Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə17/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   13   14   15   16   17   18   19   20   ...   107
Müdaxilə mərhələsi
İnvensiya prosesində axırıncı mərhələ olan müdaxilə mərhələsi orientasiya və seçim mərhələlərində əldə edilən nəticələrə əsaslanır, komparativ materialın daxil edilməsi yolu ilə ensiklopedik və empirik materiallar arasındakı tarazlığı, yəni mövzunun sonrakı tədqiqat mərhələsini özündə əks etdirir.

Bu mərhələdə məlumat üçün seçilmiş material əslində hələ də müxtəlif mənbələrdən götürülmüş material təsiri bağışlayır: müəllif hər şeydən əvvəl empirik materialın nə dərəcədə ensiklopedik material ilə qarşılıqlı əlaqədə ola biləcəyini yoxlamalıdır, onlar arasında "körpü" yaratmaq hələ də birinci dərəcəli vəzifədir. Məsələn, ensiklopedik lakun (boşluq mətndə zəruri informasiyanın olmaması) aşkar ediləndə və eksperimental bazanın çatışmamazlığı qeyd olunanda (məsələn, müs­təqil müşahidələr kifayət qədər olmayanda), müəllif korrek­siya həyata keçirməlidir, yəni ziddiyyəti aradan qaldırmalıdır.

Amma iki növ materialı öz aralarında müqayisə edəndə, onlar arasında həm də ciddi uyğunsuzluğun, hətta ziddiyyətin olduğunu müəyyən etmək olar. Bu ziddiyyəti yalnız materialın sistemləşdirilməsinin ilk iki mərhələsində müəllifin "diqqətsizliyi" ilə izah etmək olmaz. Məsələ belədir ki, dövriyyəyə ilk dəfə buraxılan hər yeni faktlar qrupu heç də həmişə təbii şəkildə müvafiq ənənələr üzərində qurulmaya bilər (tam nitqdə ensiklopedik material məhz ənənəni ifadə edir).

Onlar arasında konflikt çox vaxt təbii şəkildə yaranır, axı ensiklopedik materialın əlamətləri sırasına yalnız onun yoxlanılması və mötəbər olması deyil, həm də onun sistemli olmasıdır. Ensiklopedik material özündə tam izotopu (eyni element atomlarının müxtəlif növləri) əks etdirir.

Antik dövrdə ensiklopedik materialı bilik ilə əlaqələndirirdilər, empirik material isə "mülahizə"lərlə bağlı idi. Predmetin dərk edilməsi əslində təfəkkürdə predmetin sürətinin yaradılması demək idi, bu səbəbdən də yalnız sübut olunan mülahizələrə diqqət yetirilirdi. Məlum olduğu kimi, Aristotel hipotezaya, məhz qəti şəkildə sübut olunmamasına görə əhəmiyyət vermirdi. Buna görə də ritorika empirik materiala müasir dövr ilə müqayisədə daha ciddi nəzarət edirdi.

Müasir ritorika belə konfliktli situasiyaları öz-özünə həll edilən situasiyalar kimi nəzərdən keçirir. Bundan başqa, məsələn, hipotezlərin orijinallıq səviyyəsini qiymətləndirərkən, nəzərə almaq lazımdır ki, yaxşı hipotez "köhnə bilik" ilə konflik təşkil edə bilməz. Klassik ritorika yalnız ənənə presedenti (keçmişdə olmuş və sonra olan eyni tipli hadisələr üçün misal ola biləcək hadisə) ehtiva etməyəndə – və daxil edilən empirik "material əvvəllər müşahidə edilməyə situasiyalara aid " mülahizələrdən ibarət olanda, "konfliktə" icazə verirdi. Məhkəmədə araşdırılan hadisələrin keçmişdə analoqu olmaya da bilərdi, onda bu vəziyyətdə onun üçün təbii "ensiklopedik mühit" tapmaq sadəcə mümkün deyildi. Onda "aktual müasirliyə" dair analoqlar tətbiq edilirdi. Bu məntiqi kateqoriyalara əsaslanmadan dinləyicilərin etirazlarını aradan qaldırmaq üçün yeganə sübutetmə vasitəsi idi.

Ensiklopedik materialla birlikdə verilən analogiyalar zənciri qeyri-adi "həyat situasiyalar" izahının əsasında durmalı idi. Bundan başqa bu zəncir danışan insan üçün zəruri presedent "yarada" bilərdi, o, sonralar bu presedentə istinad etmək imkanı qazanırdı.

Yeri gəlmişkən analogiyalar aparılan zaman müəllif tərəfindən nitq fəaliyyəti taktikasının nə dərəcədə yaxşı seçilməsi yoxlanılırdı.

Hipotezanı idrak prosesinin tam hüquqlu elementi kimi qəbul edən müasir elm analogiyalara da kifayət qədər diqqət yetirir. Amma müasir tədqiqatçılar birmənalı şəkildə "uyğun gəlməyən" ensiklopedik materialı məlumatın strukturundan çıxarılmasını və "aktual müasirli"yin bir sıra analogiyaları ilə əvəz edilməsini məsləhət görmürlər.

Yeni faktlar qrupu əlverişli olmayan ensiklopedik mühitə sadəcə olaraq "uyğunlaşa" bilməyəndə - problemi aradan qaldırmaq üçün ensiklopedik mühitin özünü araşdırmaq olar.

Ensiklopedik mühit ilə konfliktə girmək müasir yaradıcı düşüncə üçün tamamilə təbiidir. Bunun nəticəsində bəzən ensiklopedik mühit yeni, çox vaxt sosial cəhətdən bəyənilmiş konsepsiyalar üzərində "qurulur".

Buna dair ən yaxşı nümunə – öz dövründə empirik material (həyatın hərtərəfli tədqiqatının nəticəsi) kimi təqdim edilən marksizm-leninizm keçmişin bütün ensiklopedik ənənəsini "özü üçün" uyğunlaşdırmağı bacardı.

Ümumiyyətlə, tam uyğunsuzluq müəyyən ediləndə (məsələn, keçmiş teoloji konsepsiyalar) isə, ondan imtina edilirdi. Yerdə qalanlar isə təsnif edilir və marksizm-leninizm baxımından müsbət (proqressiv) və mənfi (mürtəce) işarə ilə qeyd olunurdu. Beləliklə, dünya tarixi tamamilə dəyişdirilirdi. Hətta Qədim Yunanıstanda da marksizm-leninizm dünyagörüşünün rüşeymləri axtarılırdı.

Bu misal kifayət qədər əyani şəkildə hər şeyi izah edir: həqiqətən, empirik materialdan düzgün istifadə edilmədikdə bir çox faciələr baş verə bilər. buna görə də ensiklopedik material ilə müqayisədə empirik materialın rolunu müxtəlif şəkildə müəyyən edən həm klassik, həm də müasir ritorika danışan insan üçün münasib olmayan ensiklopedik materialı empirik material ilə "qarışdırmağı" məsləhət görmür.

Amma tamamilə əks situasiyanı da təsəvvür etmək olar: yeni faktlar qrupu "ensiklopedik keçmiş" ilə konfliktə girərək məhv ola bilər (müqayisə et: ənənəvi ədəbiyyatşünaslıq şablonu: müasirləri öz dövründə yaşayan rəssamı, bəstəkarı, yazıçını, alimi və s. başa düşmürdü). Belə hallarda yeni faktlar qrupu "yaxşı zamanın" gəlişinə kimi sadəcə olaraq dövriyyəyə daxil olmur.

Bizim ölkədə qeyri-ənənəvi elmlərin demək olar ki, hamısı (genetika, psixologiya, semiotika və s.) "sosializm quruculuğu" dövründə bu problemlərlə üzləşmişdi. Onlar üçün "ensiklopedik mühit" rolunda marksizm-leninizm çıxış edirdi: qeyri-ənənəvi elmlərin nümayəndələri faktları bu mühitə uyğunlaşdıra bilmədilər. Bu səbəbdən də onlar uzunmüddət "qızlı" şəkildə mövcud olmuş və ya tamamilə mövcud olma­mışlar.

Bu nümunə empirik materialın ensiklopedik material tərəfindən "boğulma"sını göstərir.

Beləliklə, tam nitqdə iki növ – empirik və ensiklopedik material arasında əlaqə yaratmağa çalışan müəllif iki təhlükə ilə üzləşir:

1) empirik materialın xeyrinə olaraq empirik və ensik­lopedik materialın arasında tarazlığın pozulması (marksizm-le­ninizm).

2) ensiklopedik materialın xeyrinə olaraq empirik və ensiklopedik materiallar arasında tarazlığın pozulması (ge­ne­tika).

Bu disbalans vəziyyətindən qaçmaq üçün məlumatın strukturuna üçüncü – yeni növ material daxil edilir. Məhz kom­pa­rativ materialın köməyi ilə ensiklopedik təcrübənin perspek­tivi baxımından empirik materialın vəziyyəti qiymətləndirilir. Ritorika nöqteyi-nəzərindən, tam nitqin bu üç komponenti məlumatın sosial fəaliyyəti üçün zərurikifayətdir.

Məlum olduğu kimi, iki (bəlkə də bir-birinə əks) material növü arasında tarazlığın yaratmağın əslində bir yolu var. Bunun üçün hər iki növ material arasında «vasitəçi» ola bilə­cək, daha doğrusu metafunksiyanı yerinə yetirəcək «dil» tap­maq lazımdır.

Məlumatın hazırlanmasının üçüncü mərhələsində onun strukturuna daxil edilən komparativ material belə «dil» kimi çıxış edir.

Komparativ material empirik materialı ensiklopedik material ilə əlaqələndirir: o, müəllifin baxışlarının nə dərəcədə məhdud şəkildə movcud ənənəyə əlavə edilməsinin real ölçü­sünü müəyyənləşdirməyə imkan verir, daha doğrusu danışan insanın mövqeyinin onun müasirlərinin düşüncələrində möv­cud olan «gerçəklik fraqmentləri» ilə ziddiyyətinin səviyyəsini təyin edir.

Əgər danışan ata həşərat kimi baxırsa, onda onun ixti­yarında bu qədər təhlükəli nöqteyi-nəzəri müdafiə etmək üçün həqiqətən komparativ materiala başgicəlləndirici iş texnikası, çox güclü məntiqi apparat (arqument sistemi) və dinləyicilərə təsir etmək üçün çox məharətlə düzəldilmiş vasitəli nitq tak­tikası olmalıdır.

Beləliklə, tam nitqin tərkibində müxtəlif növ materialın əsas funksiyaları aşağıdakıdır:

- empirik material yeni informasiyanı daxil edir (← məlumatın müəllifi tərəfindən informasiyanın əldə edilməsi);

- ensiklopedik material faktların araşdırılması üçün vacib olan mühiti yaradır (← məlumatın müəllifi tərəfindən infor­masiyanın axtarılması);

- komparativ material empirik və ensiklopedik materialın eyni yerdə mövcud ola biləcəyi mühiti yaradır (← müxtəlif növ informasiyaların üzərində işləmək);

Komparativ material tam nitqin tərkibində informasiya bloklarının sintezini təmin etdir. Başqa sözlə, hər şeydən əvvəl komparativ materiala əsasən mətnin nə dərəcədə harmonik olmasına dair mülahizə yürüdülür.

Komparativ material heç də tam nitqin strukturunda sadəcə «nitq əlaqələndiricisi» deyil. O, məlumatın ən aktiv struktur elementlərindən biridir. Danışan insan öz baxışlarını müdafiə edəndə, məlumatın strukturuna daxil etdiyi faktların relevantlığına iddia edəndə, presedent və avtoritetlərə əsas­lanaraq, onları təsdiq edəndə, və s., - komparativ materialın aktivliyi aşkar edilir.

Ensiklopedik material kimi komparativ material da plana daxil edilmir: nitqin strukturunda onun lokosu (yeri) sonra dispozisiya prosedurları həyata keçərkən dəqiqləşir.

Beləliklə, inversiyanın gedişində həm ensiklopedik, həm də komparativ material predmetin planı barəsində kənar mövqe tuturlar. Artıq invensiya prosesində bir tərəfdən ensiklopedik, digər tərəfdən isə komparativ materialların tətbiq edilməsi yal­nız predmetin planın strukturunun müəyyənləşdirilməsi məq­­sədini güdür. Məhz komparativ materialın rolunun nəzərə alınması gələcək məlumatda daha yüksək səviyyədə planın qu­­rulmasını nəzərdə tutur: invensiya prosesinin bitməsi ilə əlaqədar olaraq plan artıq üçdərəcəli ola bilər: beləliklə, müdaxilə mərhələsinin nəticələrini aşağıdakı şəkildə göstərmək olar:

- məlumatın məzmununu hansı növdə və hansı nisbətdə materialın təşkil edəcəyi qəti şəkildə müəyyən edilir;

- mövzu, hər biri müxtəlif dərinlik səviyyəsində gös­tərilməsi mümkün olan müəyyən sayda aspektlərin vəhdəti kimi çıxış edir;

- məlumatda müəllifinin mövqeyi qəti şəkildə öz ifadə edilir;

- məlumatın strukturu dispozisiyanın gedişində ori­yentasiya etmək üçün yararlı olan ətraflı plana çevrilir.

Qeyd edək ki, müəllif invensiyanın üç zəruri mərhələsini keçərək, əslində yeni məlumat əldə etmiş olur. ritorikanın bir bölməsi kimi invensiya – gələcək məlumatın tərkibində möv­zunun sistemləşdirilməsi ilə əlaqədar idi və danışan insanın hazırladığı materialın keyfiyyətli, relevant, sistemli olmasına və gələcək nitqdə bir əsas kimi istifadəsinə cavabdeh idi. Nitq aktı kimi məlumatın özünü təşkil etmək isə dispozisiyanın və­zifəsi idi.






Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə