Amma bu əlamətləri bilmək (və zərurət yaranarsa demək) lazımdır.

Yaxşı rəssam hətta ifrat avanqardizmin tərəfdarı olsa da, «məktəb»ə görə (daha doğrusu klassik rəsm əsərini çəkmək imkanlarına görə) tanındığı kimi, yaxşı natiqdə onun nitqində ilk baxışda çox gözə çarpmayan düzgün taksonomik sxemlərinə gö­rə, məsələn, «dünyanın quruluşuna» dair danışanın düşüncə­lə­ri­nin tam və sistemli olduğunu təsdiq edən ümumi təsəv­vür­lərinə görə tanınır.

Başqa sözlə, ritorikanın bölməsi kimi invensiya danışanın öz nitqində taksonomiya qanunlarını nəzərə almasına ciddi şə­kildə nəzarət edir. Yalnız beləliklə həm də mülahizələrin əha­tə etdiyi «mövzunun mükəmməl olmasını» təmin etmək olar.





Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə