Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə15/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   11   12   13   14   15   16   17   18   ...   107
Oriyentasiya mərhələsi
Bu mərhələdə danışan insan «hadisələrin vəziyyətini» start nöqtəsində öyrənir. Bu mərhələdə dərinə getmədən yalnız məlumatın ümumi istiqamətini aydın təsəvvür etmək la­zımdır. Bu məqama kimi faktların tərkibinin artıq danışan insa­na məlum olduğu güman edilir, çünki onlardan hansının isti­fadə olunacağına, hansının isə məlumatdan kənarda qala­ca­ğına dair dəqiq təsəvvürlər hələ yoxdur.

Məhz bu mərhələdə predmeti göstərmək üçün danışan insa­nın nə qədər mümkün aspektlərinin (yəni nöqteyi-nəzə­ri­nin) olduğu müəyyən edilir: məlumatın orijinallıq səviyyəsi bundan asılıdır. Oriyentasiya mərhələsini bəzən sonralar yalnız relevant informasiyanı əldə etməyin mümkün olduğu özünə­məx­sus növ kataloqun qurulmasına oxşadırlar. Artıq qeyd edil­diyi kimi, bu mərhələdə məlumatın müəllifi yalnız empirik materiallardan istifadə edir.



Empirik material müəllifin özü tərəfindən əldə edilmiş biliklərə, daha doğrusu onun müstəqil fəaliyyətinin – bu fəaliy­yət həm verbal (şifahi), həm də qeyri-verbal (real) gər­çəklikdə ola bilər – nəticəsi olan biliklərə əsaslanan material kimi qiymətləndirilir. Empirik materiala görə müəllif şəxsən məsuliyyət daşıyır.

Empirik materialın özünəməxsusluğu onun bilavasitə obyektlə əlaqədar olmasıdır; o, əslində bu obyektin öyrənil­mə­si­nin nəticəsi kimi çıxış edir. Ritorika özünün inkişafının ilk mərhələlərində öyrəndiyi obyekt məhkəmə praktikası ilə, daha doğrusu məhkəmədə qiymətləndirilməli olan konkret həyati si­tua­siyalarla əlaqədar idi. Bu obyekt ilə iş antik ritorikanın məs­ləhətlərində öz əksini tapırdı: empirik material məlumatın əsasını təşkil etməli idi; empirik material olmadan məlumatın ümu­miyyətlə, heç bir mənası olmazdı.

Empirik materialın keyfiyyətinə görə danışan insanın kreativ (yaradıcı) imkanlarına, onun informasiya «əldə etmək» bacarığına qiymət verirdilər.

Empirik materialı işləyərkən məlumatın müəllifi öz mü­şahidələrinin, tədqiqatlarının, ümumiləşdirmələrinin nəticə­sin­dən istifadə edirdi, kütlə isə bunu qəbul edə, rədd edə və ya bu­na etiraz edə bilərdi. Məhz empirik material yeni ideyalara, elmi və digər kəşflərə təkan verir, mövzulara qeyri-adi yanaş­maları formalaşdırır.

Başqa sözlə, empirik material məlumatın müəllifinin möv­qeyini, onun maraq dairəsini və onun seçdiyi mövzuya yanaş­ma xüsusiyyətlərini müəyyən edir. Bu növ materialın bazis xarakteri həm tamın tərkibində onun payını, həm də digər növ materiallara nisbətən onun əhəmiyyətini göstərir.

Bu və ya digər məlumatı hazırlayan hər bir kəs faktik baza ilə nə dərəcədə təmin edilmədən və konkret hansı faktlarla təmin edilmədən çox şeydən asılı olduğunu yaxşı bilir.

Nəzəri baza ilə təmin olunmanın səviyyəsi – ən vacib məsələdir. Praktika göstərir ki, faktlar heç bir zaman lazımi qədər olmur: onlar ya tələb olunanda lap çox, ya da əksinə lap az olur. Bu zaman adətən «lap az olmadan lap çox olmaq daha yaxşıdır» deyə düşünüblər, amma bu heç də həmişə belə olmur.

Məsələ belədir ki, az empirik materialı olan müəllif ilə çox empirik materialı olan müəllif hələ müvafiq prosedurdan qabaq da müxtəlif fəaliyyət modeli müəyyən edirlər: artıq ma­terial onun əhəmiyyətinin lazımi qədər qiymətləndirilmə­mə­sinə, kifayət qədər olmayan material isə «əksinə – həddindən artıq yüksək qiymətləndirilməsinə səbəb olur. Birinci halda se­çim zamanı mühüm faktların bir hissəsinin məlumatdan kə­nar­da qalması, ikinci halda isə, əksinə, - bütün, o cümlədən qey­ri-mühüm faktların da məlumatın tərkibinə daxil olması ehtimalı var.

Bu xoşagəlməz nəticələrdən qaçmaq üçün invensiya fakt­ların əhəmiyyətinin qiymətləndirilməsi üsulunu təklif edir. Bu üsul iki istiqamətdə inkişaf etdirilməlidir – 1) məqsədə yö­nəl­­miş – teleoloji; 2) mövzuya yönəlmiş – tematik. Birinci istiqamət məlumatın nə üçün edildiyi, ikinci isə – məlumatın nə haqqında edildiyi suallarına verilən cavab nəzərdə tutur.

Birinci sual ilə əlaqədar olan problemlər intensiya kate­qo­riyası ətrafında qruplaşdırılıb. İntensiya məsələn, Aristotelin konsepsiyasında entelexiya – potensiyanı (imkan) şeyə, «zəruri olana», mövcud predmetə çevirən enerji şəklində göstərilirdi. Beləliklə, entelexiyanı həqiqətən intensiyanın sələfi kimi nə­zər­­­­­­dən keçirmək olar, çünki intensiya da materiala enerji, daha doğrusu müəyyən tərəfə istiqamət verir. Müasir tədqi­qatlarda intensiya danışan insanın materialı müəyyən şəkildə göstərmək istəyi kimi müəyyən edilir.

Materialı göstərməyin heç də çoxlu ümumi üsulları yox­dur. O, göstərilə bilər:

pozitiv

neqativ

neytral
"Rəğbət yaratmaq", "qəzəb yaratmaq", "məlumat çatdırmaq" şəklində klassik ritorikanın qısaca ifadə edilməsi intensiyanın məhz bu üç növünün məzmununu şərh edir. Müəllif nəyə cəhd etsə də, o, həmişə "təriflərdə" rəğbət yaratmaqdan, "pisləmə" ilə qəzəb yaratmaqdan və "laqeydliklə" məlumatı çatdırmaqdan əslində imtina etməli olduğunu yadında saxlamalıdır.

İntensiyanın həyata keçirilməsi məsələsini - danışan insanın sonra hansı nitq taktikası seçməsindən asılı olmayaraq – ritorika tərəfindən emosional kateqoriyalar vasitəsilə həll edil­mirdi. Danışan insan qiymətləndirici mülahizələrə meyl etmədən onun üçün lazım olan emosiyanı yaratmağı bacarmalı idi. Bunun üçün o, məntiqi apparata müraciət edərək intensiyanın birbaşa ifadə formalarından və fiqurla troplar aparatına müraciət edərək isə, intensiyanın dolayı ifadə formalarından istifadə edə bilər.

Biz məntiqi və paraloqik üsulların analizi nəticəsində bu iki taktikanı araşdıra, onlardan hər birinin üstün və çatışmayan cəhətlərini qeyd edə bilərik. Bu məqamda sadəcə olaraq bir şey yadda saxlamalıyıq: dinləyicilərə təsir etmənin iki – həm birbaşa, həm də dolayı forması ola bilər; bunlardan birini seçmək isə danışanın istəyindən asılıdır.

Onların birindən (və ya çətin olsa da hər ikisinin kombinasiyasından) istifadə etməklə danışan insan materialı ona lazım olan nöqteyi-nəzərdən: tərifləmə (müsbət intensiya), pisləmə (mənfi intensiya) və ya neytral (konstruktiv və ya analitik növ məlumatlar) nöqtəyi-nəzərdən təqdim etməyə nail ola bilər.

Təbii ki, intensiya növünün seçimi mövzunun seçimindən asılıdır. Danışan insanın istifadə etmək istədiyi faktlar toplusu mövzunun istiqamətini müəyyən edir.

Bu istiqamətlər həddindən artıq çox ola bilməz: faktları, məlum olduğu kimi, «heç bir şey dəyişdirə bilməz» və ya yalnız onlardan sui-istifadə edilmədiyi halda, onları məntiq cəhətdən bir-biri ilə müqayisə etmək olar. Şübhəsiz ki, natiq «ritorik məharəti» ilə faktları heç bir çətinlik çəkmədən istənilən istiqamətə «fırlatmağı» bacarmalı idi. Amma etos kateqoriyası (yuxarı bax) əslində belə sui-istifadənin qarşısını almalı idi. Buna görə də mövzunun istiqaməti deyəndə materialı təbii şəkildə təqdim etmək üçün yararlı olan aspektlərinin axtarışı başa düşülürdü. Faktların onlar üçün təbii olan aspektlərdə sistemləşdirilməsi (yəni bir yerdə ardıcıl düzülməsi) uğurlu çıxışa təminat verə bilərdi: ritorika bir elm kimi əxlaq qaydalarına əməl edirdi.

İntensiyaya və ona müvafiq olaraq materialın verilməsi taktikasına, həmçinin mövzuya dair məsələlərin həlli – məlumatların inkişaf etdirilməsinə imkan verən təbii aspektlərin müəyyənləşdirilməsi (o cümlədən onların içərisindən nitq situasiyasının şərtlərinə daha çox cavab verən aspektin seçilməsi) materialın əhəmiyyətinin, məlumatın müəllifi tərəfindən ba­şa düşülməsini tələb edir. Gələcək məlumatda empirik materialın həcminin müəyyən edilməsi üçün yalnız bir etibarlı yol var: bu – planın qurulmasıdır.

Nəzərə almaq lazımdır ki, ritorika üçün plan anlayışı çox mühüm əhəmiyyət daşıyan anlayışdır. Hazırlanan məlumatı sonradan şifahi söyləmək üçün əzbərləyirdilər: bu səbəbdən də natiqlər üçün plan yalnız rəsmi xarakter daşımırdı, o, uğurlu çıxışın əsas şərtlərindən biri idi. Aydındır ki, antik dövrdə də xaotik strukturu yadda saxlamaq çox çətin idi.

Ritorikanın tövsiyyə etdiyi planlar özlərində çoxdərəcəli planları əks etdirirlər. Məsələn, aşağıdakı sxem çoxdərəcəli pla­nın modeli kimi çıxış edə bilər.
1.

.1.1.


1.1.1.

1.1.1.1.


1.1.1.2.

1.1.2.


1.1.2.1.

1.1.2.2.


• 1.2.

1.2.1.


1.2.1.1.

1.2.1.2.


1.2.2.

1.2.2.1.


1.2.2.2.

  1. 2.1.

2.2.

Bu sxem kifayət qədər mürəkkəb, dörddərəcəli plan haqqında təsəvvür yaradır. Bu planın strukturunu oriyentasiya mərhələsində «qabaqcadan görmək» mümkün deyildi. Belə ki, «planın ən içəri hissəsi» əvvəlcədən tərtib edilməmişdi: danışan insanda predmetə dair neçə dərəcəli planın qurulmasının daha məqsədəuyğun olması təsəvvürünü predmetin özü yaradır. Oriyentasiya mərhələsində isə ilkin planın1 işlənilib hazırlanması kifayət idi. Bu plan əslində müzakirə ediləcək məsələlərin siyahısı idi.

İlkin planı tərtib edərkən hətta məsələlərin miqyasına da ciddi fikir verilmir: nitqin ən təxmini ümumi təsvirini yaradan layəhənin hazırlanması kifayət edir. Amma bu lahiyənin homogen (eyni mənşəli) olması vacib idi: o, özünün empirik materiallarından başqa heç nəyi əks etdirməməli idi. Oriyentasiya mərhələsində assosiasiyalara (şüurda ayrı-ayrı təsəvvürlər arasında əlaqə) yer yoxdu.

Danışan insan oriyentasiya mərhələsini başa çatdıraraq intensiyanın yerini müəyyən edir (1), nitq taktikasının müəy­yən növünün (birbaşa və ya dolayı) üzərində dayanır (2), mövzunun istiqamətini təyin edir (3) və predmetin siyahıda qeyd olunmuş ümumi cizgilərini əldə etmiş olur (4).




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə