Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə12/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   8   9   10   11   12   13   14   15   ...   107

§3. Topika

Taksonomiyaya əsasən invensiyanın məlumatın verilmə­si­nə dair irəli sürdüyü tələblər heç də hədsiz dərəcədə çox de­yil. Amma asanlıqla başa düşmək olar ki, bu tələbləri hər bir halda yerinə yetirmək mümkün deyil: son nəticədə biz yalnız fər­di maraq dairəmizə daxil olan predmetlər haqqında deyil (hət­ta bu predmetlərə dair bizdə heç bir taksonomik çətinlik­lə­rin yaranmayacağını güman etsək də, həm də bizə kənardan «zor­la qəbul etdirilən» predmetlərə dair də məlumatlar veririk.

«Sifariş edilmiş» nitq və ya tapşırılmış mövzulara dair mə­lu­matların verilməsi halları ritorikaya yaxşı məlumdur. Təəs­­­süf ki, artıq keçmişdə də danışanlar onların fərdi maraq­la­rının predmetlərinin məzmunu şərh edən məlumatlarla kifa­yət­­lənə bilmirdilər: onlardan ictimai maraq kəsb edən mövzu­lara dair də məlumatlar tələb edirdilər.

Təbiidir ki, belə hallarda natiq heç də həmişə ona «sifariş edilən» və ictimai maraq kəsb edən istənilən mövzu ətrafında asanlıqla çıxış edə biləcəyini dəyə bilməzdi. Müxtəlif xarak­ter­li materiallara müraciət etmək bacarığı, əlbəttə, tədricən ya­ranır­dı, amma bir sıra hallarda kənardan «dəstək» olmasa və­ziy­­yət­dən çıxmaq kifayət qədər çətin olurdu. Belə kənardan olan dəs­tək funksiyasını toposlar yerinə yetirirdi.



Topos (yunanca topos –yer), topika isə toposların cəmi (1) və ya topos haqqında elmdir (2).

«Topos»un nə olduğunu bu sözün ilkin mənasına əsasla­naraq başa düşmək çox çətindir. Yunan sözünün latın ekviva­len­tinə müraciəti vəziyyəti izah edir. Romalılar toposu «loci», və ya «loci communes» - ümumi yer adlandırırdılar.

Belə şəkildə toposlar bir qədər az anlaşılmaz olur. Belə­lik­lə, mən kolleqarımın məlumat­la­rına elə də yüksək qiymət vermədən, məsələn, onların bu məlumatından heç bir yeni şey öyrənmədiyimi deyərək onlara öz iradımı bildirə bilərəm, çünki danışanın bütün nitqi «ümumi yerlər»dən ibarət idi. Bu halda mən səslənən məlumatı, özündə yalnız hamıya məlum olan şeylər: ehtiva edən (və ya yalnız «hamının danışdığına» dair) məlumat kimi xarakterizə edə bilərəm.

Məhz «hamının danışdığı» şeylərə müşahidəsi müasir dövr­də xarici dilin öyrədilməsinin ən geniş yayılmış metod­la­rından birinin yaranmasına gətirib çıxardı. Bu metod «situativ» metod adlanır və topik kimi çox geniş yayılmış anlayışa malik­dir. Topiklər standart növ nitq situasiyalarıdır; danışan çox bö­yük ehtimalla bu situasiyalara düşə bilər və bu zaman ondan ümumiyyətlə, dili bilməsi deyil, bu növ nitq rabitəsi zamanı isti­fadə edilən konkret dil ifadələrini bilməsi tələb edilir.

Nəticədə hətta xarici dili bilməyən bacarıqlı «natiqlər» yüz­lərlə standart ifadəni əzbərləyir və onlar üçün lazım olan si­­­­­­tuasiyalarda cəsarətlə təkrar edirlər (daha səciyyəvi olan to­pik­lərin adları bizə yaxşı məlumdur: «Poçtda», «Aptekdə», «Bər­bərxanada» və s.). Bütün bunlar yerli əhalini hətta mü­tə­əs­sir edir.

Bu müasir «toposlar»dan gətirilən nümunələrdən belə to­pos­ların üstün cəhətdən yaxşı görünür: onlar dərin biliklər tə­ləb edir. O, danışandan yaxşı manevr etmək, daha doğrusu nitq situasiyasının növünü başa düşərək sxemi bu situasiyanın şərt­lərinə tez uyğunlaşdırmaq bacarığını tələb edir.

Qədim dövrdə «hamının nə haqqında «danışdığını» mü­şa­hidə edərək nitqlərdə daha çox işlədilən çoxlu miqdarda belə sxemlər qurulmuşdu. Bu gün istifadə edilən topiklər kimi bu sxemlər dəfələrlə yoxlanılmışdır, asanlıqla arzu edilən nəticəyə gə­tirib çıxarırdı. «Orijinallıq» məsələsi klassik ritorikada birin­ci növbədə duran məsələ deyildi.

Müasir dövrün təsəvvürlərinə görə «orijinal» olmaq elə «yaxşı» olmaq deməkdir (Bu fikri izah etməyə elə də böyük ehtiyac yoxdur!). Amma bu mülahizə ritorikanın (xüsusilə də invensiyanın) göstərişləri ilə bir qədər ziddiyyət təşkil edir. Ye­ri gəlmişkən, müasir dövrdə elm (hər şeydən əvvəl infor­masiya nəzəriyyəsi) «orijinal olmaq – yaxşı olmaqdır» prinsi­pindən artıq imtina edir; amma qeyri-elmi dairələrdə bu prinsip hələ də geniş yayılıb.

Beləliklə, qeyd edildiyi kimi, məlumatın ümumiyyətlə, qavranılması üçün o, özündə bütünlüklə «orijinal» nitq quru­lu­şunu əks etdirməli deyil. Dinləyicilərə təqdim edilən istənilən məlumatda (dinləyicilərə təqdim edilməsi nəzərdə tutulmayan məlumat ümumiyyətlə, mövcud deyil1) «orijinal» və «hamıya mə­lum olan» ideyalar arasındakı nisbət ciddi şəkildə gözlənil­məlidir, çünki məhz axırıncı ideyalar orijinal olanın başa düşül­məsinə təminat verir.

Sonralar elmi ədəbiyyatlarda qeyd olunan bu qanuna­uyğun­luğu ritorika müşahidə etmişdi. Məhz bu qanuna­uyğun­­luq nöqtəyi-nəzərindən toposları başa düşmək lazımdır – bu zaman onlar qeyri-yaradıcı ballast (ağır yük) kimi görünməzlər, tamamilə pozitiv şəkildə qəbul olunarlar. Onların pozitiv nə­zərdən keçirilməsi isə onlara danışana lazım olan «orijinal» ideyaların yazıldığı özünəməxsus «çərçivə» kimi yanaşmanı nəzərdə tutur.

Ümumiyyətlə desək, «çərçivən»in faydası hətta müasir elm tərəfindən də ətraflı şəkildə təsvir edilməyib. Bununla be­lə aydındır ki, çərçivə əksər hallarda informasiyanın qorunması üçün özünəməxsus konteyner (iri qazan) kimi çıxış edir; çər­çi­və olmasa informasiya sadəcə olaraq zaman və məkanda «sə­pə­lə­nər» və itər. Çərçəvə məlumatları bir yerə toplayır. Buna gö­rə də informasiyanı qoruyub saxladığına görə biz bəlkə də ritorika sahəsindən məsələn, məşhur natiqlərin nitqi şəklində toposlara minnətdar olmalıyıq.

Amma toposlara belə tarixi yanaşma, yəqin ki, hər halda ritorikaya məxsus olmayıb; ritorika toposları yalnız hər bir növ­bəti nitqdə istifadə edilməsi mümkün olan əlverişli sxemlər ki­mi nəzərdən keçirirdi. Faktiki olaraq toposlar da özlərində pred­metə necə «yaxınlaşmağa» dair az və ya çox dərəcədə ətraflı məsləhətləri əks etdirirdilər, daha doğrusu – taksonomik sxemlər kimi invensiya prosesini asanlaşdıran köməkedici va­sitə rolunu oynayırdı. Və taksonomik sxemlər kimi onlar da «kadr»ın arxasında dayanırlar: ritorika yaxşı bilənlərin nöqteyi-nəzərincə, toposlara əsaslanaraq müəyyən oriyentasiya götür­mək olar, amma onları işlətmək heç də məcburi deyil.

«Toposlar ilə müəyyən oriyentasiya»nın mexanizmini anla­­maq üçün gündəlik nitq praktikası sahəsindən bir sıra ana­loji situasiyaları təsəvvür etmək olar.

Bizə yaxşı tanış olan nitq situasiyalarında biz özümüzü ra­hat hiss edirik. Bu nitq situasiyaları hətta özünəməxsus «nitq janrları» daha doğrusu nitq ssenarilərində daha tez-tez istifadə edilən modellər kimi qəbul edilir. Nitq fəaliyyətinin belə mo­del­ləri, məsələn, «qonaq qəbulu», «bazarlıq» (maqazində, ba­zarda və s.), «yubiley münasibətilə təbrik», «xəstəyə baş çəkmək» kimi – çətin ki, bizi çıxılmaz vəziyyətə salsın.

Belə növ situasiyalarında biz dəfələrlə oluruq və əslində düşünmədən müvafiq «model»lərə əməl edirik, amma müəy­yən zaman keçdikdən sonra bu sahədə də bizdən bir qədər ya­radıcı fantaziya tələb oluna bilər. Məsələn, əgər «yubiley təb­rik­lərinə» nitq janrı kimi baxmasaq, yubileydə deyilən təbrik mətnləri ilə biz daha xoş təəssürat yarada bilərik.

Amma bu nitq situasiyaları ilə yanaşı, bir qayda olaraq, az miqdarda digər situasiyalar da mövcuddur. Məhz onlar bizim üçün ciddi təhlükə yarada bilər. Naməlum nitq situasiyasında sı­xılma hissləri hamıya tanışdır. Bu sıxılmanın (utanmanın) tə­siri nəticəsində hətta insan çox gözəl söz ehtiyatına malik olsa da, ondan onun üçün naməlum olan nitq strategiyası tələb olun­duqda o, özünü tamamilə itirir.

Bizim belə situasiyalarda dost və tanışlarımıza xahiş ilə mü­ra­ciət etdiyimiz şeylər elə toposlardır: biz nitq təcrübə­miz­də mövcud olmayan, amma belkə də bizim yaxınlarımızdan ki­mə­sə məlum olan toposları axtarırıq. Toposları «bölüşmək» be­lə situasiyalarda «nə danışmağı» öyrənmək deməkdir.

Əlbəttə, mən ilk dəfə müstəqil olaraq işə düzələn dos­tuma bir tərəfdən gələcək müdiri ilə söhbət zamanı utanmadan özünü reklam vasitələrindən istifadə etməyi, (yəni nitq imkan­la­rını qabarıq sürətdə «reklam» etməyini), digər tərəfdən isə tər­cüməyi-halının «əlverişli» epizodlarında susmağa məsləhət görmürəm. Mən bu nitq situasiyasını istifadə üçün kifayət qə­dər çətin modeli nəzərdə tutan situasiya kimi təsvir edərdim və tər­cüməyi-halının qarşı tərəfdə maraq oyadacaq bəzi aspekt­­lə­rini öz nitqində necə nəzarətlə göstərməyə dair məsləhətlər ve­­rərdim.

Bu sahədə mənim yanıma məsləhət üçün gələn dostlarım üçün kifayət qədər ətraflı topos, daha doğrusu müvafiq hallara uyğun nitq fəaliyyətinə dair qayda və formulların geniş komp­lekti var. Aydındır ki, belə məsləhətlərdən sonra onlar müvafiq nitq situasiyalarında özlərini: az-çox arxayın hiss edəcəklər.

Ritorik toposların əsas məqsədi də müxtəlif növ situa­siyaları zamanı (əsasən müxtəlif mövzularda kütləvi çıxışları nəzərdə tutan nitq situasiyaları zamanı) danışanda özünə inam yaratmaqdan ibarətdir.

Məsələn, Aristotel «Ritorika» əsərində 28-dən çox «işlə­nən» topos nümunəsi göstərmişdir. Bu o zaman, şübhəsiz ki, həd­dindən artıq çox hesab olunurdu. Sonralar toposların miq­darı durmadan artırdı. Bunun əsas səbəbi aşadıdakı idi: topos­lar nə qədər müxtəlif olardısa onlar bu zaman daha «işlək» olardı. Əks halda, əgər dinləyici hər addımda onun üçün yaxşı məlum olan toposla qarşılaşsaydı, onda ritorika çətin ki, inan­dırma elmi kimi öz şöhrətini qoruyub saxlaya bilərdi.



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə